Axtarış
The search found 105823 results in 0.117 seconds.
Search results
EHTİYAT NƏQLİYYAT VASİTƏLƏRİ XƏTTƏ BURAXILDI
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ehtiyat nəqliyyat vasitələri ərazilərdədir.
Xidmətdən verilən məlumata görə, Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın hərəkətindəki sıxlığı nəzərə alaraq sərnişinlərin əlavə nəqliyyat vasitələri ilə təmin edir.
“Bakı Nəqliyyat Agentliyinin işinə dəstək olaraq həm müfəttişlərimiz, həm də xüsusi ehtiyat nəqliyyat vasitələrimiz ərazidədir. Cəlb etdiyimiz əlavə nəqliyyat vasitələri tam ödənişsiz əhaliyə xidmət göstərir”.
Muxalifet2 - 4-07-2018
"Azərenerji"dən işıq təminatı ilə bağlı AÇIQLAMA
Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarından bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
Muxalifət.az xəbər verir ki, bu barədə "Azərenerji" məlumat yayıb. Bildirilir ki, həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin olunub. Hazırda elektrik enerjisinin tam şəkildə verilişi bərpa olunur.
Bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər davam etdirilir.Muxalifet2 - 4-07-2018
ABŞ ordusunun qüdrəti: ondan istifadə… - Tramp
Ümid edirəm ki, bizim ölkəmizdə istehsal olunan möhtəşəm, dünyanın ən yaxşısı hesab olunan avadanlıqlardan heç vaxt istifadə etməyəcəyik.
Muxalifet.az axar.az istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Virciniya ştatında çıxışı zamanı deyib.Muxalifet - 4-07-2018
İşıqforlar işləmədi, sıxlıq: POLİS NƏLƏR ETDİ? - Vaqif Əsədov
Son iki gündə maddi zərərlə nəticələn bir neçə yol nəqliyyat hadisəsi olub. Adətən işıqfor birləşmələrində qəzalar çox olur. Son qəzalar isə işıqforların işləməməsindən yox, tələblərə uyğun hərəkət edilməməsindən qaynaqlanıb.
Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında deyib. O bildirib ki, işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:
Muxalifet2 - 4-07-2018
NETANYAHU KÜNCƏ SIXIŞDI! - Xanımını müdafiə etdi
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu korrupsiyada - dövlət əmlakınında sui-istifadə eləməkdə ittiham edilən həyat yoldaşı Sara Netanyahunu müdafiə edib, bu ittihamların əsassız olduğunu bildirib medianı isə tənqid edib. O, Bu ayın axırında məhkəmə qarşısına çıxacaq olan xanımını “media hücumunun imicini ləkələdiyi qəhrəman” adlandırıb.
Muxalifet2 - 4-07-2018
Trampın İrana qarşı silahı: NEFT, DOLLAR VƏ ƏRƏBLƏR
Ənənəvi metodlar İranı təslim etməyə yetəcəkmi?
Ötən həftə İranda paytaxt Tehran da daxil olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Aksiyaların ilk şüarların dolların kəskin bahalaşması olub. İranda ABŞ dollarının qəflətən 80 min riala yüksəlməsi və hətta “qara bazar”da 90 min riala yüksəlməsi etirazlara səbəb olub.
Muxalifet2 - 4-07-2018
Ruhani açıq-aşkar təhdid etdi: “ƏGƏR BUNU ETSƏNİZ...”
İran prezidenti Ruhani: “Hörmuzd boğazı bağlanır”
Muxalifət.az xəbər verir ki, ABŞ-ın müttəfiqlərini təhdid edərək, Tehrandan neft idxalını dayandırması planına qarşı çıxan İran prezidenti Həsən Ruhani ilk dəfə güclü təhdidlə çıxış edib.
Muxalifet2 - 4-07-2018
Marşrutlar pulsuzdur: BƏS APARAT NİYƏ SÖNDÜRÜLMÜR?
Sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən sürücü, hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək.
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış vəziyyətlə əlaqədar bütün marşrutların pulsuz xidmət göstərməsinə baxmayaraq, bəzi sürücülərin ödəniş qəbul etməsinə münasibət bildirərkən deyib.
M.Ağayev bildirib ki, əvvəlcədən məlumat verildiyi kimi, 03 iyul saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir:
Muxalifet2 - 4-07-2018
TÜRKİYƏNİN XARİCİ SİYASƏTİ BUNDAN SONRA NECƏ OLACAQ? –Ərdoğan dəyişməz qalacaq, Çavuşoğlunun isə əvəz edilməsi ehtimalı var - TƏHLİL
Türkiyənin Qərblə münasibətləri prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı altında olduğu dövrdəki kimi, heç vaxt gərgin və çaşqın olmayıb. Bundan əlavə, Yaxın Şərqdəki heç bir hökumət Ankaranın bölgə işlərinə müdaxiləsindən heyranlıq duymur. Ancaq Ərdoğanın son seçki zəfərinin ardınca Qərblə əlaqələrin çox şeyi müəyyən edəcəyi şəksizdir. Xüsusilə də, 2017-ci ildə qəbul edilən Konstitusiya dəyişikliklərinin tətbiq olunmasından sonra Ərdoğanın Türkiyənin “yeganə hökmdarı” olmasını nəzərə alınaraq.
