Axtarış
The search found 105823 results in 0.07 seconds.
Search results
Britaniya ordusu Əsəd qoşunlarına zərbələr endirib
Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri Suriyanın hökumət qoşunlarına zərbələr endirib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, Suriyanın cənubundakı Ət-Tanf rayonunda beynəlxalq koalisiya bazası yaxınlığında baş verib.
Hadisə zamanı bir zabit, yeddi hərbi qulluqçu həlak olub.
Muxalifet3 - 1-07-2018
Ərdoğan seçkilərə ayaqyalın gedən cütlüyü iqamətgahına çağırdı – FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahmanmaraşın Andırın kəndində seçkilərə ayaqyalın qatılan Əminə və Mahmud Yılmaz cütlüyünü Ankaradakı iqamətgahına çağırıb.
Muxalifet.az Hurriyet-ə istinadla xəbər verir ki, Əminə-Mahmud cütlüyü iyunun 24-də keçirilən prezident və millət vəkilləri seçkilərinə evlərindən 2 kilometr məsafədə yerləşən səsvermə məntəqəsinə ayaqyalın getmişdilər.Muxalifet3 - 1-07-2018
Şəmkirdə 4 nəfər göldə boğulub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.
Muxalifet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Muxalifet3 - 1-07-2018
SON DƏQİQƏ! Naxçıvanda vəziyyət yenə qarışdı: əsgər yaralandı - DÜŞMƏN İTKİ VERİR - VİDEO
Naxçıvan istiqamətində yerləşən cəbhə xəttində atışma zamanı erməni hərbçi yaralanıb.
Muxalifet.az “Ermənistan xəbərləri”nə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirin mətbuat katibi Arsun Ovannisyan “Facebook” səhifəsində yazıb:
“Atışma zamanı Ermənistan ordusunun müqaviləli hərbçisi Baqdasaryan Vaaqn Samveloviç (1974-cü il) yüngü yaralanıb”
.Muxalifet3 - 1-07-2018
Sensasion matçdan sonra Putin ispan kralına zəng etdi
Rusiya və İspaniya matçından sonra prezident Vladimir Putin ispan kralı VI Filippə zəng edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Prezident İspaniya millisinin bacarığını və oyun nümayişini təqdir edib. Bununla bərabər o vurğulayıb ki, Rusiya komandasının taktik gedişləri daha doğru olub”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Rusiya milli “Lujniki” stadionunda rəqibi İspaniyanı heç-heçə matçdan sonra təşkil edilən penaltı qarşılaşmasında məğlub edib.Muxalifet3 - 1-07-2018
Qalmaqal: Alimimizin mirasına Almaniyadan qadağa
Dünya şöhrətli islam alimi Fuad Sezginin kitabxanasını Frankfurt Universitetindən gətirmək cəhdi ilə bağlı qalmaqal yaranıb.
Bu barədə türk mətbuatına istinadən hüquqşünas Səməd Vəkilov məlumat verib. O bildirib ki, F.Sezginin kitabxanasının ölkədən çıxarılmasına hava limanında icazə verilməyib.
Həmçinin Frankfurt Universitetində rəhbərlik etdiyi Ərəb-İslam Elmləri Tarixi İnstitutuna və muzeyinə rəhbərlik artıq başqa şəxsə tapşırılıb.
Qeyd edək ki, Türk dünyasının böyük alimi Fuad Sezgin ötən gün 94 yaşında vəfat edib.
Muxalifet3 - 1-07-2018
ABŞ-da Trampa qarşı 600 aksiya: Prezidentimiz deyilsən
ABŞ Prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz edən minlərlə amerikalı ABŞ küçələrinə çıxıb.
Muxalifet.az xəbər verir ki, ölkə ərazisində ümumilikdə 600-dən çox aksiya təşkil olunub.
Nyu Yorkda minlərlə insan Bruklin körpüsü yaxınlığında toplaşıb. Bu şəhər ABŞ-da demokratiyanın simvolu olmaqla bərabər, eyni zamanda, Donald Trampın doğulduğu yerdir.Muxalifet3 - 1-07-2018
MN təkzib etdi: Naxçıvan istiqamətində atışma...
Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın yaydığı məlumata münasibət bildirib.
Muxalifet3 - 1-07-2018
Şəkidə həkim günorta döyüldü, axşam işdə öldü
Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.
Muxalifet.az-ın məlumatına görə, Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib. Şəki MRX-dan verilən məlumatda Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurovun iş yerindən qəfildən ölməsi faktı təsdiqlənib və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılırdığı bildirlib.Muxalifet3 - 1-07-2018
Kreml İrəvanı itirir: NATO ilə ittifaq... - Rus deputat
Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir. Düşünürəm.
Muxalifet.az-ın məlumatına görə, bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.Muxalifet3 - 1-07-2018
Fransız əsgərlərə BOMBALI HÜCUM
Afrika ölkəsi Malidə Fransız və Malili əsgərlərə təşkil olunan bombalı hücumda ən az 2 Fransız əsgərinin öldüyü bildirilib.
Malidə xidmət edən Fransa ordusuna bağlı keşikçilər birliklərinə təşkil olunan hücumda ən az 2 Fransız əsgəri həyatını itirib.
Yerli qaynaqlar, Malinin Gao şəhərində bomba yüklü bir maşının Mali və Fransız əsgərlərinin keşikçilərinə hücum etdiyini, bombalı hücumdan sonra şiddətli toqquşma baş verdiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 2-07-2018
Xorvatiya dörddə bir finalda RUSİYANIN RƏQİBİ OLDU
2018 FİFA Dünya Kubokunun son 16-cı turunda Xorvatiya, 1-1 başa çatan oyunda Danimarkaya penaltilərdə 3-2 hesabı ilə üstün gələrək on beşinci finalist olub.
