Axtarış
The search found 105823 results in 0.091 seconds.
Search results
Yaponiya millisinin kapitanı yığmadakı karyerasını başa vurdu
Futbol üzrə Yaponiya yığma komandasının kapitanı Makoto Hasebe millidəki karyerasını başa vurub.
Muxalifet.az xəbər verir ki, Almaniyanın "Ayntraxt" klubunda çıxış edən 34 yaşlı futbolçu bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edib.
Maoto Hasebe 2006-cı ildən Yaponiya yığmasında çıxış edib. O, millinin heyətində 2010, 2014 və 2018 dünya çempionatlarında iştirak edib.
Qeyd edək ki, Yaponiya DÇ-2018-in 1/8 finalında Belçikaya 3:2 hesabı ilə məğlub olub.Muxalifet - 3-07-2018
SON DƏQİQƏ: Azərbaycanda elektrik enerjisi yenidən kəsildi
Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.
Sosial şəbəkələrdə Bakının əksər rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb. Məlumata görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.
Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.
Muxalifet4 - 3-07-2018
Bakıda marşrut avtobuslar pulsuz işləyəcək - GÖSTƏRİŞ
Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
Bu barədə "Reporta" BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Sərnişin sıxlığınını qarşısınını alınması üçün bütün zəruri tədbirlər görülür. İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.
Muxalifet4 - 3-07-2018
Prezident yanında Dövlət Komissiyasının təcili iclası keçirlir – İŞIĞA GÖRƏ
Bu dəqiqələrdə Mingəçevir DRES-in bloklarında baş vermiş qəzanın səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyasının təcili iclası başlayıb.
Dövlət Komissiyası Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hökumət mənbələrindən bildirilib.
Məsələ Azərbaycan prezidentinin nəzarəti altındadır.
Muxalifet4 - 3-07-2018
Bakıda işıq niyə yoxdur? – İSTİNTAQ APARILIR
Mingəçevir DRES-in bloklarında dünənki qəzadan sonra bütün ölkə üzrə elektrik enerjisinin verilməsi ən qısa zamanda bərpa olunmuşdu. Təmir işlərinə “Azərenerji”nin əməkdaşları və energetika sahəsində ən bacarıqlı mütəxəssislər cəlb edilmişdi.
Hazırda mütəxəssislər təmir-bərpa işlərini yekunlaşdırırlar. Mütəxəssislərin rəylərinə görə, bərpa işləri prosesində elektrik enerjisinin verilişi ilə bağlı yeni fasilələr yarana bilər. Lakin hökumət mənbələri bildirirlər ki, yaxın zamanda DRES-in funksional işi tam bərpa ediləcək.Muxalifet4 - 3-07-2018
ŞOK: İcra başçısına silahlı hücum oldu, YARALILAR VAR
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
Muxalifet.az-ın apa-ya istinadən verdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.Muxalifet4 - 3-07-2018
ŞOK: İcra başçısına tapançadan 3 dəfə ATƏŞ AÇILDI – Yeniləndi
Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.Muxalifet4 - 3-07-2018
Metroda qatarların hərəkəti bərpa edilməyəcək - AÇIQLAMA
"Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək"
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
*** 20:32
Bakı Metropolitenində evakuasiya prosesi tam həyata keçirilib, metro elektrik enerjisi ilə təchiz edilibMuxalifet4 - 3-07-2018
ŞOK: İCRA BAŞÇISI VƏ MÜHAFİZƏÇİSİ GÜLLƏLƏNDİ - Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi hadisə yerində ölüb- YENİLƏNDİ – 2
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.
Muxalifet.az xəbər verir ki, report-un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.Muxalifet4 - 3-07-2018
ŞOK: Gəncənin icra başçısı sui-qəsd nəticəsində öldürülüb – YENİLƏNDİ - 3
Bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib.
** 22:34
Muxalifet4 - 3-07-2018
Bakının enerji təminatı bərpa olunub - RƏSMİ
"780 meqavatlıq Cənub elektrik stansiyası işə salınıb".
Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, Sumqayıt elektrik stansiyası işə salınıb.
