Axtarış

The search found 105823 results in 0.076 seconds.

Search results

  1. ABŞ kəşfiyyatı müdhiş hesabat yaydı - TRAMPIN PXENYAN SİYASƏTİ İFLAS EDİR

    Şimali Koreya lideri Kim Çen İn ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra iki dövlət arasında münasibətlər normallaşıb.

    Muxalifət.az xəbər verir ki, ABŞ kəşfiyyatı isə Şimali Koreya ilə ABŞ arasında normallaşma prosesinə zərbə vuracaq raport açıqlayıb.

    ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin özünün hesabatında vurğulayıb ki, Şimali Koreya nüvə silahı əldə etmək üçün fəaliyyətini dayanadırmayıb. Kəşfiyyatın fikrincə, Şimali Koreya ölkə daxilində nüvə silahına yiyələnmək üçün fəaliyyətini davam etdirir:

    Muxalifet2 - 30-06-2018

  2. Ukrayna: Ruslarla savaşmaq üçün HEÇ NƏYİMİZ YOXDUR

    Kiyevin Azov dənizində Rusiya hərbçilərinə qarşı mübarizə aparmaq üçün heç nəyi yoxdur.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın İşğal Olunmuş Ərazilərlə İş üzrə nazir müavini Georgi Tuka deyib. Onun sözlərinə görə, Ukraynanın dənizdə zəif olduğunu Kiyevdə hər kəs bilir.

    Qeyd edək ki, Rusiya dünya çempionatı ilə əlaqədar Qara dəniz donanmasının döyüş hazırlığını ən yüksək həddə çatdırıb. Moskva bunu Ukraynadan olacaq təhdidlərə qarşı etdiyini bildirib.

    Muxalifet2 - 30-06-2018

  3. CHP-dən PKK-ya “AYI XİDMƏTİ”

    Terrorla mübarizədə böyük qətiyyət göstərən Türkiyənin daxili işlər naziri Süleyman Soylunu hədəf alan CHP millət vəkili Bekaroğlu, PKK terrorçubaşı Murad Qarayılanın ondan daha yaxşı olduğunu yazıb.
     
    24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan düşmənçiliyi ilə HDP-ni dəstəkləyən CHP, Türkiyənin qərbində verilən səslərlə terrorçu təşkilatı Məclisə daşıdı.
     
    CHP-dən HDP-yə edilən gözəlləmələr artıq Qəndilə köçüb.
    CHP İstanbul Millət Vəkili Mehmet Bekaroğlu, təşkilata simpatiyasını açıq bir şəkildə yazıb.

    Muxalifet3 - 30-06-2018

  4. ​Azərbaycanla Koreya gömrük əməkdaşlığına dair saziş imzalayıb

    Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı Koreya Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ikitərəfli görüş keçirib.
    Muxalifet.az Komitədən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

    Muxalifet4 - 30-06-2018

  5. Xamneyi ABŞ-ın İranla BAĞLI PLANINI AÇIQLADI

     İran lideri Ayətullah Əli Xamneyi, Amerika Birləşmiş Ştatlarının İran siyasətilə bağlı açıqlama verib. Xamneyi, "ABŞ iqtisadi təzyiqlərlə xalq ilə rejimi qarşı-qarşıya gətirmək istəyir" deyib.
     
    Xamneyi, çıxışında ABŞ-ın İrana qarşı yürütdüyü düşmənçilik siyasətini artırdıqca, İran xalqının da ABŞ-a qarşı nifrətinin günü-gündən çoxaldığını deyib.
     
    REJİM VƏ XALQI QARŞI-QARŞIYA GƏTİRMƏK İSTƏYİRLƏR
     

    Muxalifet3 - 30-06-2018

  6. Адвокат, из которого сотворили Дьявола - СУДЬБА ЧЕЛОВЕКА

    Лев Маас 

    Muxalifet4 - 30-06-2018

  7. "Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilər"

    Müharibə hələ bitməyib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad zamanı da bəyan etdi ki, hazırda atəşkəş dövrüdür və müharibənin ikinci mərhələsi hər an başlaya bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, döyüş hazırlığı planlarına uyğun olaraq adətən yaz-yay ayları sıx təlimlər dövrüdür:

    Muxalifet - 30-06-2018

  8. Rusiyadan F-35-ə qarşı SU-57!

    Rusiya ABŞ-ın istehsal etdiyi F-35-lərlə müqayisə olunan SU-57-nin istehsalında sona gəlindiyini bildirib.
     
    Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko, Rus mətbuatına Rusiyanın SU-57 qırıcısının istehsalı haqqında məlumat verib. Krivoruçko, istahsal işlərinin uğurla davam etdiyini söyləyərək, "Təyyarələrimizin fiziki istehsalı tamamlanıb. Rusiya Müdafiə Nazirliyi inventarına girəcək olan 12 təyyarənin mühərrik testləri aparılır" deyib.

