Axtarış
The search found 105823 results in 0.085 seconds.
Search results
Avropa Şurasının deputatları Azərbaycanda repressiyaları pisləyib
İyunun 28-də AŞPA-nın yay sessiyası çərçivəsində təşkilatın 20-dən çox deputatı bəyanatla çıxış edərək Azərbaycanda insan hüquqlarının pozulmasını və ölkə hakimiyyətinin AŞ qarşısındakı öhdəliklərə məhəl qoymamasını pisləyib.
Muxalifet3 - 29-06-2018
"Zirə" FİFA YOLUNDA
"Zirə" Riçard Qadze ilə yollarını ayırıb.
Muxalifət.az xəbər verir ki, klub qanalı hücumçunun başa çatan müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayıb.
Klub kamerunlu müdafiəçisi Jozef Bumu isə FİFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb isə futbolçunun komandanın düşərgəsinə qatılmamasıdır. Futbolçu ailə problemlərini səbəb göstərərək ölkəsindən geri qaytımayıb. Mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşmənin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur.
Muxalifet2 - 29-06-2018
Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini TƏSDİQLƏDİ
Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Rusiya prezidenti bununla bağlı bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, iyunun 22-də Rusiyanın baş naziri Dmitri Medvedyev Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini təsdiqləyib və imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilməsinə dair qərar imzalayıb.Muxalifet2 - 29-06-2018
Rusiya ABŞ-a meydan oxudu
ABŞ Avropa bazarına qaz tədarükündə heç vaxt Rusiyaya çatmayacaq.Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qazprom” rəhbəri Aleksey Miller deyib. Onun sözlərinə görə, Rusiyanın Avropaya boru kəmərləri vasitəsilə göndərəcəyi qaz hər zaman ABŞ-ın verdiyindən ucuz olacaq.Muxalifet - 29-06-2018
İyunun 27-də keçirilmiş buraxılış imtahanlarının NƏTİCƏLƏRI AÇIQLANDI –DİM
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Muxalifet2 - 29-06-2018
Erməni qızdan Paşinyana təhdid dolu məktub: “ƏKS TƏQDİRDƏ…” – FOTO
5 gün Amulsarda qızıl axtarışı aparan şirkətə etiraz edən insanların yanında oldum. Sizi əmin edirəm ki, xoş atmosfer var. Hansı ki, həmin atmosfer siz İrəvanda Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün aksiyalar keçirərkən yaşanmışdı. Polis və hərbi qüvvələrin təzyiqlərinə baxmayaraq, insanlar sizi müdafiə etdilər, sizi tərk etmədilər. Amma indi deyəsən, siz həmin insanları tərk etmisiniz.
Muxalifet2 - 29-06-2018
Ər keçmiş arvadını məhkəmə zalında öldürdü – MİNGƏÇEVİRDƏ DƏHŞƏTLİ OLAY
Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.
Muxalifət.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.
Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
Muxalifet2 - 29-06-2018
ABŞ Menbiçdə yeni oyunlar qurur! - GƏRGİNLİK DAHA DA ARTACAQ
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Amerikanın müstəmləkə valisi Brett Makqark Menbiçdə PKK terrorçuları ilə görüşüb. Qondarma “Menbiç Yerli Şurası”nda PKK bayraqları, Abdullah Öcalanın posterləri endirilib, yerinə qondarma məclis bayraqları asılıb. 2016-cı ildə qurulan məclis, Qəndilin təyin elədiyi Agid Əhməd, Cemil Mazlum, İsmail Derik və Şervan Derviş kimi terrorçular tərəfindən idarə edilir. ABŞ-ın müstəmləkə valisi Brett Makqark da Menbiçdə PKK terrorçuları ilə görüşlər keçirir.
Muxalifet2 - 29-06-2018
AB qərar verdi: YENİ HƏRBİ BİRLİK YARANIR – ABŞ-dan imtina
Avropa Birliyi özünün müdafiə qabiliyyətini gücləndirməli, ABŞ-dan asılı olmamaq üçün hərbi xərclərini artırmalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözlər Avropa Birliyi liderlərinin birgə bəyanatında yer alıb. Bəyanatda AB ölkələrinin yeni hərbi əməkdaşlıq haqqında pakt hazırlamağa qərar verdikləri əksini tapıb.
Qeyd edək ki, AB liderləri pakt hazırlığı haqqında qərarı NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra qəbul ediblər.
Muxalifet2 - 29-06-2018
FHN: Bakıda dayanacaqda 51 avtomobil yanıb, 200 maşın yanğından mühafizə olunub
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.
