Axtarış
The search found 105823 results in 0.126 seconds.
Search results
TÜRKİYƏ NATO-dan QOPA BİLMİR – Gözlər isə Tramp-Putin görüşündə alınacaq qərarlara dikilib - TƏHLİL
11-12 iyulda Brüsseldə NATO zirvəsi keçiriləcək. Dərhal da ardınca ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin Finlandiyada görüşəcək. Bu, hər bir fürsətdə müttəfiqlərinə hücum edən, onlara yönəlik ticarət müharibələrinin ilk atəşlərini açan Trampın çox istədiyi bir zirvə görüşüdür. ABŞ “qırğılar”ından sayılan Milli təhlükəsizlik müşaviri Con Boltontərəfindən təşkil edilən bu görüşdə iki tərəf arasında mövcud olan məsələlərin bir qismi ilə bağlı razılaşma əldə edilməsi gözlənilir.
Muxalifet2 - 2-07-2018
"Yazmışdılar ki, zəng eləməyən “belə-belə” olsun" - Bakı Lift İdarəsi rəisinin ailəsindəki QAMAQALLI İŞ
Bakı Lift İdarəsinin rəisinin adı yenə də mətbuatın gündəminə gəlib. Bu dəfə rəis Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkəninin davası məhkəməlik olub.
Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Muxalifət.az xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Oqtay Əhmədov dindirilib.
Muxalifet2 - 2-07-2018
MÜMKÜN QARABAĞ SAVAŞI: LORA və “Polonez”lər qarşısında “İsgəndər” acizliyi – ANALİZ
Milli ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə keçiriləcək parad ərəfəsində ölkə prezidenti İlham Əliyev yeni tikilmiş raket-artilleriya hərbi hissəsinə gedib, onların silahlanması ilə tanış olmuşdu. Prezidentimizin bu səfəri həm ölkə əhalisi üçün, həm qonşu ölkələrin əhalisi üçün, həm də hərbi ekspertlər üçün böyük bir sürpriz oldu.Muxalifet4 - 2-07-2018
ABŞ-ın “S-400”-lərlə bağlı qorxusunun SİRRİ AÇILDI
“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın “Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini təhlükə altına qoya bilər.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.
Muxalifet2 - 2-07-2018
“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi
29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən “Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər.
Muxalifet4 - 2-07-2018
Zaqatalada FACİƏ: körpə doğuş zamanı öldü
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.
E. Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.
Muxalifet4 - 2-07-2018
Terror törətmək istəyən İran əsilli ər-arvad saxlanıldı
Belçika hüquq-mühafizə orqanları iyunun 30-da Fransada mümkün terror hücumunun qarşısını alıblar.
Muxalifet.az xəbər verir ki, keçirilən əməliyyat nəticəsində həmin tarixdə Fransanın Vilpent şəhərində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb.
Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb.
Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.
Muxalifet4 - 2-07-2018
Kürdəmir sakini özünü asaraq intihar etdi
Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Samir Xalid oğlu İsmayılov yaşadığı evin həyatyanı sahəsində özünü iplə asaraq öldürüb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)
Muxalifet4 - 2-07-2018
İRAN GENERALINDAN ŞOK AÇIQLAMA: "İsrail İrana gələn buludların qarşısını alır…”
"İsrail və qonşu ölkələrdən biri İrana gələn buludların və yağış yağmasının qarşısını alır”.
İran KİV-ləri xəbər verir ki, bunu İranın Mülki Müdafiə Təşkilatının sədri, general Qulamrza Cəlali iyulun 2-də Tehranda keçirilən 3-cü mülki müdafiə konfransıdakı çıxşında bildirib.Muxalifet4 - 2-07-2018
ABŞ yeni NÜVƏ BOMBASINI TÜRKİYƏDƏ YERLƏŞDİRƏCƏK
Military.com xəbər portalı ABŞ Hava Qüvvələrinin idarə olunan B61-12 nüvə bombasının ilk testlərini uğurla başa vurduqlarını, sınaqlar zamanı B-2 Spirit "kabus” təyyarələrindən istifadə edildiyini bildirib. B61-12 nüvə bombaları Türkiyə, Almaniya, İtaliya, Belçika və Niderlanddakı hərbi bazalara yerləşdiriləcək.
