Axtarış

The search found 105823 results in 0.071 seconds.

Search results

  1. İsmayıllıda DƏHŞƏTLİ QƏTL: ər arvadını öldürdü

    İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.

    Hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

    Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 3-07-2018

  2. İşıqsız xəstəxanalarda ÖLÜM FAKTI qeydə alındı?

    Azərbaycanda işıqla bağlı baş verən problem nəticəsində Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində heç bir problem qeydə alınmayıb.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, işıqlar sönəndən bir neçə dəqiqə sonra generatorlar qoşulub:

    “Xəstələrin olduğu şöbələr, əməliyyatxanalar işıqla təmin edilib. Ona görə də heç bir problem yaranmayıb. Hər hansı ölüm faktı, insan tələfatı, yaralanma halları yoxdur”.

    Muxalifet2 - 3-07-2018

  3. Bu gün 57 min şagird imtahan verir

    Dövlət İmtahan Mərkəzi bu gün 57625 şagird üçün buraxılış imtahanı keçirilir.

    DİM-dən verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

    9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

    Muxalifet2 - 3-07-2018

  4. ƏRDOĞAN ABŞ ƏLEYHİNƏ MÜXALİFƏTƏ RƏHBƏRLİK EDİR –Asiya dövlətlərinin sanksiyalar əleyhinə güclü cəbhəsi yarana bilər - TƏHLİL

    ABŞ prezidenti Donald Tramp 14 noyabr tarixini İrana qarşı boğucu iqtisadi sanksiyaların başlayacağı gün elan edib və bu müddətdə ən bariz cəhd Tehrandan neft alınmasının dayandırılmasıdır. Bir çox Avropa və Asiya ölkəsinin sanksiya tələblərinə əməl etməsi mümkündür, lakin Çin, Hindistan və Rusiya kimi güclü ölkələr sərt tədbirlərin əleyhinədir.

    Muxalifet2 - 3-07-2018

  5. Rusiyadan GÜC NÜMAYİŞİ – İlin sonunda silahlanmaya daxil ediləcək

    Rusiyada “S-400” hava hücumundan müdafiə sistemi üçün böyük hərəkət radiuslu zenit raketinin dövlət sınaqları başa çatdırılıb.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda hərbi sənaye kompleksindəki mənbə bildirib.

    “Kapustin Rar poliqonunda “S-400” sisteminin 40N6E uzaqvuran raketinin dövlət sınaqları başa çatdırılıb”, - mənbə deyib.

    Qeyd edilir ki, sınaqlar müvəffəqiyyətli olub.

    Mənbənin sözlərinə görə, raket ilin sonuna kimi silahlanmaya qəbul edilə bilər. “Almaz-Antey” konserni raketinin istehsalçısıdır.

    Muxalifet2 - 3-07-2018

  6. Kolumbiya üçün “ÖLÜM-QALIM” OYUNU

    İsveç və İsveçrə milliləri  münasibətlərini aydınlaşdıracaq; Kolumbiya isə İngiltərəni məğlub etmək iddiasındadır 

    Bu gün futbol üzrə XXI dünya çempionatında  son 1/8 qarşılaşmaları olacaq. Saat 18:00-da İsveç və İsveçrə milliləri  münasibətlərini aydınlaşdıracaq. Saat 22:00-da isə Kolumbiya və İngiltərə qarşılaşması başlayacaq.

    Skandinaviya derbisi 

    Muxalifet2 - 3-07-2018

  7. QƏNDİL PKK-ya MƏZAR OLDU

    Türkiyə Silahlı Qüvvələrinin PKK-nın mərkəzi Qəndilə təşkil etdiyi əməliyyatlarda 300 terrorçu öldürülüb.

    Muxalifət.az xəbər verir ki, bu barədə TSQ-nın iyun ayına olan hesabatında deyilib.

    Əməliyyatlarda TSQ, polis, jandarma, MİT və təhlükəsizlik qoruyucuları iştirak edib. 1-30 iyun tarixləri arasında PYD-PKK terror qruplaşmasının hücumlarında 19 təhlükəsizlik əməkdaşı şəhid olub. Bir nəfər mülki şəxsin həlak olduğu hücumlarda yaralanan 28 əsgərin isə müalicəsi davam edib.

    Muxalifet2 - 3-07-2018

  8. Azərbaycanda yenidən anomal istilər olacaq - XƏBƏRDARLIQ

    “İyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir”.

    Muxalifət.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekol­oji ma­arifləndirmə və­ icti­maiyyətlə əlaqəl­ər ş­öbəsinin icti­mai­ təşkilatlarla iş, ek­ol­oji maarifləndirmə ­v­ə elm sektorunun müd­­iri Umayra Tağıyeva bildirib.

    Muxalifet2 - 3-07-2018

  9. Elxan Süleymanov:"AŞPA-da artıq real işlərlə deyil, imitasiya xarakterli fəaliyyətlə məşğul olurlar"

     Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin "ömürlük cəza"sının anatomiyası haqqında

    AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov son vaxtlar AŞPA-da Azərbaycan əleyhinə baş verənlər barədə məqalə yazıb. Musavat.com onun yazısını təqdim edir. 

