Axtarış

The search found 105817 results in 0.073 seconds.

Search results

  1. ​“Fənər” azərbaycanlı bombardiri almaq istəyir

    “Fənərbaxça” İran millisinin Azərbaycan əsilli futbolçusu Kərim Ənsarifərdi transfer etmək istəyir.
    Muxalifet.az İran mətbuatına əsasən xəbər verir ki, “Fənərbaxça” klubunun yeni baş məşqçisi Filip Koko İran millisində göstərdiyi oyunu ilə diqqət çəkən əslən azərbaycanlı K.Ənsərifərdin transferi üçün məxsus olduğu Yunanıstanın “Olimpiyakos” klubu ilə danışıqlara başlayıb.
    Qeyd edəki ki, K.Ənsərifərd İran-Portuqaliya görüşündə fərqlənə bilib və ötən mövsüm “Olimpiyakos”da vurduğu 17 qolla Yunanısatan çempionatının bombardirlər siyahısında 2-ci olmağı bacarıb.
     

    Muxalifet3 - 28-06-2018

  2. ​ABŞ raketi alman gəmisini yandırdı

    “F124 Sachsen” alman freqatında ABŞ istehsalı olan “SM-2” zenit raketi buraxıcı qurğunu tərk edə bilməyərək, işə salma seksiyasında ilişib qalıb və gəmidə yanğına səbəb olub.
    Muxalifet.az xəbər verir ki, hadisənin görüntüsü “Defense Daily” “YouTube” kanalında yayılıb.
    İnsident nəticəsində iki dənizçi yaralanıb. Xoşbəxtlikdən “SM-2” zenit raketinin döyüş başlığı partlamayıb. Əks təqdirdə daha ağır fəsadlara yol aça bilərdi.  
    Dənizçilər yanğını operativ şəkildə söndürə bilib.

    Muxalifet3 - 28-06-2018

  3. ​Saakaşviliyə hökm oxundu

    Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilini parlamentin keçmiş deputatı Valeri Qelaşviliyə qarşı hücumun təşkilində təqsirli bilib və onu qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib.
    Muxalifet.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-də məlumat yayılıb.
    Bundan əvvəl eyni cinayət işi üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili və DİN xüsusi əməliyyat departamentinin rəisi İrakli Kodua müxtəlif həbs cəzaları almışdı.

    Muxalifet3 - 28-06-2018

  4. ​İrəvanın bu addımı regional sülh üçün başlıca təhdiddir - XİN

    Ermənistan BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edərək ölkəmizin suveren ərazilərini işğal edib. Ermənistan zəbt olunmuş əraziləri işğal altında saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davam etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsipləri pozur.

    Muxalifet3 - 28-06-2018

  5. ​Rusiyadan Ərdoğanla bağlı açıqlama

    Yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın idarəçiliyindəki Türkiyə ilə qarşılıqlı hörmət və mənafe prinsipinə sadiq qalaraq əlaqələri davam etdirəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
     

    Muxalifet3 - 28-06-2018

  6. ​Azərbaycanda işlər DAYANDIRILA BİLƏR

    Azərbaycanda anomal istilərə görə açıq şəraitli yerlərdə iş dayandırıla bilər.
    Muxalifet.az  xəbər verir ki, Əmək Məcəlləsinin 233-cü (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan istilər zamanı açıq şəraitli iş yerlərində fasilələr verilir və iş dayandırılır.
    Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

    Muxalifet3 - 28-06-2018

  7. ​Bakıda bina kompleksinin ərazisində yanğın

    Bakıda bina kompleksinin ərazisində yanğın
     
    Bakının "Şamaxı yolu" adlanan ərazisində yanğın başlayıb.
    Muxalifet.az-ın məlumatına görə, çoxmərtəbəli yaşayış bina kompleksinin ərazisində yerləşən reklam lövhəsi və ətrafdakı kol-kos alovlanıb.
    Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.
     

    Muxalifet3 - 28-06-2018

  8. ​Trampla Putinin görüşü nə üçün önəmlidir?

    Rusiya və ABŞ prezidentlərinin görüşü beynəlxalq təhlükəsizlik üçün olduqca vacib amildir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Belçika Federal parlamentinin deputatı Aldo Karkassi deyib.
    Qeyd edək ki, Trampla Putin 16 iyunda Helsinki şəhərində görüşəcəklər.
     

    Muxalifet3 - 28-06-2018

  9. ​Azərbaycanda yeni nazir təyinatı

    Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
    Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.
    Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.
     

    Muxalifet3 - 28-06-2018

  10. ​Şeyx, Əli Həsənov və Nəcməddin Sadıkov Dağıstanda - Foto

    İyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilir.