Muxalifet2 - 4-07-2018
Bakıda soyğunçuluğa cəhd edən meyxanaçı tutuldu
Bakıda soyğunçuluğa cəhd edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.Muxalifet - 4-07-2018
Ermənistan bütün ordusunu Qarabağa yeritdi - RƏSMİ AÇIQLAMA
Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir. Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Muxalifət.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
Muxalifet2 - 4-07-2018
PKK/PYD-ni TİTRƏDƏCƏK HADİSƏ - Menbiç-Tel Rüfət sərhədində HƏRƏKƏTLİLİK
Muxalifət.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən, Kilsidəki sərhəd zastavalarından Suriyadakı Menbiç ilə Tel Rüfət sərhədinə Kilisdən tank, minaya davamlı “kirpi”, zirehli hərbi personal daşıyıcı (ZPT) və başqa hərbi texnika göndərilib.
Gecə başlanan hərbi karvanlar səhər açılana qədər davam edib.
Hərbi karvanlar, Kilisin Öncüpınar sərhəd məntəqəsindən Menbiç ilə Tel Rüfət bölgəsinə göndərilir./Hurriyyet/
Muxalifet2 - 4-07-2018
"Əfsuslar olsun ki..." - PA-dan Mingəçevir və Gəncə olayına AÇIQLAMA
2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdır.
Muxalifet2 - 4-07-2018
Bakıda müşahidə olunan dumanla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub. “İyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub.
Muxalifet2 - 4-07-2018
Paşinyan Armen Sərkisyanı da İSTEFAYA GÖNDƏRİR
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sərkisyanı istefaya göndərməyə hazırlaşır.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.
“Paşinyan bu vəzifəyə öz adamını gətirmək istəyir. Armen Sərkisyanın cəmiyyətin böyük hissəsinin dəstəyinə sahib olmasına rəğmən Paşinyan hələ də prezident vəzifəsini Serj Sərkisyanın təklif etdiyi şəxsin tutmasını qəbul edə bilmir”, – deyə o bildirib.
Muxalifet2 - 4-07-2018
“AZƏRENERJİ”YƏ AYRILAN YÜZMİLYONLAR HARA GEDİB? - Tanınmış iqtisadçı ölkədə böhran yaradan təşkilat barədə şok faktlar açıqladı
“Mingəçevirdəki “Azərbaycan İES”-də baş verən hadisə “Azərenerji” ASC-nin statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin formalaşdırımasını da aktuallaşdırır. 2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu, o deməkdir ki, vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər. Qurumun enerji satışından əldə etdiyi gəlirini yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq, “Azərenerji”nin zərəri 602,873 milyon manat olub.
Muxalifet2 - 4-07-2018
Fond rəhbəri ermənilərin yığdığı pulları qumara qoyub – "HAYASTAN"IN RƏHBƏRİ HƏBS EDİLDİ
Ermənistan Milli Təhlükəsizlik Xidməti ümumerməni xeyriyyə fondu “Hayastan”ın direktoru Ara Vardanyanı həbs edib. Erməni KİV-lərinin yaydığı məlumata görə, o fondun vəsaitlərini mənimsəməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Muxalifet2 - 4-07-2018
Türkiyə PKK mövqelərini DARMADAĞIN ETDİ
Türkiyə Silahlı Qüvvələri Şırnak bölgəsi, Qəndil, Avaşin-Basyan və Qara bölgələri istiqamətində hava əməliyyatı həyata keçirib.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı informasiya yayıb.
Məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarları hədəf seçilib, 11 terrorçu aviazərbələr nəticəsində öldürülüb.
Muxalifet2 - 4-07-2018
ABŞ dünyanı yeni silahlarla TƏHDİD ETDİ
“Ümid edirəm ki, Birləşmiş Ştatlara heç vaxt müasirləşdirilmiş silahlı qüvvələrindən istifadə etmək lazım olmayacaq”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Qərbi Virciniya statinda müstəqillik günü ilə bağlı ABŞ-ın Silahlı Qüvvələrinin təntənəli təbrikinə həsr olunmuş çıxışı zamanı bildirib.
Muxalifet2 - 4-07-2018
Əflatun Amaşov icra başçısına silahlı hücum edilməsi barədə yazdı: "YANLIŞ MƏLUMATLAR YAYILMAQDADIR"
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı yanlış məlumatlar yayılmaqdadır.
Muxalifət.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov öz "feysbuk" səhifəsində bildirib.
O, icra başçısının yalandan ölüm xəbərlərini yayanları sərt tənqid edib: “Silahlı hücum həqiqətən də olub və bunu edən şəxs saxlanılıb. Hadisə nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. Onun özünün vəziyyəti yaxşıdır.
Muxalifet2 - 4-07-2018