Axtarış

The search found 105823 results in 0.102 seconds.

Search results

  1. Güllələnən başçıya general Bəylər Əyyubovun qardaşı oğlundan güllə kimi sözlər - VİDEODA SÖYÜŞ VAR

    Gənşə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı müxtəlif versiyalar var. Versiyalardan biri də başçı ilə Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi Şahin Eyyubovla icra başçısı E.Vəliyevin konflikitinin ortaya çıxmasıdır. Muxalifət.az criminal.az-a istinadən xəbər verir ki, ''Youtube'' kanalında 2018-ci mayın 22-də Şahin Eyyubovun səs yazısı peyda olub. Həmin səs yazısını dinləyəndə məlum olur ki, Ş.Eyyubovun işlətdiyi sözlər Elmar Vəliyev barəsindədir.

    Muxalifet2 - 4-07-2018

  2. Jirinovski Baqdasarovun önündə DOVŞANA DÖNDÜ – Bakı…

    Dünən “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Bunu anladıq, Baqdasarov ermənidir və “Qarabağ Azərbaycanındır” deyəni hədəf götürməlidir.

    Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi məsələ ilə bağlı bəzi məqamları bölüşüb:

    Muxalifet2 - 4-07-2018

  3. Azərbaycanlı Rusiyada mühüm postdan kənarlaşdırılır

    Əslən azərbaycanlı olan Rəşid İsmayılov Rusiyanın rabitə və kommunikasiya nazirinin müavini vəzifəsini tərk edir.

    Bu haqda nazirliyə yaxın və İsmayılovla tanış mənbələrə istinadən TASS agentliyi bildirib.

    İki həmsöhbət idarədə beynəlxalq münasibətlər məsələlərlə məşğul olan İsmayılovun vəzifəsini nə vaxt tərk edəcəyini dəqiqləşdirməyiblər. Nazirliyin mətbuat xidməti bu informasiyanı şərh etməkdən imtina edib.

    Muxalifet2 - 4-07-2018

  4. AŞPA-dan sürpriz Türkiyə çıxışı: AVROPA BUNU BACARA BİLMƏZ

    AŞPA-nın Türkiyə üzrə məruzəçisi Mikko, "Türkiyədəki ənənəvi demokratiyanı Rusiya ilə müqayisə etmək səhv olardı. Türkiyənin diktaturaya doğru meyl etdiyini deyənlərlə qətiyyən razı deyiləm. Seçkilərə 88 faiz seçici qatılması, heç bir Avropa ölkəsində, hətta dünyada belə görülməsi asan olan bir nisbət deyil" deyib.
     
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə üzrə məruzəçisi Marianna Mikko, 24 iyunda keçirilən prezident və 27-ci dövr parlament seçkilərinə dair açıqlama verib.
     

    Muxalifet3 - 4-07-2018

  5. “RUSİYA DEFOLT OLA BİLƏR” – Putinin köməkçisi amerikalı ekspertlərin rəyini əsaslı saymır

    Kreml, Rusiyanı 1998-ci ildəki defolta bənzər böyük iqtisadi böhran gözləməsi barədə proqnozlara münasibət bildirib.

    Kremlin sözçüsü Dimitri Peskov jurnalistlərlə söhbət zamanı “Bank of America”nın ekspertlərinin xəbərdarlığına münasibət bildirərkən deyib ki, onların nəyə əsaslandıqlarını bilmir, ona görə də hansısa müzakirəyə girmək istəməzdi.

    Muxalifet2 - 4-07-2018

  6. BƏRZANİDƏN PKK ETİRAFI: TÜRKİYƏYƏ HÜCUM ETMƏK ÜÇÜN..

    İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani, terror təşkilatı PKK-nın IKBY-dən işğal etdiyi əraziləri Türkiyəyə hücum etmək üçün bir baza olaraq istifadə etdiyini bildirib.
     

    Muxalifet3 - 4-07-2018

  7. "İranın Suriyadan çıxmasını gözləmək tamamilə qeyri-realdır" - LAVROV

    ”İranın Suriyadan çıxmasını və regionda öz rolunu oynamasını dayandırmasını gözləmək tamamilə qeyri-realdır”.
    Muxalifət.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Ayman Safadi ilə keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

    Muxalifet2 - 4-07-2018

  8. ABŞ-a uçanlara un, şəkər, quru süd, ədviyyat QADAĞASI

    Bakı şəhəri - Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən, Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə 350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.

    "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə, onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.

    Muxalifet2 - 4-07-2018

  9. XİN Zəhranın ölümü ilə bağlı BƏYANAT YAYDI

    2017-ci ilin iyulun 4-də Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk.

    Muxalifet2 - 4-07-2018

  10. “Pakistan Azərbaycana 4,2 milyon dollar sərmayə yatırıb” - NAZİR MÜAVİNİ

    “Pakistan Azərbaycana 4,2 mln. dollar sərmayə yatırıb”.

    Muxalifət.az xəbər verir ki, bunu “Azərbaycan-Pakistan” biznes konfrransında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

    Muxalifet2 - 4-07-2018

  11. PKK-nın düşərgələri və silah anbarları məhv edilib - ŞİMALİ İRAQDAKI

    Türkiyə hərbi hava qüvvələrinin iki gün ərzində keçirdiyi əməliyyatlar zamanı PKK-nın Şırnak, Şimali İraqdakı Qəndil, Avasin-Basyan və Qara bölgələrində çoxlu sayda düşərgələri və silah anbarları məhv edilib.

    Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən hərbi əməliyyatlar nəticəsində 11 terrorçu məhv edilib.

    Muxalifet2 - 4-07-2018

  12. İrandan DÜNYAYA NEFT HƏDƏSİ

    İran İnqilab Mühafizəçiləri Komandiri Qasım Süleymanı, ABŞ-ı hədələyərək İranın neft satışının əngəlləndiyi təqdirdə, regiondakı digər ölkələrin də neft satışına əngəl olacaqlarını və bu vəziyyətə hazır olmalarını deyib.
     
    İranın bölgədəki fəal şəxslərindən olan İnqilab Mühafizəçilərinin Komandiri general Kasım Süleymani, İranın neft satışının əngəlləndiyi təqdirdə, regionda digər ölkələrin də neft satışının əngəllənəcəyini və ABŞ-ın bu duruma hazır olmalı olduğu ilə hədələyib.
    Müxalifət.az

    Muxalifet3 - 4-07-2018

  13. Qarabağ filminə görə bolqar jurnalist təhdid olunursa... – RƏY

    Belə görünür ki, Qarabağ həqiqətləri yavaş-yavaş dünya ictimai rəyinə yol tapır.

    Bu sözləri Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayişinə ermənilərin aqressiv reaksiyasını şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bizim ən böyük problemimiz Azərbaycanda baş verən erməni silahlı separatizminin dünya tərəfindən obyektiv qəbul edilməməsidir:

    Muxalifet2 - 4-07-2018

  14. ELMAR VƏLİYEVƏ SUİ-QƏSDİN TƏFƏRRÜATI - Başçının vurulduğu silah kimə məxsus olub?

    Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova atəş açıldığı silah axtarışda olub.

    Bu barədə Sputnik Azərbaycan-a Gəncənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

    GŞİH başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd faktı üzrə saxlanılan şəxs öz qurbanlarının baş nahiyəsini hədəf seçib. İlkin məlumata görə, hər iki zərərçəkmiş başından vurulub.

    Muxalifet2 - 4-07-2018

  15. Millət vəkili parlamentə "Lamborghini" ilə gəldi - FOTO

    Türkiyə Ədalət və İnkişaf Partiyasının Sakaryadan seçilən millət vəkili, sabiq idmançı Kənan Soğuoğlu parlamentə lüks avtomobili ilə gəlib.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, president Rəcəb Tayyib Ərdoğanın təkidi ilə idman karyerasına son qoyan K.Sofuoğlu “Lamborghini” markalı avtomobili ilə bütün diqqətləri üzərinə çəkib.

    O, millət vəkilliyinə sənədləşdirmə işlərini tamamlamaq üçün ilk dəfə Türkiyə Böyük Millət Məclisinə gəlib.

    Muxalifet2 - 4-07-2018

  16. Hava şəraiti dəyişir - LEYSAN, DOLU YAĞACAQ, DAŞQIN OLACAQ

    Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

    Muxalifət.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

    Muxalifet2 - 4-07-2018

  17. Putinlə görüş ərəfəsində Trampa xoşagəlməz sürpriz – Senatın Kəşfiyyat komitəsi qalmaqallı HESABAT AÇIQLADI

    Rusiyanın 2016-cı ABŞ prezident seçkisinə müdaxiləsi iddialarını araşdıran aparıcı Senat komitəsi ölkənin kəşfiyyat agentliklərinin qiymətləndirməsini qəbul edərək bildirib ki, Rusiyanın təbliğat səyləri əvvəllər məlumat verildiyindən daha böyük olub.

    Muxalifet2 - 4-07-2018

  18. ELMAR VƏLİYEVİN GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – O, sol gözündən və sol çiynindən ağır yara alıb...

    Dünən axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi ölkədə enerji böhranı səviyyəsində ajiotaja səbəb oldu. Lakin bu məsələdə də kifayət qədər informasiya qıtlığı yaşandığından, hadisədən az sonra icra başçısınən güllələnməsi haqda müxtəlif şayiələr yayılmağa başladı. Belə ki, hadisə yerində can verən əslən qazaxlı olan mühafizəçisinin ardınca, Vəliyevin də xəstəxanada dünyasını dəyişdiyi iddia olundu.

    Muxalifet4 - 4-07-2018

  19. Paşinyandan ŞOK ADDIM: qoşunu Qarabağa yeritdi və... - "Hücuma keçməliyik"

    Ermənistanın Daxili Qoşun birləşmələrini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirməsi işğalçı ölkənin müharibəyə hazırlaşdığını əyani şəkildə sübut edir.
    Muxalifət.az xəbər verir ki, Ermənistan mediasında yayımlanan məlumatlar da İrəvanın müharibə hazırlığında olduğunu deməyə əsas verir.

    Muxalifet2 - 4-07-2018

  20. ​İyulun 5-nə MANATIN MƏZƏNNƏSİ

    İyulun 5-nə manatın məzənnəsi açıqlanıb.
    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, 05.07.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il iyulun 4-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 4-07-2018

Pages