Axtarış

The search found 105823 results in 0.089 seconds.

Search results

  1. ​Səfirliyimiz Çikaqoda musiqi gecəsi keçirdi

    İyulun1-də Amerika Birləşmiş Ştatlarının Müstəqillik günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə klassik musiqi gecəsi keçirilib.
    Muxalifet.az xəbər verir ki, musiqi gecəsi Türk-Amerika Mədəniyyət İttifaqının mərkəzi binasında təşkil edilib.
    Gecəsinin gənc iştirakçıları Mixael Naği, Russel Naği, Nəzrin Məmmədova, Ayxan Əzimov, Məryəm Əzimova, Leyla Zarinebaf, Araz Zarinebaf və Sabir Əliyev maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

    Muxalifet3 - 2-07-2018

  2. ​Loqarda partlayış: hədəf NATO konvoyu...

    Əfqanıstanın Loqar əyalətində partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb.
    Olay yerində NATO qüvvələrinin konvoyu olsa da, hərbçilər arasında zərərçəkən olmayıb.
    Partlayışın məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib
     

    Muxalifet3 - 2-07-2018

  3. ​Rövşən Rzayev Berqhof Fondunun nümayəndələri ilə görüşdü

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniyanın Berqhof Fondunun Qafqaz üzrə proqram direktoru Oliver Vollehi qəbul edib.

    Muxalifet3 - 2-07-2018

  4. ​Lavrov ABŞ-da: Nələr müzakirəyə çıxarılır?

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov iyulun 3-də ABŞ Konqresinin üzvləri ilə bu ölkədə görüşəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
    Görüşdə iki ölkə arasındakı münasibətlər, sanksiyalar, Ukrayna, Suriya və Yaxın Şərq böhranının müzakirəsi gözlənilir.
     

    Muxalifet3 - 2-07-2018

  5. ​ABŞ-ın İran hədəfi: Məqsəd rejimi dəyişmək deyil

    Hədəfimiz İrana qarşı təzyiqi artıraraq neft satışını sıfra endirməkdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibliyinin nümayəndəsi Brayan Hook bildirib.
    "İranla bağlı strategiyamız rejim dəyişikliyinə yox, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə yönəlmişdir. Məqsədimiz İran rejiminə təzyiqi artıraraq neft satışlarını sıfra endirməkdir. Qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq", - Hook qeyd edib.
     

    Muxalifet3 - 2-07-2018

  6. ​ABŞ-dan Türkiyə ilə bağlı növbəti açıqlama

    Türkiyənin pilotları və xidmət personalı qısa müddət ərzində Arizonada uçuş təlimlərinə başlayacaq, ancaq ABŞ hökuməti Türkiyənin F-35 proqramında iştirakı barədə hələ bir qərar verməyib.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik Rob Manninq deyib.
    Mövcud müqavilələr çərçivəsində təyyarənin bir müddət ABŞ-da nəzarətdə qalacağını bildirən Manninq pilotların təliminin təxminən 2 il davam edəcəyini söyləyib.
     

    Muxalifet3 - 2-07-2018

  7. Merkel höküməti dağılmadı: BÖHRAN AŞILDI

    Almaniyanın daxili işlər naziri Horst Seehofer, Xristian Demokrat Birlik Partiyası (CDU) və Xristian Sosial Demokrat Partiyası (CSU) arasında aparılan danışıqlarda qeyri-qanuni miqrasiyanın qarşısını almaq məsələsində anlaşdıqlarını bildirib.
     
    CSU-nun lideri Seehofer, Berlində jurnalistlərə verdiyi açıqlamada, CDU və CSU arasında razılıq əldə olunmasından dolayı məmnun olduğunu bildirib.

    Muxalifet3 - 3-07-2018

  8. Tramp şəklində EKSTAZ DƏRMANLARI

    ABŞ-ın İndiana ştatında narkotik tacirlərinə qarşı əməliyyat keçirən polis, ABŞ prezidenti Donald Trampın şəklini əks etdirən ekstaz həbləri ələ keçirib.
     
    Amerika Birləşmiş Ştatlarının (ABŞ) İndiana ştatında narkotik əməliyyatı keçirən polis, ABŞ prezidenti Donald Trampın şəklini əks etdirən ekstaz həbləri ələ keçirib.

    Muxalifet3 - 3-07-2018

  9. Şəhidin vəsiyyəti YERİNƏ YETİRİLDİ

    “Zeytun Budağı” Hərəkatının şəhidi Musa Özalkanın ilk vəsiyyəti Suriyada həyata keçirilib. Çobanbəydə uşaqlara və gənclərə xidmət verəcək Musa Özalkan Mədəniyyət Mərkəzinin tikintisi tamamlanıb.
     
