Axtarış

The search found 105823 results in 0.094 seconds.

Search results

  1. Alman ekspertdən MƏHƏRRƏM İNCƏ TƏSBİTİ

    Almaniyanın Beynəlxalq Təhlükəsizlik Münasibətləri İnstitutunun mütəxəssislərindən Günter Seufert, prezident Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçkilərində ilk turda qələbə çalmasını maraqlı bir şəkildə sürpriz adlandıraraq, mühafizəkar elektoratın Məhərrəm İncəyə inanmadığını söyləyib.
     
    Almaniyanın “Mercator” Fonduna müsahibə verən Seufert, 24 iyun seçkiləri ilə bağlı verdiyi şərhdə, prezident Ərdoğanın ilk turda qələbə çalmasını gözləmədiklərini, bunun sürpriz olduğunu bildirib.
     

    Muxalifet3 - 30-06-2018

  2. Ərdoğan "rabia" işarəsi ilə MHP-nin dediyini dedi - ŞAMİL AYRIM

    İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində AKP-dən seçilən Azərbaycan əsilli siyasətçi Şamil Ayrımın Axar.az-a müsahibəsini təqdim edirik:

    - Türkiyədə keçirilən son seçkiləri necə dəyərləndirirsiniz?

    Muxalifet2 - 30-06-2018

  3. ABŞ və İsrail generalları görüşdü – İRANA GÖRƏ

    ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford İsraildən olan həmkarı Qadi Eyzenkotla görüşüb.

    Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə əsas müzakirə mövzusu İranın Yaxın Şərqdəki fəaliyyətləri olub.

    Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu İsrail üçün əsas təhdidin İran olduğunu bildirib. O, İranın nüvə silahına sahib olmasına heç vaxt izn verməyəcəyini deyib.

    Muxalifet2 - 30-06-2018

  4. "Prezident və parlament seçkilərində qalib gəlməyimiz böyük müvəffəqiyyətdir" - ƏRDOĞAN

    İyunun 24-də keçirilən seçkilərdə qalib gələn "Ədalət və İnkişaf Partiyasının" (Ak Parti) mərkəzi aparatının iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Biz prezident seçkilərinin ilk turunda qalib gəldik. Parlament seçkilərində də biz birinci olduq. Şübhəsiz ki, bu, böyük bir uğurdur. Vətəndaşların bizə olan etimadının göstəricisidir. Ancaq biz seçicilərin itirilmiş səslərini təhlil etməliyik. Hansı səbəbdən bunun baş verdiyini öyrənmək və üzərində çalışmaq lazımdır". 

    Muxalifet2 - 30-06-2018

  5. Vaşinqton Rusiya-Türkiyə layihəsinə qarşı çıxır – Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanın "CƏNUB QAZ DƏHLİZİ"Nİ ƏHƏMİYYƏTLİ SAYIR

    ABŞ hakimiyyəti Vaşinqtonda keçirilən Ümumdünya qaz konqresi zamanı Rusiya qazının Avropa bazarlarına nəqlini artırmaq üçün nəzərdə tutulan “Şimal axını-2” və “Türk axını” kəmərinin ikinci qolu kimi layihələrə qarşı olduğunu bildirib. RBC.ru saytının yaydığı məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bəyanat verib.

    Muxalifet2 - 30-06-2018

  6. DSMF-nin iki rayon şöbəsinin müdiri İŞDƏN ÇIXARILDI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.

    Muxalifet2 - 30-06-2018

  7. İsveç xalqı Almanlara dərs verdi: TÜRK FUTBOLÇUNU DƏSTƏKLƏDİ

    İsveç-Almaniya matçından sonra irqçi hücumlara hədəf olan Cimmi Durmaza, İsveç xalqı sahib çıxdı.
     
    Türk əsilli İsveçli futbolçu Cimmi Durmaz, İsveç - Almaniya matçının son 15 saniyəsində etdiyi cərimə ilə İsveçli azarkeşlərin irqçi hücumlarına hədəf olmuşdu. Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində keçirilən aksiyada İsveç xalqı, Cimmi Durmaza sahib çıxdığını nümayiş etdirib.
    Minlərlə insanın iştirak etdiyi etirazda irqçilik lənətlənib. Türkiyənin Stokholmdakı səfiri Əmrə Yunt da Cimmi Durmaza dəstək üçün mitinq yerinə gəlib.

