Axtarış
The search found 105823 results in 0.098 seconds.
Search results
Ermənilər Ağdamın işğal altında olan yaşayış məntəqələri üzrə 280 HEKTAR ƏRAZİNİ YANDIRDI
“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idarəçilində olan "Azersky" peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparılıb.
“Azərkosmos” ASC-dən verilən məlumata görə, baş verən yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib. İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.
Yanğınların monitorinqi hal-hazırda davam etdirilir.
Muxalifet2 - 30-06-2018
İranda dolların bahalaşması Azərbaycana necə təsir edəcək? – RƏYLƏR
“İranda ABŞ dollarının bahalaşması sərhədyanı alış-verişə, hələ ki, bir elə də təsir etməyib”.
Muxalifet2 - 30-06-2018
Ərdoğanın Azərbaycana SƏFƏR TARİXİ BƏLLİ OLDU
İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi gözlənilir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğanın iyul ayı ərzində planlaşdırılan səfər təqviminə əsasən, belə məlumat yayılıb. Belə ki, iyunun 24-də yenidən prezident seçilən Ərdoğanın iyulun 8-də and içəcəyi ilə bağlı hazırlıqlar aparılır.
İyulun 9-da isə Ərdoğan AKP-nin iclasını keçirəcək. İyulun 11-12-də isə onun Brüsseldə NATO zirvəsində iştirak edəcəyi nəzərdə tutulur.
Muxalifet2 - 30-06-2018
Tramp elan etdi: Rusiyanın işğalı tanına bilər - ŞOK
Rusiya Prezidenti Vladimir Putinlə görüşüm zamanı silahlanma yarışı məsələsini müzakirə edəcəm.
Muxalifət.az xəbər verir ki, bu bəyanatla Tramp verib.
“Biz planetdə baş verən hadisələr haqqında danışacağıq. Hətta silah üçün ayrılan milyonların ixtisarı haqqında danışa bilərik. Biz heç kimin indiyə qədər görmədiyi gücü yaradırıq”, – deyə o bildirib.
Muxalifet2 - 30-06-2018
MÜDAFİƏ NAZİRİ:"Münaqişə tezliklə ədalətli həll olunmazsa, düşmən Ordumuzun gücünü öz üzərində hiss edəcək"
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Nazirlikdən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Muxalifet2 - 30-06-2018
Hitlerin iş yoldaşının qızı GİZLİ XİDMƏT ÜÇÜN ÇALIŞIB
Adolf Hitlerin yaxın iş yoldaşı Henrix Himmlerin qızının, 2-ci Dünya Müharibəsindən sonra Almaniya gizli xidməti üçün çalışdığı ortaya çıxdı.
Almaniyanın “Bild” qəzeti, keçən ay Münhendə 88 yaşında vəfat edən Gudrun Burwitzin, müharibədən sonra Qərbi Almaniya Xarici Kəşfiyyat Agentliyi “BND” üçün çalışdığını yazıb.
Xəbərdə, Burwitzin 1961-1963-ci illərdə Münhen yaxınlığında Pullaçda “BND” qərargahında katib kimi çalışdığı, o dövrdə “BND”-nin keçmiş Nasist hərbi kəşfiyyat komandiri Reinhard Gehlenin rəhbərliyində olduğu bildirilib.Muxalifet3 - 30-06-2018
Kriminal avtoritet jurnalistləri ölümlə TƏHDİD ETDİ
Türkiyənin Kırıqqala həbsxanasında saxlanılan cinayətkar qruplaşmanın rəhbəri, məşhur kriminal avtoritet Alaattin Çakıcı jurnalistləri təhdid edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, kriminal avtoritet “Karar” qəzetinin 6 əməkdaşını ondan yazı yazdıqlarına görə ölümlə təhdid edib.
İctimaiyyətə yayılan məktubda ölümlə təhdid edilən jurnalistlərin adı bir-bir çəkilir.
Muxalifet2 - 30-06-2018
Ermənistanda KURYOZ HADİSƏ: Sarkisyanları səhv saldılar
Ermənistan prezidentinin mətbuat xidməti hazırkı prezident Armen Sarkisyanı onun sələfi Serj Sarkisyanla səhv salıb.
Muxalifət.az azvision.az-a istinadən xəbər verir ki, bu cür gülünc, bir o qədər də ciddi diplomatik səhv dünən Ermənistan prezidentinin Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməsi ilə bağlı rəsmi saytda yerləşdirilən bəyanatda buraxılıb.
Muxalifet2 - 30-06-2018
İranda aksiya keçirildi: BÜTÜN XALQA MÜRACİƏT - Video
İranın Xürrəmşəhr şəhərində dünən gecə etiraz aksiyaları keçirilib.
