Axtarış

The search found 105823 results in 0.077 seconds.

Search results

  1. Bakı metrosunda HƏYƏCAN: sərnişinlər qatardan boşaldıldı

    Bu gün səhər saat 08.30 radələrində "Dərnəgül"istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

    Muxalifət.az-ın xəbrinə görə, publika.az-ın hadisə yerində olan əməkdaşı bu haqqda məlumat verib.

    Muxalifet2 - 2-07-2018

  2. Şəmkirdə süni göldə batan dörd nəfərin şəxsiyyəti müəyyənləşib – FHN AÇIQLAMA YAYDI

    Fövqəladə Hallar Nazirliyi Şəmkirdə göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

    Muxalifət.az nazirliyin saytına istinadla  xəbər verir ki, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb.

    Muxalifet2 - 2-07-2018

  3. İran rejimi devrilir, yeni respublika belə olacaq - ŞOK

    İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Müqavimət Şurasının sədri Məryəm Rəcavi deyib.

    Muxalifet2 - 2-07-2018

  4. Bakıda aptekə basqın edən qadınla bağlı – QƏRAR

    Bakının Binəqədi rayonunda quldurluq etməkdə təqsirli bilinən Aygün Əliyeva barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.
    Muxalifət.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin edilib.
    Aygün Əliyeva barəsində həbs qətimkan tədbiri daha 2 ay müddətinə uzadılıb.

    Muxalifet2 - 2-07-2018

  5. Sabah 57 625 şagird imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

    Muxalifet2 - 2-07-2018

  6. Bakı son müharibə hazırlığı içində – 5 GÜNLÜK TƏLİMDƏ ƏSAS HƏDƏF

    Paytaxtdakı möhtəşəm paradın ardınca bu gün ordumuz genişmiqyaslı hərbi təlimə başlayır; 20 minlik canlı qüvvə, yüzlərlə döyüş texnikası poliqonlarda; politoloq: “İlham Əliyevin Rusiya səfərindən sonra ordumuza döyüş tapşırığı verilə bilər...”

    Muxalifet2 - 2-07-2018

  7. Ziya Məmmədovun Bakıdakı villası yanır – "MİLYONERLƏR MƏHƏLLƏSİ”NDƏ

    Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır. Şahidlərin  verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

    Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

    Muxalifet2 - 2-07-2018

  8. Dolların bu günə olan rəsmi məzənnəsi – MƏRKƏZİ BANK

    Azərbaycan Mərkəzi Bankı 2 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan  verilən məlumata görə, iyunun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9798 manat təşkil edir.

    1 türk lirəsi 0,3670 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6947 manatdır.

    Muxalifet2 - 2-07-2018

  9. Tramp “Şimal axını 2”-yə niyə mane ola bilmir?

    ABŞ-ın ən ciddi silahı olan sanksiyalar belə “Şimal axını 2”-nin tikintisinin qarşısını almağa imkan vermir.

    Muxalifət.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Die Velt” qəzeti çıxış edib.

    “Trampın indiyə qədər energetika sahəsində atdığı addımlar heç bir fayda gətirməyib. Almaniya, Finlandiya və İsveç bu layihənin gerçəkləşdirilməsinə razılıq verib. Üstəlik, artıq Baltik dənizinin dibiylə qaz kəmərinin tikintisi üçün ilkin addımların atılmasına hazırlıq başlanıb.

    Muxalifet2 - 2-07-2018

  10. 17 ailə Ərdoğana görə QAÇIRILDI - Talelərindən heç bir xəbər yoxdur

    PKK terror təşkilatı Ramazan bayramında Türkiyədən Suriyanın Təl-Əbyad, Münbiç və Rakkadakı qohumlarını ziyarətə gedən 17 suriyalı ailəni qaçırıb.

    Muxalifət.az xəbər verir ki, buna səbəb isə onların mobil telefonlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının çıxması olub.

    Qaçırılanlardan birinin yaxını olan 25 yaşlı Rima adlı qız bildirib ki, bacısının telefonu terrorçular tərəfindən yoxlanıb və sosial mediada Ərdoğanla bağlı paylaşımı bəyəndiyi üçün bunu cinayət kimi qəbul ediblər.

    Muxalifet2 - 2-07-2018

  11. Ziya Məmmədovun villasında yanğın - FHN-DƏN AÇIQLAMA

    akıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə yanan mülk yox, obyekt olub.

    Bu barədə Muxalifət.az-a FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

    Muxalifet2 - 2-07-2018

  12. ABŞ-dan Türkiyəyə qarşı MÜƏMMALI QADAĞA

    Nəzakət Məmmədova: “Xəbərdarlıq Ankaraya qarşı artan basqıların növbəti nümunəsidir”

    ABŞ Dövlət Departamenti növbəti dəfə öz vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

    Muxalifet2 - 2-07-2018

  13. Polisin yeni nəqliyyat texnikası nümayiş olundu - VİDEO

    Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təntənəli mərasim keçirilir.

