Axtarış

The search found 105823 results in 0.092 seconds.

Search results

  1. Oğlanlara məktəbə şortla gəlməyə izn verilmədi... onlar ətəkdə gəldilər

    Britaniyada bir məktəb oğlanlara dərsə şortla gəlməyə izn vermədikdən sonra etiraz edən şagirdlər məktəbə ətəklə gəldilər.
    Hadisə ölkənin cənubundakı Bournmouth bölgəsində baş verib.
    Ferndown Middle orta məktəbi istilərə görə şort geyinmək istəyən 13 yaşlı şagirdlərin müvafiq müraciətini rədd edib.
    Şagirdlər isə forma qaydalarının sərtliyinə etiraz əlaməti olaraq dərsə ətəkdə gəlməyə qərar veriblər.
    Bu arada onlardan biri ətəyin çox qısa olmasına görə məktəbə buraxılmayıb, yerli Daily Echo qəzeti xəbər verir.

    Muxalifet4 - 3-07-2018

  2. Amerika məzunlarının xəyalları - VİDEO

    Amerikanın Orta Qərbindəki Amerika hindilərinin rezervasiyalarından tutmuş Şimali Kaliforniyanın Silikon Vadisinə kimi Birləşmiş Ştatların çox yerində tələbə və şagirdlər məzun olur. Onların özləri kimi arzuları da müxtəlifdir.

    “Mən Çində, Tiancində boya-başa çatmışam”- deyə, Alinn Ju bildirir.

    Deyvid Uorren: “Mən Texasın Hyuston şəhərindənən, məktəbi də orada oxumuşam”.

    Muxalifet4 - 3-07-2018

  3. Qəndildə 200 TERRORÇU ÖIDÜRÜLDÜ

    Türkiyə, terror təşkilatı PYD/PKK-ya dünyanı dar edir. İyunda keçirilən əməliyyatlarla 300 terrorçu zərərsizləşdirilib. Təkcə Qəndil və ətrafında keçirilən hava hərəkatlarında 200 PKK-lı terrorçu öldürülüb.
     
    Türkiyənin bütün güc və kəşfiyyat orqanları birlikdə terror təşkilatlarına aman vermir. Təkcə iyunda təhlükəsizlik qüvvələri 300 terrorçu zərərsizləşdirib. İraqın şimalı və Qəndilə qarşı keçirilən hava hərəkatları və quru əməliyyatlarında da 200 terrorçu öldürülüb.

    Muxalifet3 - 3-07-2018

  4. ​İRANDAN ŞOK AÇIQLAMA: İsrail və qonşu ölkə bizə hücum edir

    İsrail İrana qarşı iqlim müharibəsi aparır.
    Muxalifet.az xəbər verir ki, bunu kənd təsərrüfatı sahəsində mülki müdafiə işlərinə həsr edilmiş konfransda çıxışı zamanı İran Mülki Müdafiə İdarəsinin rəhbəri Qulamrza Cəlali deyib. Onun sözlərinə görə, İran elm mərkəzlərinin əldə etdiyi məlumatlar sübut edir ki, ölkədə iqlim kənar müdaxilələr nəticəsində dəyişib:
    “İsrail qonşularımızdan biri ilə birgə İrana tərəf gələn yağış buludlarına təsir göstərir. Nəticədə yağışın yağmasına maneə yaradılır”.

    Muxalifet - 3-07-2018

  5. Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başladı - FOTO

    Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başladı
    Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

    Muxalifet - 3-07-2018

  6. ABŞ-ı qana bulayacaqdı: FTB BƏYAN ETDİ

    ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB), 4 iyul Müstəqillik Günü ilə bağlı bayram tədbirlərini qana bulamaq istəyən bir Əl-Qaidə döyüşçüsünün yaxalandığını açıqlayıb.
     
    FTB, Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 iyul Müstəqillik Gününün bayram edilməsi əsnasında bombalı hücum təşkil etməyi planlaşdıran bir Əl-Qaidə döyüşçüsünün yaxalandığını açıqlayıb.
    48 yaşlı Demetrius Pitts adlı şəxsin hücumu təşkil etməkdə məqsədinin Əl-Qaidəyə olan bağlılığını göstərmək olduğu ifadə edilib. Pitsin 20 il həbs cəzası ilə mühakimə olunması gözlənilir.