Muxalifət.az xəbər verir ki, şəhər küçələrinə və məscidlərə yığışan əhali bütün şəhəri bürüyən su qıtlığına etiraz ediblər.
Etirazçılar İran xalqını hökumətə qarşı birləşməyə və ölkənin bütün şəhərlərini etiraz aksiyalarına qoşulmağa səsləyiblər.
Qeyd edək ki, Xürrəmşəhr şəhəri İranın İraqla sərhəd vilayəti olan Xuzestanda yerləşir.
Muxalifet2 - 30-06-2018
Вопрос политзаключенных говорит о кризисе в отношениях Азербайджан-Запад
Аналитическая служба Turan
В Азербайджане проблема политзаключенных достаточно серьезна. Согласно составленному правозащитниками единому списку, в стране свыше 150-ти политзаключенных. Несмотря на то, что такое положение существует на протяжении более чем 25 лет, в последние годы оно выглядит еще более актуальной.
Muxalifet4 - 30-06-2018
Xırdalan sakini döyülərək öldürüldü
Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.Muxalifet - 30-06-2018
Şimali İraqda CƏBBƏXANADA PARTLAYIŞ
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) paytaxtı Ərbildə bu səhər bir cəbbəxanada partlayış baş verib.
IKBY-nin paytaxtı Ərbil şəhərində polis, partlayışın şəhərin şərq hissəsindəki Bahreka bölgəsində bir silah anbarında meydana gəldiyini bildirib.
Böyük zərərə yol açan partlayışda, insan itkisi olmayıb.
Partlayışın səsi isə paytaxtın bir çox yerində eşidilib.
Rəsmilər partlayışın səbəbinin terror aktı və ya təxribat olmadığını, hava temperaturunun yüksəlməsi nəticəsində baş verdiyini qeyd ediblər.Muxalifet3 - 30-06-2018
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,92 dollar və yaxud 2,44% artıb.
“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 80,53 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Muxalifet4 - 30-06-2018
Düşmənin bel sütununu sındırdıq – General
Aprel döyüşləri Ermənistan ordusuna böyük zərbə vurub və düşmənin bel sütununu sındırdı.Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.Muxalifet - 30-06-2018
Bakıda anomal istilər davam edəcək... - XƏBƏRDARLIQ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 23-27° isti, gündüz 37-41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.Muxalifet - 30-06-2018
Yaponiyada raket buraxılışı bu dəfə də uğursuzluqla nəticələndi
Yaponiyada “Interstellar Technologies Inc” şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.
Muxalifet.az xəbər verir ki, hadisə iyunun 30-da, yerli vaxtla saat 05:30-da baş verib. On metrlik raket buraxıldıqdan sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bu, son vaxtlar ölkədə baş vermiş ikinci hadisədir. Analoji hadisə 2017-ci ilin iyulunda da baş verib. “Interstellar Technologies” şirkəti tərəfindən hazırlanmış raketin buraxılışı uğursuzluqla nəticələnib./report/Muxalifet - 30-06-2018
Məhərrəm İncənin yeni layihəsi: CHP-dən GEDİR
CHP-də Kılıçdaroğlunun hakimiyyətini gücləndirmək üçün kürəyini söykədiyi məzhəbçi nümayəndələrə təsir edə bilməyəcəyini anlayan Məhərrəm İncə, yeni bir qurum yaratmaq və ya Ecevitin partiyası olan DSP-nin rəhbərliyinə keçmək niyyətində olduğu ortaya çıxıb.
Muxalifet3 - 30-06-2018
"Onunla atamın boşluğunu doldurmuşam" - İbrahim Tatlısəsin özündən 30 yaş kiçik xanımı
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız onunla evliliyindən danışıb.
Türkiyə mediası xəbər verir ki, İ.Tatlısəslə 2011-ci ildə evlənib, iki il sonra boşanan A.Yıldız onunla atasının boşluğunu doldurduğunu deyib.
“İbrahim bəylə atamı itirməmişdən 1 il əvvəl tanış oldum. İndi anlayıram ki, atamın boşluğunu onunla doldurmağa çalışmışam”-deyə, A.Yıldız bildirib.
Muxalifet4 - 30-06-2018
Azərbaycan və Ermənistanda ölən əsgərlərin statistikası açıqlandı
2018-ci ilin birinci yarısında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 15 nəfər olub. Bu müddətdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Almaniyada yerləşən Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.
Mənbənin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi döyüş şəraitində, 12 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.Muxalifet3 - 30-06-2018
Dənizdə batan 23 yaşlı gəncin MEYİTİ TAPILDI
Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 30-da dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Qarayev Müşfiq Mübariz oğlunun axtarışları başa çatıb.
M.Qarayevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Muxalifet2 - 30-06-2018