Axtarış
The search found 105823 results in 0.13 seconds.
Search results
Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi ƏLDƏN ÇIXDI
Rusiyalı milyarder, prezident Vladimir Putinin yaxın ətrafına daxil olan Gennadi Timçenko özünün “Gulfstream G650” şəxsi təyyarəsini satıb. “Reuters” broker məlumatlarına və aviasiya registrinə istinadən bu haqda xəbər verir. Məlumata görə oliqarx təyyarəni ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara görə satmalı olub. Çünki ABŞ istehsalı olan təyyarəyə sanksiyalar üzündən texniki xidmət göstərilməsi mümkün deyil.
Muxalifet2 - 3-07-2018
Mingəçevir SES gücləndirilmiş rejimə başladı
Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.
Muxalifət.az xəbər verir ki, buna ötən gecə “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.
Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istshsal etməsi deməkdir.
Muxalifet2 - 3-07-2018
Ötən həftə məmurlar haqda ən çox yazan saytlar... –STATİSTİKA
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 3-07-2018
Qanunsuz balıq ovuna görə 9 MİN MANATA QƏDƏR CƏRİMƏ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.
Muxalifet2 - 3-07-2018
“Paşinyan “dalay-dalay” edir...” - BAYRAM SƏFƏROV
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Daxili Qoşunlarını işğal altında saxlanılan Dağlıq Qarabağ torplaqlarına yeridib.
Ermənistanın "Qrapark” qəzetinin yazdığına görə, Daxili Qoşunlar işğalçı qüvvələrə dəstək məqsədilə bölgəyə göndərilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın baş naziri Nikol Paşinyanın bu cür addımına sərt reaksiya verib.
Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Paşinyan daxildə xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyindən, müxtəlif yollara əl atmaqla məşğuldur:
Muxalifet2 - 3-07-2018
Yaşamaq üçün ən ucuz şəhərlər açıqlanıb
Yaşamaq üçün 560 avronun yetərli olduğu ən ucuz şəhər Misirin paytaxtı Qahirə şəhəri olub.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, reytinq cədvəlinin hazırlanmasında ilk bir ay üçün lazım olan vəsait nəzərdə tutulub. Bura mənzilin kirayəsi, internetin ödənilməsi, qidalanma, nəqliyyat və telefon daxildir.
İkinci yerdə Hindistanın Banqalor şəhəri (634 avro), üçüncü yerdə isə Buxarestdir (644 avro).Muxalifet - 3-07-2018
İCRA BAŞÇISININ 1 MİLYONLUQ OBYEKTİ... – Sabiq nazirin dayısı haqda ŞOK FAKTLAR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 3-07-2018
Əsədlə PKK razılaşdı! - DİQQƏTÇƏKƏN TÜRKİYƏ MADDƏSİ
Əsəd rejimi ilə terror təşkilatı PKK-nın Suriya qolu YPG arasında keçirilən görüşlərdən sonra Hasəkədə, YPG ilə rejim arasında ön razılaşma əldə olunduğu qeyd olunub.
Əsəd rejiminə yaxınlığı ilə tanınan “Al-Masdar”-ın xəbərinə görə, Əsəd rejimi ilə terror təşkilatı YPG arasında keçirilən görüşlərdən sonra Hasəkədə, YPG və rejim arasında ön razılaşmanın əldə olunduğu qeyd edilib.
Müqaviləyə görə, PKK-nın Suriya davamı YPG, öz nəzarəti altında olan Hasəkədə, terrorçubaşı Abdullah Öcalanın portretlərini götürməyi qəbul edib.Muxalifet3 - 3-07-2018
“Dünya Kuboku matçından əvvəl ATAMI QAÇIRDILAR”
Nigeriya Milli Komandasının kapitanı Con Obi Mikel, Argentina matçından əvvəl atasının fidyə üçün qaçırıldığını açıqlayıb.
Atasını silahlı şəxslərin qaçırdığını söyləyən Mikel, "Atam quldurların əlindəykən oyuna çıxdım. Matç başlamazdan 4 saat əvvəl vəziyyəti mənə xəbər verdilər. Matça çıxıb çıxmayacağıma qərar verməyim lazım idi. Əgər oynamasam, 180 milyon nəfəri üz üstü buraxacaqdım. Ölkəmi düşündüm və oyuna çıxdım. Beynimdən bu fikirləri atıb, ölkəmi təmsil etdim" deyib.Muxalifet3 - 3-07-2018
Gecə yaranan zülmət ölkənin enerji təhlükəsizlyinin vəziyyətini göstərdi
Azərbaycanın təkcə özünün yox, həm də Avropanın yarısının, bəlkə də hamısının enerji təhlükəsizliyini təmin etməsi barədə dövlət məmurlarının hay-küylü bəyanatları ötən gecə alt-üst oldu.
Məlum oldu ki, bütün bu təhlükəsizlik Mingəçevirdəki 30 illik tarixi olan yeganə transformatordan asılıdır. Bu transformator qızınca "təhlükəsizlik" sistemi də naməlum istiqamətə yox olur.