    Muxalifet3 - 3-07-2018

  7. Metroda hərəkət tam bərpa olunub – AÇIQLAMA

    Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında hərəkət bərpa olunub.

    Bu barədə Trend-ə Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, sərnişinlər stansiyadan istifadə edə bilərlər. İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

    Muxalifet2 - 3-07-2018

  8. Azərbaycanda ZƏLZƏLƏ OLDU

    Quba rayonu ərazisində zəlzələ baş verib.

    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxalifət.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:43-də Quba ərazisində qeydə alınıb.

    Zəlzələ yaxın yaşayış məntəqələrəndə 3 bala qədər hiss olunub.

    Muxalifet2 - 3-07-2018

  9. Ermənistandan “ƏRDOĞAN” MESAJI

    Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyə ilə münasibətlərdə hər hansı bir irəliləyişin gözlənmədiyini bildirib.
     
    Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan, ölkələrin 2014-ci ilə qədər bir-birinin rəsmi bayramlarını təbrik etdiyini xatırladaraq, "(Rəcəb Tayyib) Ərdoğan, 2014-də prezident olduqdan sonra rəsmi təbriklərə də son qoydu" - deyib.
    Balayan, Türkiyədə seçkidən sonra yaranan siyasi vəziyyətdə, Erməni-Türk münasibətlərində hər hansı bir müsbət dəyişikliyin gözlənmədiyiniqeyd edib.
    Müxalifət.az

    Muxalifet3 - 3-07-2018

  10. Penitensiar Xidmət:"Bütün cəzaçəkmə müəssisələrinin elektrik enerjisi təminatı BƏRPA OLUNDU"

    Ədliyyə Nazirliyi Penitensiar Xidməti elektrik enerjisinin verilişində yaranan problemə görə cəzaçəkmə müəssisələrindəki vəziyyətə aydınlıq gətirib.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, artıq cəzaçəkmə müəssisələrinin hamısında elektrik enerjisinin təminatı bərpa olunub. Onun sözlərinə görə, enerji fasiləsi yaranan zamanda da ehtiyat dizel mühərriiklərinin köməkliyi ilə müəssisələrin hamısına elektrik enerjisi verilib.

    Muxalifet2 - 3-07-2018

  11. Mayk Pompeo Kim Çen Inla GÖRÜŞƏCƏK

    ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

    Muxalifət.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

    Xəbərə görə, tərəflər 5 iyulda bir araya gələcək.

    Qeyd edək ki, ABŞ-la Şimali Koreya arasında ilk rəsmi görüş prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında 12 iyun tarixində gerçəkləşdirilmişdi.

    Muxalifet2 - 3-07-2018

  12. DOLLARIN BUGÜNKÜ MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı 3 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 3-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9776 manat təşkil edir.

    1 türk lirəsi 0,3679 manat, 1 rus rublu 0,0268 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6955 manatdır.

    Muxalifet2 - 3-07-2018

  13. Həbsdə olan avtoritetin cəzası artırılır – QAYDA POZUNTUSU

    Həbsxanada cəza çəkən kriminal aləmdə “Dəli Samir ləqəbi ilə tanınan Samir Aslanovun işi üzrə məhkəmə prosesi başlayıb.
    Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
    İttihama görə, Samir Asalnov cəza çəkmə rejimi qaydasını pozub.
    Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham elan edilib.
    Məhkəmədə ifadə verən Samir Aslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
    Növbəti proses iyulun 12-də davam edəcək.

    Muxalifet2 - 3-07-2018

  14. “PANİKAYA ƏSAS YOXDUR” - Kəmaləddin Heydərov

    “Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb”.

    Muxalifət.az xəbər verir ki, bunu apa-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

    K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.

    Muxalifet2 - 3-07-2018

  15. “Azərsu”:"Günün sonuna kimi Bakının su təminatı tam bərpa olunacaq"

    Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma nəticəsində ölkənin su təchizatında yaranmış fasilələr aradan qaldırılmaqdadır.