    Muxalifet3 - 28-06-2018

  11. DİQQƏT: Sürücülük vəsiqənizi dəyişdirməli olacaqsınız - SƏBƏB

    Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq.
    İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s.
    Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək. 
    Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir?
    Bu suala açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib. 

    Muxalifet3 - 28-06-2018

  12. ​MHP-dən AKP ilə bağlı önəmli qərar

    Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) parlament sədri vəzifəsinə AKP-nin namizədini dəstəkləyəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri MHP sədrinin müavini Mustafa Kalayçı deyib.
    O bildirib ki, MHP öz namizədini irəli sürməyəcək və AKP-nin namizədini dəstəkləyəcək.
     

    Muxalifet3 - 28-06-2018

  13. ​Şehiç türklərdən 500 min avro istədi

    "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç Türkiyənin "Trabzonspor" klubundan təklif alıb.
    Muxalifet.az xəbər verir ki, klubla Bosniya və Herseqovina milli komandasının qolkiperi arasında görüş gerçəkləşib.
    29 yaşlı oyunçu "Trabzonspor" klubundan ilinə 500 min avro istəyib. Onun transferinin Esteban Alvaradonun komandadakı taleyindən asılı olduğu bildirilir.

    Muxalifet3 - 28-06-2018

  14. ​Inın qardaşının qətlində qadınlar təqsirləndirilir

    Malayziya prokurorluğu Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən iki qadına qarşı cinayət işi açıb.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
    İstintaq versiyasına görə, onlar KXDR liderinin yaxın qohumunu zəhərləmək üçün xüsusi təlimat keçib.
    Xatırladaq ki, Kim Çen Nam 14 fevral 2017-ci ildə Malayziya aeroportunda qətlə yetirilib.
    Vyetnam və İndoneziyadan olan iki qadın onun üzünə tərkibində ölümcül zəhərli “VX” maddəsi olan yağ sürtüb.
     

    Muxalifet3 - 28-06-2018

  15. ​ABŞ-da 51-ci ştat yaradılacaq

    ABŞ konqresində Puerto-Riko ada dövlətinin rəsmi olaraq ABŞ ərazisinə ilhaq edilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ parlamentinin saytında məlumat yayılıb.
    Sənəd Puerto-Rikonun konqresin aşağı palatasındakı təmsilçiləri Cenifer Qonzales Kolon və 37 digər konqresmen tərəfindən hazırlanaraq təqdim olunub.
    Qeyd edək ki, Puerto-Riko 1898-ci ildən bəri ABŞ-ın dəniz ərazilərinə daxildir və qeyri-rəsmi olaraq ölkənin 51-ci ştatı sayılır.

    Muxalifet3 - 28-06-2018

  16. ​Rəsmi Ankara “S-400”lərin aqibəti barədə

    Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiqinin mümkünlüyü məsələsini şərh edib.
    Muxalifet.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
    “Türkiyənin suveren ölkə olaraq bu məsələlərdə müstəqil qərar vermək hüququ var. Müdafiə sistemləri və texnologiyalarını kimdən və haradan alacağına Türkiyə özü qərar verir”, - deyə mətbuat katibi “Bloomberg” telekanalına verdiyi müsahibədə bildirib.

    Muxalifet3 - 28-06-2018

  17. ​Aralıq dənizində böyük tapıntı: Misir aşkar etdi

    Aralıq dənizinin Misir sektorunda dünyanın ən böyük təbii qaz yataqlarından birinin aşkar edildiyi bildirilir.
    Muxalifet.az xəbər verir ki, Misirdə fəaliyyət göstərən enerji şirkətlərinin dünyanın ən böyük təbii qaz yataqlarından birini aşkar etdiyi və Misir hökumətinin bu kəşfi elan etməyə hazırlaşdığı qeyd olunur.

    Muxalifet3 - 28-06-2018

  18. ​Kərimova irəli sürülən ittihamlar ləğv edildi

    Fransada rusiyalı senator Süleyman Kərimova qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə senatorun vəkili məlumat yayıb.
    Əlavə şərh vermək istəməyən vəkilin sözlərinə görə, Kərimovun pasportu yaxın vaxtlarda geri verilməlidir, girov qoyulan pul da qaytarılacaq.

    Muxalifet3 - 28-06-2018

  19. ​Azərbaycanda üçüncü şəxslər üçün mal idxal və ixracına nəzarət gücləndiriləcək

    Azərbaycanda üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarət gücləndiriləcək.
    Muxalifet.az-ın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

    Muxalifet3 - 28-06-2018

  20. ​Tütün məmulatları və alkoqollu içkilərlə əlaqədar Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılacaq

    Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sistemi yaradılacaq.
    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.
     

    Muxalifet3 - 28-06-2018

Pages