    Muxalifət.az xəbər verir ki, mərasimdə polisin yeni nəqliyyat texnikası nümayiş olunub.

    Muxalifet2 - 2-07-2018

  14. Yaponiya imperatorunun SƏHHƏTİ PİSLƏŞDİ – Həkim nəzarətində saxlanılır

    Yaponiya imperatoru Akixitonun səhhətində problemlər yaranıb.

    Trend-in məlumatına görə, imperatora serebral anemiya (beyində qanazlığı) diaqnozu qoyulub. Ötən gün imperatorda baş ağrıları sürətləndiyindən, 24 saat həkim nəzarətində saxlanılır. Həkimlər ona bir müddət tək qalmağı tövsiyə ediblər. Akixito 1988-ci ildən Yaponiyanın imperatorudur.

    Muxalifet2 - 2-07-2018

  15. Yayda qida zəhərlənmələri - BUNLARI HAMININ BİLMƏSİ VACİBDİR

    Diyetoloq Leyla Zülfüqarlı: “Qidaları qarışdırmaq da zəhərlənməyə gətirə bilər...”

    İsti yay mövsümündə yaşanan problemlərdən biri də zəhərlənmələrdir. Bəzən bu zəhərlənmələrin ölümlə də nəticələndiyinin şahidi oluruq. Bəs zəhərlənmlər nədən və necə yaranır, onlardan qorunmaq üçün nə etməli?

    Muxalifet2 - 2-07-2018

  16. RUSİYA VƏ ÇİN QƏRBDƏN DAHA ƏXLAQLI GÖRÜNÜR –Demokratik idealların eroziyasında yalnız Tramp günahlandırıla bilməz - TƏHLİL

    “Müdrik adam – körpü, səfeh – divarlar tikir”. Birləşmiş Ştatlar Çin mallarına təxminən 50 milyard dollar dəyərində 25%-lik tarif tətbiq etdikdə, bu kəlam Çin mətbuatının səhifələrinə sıçrayıb. Təəssüf ki, bu təcridedici yanaşma ABŞ-ın ticarət siyasətindən kənara çıxır, yalnız ağılsız yox, həm də əxlaqsız yollarla, beləliklə də Qərbin azdan-çoxdan qalmış mənəvi nüfuzuna zərbə endirir.

    Muxalifet2 - 2-07-2018

  17. Rezidenturaya plan yerlərinin azaldılması barədə etirazlarla bağlı RƏSMİ AÇIQLAMA

    Səhiyyə Nazirliyi rezidenturaya qəbul olmaq istəyən bir qrup namizədin plan yerlərinin azaldılması və gec açıqlanması barədə etirazları ilə bağlı açıqlama verib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu barədə həmin şəxslərlə müzakirə aparılıb.

    Muxalifet2 - 2-07-2018

  18. DTK 413 milyonluq bank çekini milyonçu Musa Nağıyevə yedizdirib - PULLAR İSVEÇRƏ BANKINDA QALIB...

    Hazırda İngiltərə və İsveçrə banklarında çar Rusiyasında neft milyonçusu olmuş Ağa Musa Nağıyevin qızıl pulla 413 milyonu qalıb. Muxalifet.az strateq.az-a istinadən bildirir ki, bu sözləri milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyeva deyib. Onun sözlərinə görə, atası Fərəc Nağıyev deyib ki, (İsmayıl öldükdən sonra Ağa Musa qardaşı Ağəlinin oğlunu övladlığa götürür – red.) Ağa Musa Nağıyev pullarını xarici banklara yatırıb: “Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib”.

    Muxalifet2 - 2-07-2018

  19. Lənkəranskinin Şamaxıdakı tərəfdarları ilə bağlı – ŞİKAYƏT

    Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş Əziz Əzizov barələrində olan hökmdən Baş Prokurorluq tərəfindən kasasiya protesti verilib.

    Muxalifət.az xəbər verir ki, həmçinin təqsirləndilən şəxslər də kasasiya şikayəti veriblər.

    Tərəflərin protest və şikayətləri araşdırılması üçün Ali Məhkəməyə təqdim olunub. İş araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

    Məhkəmə baxışı avqustun 29-na təyin edilib.

    Muxalifet2 - 2-07-2018

  20. İlqar Məmmədov azad edilir? - QƏRARLAR LƏĞV EDİLDİ

    Ali Məhkəmənin Plenumunda REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Fuad Ağayev məlumat verib.

    Onun sözlərinə görə, İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib.

    Muxalifet2 - 2-07-2018

Pages