Axtarış

The search found 105823 results in 0.097 seconds.

Search results

  1. Hərbi liseylərə qəbul qaydaları dəyişdi - TƏHSİL MÜDDƏTİ AZALDILDI

    Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

    Muxalifət.az-ın apa-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

    Muxalifet2 - 29-06-2018

  2. QUBADA ZƏLZƏLƏ OLDU

    Qubada zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Yerli vaxtla saat 09:23:04-də Qubadan 19 km cənub-şərqdə Quba ərazisində zəlzələ baş verib.

    Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

    Muxalifet2 - 29-06-2018

  3. ABŞ-ın Azərbaycandakı səfir postu üç aydır boşdur

    “Görünür, Bakı ilə Vaşinqton arasında hələ razılaşdırılmayan ciddi məsələlər var”

    Artıq 3 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Məsələnin hətta müzakirəsinin belə getdiyi haqda heç bir rəsmi açıqlama verilmir.

    Muxalifet2 - 29-06-2018

  4. İranla sərhəddə əməliyyat: 2 NƏFƏR TUTULDU, 1 NƏFƏR QAÇDI

    Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, ötən gün DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

    Muxalifet2 - 29-06-2018

  5. Netanyahu hədələdi: İRANI DURDURACAĞIQ

    İranı hədəf alan açıqlama verən İsrailin baş naziri Binyamin Netanyahu, "İran, varlığımıza qarşı ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq" deyib.
     
    Netanyahu, ölkənin cənubundakı İsrail Hava Qüvvələrinə bağlı Hatzerim Hava Bazasında təhsil alan hərbi pilotların buraxılış mərasimində iştirak edib.

    Muxalifet3 - 29-06-2018

  6. Rusiyaya STRATEJİ ZƏRBƏ – Moskvanın müttəfiqi ABŞ-ın tərəfinə keçir

    ABŞ və Hindistan “2+2” formatında (iki ölkənin Müdafiə və Xarici İşlər Nazirliklərinin başçıları) Rusiya barəsində sanksiyaları, həmçinin Rusiyadan “Triumf" S-400 zenit-raket komplekslərinin alınması üzrə Nyu-Dehlinin planlarını müzakirə edəcəklər.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli NDTV kanalına müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Vaşinqtonda Hindistan və Rusiyanın münasibətlərinin uzunmüddətli xarakterini anlayırlar.

    Muxalifet2 - 29-06-2018

  7. “Mahmud Məmmədov + Zeynalovlar” yeni cinayətkar qruplaşması Azərbaycana MÜHARİBƏ ELAN EDİR

    Virtualaz.org ölkənin məşhur bankının – “GünayBank”ın hesablarından onlarla milyon dolların misli görünməmiş oğurluğu ilə bağlı araşdırmalarını davam etdirir. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb. Virtualaz.org-a məlum olub ki, bank pulları ofşor hesablarına Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarıb.

    Muxalifet2 - 29-06-2018

  8. Sajindən regionumuz üçün şok: FƏLAKƏTLİ MÜHARİBƏ OLACAQ

    İranda nüvə silahı yoxdur və rəsmi Tehrana kimsə mane olmasa belə, o, bu silahı yarada bilməyəcək.

    Muxalifət.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı şərqşünas Vladimir Sajin deyib.

    “İrana nüvə silahını yaratması üçün ən azı 5-7 il lazımdır. Bu ölkəni Şimali Koreya ilə müqayisə etmək doğru deyil. İran Yaxın Şərq çərçivəsində güclü ölkədir. 82 milyon əhaliyə, yaxşı infrastruktura, elmə, orduya sahibdir. Ona görə də bu iki ölkəni müqayisə etmək olmaz.

    Muxalifet2 - 29-06-2018

  9. Britaniya rəsmiləri AXC ilə görüşdən sonra nə yazırdılar? –“Azərbaycanın müstəqilliyi ilə bağlı heç bir öhdəlik götürməməliyik” TARİX

    Qeyd etdiyimiz kimi, “BBC News” Birtaniya arxivlərindən əldə etdiyi və Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid sənədlərin yayımına başlayıb.

    Bu sənədlər əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Demokratik Respublikasına və onun liderlərinə həm inamsızlıq, həm etimad var. Bu sənədlərin içində o dövrün şahidlərinin – ingilis diplomatların məktub və teleqramları yer alıb.

    Strateq.az  daha bir neçə məxfi teleqramı oxucularına təqdim edir.

    Muxalifet2 - 29-06-2018

  10. Prokuror Kəmalə Ağazadənin HƏBSİNİ TƏLƏB ETDİ

    Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

    O, Kəmalə Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

    Növbəti proses iyulun 6-da davam edəcək.