O da məlum olub ki, bu cür fövqəladə hallarda ölkənin enerji təchizatına alternativ sistem yoxdur.Muxalifet4 - 3-07-2018
Baykal TBMM iclasını idarə etməkdən imtina etdi
CHP-nin Antalya millət vəkili Dəniz Baykal TBMM-in ilk iclasını idarə etməkdən imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Dəniz Baykalın yerinə TBMM-in ilk iclasını Durmuş Yılmazın idarə edəcəyi açıqlanıb.
Qeyd edək ki, Konstitusiyaya görə, parlamentin seçkidən sonra ilk iclasını sədr seçilənə qədər məclisin ən yaşlı deputatı idarə etməlidir.Muxalifet - 3-07-2018
“Elektrik enerjisinin kəsilməsində istini səbəb kimi göstərmək gülüncdür” – ARDNŞ-in KEÇMİŞ PREZİDENTİ
“Azərbaycanda elektrik enerjisində yaranmış fasilə aradan qaldırılmaqdadır”.
"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib ki, artıq Bakı şəhərinə tam, regionlarda isə 80 faiz elektrik enerjisinin verilişi bərpa edilib.
Onun sözlərinə görə, Bakı metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. Bununla yanaşı Bakının içməli su ilə təchizatında yaranmış problem hələ də aradan qaldırılmayıb.Muxalifet4 - 3-07-2018
Ruhani əmri verdi! İRANDA KRİTİK DƏYİŞİKLİK
İranın prezidenti Həsən Ruhaninin əmri ilə dinc nüvə proqramı çərçivəsində İsfahanda uran tetraflorid (UF4) istehsalına başlanıb.
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İsfahanın meri Möhsün Mihralizadə, Uran Kompleksində apardığı araşdırmalardan sonra mətbuata verdiyi bəyanatda, UF4 istehsalı üçün işlərə yenidən başlandığını bildirib.
RUHANİ GÖSTƏRİŞİ VERİB
Muxalifet3 - 3-07-2018
Argentina yığmasına pulsuz rəhbərlik etməyə hazıram - Dieqo Maradona
Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır.
Muxalifet.az "Reuters"ə istinadən xəbər verir ki, əfsanəvi hücumçu yığmada pulsuz icra etmək istədiyini bildirib. O deyib: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edərəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm. Titenin işi xoşuma gəlir".Muxalifet - 3-07-2018
Azərbaycanlı iş adamı Ukraynada itkin düşüb
Belarusun Qomel vilayətindən Ukraynaya gələn azərbaycanlı iş adamı itkin düşüb. APA-nın məlumatına görə, Rusiya vətəndaşı, uzun müddətdir Qomeldə yaşayan, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1974-cü il təvəllüdlü Həsənov Ruslan Əli oğlu sonuncu dəfə bir həftə əvvəl Ukraynanın Xarkov şəhərində olub.
Biznesi ilə bağlı Xarkova gəldiyi bildirilən R. Həsənovla bütün əlaqələr kəsilib. Artıq polisə müraciət edən yaxınları onun buna qədər bir neçə dəfə təhdid olunduğunu bildiriblər. İş adamı taxta biznesi ilə məşğul olub.Muxalifet - 3-07-2018
Kurtsdan şok: Bu ərazi ilə AB layihəsi başa çatacaq
Avropa Birliyi layihəsi buraya Qərbi Balkanın qatılmasından sonra tamamlanacaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avstriya kansleri Sebastian Kurts deyib.
“Məncə, Avropanın bütün ideyası Qərbi Balkan ölkələrinin hamısının AB-yə qatılmasından sonra tam icra ediləcək. O zaman bu layihə başa çatacaq. Biz bunun üçün hər şeyi edəcəyik”, – deyə o bildirib.Muxalifet - 3-07-2018
Sahil Babayev nazirliyə nəzarəti itirib? – YENİ NAZİR HAQDA ŞOK İTTİHAMLAR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 3-07-2018
Ərdoğana SUI-QƏSD! Konvoyuna BOMBA YÜKLÜ AVTOMOBİLLƏ HÜCUM OLACAQDI
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçki günü ölümdən döndüyü ortaya çıxıb. Məlumata görə, Ərdoğana seçki davam edərkən bomba yüklü mikroavtobusla saat 15.07-də hücum edəcəkdilər. Bomba yüklü avtomobil Göytürk peyki tərəfindən son anda təsbit edilib.
Muxalifet3 - 3-07-2018
Bakıda avtobuslar gücləndirilmiş rejimə keçdi
Son günlər Respublika ərazisində, xüsusi ilə də Bakıda müşahidə edilən anomal hava şəraiti ilə bağlı “Xaiq Faiqoğlu” şirkəti xüsusi iş rejiminə keçib. Belə ki, şirkət rəhbərliyi avtobuslarda kondisionerlerin səhər saat 08-dən axşam 23:00-dək işlək vəziyyətdə olmasına və sazlığının təmin olunması üçün bütün qüvvələrin səfərbər edilməsinə göstəriş verib.
Muxalifet - 3-07-2018
Səhra şəraitində müşavirə: Nazir şəxsən...
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.
Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidməti müşavirədə birləşmə və hərbi hissələrin komandir, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.Muxalifet - 3-07-2018