    Muxalifet3 - 30-06-2018

  8. İsrail hərbçiləri fələstinli nümayişçilərə atəş açdı – İKİ NƏFƏR ÖLDÜ, 415 YARALI VAR

    Qəzza zolağında İsraillə sərhəddə növbəti toqquşma baş verib.
    Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda iki fələstinli həlak olub, 415 nəfər yaralanıb. Qurbanlardan biri 13 yaşlı yeniyetmədir. O, aldığı güllə yarasından keçinib. İsrail hərbçilərinin etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz və döyüş güllələrindən istifadə etdiyi bildirilir. İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.

    Muxalifet2 - 30-06-2018

  9. Azərbaycanda iş adamı qəza törətdi: YARALILAR VAR

    Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.

    APA-nın məlumatına görə, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətovun idarə etdiyi VAZ-21074 markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala-Muğanlı yolunda idarəetmənin itirməsi səbəbindən yolun kənarındakı ağaclıq əraziyə girib.

    Muxalifet2 - 30-06-2018

  10. “Çörəyimiz ölülərin sümüyündən çıxır...” – ALBAN MƏBƏDİNİN GİZLİNLƏRİ

    “Yelisey Şərqi (Albaniyanı) öz sərəncamına alır. Qüdsdən ayrılıb İrana gedir və oradan… Məskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır, müxtəlif yerlərdən şagirdlər toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa çalışır… Oradan o, üç nəfər şagirdi ilə Uti vilayətinə gedir. Lakin şagirdlərinin bəzi qohumları onları izləyib arxalarına düşürlər və onlardan birini şəhid edirlər. Digər ikisi müqəddəs Yeliseyi ataraq, qatillərlə çıxıb gedir. Müqəddəs patrik Gisə (Kiş) gəlir, burada kilsə tikir və qansız qurban verir”.

    Muxalifet2 - 30-06-2018

  11. Yay uşaq düşərgələrində QİYMƏTLƏR OD TUTUB YANIR – Komitə rəsmisi uşaqların istirahəti ilə bağlı dövlət proqramı qəbul olunmasını vacib sayır

    Bakı sakini Gülər Əliyeva dərslərin bitməsindən sonra 4 məktəbli uşağıyla nə edəcəyini bilmir. Uzun yay tətilində uşaqlar harda və necə istirahət etsin sual onun üçün cavabsızdır. “Həyətə düşüb oynayırlar, günorta evdə başlarını qatırlar. Amma düzənli bir istirahət qura bilmirik”, o deyir.

    Bakıda bir neçə özəl şirkət məktəblilər üçün yay düşərgəsi təşkil edir. Düşərgələr 4-17 yaşlı uşaqlar üçün nəzərdə tutulur. “BBC News Azərbaycanca”-nın müxbiri bu düşərgələrin qiyməti və təklif edilən xidmətlərlə maraqlanıb.

    Muxalifet2 - 30-06-2018

  12. ABŞ “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında tarixi irəliləyişi YÜKSƏK QİYMƏTLƏNDİRİR

    ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tarixi irəliləyişi yüksək qiymətləndirir.

    Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

    Bəyanatda qeyd olunur ki, ABŞ bütün dünyada tərəfdaşlarının və müttəfiqlərinin enerji təhlükəsizliyini və enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsini gücləndirən bütün layihələrə dəstək göstərir: “Şaxələndirilmiş mənbələr və marşrutlar hər kəs üçün ən əlverişli qiymətlərlə enerji ehtiyatlarını əldə etməyə imkan verir”.

    Muxalifet2 - 30-06-2018

  13. Ərdoğan buna görə qalib gəldi – KILIÇDAROĞLUDAN ŞOK

    AKP-nın seçkidə qələbəsi məcburiyyətdən yaradılan ittifaq sayəsində mümkün oldu.

    Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu partiyasının iclasında çıxışı zamanı deyib.

    Muxalifet2 - 30-06-2018

  14. Azərbaycanda film kimi hadisə: 10 YAŞLI QIZ QAÇIRILDI

    Qubada azyaşlı babasının gözü qarşısında qaçırılıb.

    Muxalifət.az xəbər verir ki, Quba şəhəri, Ə.Nərimanov 134 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Rafiq Hilal oğlu Məmmədov axşam saat 21 radələrində 10 yaşlı nəvəsi Leylaxanım Azad qızı Məmmədzadə ilə küçədə gəzişərkən qara rəngli avtomobil onu vuraraq xəsarət yetirib. Avtomobildəki şəxslər daha sonra L.Məmmədzadəni zorla maşına əyləşdirərək qaçırıblar.

    Muxalifet2 - 30-06-2018

  15. KOÇARYAN “MEHRİ DƏHLİZİ” İLƏ BAĞLI MƏXFİ RAZILAŞMADA İTTİHAM OLUNDU:"Sarkisyan və Dəmirçiyan bu plana görə öldürülüb"

    Robert Koçaryan 10 illik idarəçilik dövrü ərzində yalnız öz adını siyasi qətllərlə və hər yerdə aparılan talanlarla bağlamayıb, həmçinin Arsaxa (mətndə belə gedir – tərc.), Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə hissolunacaq zərbə vurub.

    Robert Koçaryan 1998-ci ildə prezident postunu tutaraq, “DQR” adından da danışıq aparmaq hüququnu özündə saxlayıb. Bu, danışıqlar prosesində dönüş anı idi, nəticədə Arsax danışıqlar prosesindən çıxarıldı – dəyişən formatda münaqişənin subyektindən obyektinə çevrildi.

    Muxalifet2 - 30-06-2018

  16. Əfqanıstan prezidenti: "Taliban"la əldə olunmuş atəşkəsin müddəti BAŞA ÇATDI"

    Əfqanıstan prezidenti Məhəmməd Əşraf Qəni “Taliban” hərəkatı ilə əldə olunmuş atəşkəsin müddətinin bitməsini elan edib.

    “Report”un “Tolonews”a istinadən verdiyi məlumata görə, o, Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatları davam etdirəcəyini də bildirib.

    “Taliban”ın bir çox üzvləri sülh şəraitində yaşamaq istəyirlər. Əfqanıstan hökuməti yaraqlılara təhlükəsizlik zonaları yaratmayacaq. Mən “Taliban”ı siyasi qüvvə kimi görmək istəyərdim”, – prezident qeyd edib.

    Muxalifet2 - 30-06-2018

  17. Fazil Məmmədovun həkimi danışdı: AZI BİR-İKİ AYA...

    Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə "American Hastanesi"nə yerləşdirilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orxan Bilgə və Mustafa Kərəmin nəzarəti altında müalicəsini davam etdirir.
    Muxalifət.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun türkiyəli həkimi Orxan Bilgə onun son durumu ilə bağlı açıqlama verib:

    Muxalifet2 - 30-06-2018

  18. İsraildən Türklərə QÜDS QADAĞASI – ƏRƏB XƏYANƏTİ

    Türkiyənin Qüdslə bağlı həssaslığından narahat olan İsrail, Türklərin Fələstinin paytaxtına gəlməsini əngəlləmək üçün hərəkətə keçib. “Haaretz” qəzeti İsrailli rəsmilərin, Ərəb liderlərin şikayəti əsasında, Türk vətəndaşlarına qarşı səbəbsiz nəzarət və deportasiya fəaliyyətlərini artırdıqlarını yazıb.
     

    Muxalifet3 - 30-06-2018

  19. Dünya Bankı "Cənub Qaz Dəhlizi"nə 750 mln dollarlıq ZƏMANƏT VERDİ

    "Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

    Muxalifet2 - 30-06-2018

  20. 23 yaşlı gənc DƏNİZDƏ BATDI

    Xəzər dənizində 23 yaşlı gənc batıb.

    Muxalifət.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Müşfiq Mübariz oğlun Qarayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet2 - 30-06-2018

Pages