Muxalifet3 - 2-07-2018
"Prapirun" Yaponiyanı viran qoydu - ÖLƏN VƏ YARALANANLAR VAR
Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.
Muxalifət.az xəbər verir ki, artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.Muxalifet4 - 2-07-2018
İyulun 3-nə MANATIN MƏZƏNNƏSİ
İyulun 3-nə manatın məzənnəsi açıqlanıb.
Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 03.07.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il iyulun 2-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet4 - 2-07-2018
16 yaşlı oğlan intihar etdi - ŞƏMKİRDƏ
Şəmkir rayonunda 16 yaşlı gənc intihar edib.
Muxalifət.az xəbər verir ki, hadisə rayonu Keçili kəndində qeydə alınıb. Həmin kənddə 2002-ci il təvəllüdlü Nicat Quliyev özünü yaşadığı evdə asaraq intihar edib.
Fakt üzrə araşdırmalar davam etdirilir./report/Muxalifet4 - 2-07-2018
Oqtay Şirəliyev kriminial verilişinin aparıcısına VƏZİFƏ VERDİ
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Muxalifət.az xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Pərviz Abubəkirov təyin edilib.
Pərviz Abubəkirov faktı apa-ya təsdiqləyib.
Qeyd edək ki, P. Abubəkirov ANS-də "Cinayət işi” və İTV-də "Qanundan kənar” verilişlərinin aparıcısı olub.Muxalifet4 - 2-07-2018
“Tik - idarə et - təhvil ver” modeli işə düşür - Nazirlik yataqxana tikintisi üçün tender elan etdi
İki il əvvəl gündəmə gələn “Tik-idarə et-təhvil ver” modelinin işə düşmək üzrə olduğu bildirilir.
İqtisadiyyat Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) bü model əsasında yataqxanaların tikintisindən ötrü tender elan edib. Nazirlik investorlara təkliflərin təqdim edilməsindən ötrü iki aylıq müddət verir.
Muxalifet4 - 2-07-2018
Roza Zərgərli övladlığa uşaq götürəcək
İllər öncə övladlığa üç uşaq götürən müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək.
Muxalifət.az xəbər verir ki, müğənni bu haqda rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib.Muxalifet4 - 2-07-2018
Qadın qaynı tərəfindən bıçaqlandı - XAÇMAZDA
Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb.
Muxalifət.az xəbər verir ki, hadisə şəhərin Ramin Sadıqov küçəsində baş verib. Mirzəyeva Sefinaz Novruz qızı qaynı Ramiz adlı şəxs tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağırdır.Muxalifet4 - 2-07-2018
Bakıda ticarət mərkəzində YANĞIN - 2 nəfər təxliyə edilib
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.
Muxalifət.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet4 - 2-07-2018
Saakaşvili planı açıqladı: Elə faktlar göstərəcəm ki...
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı prezidenti Georgi Marqvelaşviliyə müraciət edərək, ona Gürcüstan vətəndaşlığının geri qaytarılmasını tələb edib. Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu bəyanatı o, “Rustavi 2” televiziyasında səsləndirib. Onun sözlərinə görə, vətəndaşlığının ləğvi prosesində qanun pozuntularına yol verilib: “Marqvelaşvili qorxaqdır. Səbəb isə onun məndən vətəndaşlığımı almasıdır. Əgər cəsarəti varsa və zərrə də olsa insanlığı qalıbsa, mənim gürcü vətəndaşlığımı geri versin.
Muxalifet4 - 2-07-2018
İqtidarla müxalifətin birgə Qarabağ mitinqi...
Qarabağ Azadlıq Təşkilatı (QAT) 21 iyul tarixinə təyin etdiyi Qarabağ mitinqinə hazırlıq işlərini genişləndirir. Bu məqsədlə bütün siyasi partiya, ictimai təşkilat rəhbərləri, tanınmış Qarabağ döyüşçüləri ilə 2 gün sonra məsləhətləşmələrin aparılması nəzərdə tutulur.
Muxalifet4 - 2-07-2018