    Türk Silahlı Qüvvələrinin (TSQ) Afrinə qarşı keçirdiyi “Zeytun Budağı” Hərəkatının ilk şəhidi olan Musa Özalkanın vəsiyyəti Suriyada yerinə yetirilib. Kurt-Ar dərnəyi tərəfindən “Fərat Qalxanı” bölgəsində uşaqlara və gənclərə xidmət verəcək mədəniyyət mərkəzinin tikintisi tamamlanıb.

    Muxalifet3 - 3-07-2018

  10. ​Mingəçevir İES-də GÜCLÜ PARTLAYIŞ – Ölkə işıqsız qaldı

    Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.
    FHN-dən verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,  deyə FHN rəsmisi bildirib.
    Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.
     
    ***

    Muxalifet4 - 3-07-2018

  11. ​"Avtovağzal" və "Memar Əcəmi" metro stansiyaları sərnişinləri qəbul etmir

    "Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir". Bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

    Muxalifet4 - 3-07-2018

  12. ​Sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır - ELEKTRİK QATARININ HƏRƏKƏTİ DAYANDIRILDI

    Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən,  bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.
     
    “Azərbaycan Dəmir Yolları”dan veilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.
     
    “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

    Muxalifet4 - 3-07-2018

  13. ŞOK: Kraliça sağdır, ölümünü MƏŞQ EDİRLƏR - "Dəfn mərasimi"ndə nazirlər də iştirak edib...

    İngiltərənin 92 yaşlı kraliçası Elizabetin dəfn mərasiminin məşqi keçirilib. Məşq qərarının ötən günlərdə Kraliçanın xəstələnməsindən sonra alındığı bildirilib. “London Bridge” adı verilən cənazə planına görə, Kraliça Elizabetin ölümündən sonra baş nazir Tereza Mey xalqa müraciət edəcək və 10 gün matəm elan edəcək.
     
    Birləşmiş Krallığın Kraliçası 2-ci Yelizaveta vəfat etdiyi təqdirdə olası dəfn mərasiminin məşqi keçirilib. Dəfn mərasimi məşqlərində yüksək səviyyəli nazirlər də iştirak edib.

    Muxalifet3 - 3-07-2018

  14. ​Bakıda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib - FOTO

    Respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problem ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.
    “Report” xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldurlar.
    Hazırda Yol və Post Patrul xidmətlərinin əməkdaşları Bakının əsas küçə və prospektlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

    Muxalifet4 - 3-07-2018

  15. ​Ermənistan ABŞ-a satılır: Rusiyadan Qarabağ mesajı

    Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi.
    Bu sözləri Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur:

    Muxalifet - 3-07-2018

  16. ​DƏNİZ DAHA BİR CAN ALDI: Xəzər Xəzərdə batdı

    İyulun 2-də axşam saatlarında Astara şəhəri ərazisində dənizdə boğulma hadisəsi baş verib.
     
    Belə ki, Nizami küçəsi, ev 168-də yaşayan Abbasov Xəzər Abbasqulu oğlu sahildə yerləşən istirahət mərkəzinin yaxınlığında dənizdə çimərkən suda batıb.
     
    Yaxınlıqda olan dostu ona yardım edə bilməsə də, hadisə barədə ətrafdakılara məlumat verib. Axtarışlara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xilasediciləri qoşulub. X.Abbasovun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
     

    Muxalifet4 - 3-07-2018

  17. ​Ermənistan atəşkəs rejimini 84 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 3-07-2018

  18. ABŞ və Rusiyanın ortaq hədəfləri: PKK PLANI ORTAYA ÇIXDI

    ABŞ ilə Rusiya arasında aparılan son danışıqlarda, PKK/PYD-nin Əsəd rejiminin muzdlu əsgəri olması gündəmə gəlmişdi. Bu istiqamətdə irəliləyişlər baş verir. Əsəd rejiminin nəşr orqanı “Əl Vətən” qəzeti, PKK/PYD başçılarının Dəməşqdə danışıqlar apardığını təsdiqləyib.
     

    Muxalifet3 - 3-07-2018

  19. ​Mingəçevirdəki partlayış Bakını susuz qoydu

    Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.
     
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildrib.
     

    Muxalifet4 - 3-07-2018

  20. Amerikanlardan Azərbaycana qarşı təxribat və qanunsuz qazanc - FOTOFAKT

    ABŞ şirkəti Azərbaycan ərazisində yeni dövlət yaradır, şəhərlərimizin adını erməniləşdirir, qanunsuz yolla qazanc əldə edir.

    Muxalifet.az xəbər verir ki, milli.az oxuculara Hollandiyada qeydiyyatdan keçmiş və dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən "booking.com"un ermənilərin əli ilə bir neçə dəfə Azərbaycana qarşı təxribata əl atması barədə dəfələrlə məlumat verib.

     

    Muxalifet4 - 3-07-2018

Pages