Axtarış
The search found 105823 results in 0.091 seconds.
Search results
İŞİD canlanır, ABŞ İSƏ MÜŞAHİDƏ EDİR
ABŞ-lı əsgərlərin Yaxın Şərqdəki varlıq səbəbi olan terror təşkilatı İŞİD, Suriyada terror aksiyalarına yenidən başlayıb. “İndependent” qəzeti PYD/PKK-nın onlara olunan yardımlarının kəsilməməsi üçün İŞİD-la qəsdən döyüşmədiyini yazıb.
Muxalifet3 - 5-07-2018
Biləsuvarda minik və yük avtomobilləri toqquşub, yaralanan və ölənlər var
Biləsuvar rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, rayonda “VAZ" markalı minik avtomobili və "Suzuki" markalı yük avtomobili toqquşub.Muxalifet - 5-07-2018
Avropanın qanla BƏSLƏNƏN ZƏNGİNLİYİ
Araşdırma aparan beynəlxalq QHT-lər Fransanın silah ixracının yarısını Yaxın Şərqdə qarşıdurmaların yaşandığı ölkələrə etdiyini, regiondakı münaqişələri alovlandırmaqla silah satışını artırdığını irəli sürüb.
Qeyri-hökumət təşkilatları (QHT), silah satışının yarısından çoxunu Yaxın Şərq ölkələrinə həyata keçirdiyi ortaya çıxan Fransız hökumətini, regiondakı münaqişələri alovlandırmaqla silah satışını artırmaqla ittiham edib.Muxalifet3 - 5-07-2018
Ermənistan Bakıdan hücum gözləyir: Qarabağa polis göndərilir ki...
Ermənistan Azərbaycan Ordusunun ehtimal edilən mümkün hücumları qarşısında həm texniki təchizat, həm də şəxsi heyətin hazırlıq səviyyəsi baxımından gücsüzdür.
Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistan son günlər cəbhədə yaranmış vəziyyəti ciddi götür-qoy edir:Muxalifet - 5-07-2018
Dünyada turizm 6% artdı
Ümumdünya Turizm Təşkilatı “Dünya Turizm Barometri” hesabatını yayımlayıb.
Muxalifet.az xəbər verir ki, hesabatda 2018-ci ilin ilk dörd ayında dünyanın bütün regionlarında turizmlə bağlı göstəricilərin artdığı (6%) bildirilib. Ən böyük artım cənub-şərqi Asiya (10%) və cənubi Asiyada (9%) qeydə alınıb. Afrika və Yaxın Şərq ölkələri isə keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında 6% və 4% çox turist qəbul ediblər.Muxalifet - 5-07-2018
"Uypeşt" Bakıya məğlub gəlir
Avropa Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Uypeşt” növbəti sınaq matçına çıxıb.
Muxalifet.az qol.az-a istinadən xəbərinə görə, xorvatiyanın “İnter” klubu ilə qarşılaşan komanda 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Neftçi” ilə “Uypeşt” arasındakı ilk görüş iyulun 12-də Bakıda, cavab matçı isə bir həftə sonra Macarıstanda oynanılacaq.Muxalifet - 5-07-2018
Ermənilər atəşkəs rejimini 90 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 5-07-2018
Terror yuvası Qəndilin MÜHASİRƏSİ DARALIR
Türk əsgərinin Şimali İraqda Qəndilə irəliləyişi davam edir. Qırmızı beretli qruplar hava dəstəkli əməliyyatda Hakurk Dərəsini də içinə alan Bradost və Barazgir sahəsində 17 ayrı məskunlaşma və hərbi düşərgə sahəsini terrorçulardan təmizləyib.
Muxalifet3 - 5-07-2018
ŞOK İDDİA: Siyavuş Novruzov nazir postuna gətirilir
YAP-çı deputat mərhum Yavər Camalovun yerinə iddialıdır
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalov dünyasını dəyişdiyindən, yaxın vaxtlarda bu nazirliyə yeni rəhbər təyin olunması gözlənilir. Muxalifet.az etibarlı mənbələrə istinadən xəbər verir ki, hazırda bu vəzifəyə bir neçə iddialı var. Bu iddialılar arasında, xüsusən də bir isim daha çox diqqəti cəlb edir.Muxalifet4 - 5-07-2018
Trampdan xəbərdarlıq: Bunun qarşısını almaq lazımdır
OPEK benzin artımının qarşısını almaqdan ötrü çox az şey edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“OPEK monopoliyası xatırlamalıdır ki, benzinin qiymətləri artır, onlar isə bunun qarşısını almaq üçün az iş görürlər. İş görməkləri belə qiymət artımını dayandırmır. Qiymətləri dərhal aşağı endirin”, - o bildirib.Muxalifet - 5-07-2018
VALYUTA MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı 5 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, iyulun 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9817 manat təşkil edir.