2018 Dünya Kubokunun son 16-cı oyununda Danimarkanı penaltilərdə məğlub edən Xorvatiya dörddə bir finala çıxıb.Muxalifet3 - 2-07-2018
İspaniya FUTBOLUNDA BİR DÖNƏM BAŞA ÇATDI
İspaniya Milli Komandasının veteran futbolçusu Andres İniesta, Rusiya məğlubiyyətindən sonra Milli Komandadan getdiyini açıqlayıb.
Orta sahə oyunçusu Andres Iniesta, İspaniya Milli Futbol Komandasındakı karyerasına son qoyduğunu açıqlayıb.
İniesta, İspaniya Milli Futbol Komandasının internet saytında yer alan açıqlamasında Rusiya ilə 2018 FİFA Dünya Kubokunun 16 tur qarşılaşmasında milli formanı son dəfə geyindiyini bildirib. 34 yaşlı İniesta, "Güman Edirəm ki, karyeramın ən pis günüdür. Bəzən sonlar, xəyal etdiyiniz kimi olmur" deyib.Muxalifet3 - 2-07-2018
İbrahim Tatlısəsə şok telefon: OĞLUNU ÖLDÜRƏCƏYİK
İbrahim Tatlısəs, ona zəng edərək, "Oğlun İdo-nu öldürəcəyik" deyə təhdid edən şəxsin kimliyinin müəyyən edilməsini istəyib. Prokurorluğa müraciət edən Tatlısəs, "Övladımın can və mal təhlükəsizliyi təmin olunsun" - deyib.
Məşhur sənətçi İbrahim Tatlısəs, 28 iyun günü oğlunun və özünün musiqi albomlarının paylama şirkəti olan “Əsən Muzik”-ə gedib. Bu ərəfədə görünməyən nömrə ilə Tatlısəsə zəng gəlib və oğlunun öldürüləcəyi ilə təhdid edilib.Muxalifet3 - 2-07-2018
Rusiya qarışdı: 30-dan artıq ŞƏHƏRDƏ XALQI KÜÇƏLƏRƏ ÇIXARDI
Rusiya prezidenti Vladimir Putinə müxalifətdə olan şəxslərin önündə gələn Aleksey Navalnıyın çağırışyla Rusiyada minlərlə insan hökumətin pensiya yaşını mərhələli olaraq yüksəldən qanun layihəsini etiraz edib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi və aparıcı müxalifətçilərdən Aleksey Navalnıyın çağırışıyla müxtəlif şəhərlərdə aksiyalar keçirilib.
İrkutsk, Vladivostok, Xabarovsk, Omsk, Orenburq, Çelyabinsk və Tver başda olmaqla, 30-dan artıq şəhərdə minlərlə insan, pensiya yaşını yüksəldən layihəni etiraz etmək üçün küçələrə tökülüb.Muxalifet3 - 2-07-2018
Əsədə zərbə: İNGİLİS QIRICILARI BOMBALADI
İngilis Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin, Suriyada Əsəd rejimi tərəfdarı olan qüvvələri bombaladığı bildirilib.
İngiltərənin öndə gələn qəzetlərindən “The Times”, "İngilis qırıcıları Əsədin sərhəd yaxınlığındakı əsgərlərini bombaladı" başlığı ilə dərc etdiyi xəbərində, ötən ay Suriyanın cənubundakı bir səhrada baş verən qarşıdurmada İngilis təyyarələrinin rejim havadarlarını bombaladığını irəli sürüb.Muxalifet3 - 2-07-2018
İsraillə Misir BİR-BİRİNƏ GİRDİ
İsrail rəhbərliyi, Misir ilə birgə qaz sahəsi kəşf etdiyi iddiasında olarkən, Misir tərəfi qaz sahəsinin özlərinə aid olduqlarını açıqlayaraq İsrail təkzib edib.
Misir, İsrail rejiminin birgə qaz sahəsi kimi səciyyələndirdiyi bölgənin Misirə aid olduğunu bildirərək, İsrail rejiminin açıqlamasına təpki göstərib.
Təl-Əviv hökuməti müəyyən edilən bölgənin 2,5 trilyon kub metr qaza malik olduğunu qeyd edərkən, həmin nisbət dünyanın ən böyük qazına sahib olduğu mənasına gəlir.Muxalifet3 - 2-07-2018
Hərbi təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR
Banqladeşdə Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə "Bangla Tribune" məlumat yayıb.
Məlumata görə, hadisə axşam saatlarında, təlim uçuşu vaxtı baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub. Onların heyət üzvü olduqları bildirilir.
Qəzanın təhqiqatı məqsədilə xüsusi komitə yaradılıb.
Muxalifet2 - 2-07-2018
İŞİD-çilər tutulur, sonra isə həbsxanadan... - TƏHLÜKƏ
İraq Baş naziri Heydər Abadinin İŞİD-in məğlub edilməsi ilə bağlı açıqlamasından uzun müddət keçməsinə baxmayaraq, sözügedən terror təşkilatı hələ də təhdid rolunu oynamaqda davam edir.
Muxalifət.az xəbər verir ki, bu barədə danışan keçmiş iraqlı komandir Kərim Həsən təşkilatın hələ də güclü olduğunu deyib. O bildirib ki, həbsxanalar İŞİD terror təşkilatının təlim yerinə çevrilib:
Muxalifet2 - 2-07-2018
Yeni kəsim qaydaları ƏTİ BAHALAŞDIRA BİLƏR
İqtisadçı ekspert və satıcılar səbəblərdən danışdılar; ancaq qiymət qalxmaya da bilər, əgər...
Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yığışdırılacaq. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib. Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməsə onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur.
Muxalifet2 - 2-07-2018