Axtarış
The search found 105823 results in 0.072 seconds.
Search results
“Ərdoğanı təbrik etməyəcəyik”- Tiqran Balayan
“Ermənistan yenidən Türkiyənin prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.
Muxalifet.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: “Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.Muxalifet - 2-07-2018
Türkiyədə DƏHŞƏTLİ QƏZA: 3 ölü, 16 yaralı
Türkiyənin Mersin-Aslanköy yolunda, Toros adlanan ərazi yaxınlığında baş verən dəhşətli qəzada 3 nəfər ölüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, içərisində əksəriyyəti kənd təsərrüfatına çalışan suriyalı qaçqınların olduğu mikroavtobus aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər ağır yaralanıb.Muxalifet - 2-07-2018
Sabah Azərbaycanda havanın temperaturu 46 dərəcəyədək yüksələcək
Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 2-07-2018
Bakıda sakinini evinin yanında öldürən şəxs saxlanıldı
İyunun 30-da Binəqədi rayonunun Hökməli qəsəbəsində Musa Babayev yaşadığı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan meyiti tapılılıb.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Ağaramazan İsmayılov saxlanılmışdır.
Araşdırma aparılır.Muxalifet - 2-07-2018
Rus gənclər ölkədən qaçmaq istəyir - Sorğu
Rusiyanı tərk etmək istəyən gənclərin sayı son 5 ildə maksimum həddə çatıb. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzi yayıb. Mərkəz 18-24 yaş arası rusların 31%-nin ölkəni tərk etmək istədiyini bildirib. Bütün yaş qrupları arasında isə emiqrasiya etmək istəyənlərin sayı əhalinin 10%-ni təşkil edib. Rusiyanı tərk etmək istəyənlərin böyük hissəsi Almaniyaya köçmək istədiklərini bildiriblər. Ondan sonrakı yerdə isə ABŞ, İspaniya, Kanada və İtaliya yer alıb.
Muxalifet - 2-07-2018
Saakaşvili yəhudilərlə qohum oldu
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib:
“Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.Muxalifet - 2-07-2018
Nazirlikdən xəbərdarlıq: bu saatlarda çölə çıxmayın!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, anomal isti hava şəraiti ilə bağlı iyul ayının 3-ü günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.Muxalifet - 2-07-2018
20 yaşlı gənc Xəzərdə boğuldu … - Foto
Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb.
Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.
Belə ki, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.
Mərhumun meyiti bu gün torpağa tapşırılıb.Muxalifet - 2-07-2018
İranın daxili işlər naziri: “Azərbaycanla sərhəddə heç bir problem yoxdur”
“Azərbaycan və İran dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin sərhədlərində heç bir problem yoxdur”.
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib.
Ə. Rəhmani Fəzli iki ölkənin sərhəd bölgələrində əməkdaşlığın davam etdirilməsindən danışaraq bildirib ki, sərhədlər təhlükəsiz və açıqdır: “Sərhədlərimizdə qanunsuz gediş-gəliş və qaçaqmalçılıq baş vermir”.
Muxalifet2 - 2-07-2018
Hökməlidə qətl törədən şəxs YAXALANDI
Binəqədi rayon sakini M.Babayevi qətlə yetirməkdə şübhəli bilinən A.İsmayılov saxlanılıb.
Muxalifet.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyunun 30-da Binəqədi rayonunun Hökməli qəsəbəsində Musa Babayev yaşadığı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Ağaramazan İsmayılov saxlanılıb.
Araşdırma aparılır.Muxalifet - 2-07-2018
Kim Çen İn hərbi hissəyə rus maşınında gəldi - FOTOLAR
Şimali Koreya lideri Kim Çen İn Pxenan-Pukto vilayətinin Sindo mahalına Rusiya istehsalı olan “Lada Priora”da gəlib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yayıb.
Sindo Çinlə sərhədin yaxınlığında yerləşir. Kim burada yerləşən 1524 nömrəli hərbi hissəyə baş çəkib.