    Muxalifet2 - 3-07-2018

  10. Baş nazirin müavini hadisə yerində: TAPŞIRIQ VERİLDİ

    Baş nazirin birinci müavini Yaqub Eyyubov və Azərenerji ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.
    APA-nın məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

    Muxalifet2 - 3-07-2018

  11. İranın nüvə proqramı üzrə nazirlərin GÖRÜŞÜNÜN YERİ VƏ VAXTI BİLINDİ

    İranın nüvə proqramı üzrə sazişin iştirakçı dövlətləri arasında danışıqlar iyulun 6-da Vyanada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə diplomatik mənbəyə istinadən Avstriya KİV-ləri məlumat yayıb.

    Qeyd edək ki, görüşə “altılığ”ın xarici işlər nazirlərinin qatılması gözlənilir. Rusiya XİN rəhbərinin görüşdə iştirakı barədə hələ məlumat verilməyib.

    Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Tehranla nüvə razılaşmasını tərk etdiyi barədə bəyan edib.

    Muxalifet2 - 3-07-2018

  12. "Lider" TV-nin əməkdaşına VƏZİFƏ VERİLDİ

    "Lider" televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub.

    Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.

    Muxalifet2 - 3-07-2018

  13. ABŞ 2500 İRANLINI ÖLKƏDƏN ÇIXARIR

    ABŞ hökuməti ölkədən 2,5 min iranlını deportasiya edə bilər.

    Muxalifət.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Moctabu Zolnura “Etemad” qəzetinə müsahibəsində deyib.

    Muxalifet2 - 3-07-2018

  14. Masallıda 20 yaşlı qız kafedə ÖLÜMCÜL BIÇAQLANDI

    Masallı rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

    Trend-in məlumatına görə, hadisə rayon mərkəzindəki "SCAR" kafesində baş verib.

    Rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Cəfər Asif oğlu əvvəllər tanıdığı rayon sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Aysel Ədil qızı ilə mübahisə edib.

    Mübahisə nəticəsində C.Hacıyev üzərində gəzdirdiyi qatlanan bıçaqla Ayselin bədəninin müxtəlif nayihələrinə qəsdən zərbələr vuraraq daxilə keçən ağır bədən xəsarətləri yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 3-07-2018

  15. ABŞ Çinin nüvə arsenalını AÇIQLADI

    Amerika ekspertləri hesab edirlər ki, Çinin nüvə arsenalı 280 döyüş başlığından ibarətdir.

    Muxalifət.az xəbər verir ki, bu haqda “Bulletin of the Atomic Scientists” akademik jurnalı bildirib.

    “Çin 1980-ci illərdə başlanmış nüvə silahının müasirləşdirilməsi proqramını davam etdirir”, - xəbərdə deyilir.

    Onların qiymətləndirmələrinə görə, Çində, xüsusi halda, hərbi gəmilərdə 48 ballistik raket var.

    Muxalifet2 - 3-07-2018

  16. İyulun 5-dən tələbələrin köçürülməsinə başlanılır - TƏHSİL NAZİRLİYİ

    İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Sənədlərin qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir.

    Muxalifet2 - 3-07-2018

  17. Çarukyanın da mühafizə rəisi HƏBS EDİLDİ

    Məşhur erməni oliqarx Qagik Çarukyanın mühafizəsinin rəisi həbs edilib.

    Muxalifət.az xəbər verir ki, o, qəsdən sağlamlığa ziyan vurmaqda ittiham edilir. Mətbuat həmin şəxsi minimum 3 il həbs cəzası gözlədiyini bildirib.

    Qeyd edək ki, bundan öncə Serj Sərkisyanın mühafizə rəisi həbs edilib.

    Muxalifet2 - 3-07-2018

  18. Dünya bu günü gözləyir - İranın taleyi HƏLL OLUNACAQ

    İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyunun 6-da Vyanada görüşəcəklər.

    Muxalifət.az xəbər verir ki, bu haqda görüşün təşkili ilə tanış diplomatik mənbəyə istinadən “Kyodo” agentliyi bildirib.

    KİV-in məlumatına görə, görüşdə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, həmçinin, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini və İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək. Görüşə nüvə sazişinin iştirakçılarından olan ABŞ-ın nümayəndələri qatılmayacaq.

    Muxalifet2 - 3-07-2018

  19. Bakıda işıq kəsildi: 18 NƏFƏR LİFTDƏ QALDI

    Bakı şəhərində gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

    FHN-dən verilən məlumata görə, adisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

    Əməliyyatlar uğurla başa çatıb.

    Muxalifet2 - 3-07-2018

  20. Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - DÜŞMƏN MÜHARİBƏ HAZIRLIĞINA BAŞLAYIR?

    Ermənistanın baş naziri Nikol Paşinyan daxildəki polis qoşun bölmələrinin sərhədlərin qorunması əməliyyatında iştirak etməsinə qərar verib.

    Muxalifet2 - 3-07-2018

Pages