Axtarış

The search found 105823 results in 0.068 seconds.

Search results

  1. Ruslar Azərbaycan pomidoruna görə ÜSYANA QALXDILAR

    Rusiyanın Vladivostok şəhərinin mərkəzi bazarında yerli sakinlər Azərbaycan pomidoruna görə, elə bazardaca etiraz aksiyası keçiriblər. 

    Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb azərbaycanlı satıcıların pomidorun bir kiloqramını 580 rubla satmaları olub. Bu isə təxminən 17 manata yaxın pul edir.

    Satıcılara yolun uzunluğu, daşıma xərcləri barədə izahat verilsə də, onlar qiymətin aşağı salınmasını tələb ediblər. Bundan sonra azərbaycanlı satıcılar qiyməti aşağı salmağa məcbur olublar.

    Muxalifet2 - 2-07-2018

  2. Kremlin iqtisadi layihəsinə zərbə - PESKOV ETİRAZ ETDİ

    Şimal Axını-2 layihəsində iştirak edən istənilən şirkətə qarşı sanksiya qeyri-qanunidir.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Şimal Axını-2-nin heç bir siyasi motivi yoxdur.

    O, bu layihənin yalnız iştirakçı ölkələrin kommersiya maraqlarına uyğun olduğunu vurğulayıb.

    Muxalifet2 - 2-07-2018

  3. Məhkəmə Beynəlxaq Bankın əməlini QANUNSUZ SAYDI - Dollar əmanətlərinin faizləri birtərəfli qaydada endirilə bilməz

    Əmanətçilərin cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı “müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilərək faiz məbləğinin ödənilməsi”nə dair iddia ərizəsini Bakı Apellyasiya Məhkəməsi təmin edib.
    Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, bu barədə əmanətçilərin nümayəndəsi və vəkili Əkrəm Həsənov bildirib.

    Muxalifet2 - 2-07-2018

  4. ABŞ-a son xəbərdarlıq: 294 MİLYARD İTİRƏCƏKSİNİZ

    ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobil və avtoehtiyat hissələrinə tətbiq etdiyi yeni gömrük rüsumları yanlış addımdır.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinə Avropa Birliyinin göndərdiyi məktubda yer alıb. Rəsmi Brüssel məktubda ABŞ-ın bu addımlarına cavab veriləcəyini və nəticədə Vaşinqtonun 294 milyard dollar itirəcəyini bildirilib. Məktubda bu göstəricinin ABŞ-ın ümumi ixracının 19%-ni təşkil etdiyi vurğulanıb:

    Muxalifet2 - 2-07-2018

  5. APA TV-yə yeni rəhbər təyin edildi - İCLAS

    “APA Holding” MMC Direktorlar Şurasının iclası keçirilib.

    Direktorlar Şurasının sədri Nurşən Quliyev gündəlik barədə məlumat verib.

    Bildirib ki, iclasda “APA Holding” MMC-nin birinci yarım il üzrə maliyyə hesabatı dinləniləcək, bundan başqa, Direktorlar Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılacaq.

    Şirkətin birinci yarım il üçün maliyyə hesabatı barədə “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı məlumat verib.

    Direktorlar Şurasının üzvləri müzakirələrdən sonra hesabatı qənaətbəxş sayaraq, qəbul ediblər.

    Muxalifet2 - 2-07-2018

  6. Ankara Tehranı satmadı:“İran bizim önəmli tərəfdaşımızdır” – TƏHLİL

    Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu NTV telekanalına müsahibədə bildirib ki, “İranda vəziyyətin istənilən qarışıqlığı bütün bölgədəki duruma təsir edəcək”.

    Muxalifet2 - 2-07-2018

  7. Pentaqon UNO-larla bağlı yeni AĞLASIĞMAZ DƏLİLLƏR tapdı - 2018-ci il tarixi dövr olacaq

    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 22 milyon dollarlıq büdcəsi olan Uçan Naməlum Obyektləri (UNO) araşdırma proqramına dair yeni nəticələr əldə edilib.

    Muxalifət.az xəbər verir ki, proqramın UNO fenomenini təxmin ediləndən çox daha geniş miqyasda araşdırdığı ortaya çıxıb.

    Muxalifet2 - 2-07-2018

  8. Afrində Atatürkün qərargahı tapıldı – FOTO

    Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya müharibəsi illərində qərargah olaraq istifadə etdiyi ev tapılıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə Hatay Universiteti Tarix fakültəsinin professoru Süleyman Hatipoğlu danışıb.

    Muxalifet2 - 2-07-2018

  9. 39 yaşlı kişi intihar etdi - KÜRDƏMİRDƏ

    Kürdəmir sakini intihar edib.

    Hadisə bu gün rayonun Xırdapay kəndində baş verib. Kənd sakini, 1979-ci il təvəllüdlü Xalid Samir oğlu İsmayılov özünü yaşadığı evin həyətyanı sahəsində asıb.

    X.İsmayılovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

    Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

    Muxalifet2 - 2-07-2018

  10. Bakı-Sumqayıt yolunda son durum: “TIXAC PROBLEMİ ARADAN QALXIB”

    Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ittihamlara cavab verdi...

    Bakı-Sumqayıt avtomobil yolundan tıxaca səbəb olan təmir işləri artıq tam yekunlaşmaq üzrədir. Əvvəlcə onu qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə sadə vətəndaşlar, ictimai şəxslər Bakı-Sumqayıt yolunda Xırdalan dairəsinədək olan ərazidə aparılan təmir işlərindən narazılıqlarını bildirirlər.