    Muxalifet3 - 30-06-2018

  9. Qazaxda qadın əməliyyat zamanı öldü

    Ağstafa rayon sakini əməliyyatdan sonra ölüb.
    Rayonun Poylu kənd sakini, Nataşa Dəmirova Qazax Rayon Diaqnostika və Müalicə Mərkəzində əməliyyata alınıb.
    Ancaq qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib.
    İlkin məlumatlara görə, ona normadan artıq narkoz verildiyi üçün ayılmayıb.
    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet - 30-06-2018

  10. Navalnı ailəsi ilə Rusiyanı tərk etdi – Mitinqə 1 gün qalmış

    Rusiyalı müxalif bloger Aleksey Navalnı ailəsi ilə birlikdə Budapeştə uçub.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Layf” yayıb.
    Qeyd edək ki, Aleksey Navalnı bundan öncə təqaüd yaşının qaldırılmasının əleyhinə etiraz aksiyası təşkil edəcəyini bildirib. O, etiraz aksiyasının 1 iyulda baş tutacağını bildirib. İndiyə qədər 7 şəhərdə mitinqlərin keçirilməsinə izn verilib.
    12 mayda baş tutan etiraz aksiyasından öncə də Navalnı ailəsi ilə xarici ölkələrdən birinə uçmuşdu.

    Muxalifet - 30-06-2018

  11. Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşların şikayəti əsasında məhkəmə başlayıb

    Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş - Kamran və İmran Yusifzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
    “Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
    Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib.

    Muxalifet - 30-06-2018

  12. “Qalatasaray” Naqatomonu transfer etdi

    “Qalatasaray” ötən mövsüm İtaliyanın “İnter” klubundan icarəyə götürdüyü Yuto Naqatomonu birdəfəlik transfer edib.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə “İnter”in rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi Yaponiya millisinin üzvünə göstərdiyi xidmətlərə görə təşəkkür edib, bundan sonrakı karyerasında uğurlar arzulayıb.
    Qeyd edək ki, 31 yaşlı müdafiəçi 7 il “İnter”də çıxış edib.

    Muxalifet - 30-06-2018

  13. Cəlilabadda taxıl biçini zamanı kombayn aşıb, sürücü ölüb

    Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.
    “Report”un Aran bürosu xəbər verir ki, Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.
    Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-06-2018

  14. Bu qidalar xərçəng riskini artırır

    İstehlak malları arasında xərçəngə səbəb olan ən təhlükəli məhsullar açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Which” jurnalında yayımlanıb.
    Erkən ölüm riskini azaltmaq üzərində işləyən alimlər xərçəngə səbəb olan qidaları araşdırır. Məlum olub ki, emal olunmuş qırmızı ət məhsulları mədə və bağırsaq xərçənginə səbəb olur. İstehsalçılar bu məhsulların ömrünü uzatmaq və dad vermək məqsədilə onlara kanserogen tərkibli nitrat və nitrit vururlar.

    Muxalifet - 30-06-2018

  15. Dünyanın geyim nəhəngi açıqladı: satılmayan geyimlər…

    İsveçin “Hennes & Mauritz AB” (H&M) şirkəti bu ilin son rübündə satılmayan geyimlərin dəyərini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, şirkət son rübdə satılmayan geyimlərin miqdarının 4 milyard dollar olduğunu bildirib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.
    Şirkətin geyimlərinin satışının azalması onun gəlirlərinin 28% azalmasına səbəb olub.

    Muxalifet - 30-06-2018

  16. ​Rusiya səfirliyinin köçürülməsi ilə bağlı qərarını açıqladı: Qüds...

    Rusiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyəcək.
     
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov söyləyib.
    Boqdanov İsrail mətbuatına açıqlamasında İsrailin beynəlxalq səviyyədə Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz edib:
    “İsrail qərbi Qüdsü Fələstinin paytaxtı kimi tanısa və hər iki tərəf razılaşarsa, Rusiya olaraq bu qərarı qiymətləndirə bilərik.
    Qeyd edək ki, bundan əvvəl ABŞ, Qvatemala və Paraqvay İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.
     

    Muxalifet3 - 30-06-2018

  17. ​Xırdalan sakinini sevgilisinin qardaşı döyərək öldürdü

    Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.
    Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikahda olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.
    Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

    Muxalifet3 - 30-06-2018

  18. ​Qəbələdə qanunsuz meşə materialı aşkar olundu

    Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları reyd keçirib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 3-4 radələrində iki “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobillər saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 m3 həcmində işlik fısdıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılıb. 
     

    Muxalifet3 - 30-06-2018

  19. ​Taxıl biçini zamanı qəza — Sürücü öldü

    Cəlilabad rayonunda taxıl biçini zamanı bədbəxt hadisə baş verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Məşədilər kəndi ərazisində taxıl yığımı zamanı kombaynın aşması nəticəsində sürücü ölüb.
    Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 30-06-2018

  20. ​Tramp: Kral neftlə bağlı istəyimi qəbul etdi

    ABŞ Prezidenti Donald Trampın neft hasilatının 2 milyon barrelə artırılması ilə bağlı istəyinə Səudiyyə Ərəbistanı Kralı Salman müsbət cavab verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Donald Tramp Tvitter hesabında qeyd edib.
    "Bir az əvvəl Səudiyyə Ərəbistanı Kralı Salman ilə danışdıq. İran və Venesuelada baş verən gərginliyə görə neft çatışmazlığının qarşısını almaq məqsədi ilə Səudiyyə Ərəbistanından hasilatı 2 milyon barrelə qədər artırmağı istədim. Qiymətlər çox yüksəkdir. Kral qəbul etdi", - Tramp bildirib.

    Muxalifet3 - 30-06-2018

Pages