    Muxalifet2 - 29-06-2018

  11. Bakı “neytral ərazini” azad edib? – POLKOVNİKDƏN TƏFƏRRÜAT

    Bəziləri Naxçıvanda işğaldan azad olunan ərazilərin – Günnüt və Qızılqayanın neytral zona olduğunu deyir. Amma onlar bilmir ki, düşmən dövlətlər arasında neytral ərazi olmur. O torpaq ya sənindir, ya da işğal altındadır.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib ki, Azərbaycan ordumuzun 100 illiyi münasibəti ilə keçirilən paradla həm Ermənistana, həm də onun havadarlarına bir mesaj verdi:

    Muxalifet2 - 29-06-2018

  12. Paşinyanı hakimiyyətə ABŞ-ın gətirdiyinə dair - YENİ FAKT

    ABŞ Ermənistanda korrupsiya ilə mübarizə üçün yeni proqram qəbul edib. “Millenium Challenge Corp.” adlanan proqram artıq rəsmi İrəvana təqdim olunub. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət korrupsiya ilə mübarizəni bu proqram üzrə həyata keçirəcək.

    Avropa İttifaqınını Ermənistan nümayəndəliyinin rəhbəri Pyotr Svitalski proqram çərçivəsində Ermənistan hökumətinə yardım edəcəklərini açıqlayıb.

    Muxalifet2 - 29-06-2018

  13. DOLLAR BU GÜN NEÇƏYƏDİR?

    Azərbaycan Mərkəzi Bankı 29 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9814 manat təşkil edir.

    1 türk lirəsi 0,3720 manat, 1 rus rublu 0,0271 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6929 manatdır.

    Muxalifet2 - 29-06-2018

  14. Suriyada 12 saatlıq barışığın şərtləri AQÇIQLANDI

    Suriyanın cənub rayonlarında hökumət qoşunları və silahlı qruplaşmalar arasında atəşin dayandırılması döyüşçülərə kapitulyasiya şərtlərinin icrası üçün vaxt verir.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Al Mayadeen” telekanalı bildirib.

    Kanalın informasiyasına görə, barışıq Suriyanın cənubunda yerli vaxtla 29 iyun saat 00:00-da başlayıb və 12 saat davam edəcək. Döyüşçülər bu müddətdə orta və ağır silahları Suriya ordusuna verməli və danışıqlara başlamalıdır.

    Muxalifet2 - 29-06-2018

  15. Nazir yeni şöbə müdirləri TƏYİN ETDİ

    Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

    Nazirlikdən Kult.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini- Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

    Nazirliyin Aparat rəhbərinin müavini - Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

    Muxalifet2 - 29-06-2018

  16. “Türkiyə sanksiyalardan qorxmur, S-400-ləri...” - İBRAHİM QALIN

    Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməyəcək.

    Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.

    “Türkiyənin suveren ölkədir və bu məsələ ilə bağlı müstəqil qərarlar qəbul etmək hüququ var. Ankara haradan, hansı müdafiə sistemləri və texnologiyalarını almağı özü həll edir”.

    İbrahim Qalın vurğulayıb ki, ABŞ Türkiyə əleyhinə sanksiya tətbiq edəcəyi təqdirdə müvafiq cavab veriləcək.

    Muxalifet2 - 29-06-2018

  17. Oqtay Şirəliyevə yeni müavin TƏYİN OLUNDU

    Azərbaycan səhiyyə nazirinin yeni müavini təyin olunub.
    Müvafiq sərəncamla Rəhim Əliyev səhiyyə nazirinin müavini təyin edilib. O, artıq kollektivə təqdim olunub.
    Rəhim Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti idi. (apa)

    Muxalifet2 - 29-06-2018

  18. RUHANİNİN ƏTRAFINDAKI ÇƏNBƏR DARALIR - "Hökumətin qorxduğunu və istefa verəcəyini düşünənlər səhv edirlər" - TƏHLİL

    İqtisadiyyatın ağır vəziyyəti nəzərə alınmaqla, prezident Həsən Ruhaniyə ictimai təzyiqlər artdığından və seçicilər arasında etibarlılığını itirdiyindən İranın sərt tənzimçiləri coşqudadır. Ancaq bu vəziyyət bir gecədə ortaya çıxmayıb, daha doğrusu, ABŞ prezidenti Donald Trampın siyasəti ilə Tehranda Ruhaninin qatı rəqiblərinin yaxşı hazırladığı planın birləşməsinin nəticəsidir.

    Muxalifet2 - 29-06-2018

  19. Səməd Seyidov Hacıbəyliyə verilən cəzadan danışdı – “O qədər də obyektiv deyil” - YENİLƏNİB

    “Keçmiş deputatlara qarşı sanksiyaların qəbul olunması inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”. Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin AŞPA-nın 14 keçmiş üzvü haqqında qərarını APA-ya şərh edərkən deyib.

    Muxalifet2 - 29-06-2018

  20. NAVALNININ QARDAŞI AZADLIĞA BURAXILDI

    Rusiyalı müxalif bloger Aleksey Navalnının qardaşı Oleq Navalnı azadlığa buraxılıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Doyçe Velle” yayıb. Sayt Navalnının nəzərdə tutulandan bir gün tez azadlığa buraxıldığını bildirib.

    Qeyd edək ki, Oleq Navalnı 2014-cü ildə “İv Roşe” şirkətinin böyük həcmdə vəsaitlərini ələ keçirməkdə ittiham edilərək həbs edilmişdi.

    Muxalifet2 - 29-06-2018

Pages