1 türk lirəsi 0,3630 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6949 manatdır.Muxalifet - 5-07-2018
Kəmaləddin Heydərov qəzanın əsl səbəblərini AÇIQLADI
Biz illərdir “Azərenerji”yə məktublar göndərərək bildirmişdik ki, həmin kanalların üstü açıq olmamalıdır, etibarlı mühafizə edilməlidir. Ona görə ki, hansısa səbəbdən o yağlar tökülsə kanallara, kabellərin üstünə axmasın. Amma təəsüf ki, təxminən 63 yağ açarının hamısının qarşısı açıq idi, yanğın baş verən yerdə də eyni vəziyyət vardı.
Bunu Prezident İlham Əliyevin ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar keçirdiyi müşavirədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.Muxalifet - 5-07-2018
Bu yollarda rənglənmə işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.
Muxalifet2 - 5-07-2018
Qanunsuz ovla bağlı 68 iş hüquq-mühafizə orqanlarına göndərilib – Nazirlik 6 aylıq HESABATI AÇIQLADI
2018-ci ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma aparılıb.
Muxalifet2 - 5-07-2018
10 ildən artıq stajı olan müəllimlər... - Yeni QAYDA
Bu ildən etibarən 10 ildən artıq pedaqoji stajı olub, 3 ildən az müddətdə işdən ayrılan müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı zamanı onların diaqnostik qiymətləndirməsinin balı nəzərə alınacaq.
Bu barədə Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd olunur ki, bu ildən başlayaraq, müəllimlərin işə qəbul imtahanlarında topladığı bal iki tədris ili ərzində nəzərə alınacaq.
Muxalifet2 - 5-07-2018
Eyni kimyəvi qazdan İKİNCİ ZƏHƏRLƏNMƏ - İngiltərə ÇALXALANIR
İngiltərədə diplomatik böhrana səbəb olan rus agent Sergey Skirpal ilə qızı Yuliyanın sui-qəsdində istifadə olunan qazdan yenə istifadə edilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, dünən ölkənin Amesburi şəhərində ortaya çıxan bir cütlüyün zəhərlənmə hadisəsində agentin zəhərləndiyi eyni qazdan - “Noviçok”dan istifadə edilib.
Muxalifet2 - 5-07-2018
Yardımılda MEŞƏ YANIR
Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.
Bu barədə Muxalifət.az-a FHN-dən məlumat verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Muxalifet2 - 5-07-2018
Elektrik qəzası Neft Şirkətinə nə qədər ziyan vurdu?
Hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır.
Muxalifet2 - 5-07-2018
Məhərrəm İncə Atatürkü misal gətirib MEYDAN OXUDU
Türkiyənin prezidentliyə ən real namizədlərindən biri kimi dəyərləndirilən Məhərrəm İncə qalmaqallı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, M.İncə məğlub olduqdan sonra geri çəkilməyən Osmanlı imperatorluğu kimi deyil, məğlubiyyətdən sonra geri çəkilən Atatürk kimi davranacağını deyib.Muxalifet - 5-07-2018
“ABŞ “psixoloji terror”la məşğul olur” – RƏSMİ PEKİN
Çinin Ticarət Nazirliyi ABŞ-ın Çinə və digər beynəlxalq tərəfdaşlara qarşı təhdidlərini “psixoloji terror” adlandırıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, nazirliyin rəsmi nümayəndəsi Qao Fen bildirib ki, ABŞ tərəfindən idxal rüsumlarının qaldırılması dünyada istehlak zəncirinə zərər yetirər.
O əlavə edib ki, rüsumlar ABŞ kapitalı olan şirkətlərə də ziyan vuracaq/Report.
Muxalifet2 - 5-07-2018