Muxalifet2 - 2-07-2018
İsti havada bunu edənlər 2 min manat CƏRİMƏ OLUNACAQ - RƏSMİ
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
O bildirib ki, isti hava şəraitində insanların həyatını təhlükəyə atan işəgötürənlər 1000-2000 manat arası cərimə ödəməli olacaqlar:
Muxalifet2 - 2-07-2018
CƏNUBİ QAFQZIN TƏHLÜKƏSİZLİYİNİN ŞAH DAMARI:TÜRKİYƏ-AZƏRBAYCAN TANDEMİ - TƏHLİL
Transanadolu qaz boru kəməri – TANAP layihəsinin rəsmi açılışı ilə bağlı ekspertlər bütövlükdə Cənubi Qafqazı əhatə edən məsələlər kontekstində bu bölgənin geosiyasi gələcəyinin müxtəlif aspektlərini analiz edirlər. Maraqlı tezislər irəli sürülür. Xüsusilə bu subregionun təhlükəsizliyinin təmini məsələsi maraq doğurur. Həmin bağlılıqda Gürcüstan rəhbərliyinin TANAP-ın açılışında iştirak etməməsi bir sıra suallar yaradıb. Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivinin geosiyasi analizi daha da aktuallaşıb.
Muxalifet2 - 2-07-2018
Nazirlik Yevlaxdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI: 3 nəfər ölmüşdü
DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Muxalifet2 - 2-07-2018
AMEA-da işıqlar niyə kəsildi?
Azərbaycan Milli Elmlər Akademiyasında 5 saatdır işıqların yanmaması ilə bağlı deyilənlər yalandır. Qısamüddətli problem artıq aradan qaldırılıb.
Bu sözləri axar.az-a AMEA-nın mətbuat xidmətindən Akademiyaya verilən elektrik enerjisinin 5 saatdır kəsilməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən deyiblər.
AMEA-dan bildirilib ki, təxminən saat yarım elektrik enerjisi olmayıb:
Muxalifet2 - 2-07-2018
Bakı-Moskva aviareysi ikinci dəfə təxirə salındı - VİDEO - YENİLƏNİB
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub.
Muxalifət.az report-a istinadən xəbər verir ki, uçuşun baş tutmaması onu yerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.
Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır.
Muxalifet2 - 2-07-2018
Cərimə meydançasında yanan maşınlarla bağlı RƏSMİ AÇIQLAMA
"Paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasında yanan maşınların hamısı texniki cəhətdən tamamilə istifadəyə yararsız halda olub".
Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Muxalifet2 - 2-07-2018
Təhsil nazirinin yeni müavini kollektivə TƏQDİM OLUNDU
Təhsil nazirinin yeni müavini Təhsil Nazirliyinin kollektivinə təqdim olunub.
"Report" xəbər verir ki, müvafiq sərəncamla bu vəzifəyə təyin olunan Məhəbbət Vəliyevanı kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.
Yeni nazir müavini ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
Xatırladaq ki, M.Vəliyeva bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışırdı.
Muxalifet2 - 2-07-2018
Kraliça Yelizaveta cərrahiyyə əməliyyatından imtina edib – VAXT AZLIĞINI SƏBƏB GƏTİRİB
Böyük Britaniya kraliçası II Yelizaveta dizlərində planlaşdırılan cərrahiyyə əməliyyatından imtina edib.
Trend-in məlumatına görə, kraliça qarşıdan gələn rəsmi qəbulları buraxmamaq üçün bu qərarı qəbul edib. Qeyd olunur ki, 92 yaşlı kraliça çətinliklə stuldan qalxır. Bununla belə, Bukingem sarayındakı mənbə II Yelizavetanın əməliyyatdan sonra uzun müddət bərpa prosesini keçməli olduğunu deyərək bundan imtina etdiyini bildirib.
Muxalifet2 - 2-07-2018
Putinin adamlarının Lələtəpəyə ilk səfərinin SİRRİ: Kreml yeni Qarabağ planı hazırlayır
Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.
Muxalifet2 - 2-07-2018