    Bunu Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

    Muxalifet2 - 3-07-2018

  16. 3 iyul gecəsinin fəlakəti: AZƏRBAYCANDA NƏ BAŞ VERDİ - səbəblər, yekunlar

    16 il öncə, iyul, mundial, zülmət

    Belə bir hadisə 2002-ci ilin iyulunda da baş vermişdi. O zaman da futbol mundialı vaxtıydı, birdən-birə ölkə zülmətə qərq oldu. Səbəb kimi diversiyadan tutmuş taxıl zəmisində yanğına qədər çox versiyalar irəli sürüldü. Son versiya bəlli olmadı.

    Muxalifet2 - 3-07-2018

  17. Rusiyada NURÇU OVU: “imam” həbs edildi

    Rusiyanın Novosibirsk şəhərində Komil Odilov adlı imam tutulub.

    Muxalifət.az xəbər verir ki, o, Rusiyada qadağan olunan nurçuluğun Novosibirskdə hücrələrini yaratmaqda ittiham edilib. Odilova 2 il həbs cəzası verilib.

    Qeyd edək ki, Odilov bundan öncə də eyni ittihamla həbs edilmişdi. O, Türkiyədəki nurçularla aktiv əlaqədə ittiham olunmuşdu.

    Muxalifet2 - 3-07-2018

  18. Masonluq Məmmədəmin Rəsulzadədən İlham Əliyevə qədər: Rusiya masonları Azərbaycanın maraqlarına xidmət edir? – ARAŞDIRMA

    Rusiya mason lojasının başçısı, politoloq Andrey Boqdanov Azərbaycan paytaxtına yollanıb. O, yerli KİV-lərə bildirib ki, “Mən artıq on ildir eyni vaxtda Bakıya gəlirəm. Bura Azərbaycanın Böyük Mason lojasının assambleyasına gəlmişəm” və bununla yanaşı görüşün ayrıntılarını açıqlamayıb. Əlbəttə, masonlar dünyada ən qapalı cəmiyyətdir. Onların dünya siyasətinə güclü təsiri, böyük sərvətləri haqda ən ağlasığmaz şayiələr dolaşır. Burada nəyin gerçəkliyə uyğun gəldiyi haqda mülahizə yürütmyə başlamayacağıq.

    Muxalifet2 - 3-07-2018

  19. Mingəçevir SES təhlükəsi: KEÇMİŞ RƏİSDƏN – ŞOK İDDİA

    Hələ 1997-ci Mingəçevir Su Elektrik Stansiyasını yoxlamadan sonra birbaşa təklif elədim ki, yalnız suvarma kanallarını suyla təmin edən bu SES-in vura biləcəyi zərər xeyrindən qat-qat çoxdur və sökülməlidir.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri uzun müddət Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi işləmiş Rəşid Bərgüşadlı bildirib.

    R.Bərgüşadlı bildirib ki, SES-də yoxlamadan sonra rəsmi orqanlara nəticəni məruzə edərkən şok vəziyyəti alınmışdı:

    Muxalifet2 - 3-07-2018

  20. İraq Suriya ilə sərhəddə xəndək qazır, MƏFTİL HASAR ÇƏKİR

    İŞİD-in son aylarda hücumlarının sayının artması Bağdadı hərəkətə gətirib

    ABŞ koalisiyasının İraq Hizbullahı qüvvələrini bombalaması Bağdadda sərt reaksiya doğurub. İraq Hizbullahı bəyan edib ki, İraq-Suriya sərhədinə əlavə qüvvələr göndərəcəklər. Qruplaşmanın sözçüsü Cəfər əl-Hüseyni deyib ki, ABŞ hərbi hava qüvvələrinin İraq qüvvələrini hədəfə almasına sərt cavab veriləcək. Eyni zamanda o, Amerika qüvvələrinə qarşı Livan Hizbullahı ilə birlikdə olacaqlarını deyib.

    Muxalifet2 - 3-07-2018

Pages