Axtarış

The search found 105823 results in 0.129 seconds.

Search results

  1. Milli Məclis bu qanuna yenidən baxır - Oqtay Əsədov zəruri SƏBƏBİ AÇIQLADI

    Milli Məclisin növbədənkənar plenar iclası keçirilir.

    Muxalifət.az-ın xəbərinə görə, Spiker Oqtay Əsədov bildirib ki, gündəlikdəki məsələlərin sayı artırılıb:

    “İclasın gündəliyinə 39 məsələ var idi. Ötən iclasdan qalan "Dövlət rüsumu haqqında" qanun da gündəliyə əlavə edilib. Bu gün 40 məsələ müzakirə ediləcək”.

    Spikerin sözlərinə görə, ilk olaraq “Dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq:

    Muxalifet2 - 29-06-2018

  2. ABŞ Əfqanıstandakı səylərinə görə Azərbaycana təşəkkür edir –"Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür"

    “Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Onlar Əfqanıstan sülh prosesinə və prezident Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik”.

    APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis UelsAzərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

     

    Muxalifet2 - 29-06-2018

  3. Aslan İsmayılova HÖKM OXUNMADI – Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb

    Hüqüqşünas Aslan İsmayılovun işi üzrə Səbail Rayon Məhkəməsində iyunun 29-a təyin edilən məhkəmə prosesi təxirə salınıb. Bu barədə məhkəmə katibi məlumat verib. O, hakimin başqa bir tədbirdə iştirakı səbəbindən iş üzrə hökmün elan edilməsinin təxirə salındığını bildirib.

    Bir gün əvvəl keçirilən prosesdə işi aparan hakim hökmün iyunun 29-da elan ediləcəyini demişdi.

    Muxalifet2 - 29-06-2018

  4. ABŞ nüvə müharibəsinə hazırlaşır? - Radio həvəskarlarının yaxaladığı ŞOK ƏMR

    Amerikanın radio həvəskarları istilik-nüvə raketlərinin işə salınması haqqında ABŞ komandanlığının əmrini yaxalayıblar.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “The Drive” nəşri yazıb.

    Muxalifet2 - 29-06-2018

  5. Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağaca çırpılıb – 2 NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR

    Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

    Hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan  “Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.

    Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

    Muxalifet2 - 29-06-2018

  6. Sürücülərə BƏD XƏBƏR: rüsum artırılır

    Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasının gündəliyinə daha bir məsələ əlavə edilib.
    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bunu iclasa sədrlik edən Oqtay Əsədov bildirib.
    Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdir. Dəyişikliklərdə sürücülük vəsiqəsinin verilməsi və avtomobillərin qeydiyyatına görə rüsumun artırılması təklif olunur.
    Bununla da, iclasın gündəliyində olan məsələlərin sayı 40-a çatıb.
     

    Muxalifet2 - 29-06-2018

  7. Gigiyenik sertfikatlar LƏĞV OLUNUR

    "İyunun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertfikatlar ləğv olunur".

    Muxalifət.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

    Onun sözlərinə görə, xaricdən gətirilən məhsullara da gigiyenik sertfikat verilməyəcək:

    Muxalifet2 - 29-06-2018

  8. Gülən Ərdoğanın qələbəsindən danışdı: ALLAH...

    Hər şeyin doğrusunu Allah bilər. O nə diləsə, o da olar.

    Muxalifət.az xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülən Türkiyədə 24 iyunda keçirilmiş seçkilərin nəticələri barədə danışarkən deyib.

    Gülənin bu açıqlaması qruplaşma daxilində birmənalı qarşılanmayıb. Bəziləri açıqlamanın seçki nəticələrinin açıqlanması ilə birlikdə bütün ümidlərin tükənməsi anlamına gəldiyini bildirib. Burada Gülən “Allah belə istədi” deməklə tərəfdarlarının dini inancının arxasında gizlənməyə çalışıb.

    Muxalifet2 - 29-06-2018

  9. Bakıda "konduktor" avtobusdan YIXILIB ÖLDÜ

    Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewo" markalı 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.

    Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.

    Muxalifet2 - 29-06-2018

  10. Ərəblər bir-birinə GİRDİ: MİSİR PREZİDENTİNİ TƏHQİR ETDİ

    Misirdə dövlət çevrilişi ilə hakimiyyətə gələn Sisi ilə çevrilişi maliyyələşdirən Birləşmiş Ərəb Əmirliyi arasındakı münasibətlərin pozulacağı ilə bağlı yeni bir detal ortaya çıxıb.
     
    Körfəz Ərəblərinin tanınmış akademik və müəlliflərindən biri olan Abdulhalil Abdulla, Misir prezidenti Sisiyə "dilənçi" deyib.
    Akademik-yazar yalnız dilənçi deməklə də yetinməyib, bir də Sisini president deyil, Misir valisi, diz çöküb, yalvaran adam deyə, bəhs edərək onu alçatdıqca alçaldıb.

    Muxalifet3 - 29-06-2018

  11. Ət kəsimi ilə bağlı yeni qaydalar gəlir

    "Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yaxın zamanlarda tamamilə yığışdırılacaq".

    Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

    Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilmədikdə onun bədənində ifraz olunan xüsusi maddələr vətəndaşların istifadə edəcəkləri ətin keyfiyyətini yararsız hala salır:

    Muxalifet2 - 29-06-2018

  12. Vergilərdən büdcəyə daxil olan məbləğ azaldıldı – SƏBƏB

    Dövlət büdcəsində neftin bir barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 dollar) nisbətən 10 dollar artırılaraq, 55 dollar müəyyən edilməsi nəzərdə tutulur. Bu da neftin satış qiyməti hesabına büdcə daxilolmalarının 500 milyon manat artırılması deməkdir.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il büdcə layihəsinə təklif edilən dəyişikliklərdən danışarkən deyib.

    Muxalifet2 - 29-06-2018

  13. Tramp Ərdoğana ZƏMANƏT VERDİ

    Türkiyənin xarici işlər naziri Çavuşoğlu, iştirak etdiyi canlı yayımda ABŞ Konqressində F-35 döyüş təyyarəsi satışı probleminə münasibət bildirib və “Tramp bu barədə lazımi addımları atacağını prezidentimizə söyləyib" deyib.
     

    Muxalifet3 - 29-06-2018

  14. Azərbaycanda internet QANE EDİCİDİRMİ?

    AzadlıqRadiosu Azərbycanda İnternetin keyfiyyəti barədə Bakı sakinlərinin fikirlərini öyrənib Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Bu məlumatı prezident İlham Əliyev bir neçə ay əvvəl Davos forumunda səsləndirib. Bəs 80 faizin istifadə etdiyi internet keyfiyyətlidirmi, onun sürəti istifadəçiləri qane edirmi? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC hələ iki il əvvəl bildirib ki, keyfiyyətin artırılması üzərində planlı şəkildə işləyir. İnternet istifadəçiləri özləri bu haqda nə düşünürlər?

    Muxalifet3 - 29-06-2018

  15. “GÜNAYBANK”DAKI 100 MİLYONLUQ TALANLA BAĞLI ŞOK İDDİALAR – “Mahmud Məmmədov zərərçəkmişləri şantaj edir, İbrahim Alışov isə…”

    “İbrahim Alışov özü bankın Bakının mərkəzində yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısıdır” “Emin Zeynalova rəhbərlikdən kimsə dəstək verməsə, belə addım ata bilməzdi” “Mahmud Məmmədov “qara bazar”da valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirib” “GünayBank”ın hesablarından onlarla milyon dolların misli görünməmiş oğurluğu ilə bağlı araşdırmaları davam etdirilir. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb.

    Muxalifet4 - 29-06-2018

  16. "İran bizim gözümüzdə daha bir Şimali Koreyadır" - ABŞ RƏSMİSİ

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Nikki Heyli cümə axşamı bəyan edib ki, Birləşmiş Ştatlar İrana təzyiq göstərməkdə davam edir. Və düşünür ki, digər ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcəklər. O, İran rejimini Şimali Koreya rejimi ilə müqayisə edib.
    «Biz, ona (İrana – red.) təzyiq göstərməkdə davam edirik və ümidvarıq ki, digər ölkələr də bizə qoşulacaqlar. Çünki İran bizim gözümüzdə daha bir Şimali Koreyadır» - deyə, Nyu-Dehlidəki «Observer Research Foundation» tədqiqat mərkəzindəki çıxışı zamanı Heyli bildirib.

    Muxalifet4 - 29-06-2018

  17. Futbol ulduzu BRAZİLİYALI PELENİN ALLAHDAN XAHİŞİ

    Pele: Mən Allahdan xahiş edərdim ki, finalda Braziliya və Rusiya yığmaları qarşılaşsın və Braziliya dünya şempionu olsun...
    Dünya futbol həyəcanını yaşayır. Milyonlarla insanın diqqəti ekranlarda yaşıl meydançalara kəsilib. Dünyanın ayrı-ayrı ölkələrindən azarkeşlər çempionatı canlı izləmək üçün böyük vəsaitlər hesabına uzun məsafələr qət edərək bu həyəcana qatılıblar.
     

    Muxalifet3 - 29-06-2018

  18. Erməni generala “cəhənnəm silahı”ndan zərbə

    İyunun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Avetik Kerobyanı Müdafiə Nazirliyinin Hərbi-sənaye komitəsinin sədri təyin edib. Həmin vəzifəni bundan əvvəl David Paxçanyan tuturdu.
     

    Muxalifet3 - 29-06-2018

  19. “Türk Ulduzları”nın Bakı səfəri ilə bağlı bilmək istəmədiklərimiz… - İcra başçısı “Solo türk”ə hansı sifarişi göndərdi?

    26 iyun Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə paytaxt Bakıda hərbi parad keçirildi. Paradda ölkə rəhbərliyi ilə yanaşı xarici qonaqlar, ölkəmizdəki hərbi attaşelər də iştirak etdi.
     
    Yenicag.az bildirir ki, parad kimlər üçünsə möhtəşəm, kimlər üçünsə sönük keçdi. Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən paradın daha möhtəşəm keçirilməsi hər bir azərbaycanlının arzusu idi və kiminə görə, bu baş verdi, kimisi də çatışmazlıqlara diqqət çəkdi.

    Muxalifet3 - 29-06-2018

  20. Trampın Suriya üzrə yeni PLANININ DETALLARI

    ABŞ prezidenti Donald Tramp bu həftə növbəti dəfə Amerika qoşunlarının Suriyadan çıxması ideyasını irəli sürdü. O, mövzudan bu dəfə Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşündə danışdı.

    Muxalifət.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, bu haqda liderlərin danışıqlarının məzmunundan xəbərdar olan iki diplomatik mənbə bildirib.

    Muxalifet2 - 29-06-2018

Pages