FHN-dən daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.
Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
Muxalifet2 - 29-06-2018
SON DƏQİQƏ:İsrailin Azərbaycana göndərdiyi bu silah-sursat dünya ölkələrində İĞTİŞAŞLARA SƏBƏB OLDU
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub. Muxalifet.az xəbər verir ki, DANA Çexiya istehsalıdır və Azərbaycan bu artilleriya silahını 2017-ci ildə alıb. “SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir.
Muxalifet3 - 29-06-2018
Qərbin bu qərarı Türkiyə üçün mənfi nəticələr verir
Bu qərarlar Miqrant Konvensiyasına uyğun deyil. Sığınacaq bir haqdır. Heç kəs məcbur qalmadan onsuz da qaçqın olmur, məcburi səbəblərdən qaçqın vəziyyətinə düşür. Buna görə də o insanların hüquqlarını müvafiq müqavilə əsasında yerinə yetirmək lazımdır. Amma təəssüf ki, bu məsələdə Avropa Birliyi qaçqın hüquqları ilə bağlı beynəlxalq müqaviləni pozmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin İnsan Haqları Dərnəyinin rəhbəri Öztürk Türkdoğan bildirib.Muxalifet3 - 29-06-2018
Bakı ilə Budapeşt arasında protokol imzalandı - Foto
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi vurğulanıb.Muxalifet3 - 29-06-2018
İtaliya Əsədin adamı ilə məxfi görüş keçirib: Romaya gizli səfər
Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi Avropa Komissiyasına İtaliya hökuməti barəsində cinayət işinin açıldığı barədə məlumat verib.
Muxalifet.az xəbər verir ki, cinayət işinin açılmasına səbəb kimi bu ilin əvvəllərində italiyalı rəsmilərin Suriyanın kəşfiyyat və təhlükəsizlik qurumlarının rəhbəri Əli Məmlüklə gizli görüş keçirməsi göstərilir.Muxalifet3 - 29-06-2018
Lukaşenkodan Əliyevə: Əminəm ki...
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
"Hörmətli İlham Heydər oğlu.
Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ötən illər ərzində Belarus-Azərbaycan əlaqələri dayanıqlı strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Hər iki dövlət çoxtərəfli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy mövqe tutur.Muxalifet3 - 29-06-2018
Bakıda dayanacaqda yanğın: 51 avtomobil yandı - Rəsmi
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğınla bağlı növbəti məlumat yayıb.
Hadisə nəticəsində Nizami rayonunun Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 hektar quru ot və müxtəlif markalı 51 minik avtomobili (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanıb. Ərazidə olan müxtəlif markalı 200 minik avtomobil və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə edilib.
Muxalifet3 - 29-06-2018
Şagirdlərin diqqətinə: imtahanların nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Muxalifet3 - 29-06-2018
Paşinyan Bakı ilə razılaşmır: İrəvan tənqid altında...
Beynəlxalq Böhran Qrupunun (BBQ) rəsmi internet saytında yerləşdirilmiş “Rusiya və Türkiyə Qara dəniz və Cənubi Qafqazda” sərlövhəli hesabatında Cənubi Qafqaz regionunda Moskva ilə Ankaranın rəqabət və əməkdaşlığı fonunda Azərbaycan rəhbərliyinin düşünülmüş xarici siyasətindən və Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs olunub.
Muxalifet3 - 29-06-2018
Trampa qarşı etiraz başladı: məşhur aktrisa saxlanıldı
ABŞ-ın paytaxtı Vaşinqtonda Senatın binası daxilində 600 qadın Trampın miqrant siyasətinə etiraz edib.
Muxalifet.az xəbər verir ki, oturaq etiraz keçirən qadınlardan 575-i saxlanılıb. Saxlanılanlar arasında 71 yaşlı amerikal aktrisa Susan Sarandon da var.
Sarandonla yanaşı, Demokratik Nümayəndələr Palatasının üzvü Pramila Jayapal da saxlanılıb.
Muxalifet3 - 29-06-2018
Bu problemi onlar həll etməlidir - Rusiya
Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiya hekayəsi artıq absurd bir hal almağa başlayıb.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.
"Sanksiyalar hekayəsi artıq absurd bir hal alır. Məlum olduğu kimi, biz sanksiyalar məsələsini müzakirə etmirik. Bu problemi qanuni olmayan sanksiyaları tətbiq edən ölkələr həll etməlidir", - Qruşko qeyd edib.
Qeyd edək ki, AB Rusiyaya qarşı sanksiyaları uzatmaq barədə qərar verib.
Muxalifet3 - 29-06-2018