    Muxalifet2 - 2-07-2018

  11. “İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir” - PREZİDENTİN MÜŞAVİRİ

    İran prezidenti Həsən Ruhaninin müşaviri Əkbər Türkan ölkədə davam etməkdə olan valyuta böhranına görə Mərkəzi Bankı tənqid edib. Virtualaz.org xəbər verir ki, İranın yarırəsmi “Tasnim” agentliyinə açıqlama verən Əkbər Türkan Mərkəzi Bankın dolların məzənnəsini 4 min 200 tüməndə sabitləşdirmək üçün gecikdiyini bildirib.

    “Mərkəzi Bank dolların məzənnəsnin sabitləşdirilməsinə dair qərarı təxirə salaraq vəziyyətin bu həddə gəlib çatmasına səbəb oldu”-prezidentin müşaviri deyib.

    Muxalifet4 - 1-07-2018

  12. Avropa İttifaqından ABŞ-a 294 milyard dollarlıq NƏHƏNG CAVAB TƏDBİRİ

    Muxalifət.az xəbər verir ki, Avropa İttifaqı ABŞ-ın Avropa ölkələrindən idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq eləmək qərarı alacağı təqdirdə 294 milyard dollarlıq ticari cavab addımı ata biləcəyi barəsində xəbərdarlıq edib. Qarşılıqlı ticari anlaşılmazlıqlar məsələsi ilə bağlı Aİ Komissiyasının ABŞ Ticarət Nazirliyinə göndərdiyi məktub mətbuata sızıb.

    Muxalifet2 - 2-07-2018

  13. Ərdoğan Akşənərə nazir vəzifəsi verir? – AÇIQLAMA

    Türkiyənin Ədalət və İnkişaf Partiyası Maral Akşənərə nazir vəzifəsi təklif olunması ilə bağlı iddialara münasibət bildirib.

    Muxalifət.az xəbər verir ki, bu barədə AKP sözçüsü Mahir Ünal danışıb.

    “Belə bir şeydən qətiyyən söhbət belə gedə bilməz”, - Ünal bildirib.

    Xatırladaq ki, sosial şəbəkələrdə Maral Akşənərə yeni hökumətdə nazir vəzifəsinin təklif olunması ilə bağlı xəbərlər yayılıb.

    Muxalifet2 - 2-07-2018

  14. Azərbaycanda 2 bəhai icması QEYDİYYATDAN KEÇDİ

    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamə təqdim edib.

    Muxalifət.az xəbər verir ki, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

    26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim olunub.

    Muxalifet2 - 2-07-2018

  15. Əflatun Amaşov Azərbaycan polisini TƏBRİK ETDİ: “Fəaliyyətləri qürur və iftixar mənbəyimizdir”

    “Ölkəmizdəki təhlükəsizliyin ən böyük qarantı olan Azərbaycan polisinin 100 yaşı tamam olur. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov başda olmaqla polis orqanlarının şəxsi heyətinin hər bir üzvünü təbrik edirəm.

    Muxalifət.az bildirir ki, bu sözləri Mətbuat Şurasının üzvü, deputat Əflatun Amaşov polisin yubleyi ilə bağlı təbrikində yazıb.

    Muxalifet2 - 2-07-2018

  16. Ramanada 100-ə yaxın ELDAR ŞAMI KƏSİLİB

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana-2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

    Muxalifet2 - 2-07-2018

  17. Polislər buna görəmi kök olur? - ƏSƏDOVUN UNİKAL CAVABI

    Bu gün Azərbaycan polisinin 100 illik yubileyidir. Ölkəmizin sabitliyində mühüm rol oynayan polislərimiz daim vətəndaşların asayişinin təmin olunması üçün çalışırlar. Polislərimiz bəzən nümunəvi qərarları, bəzən də maraqlı, məzəli çıxışları ilə cəmiyyətimizin əhəmiyyətli parçasına çevriliblər və artıq vətəndaşlarla onlar arasında səmimi, hörmət çərçivəsində münasibət yaranıb.

    Muxalifet2 - 2-07-2018

  18. MTRŞ-dan rəsmi açıqlama: “Aygün Kazımovanın efirdəki davranışları araşdırılacaq” - VİDEO/FOTOLAR

    Müğənninin efirdəki qeyri-etik hərəkətləri ilə bağlı ictimaiyyət nümayəndələrinin reaksiyası: “Bunlar nə yeyib, nə içirlər?”

    Bu gün sosial şəbəkələrdə Xalq artisti Aygün Kazımovanın “Zaurla Günaydın” verilişində qonaq olarkən etdiyi qeyri-etik hərəkətlərlə bağlı video yayılıb.

    Qeyd edək ki, verilişdə qonaq olan müğənni formada qalmasının sirrini tamaşaçılarla bölüşmək üçün divana çıxıb və məşqçisindən öyrəndiyi hərəkətləri təkrarlamağa başlayıb.

    Muxalifet2 - 2-07-2018

  19. Məhəmməd Salah 5 illik imzanı atdı - İLLİK GƏLİRİ açıqlandı

    İngiltərənin “Liverpul” komandası misirli ulduz Məhəmməd Salah ilə müqaviləsini yeniləyib.

    Muxalifət.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilənin müddəti 5 il müəyyən edilib.

    Xəbərə görə, Salah həftəlik 200 000 sterlinq gəlir əldə edəcək. Bu isə illik, təxminən, 14 milyon ABŞ dolları deməkdir.

    Muxalifet2 - 2-07-2018

  20. Duqin və Savelyev Putinin mövqeyini dəyişəcək? – ŞƏRH

    Hələlik Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini söyləmək çox tezdir.

    Bu sözləri Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib.

    Muxalifet2 - 2-07-2018

Pages