"Bu, Bakının enerji təminatını bərpa etməyə imkan verib. Hazırda işlər yekunlaşmaq üzrədir. Ölkənin elektrik enerjisi sisteminin dayanıqlılığı bərpa olunur", - deyə Y.babanlı vurğulayıb.Muxalifet4 - 3-07-2018
Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olundu
Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Onun sözlərinə görə, mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər saatlarında mümkün olacaq.
"Azərsu" rəsmisi qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb(apa).Muxalifet4 - 3-07-2018
Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib - RƏSMİ
Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.
“Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.Muxalifet4 - 3-07-2018
İcra başçısının ölüm xəbəri təsdiqlənmir – AĞIR VƏZİYYƏTDƏ BAKIYA GƏTİRİLİB - Yenilənib - 4
“Report” xəbər verirdi ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib. Lakin sonradan bu xəbər saytdan silinib. Bildirilib ki, icra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.
** 22:34
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.Muxalifet4 - 3-07-2018
Dünya Kubokunun dörddə bir final cütləşməsi BƏLLİ OLDU
2018 Rusiya Dünya Kubokunda son 16 oyunları başa çatıb və dörddə bir final cütləşməsi məlum olub.
6 iyulda başlayacaq dörddə bir final cütləşməsi bu şəkildədir:
Uruqvay - Fransa (6 İyul 17:00)
Braziliya - Belçika (6 İyul 21:00)
İsveç - İngiltərə (7 İyul 17:00)
Rusiya - Xorvatiya (7 İyul 21:00)
Yarımfinal
Uruqvay-Fransa / Braziliya-Belçika (10 İyul Çərşənbə Axşamı, Krestovsky Stadionu)
Rusiya-Xorvatiya / İsveç-İngiltərə (11 İyul Çərşənbə, Luzhniki Stadionu)Muxalifet3 - 4-07-2018
İngiltərənin PENALTİ KABUSU BİTDİ
2018 Dünya Kubokunun son 16-cı turunda əsas vaxt və uzatma dəqiqələri 1-1 heç-heçə bitən matçda İngiltərə, penaltilər nəticəsində Kolumbiyanı 5-4 (4-3 cərimələr) hesabı ilə məğlub edərək dörddə bir finalda İsveçin rəqibi oldu.
İngiltərənin qolunu 57-ci dəqiqədə penaltidən Harri Qana vurdu. Kolumbiyada isə 90+3-də meydana çıxan Yerry Mina hesabda bərabərliyi təmin edib və bununla da matçda oyunun taleyini uzatma dəqiqələri həll edib.
Uzatma dəqiqələrində də qol vurulmayınca oyunda penaltilərə gedildi.Muxalifet3 - 4-07-2018
İŞİD lideri BAĞDADİNİN OĞLU ÖLDÜRÜLDÜ
Terror təşkilatı İŞİD, lideri Əbubəkr El-Bağdadinin uşaqlarından biri olan Hudayfah El-Badrinin Suriyadakı qarşıdurmalar zamanı öldürüldüyünü açıqlayıb.
Təşkilatın təbliğat üçün istifadə etdiyi “Amaq” informasiya agentliyində yayımlanan açıqlamada, Hudayfah El-Badrinin Xüms şəhərindəki bir termik elektrik stansiyasında öldüyü bildirilib. BBC-də yer alan xəbərə görə, açıqlamada, "El-Badrinin Humusda Nusayrilərə və Ruslara qarşı bir əməliyyatda öldürüldüyü" qeyd edilib. “Amaq”, açıqlama ilə yanaşı əlində silah olan gəncin fotoşəklini də yayıb.Muxalifet3 - 4-07-2018
40 ölkə ABŞ-a QARŞI: ŞİKAYƏT ETDİLƏR
ABŞ-ın aralarında Avropa Birliyi, Çin və Yaponiyanın da olduğu aparıcı ticarət tərəfdaşları, Trampın avtomobil və ehtiyat hissələrinin idxalına əlavə vergi tətbiq etmək planlarını Dünya Ticarət Təşkilatına şikayət ediblər.
Yaponiya və Rusiya, Dünya Ticarət Təşkilatı Mal Ticarəti Şurasında müzakirə başladıblar, ABŞ-ın alacağı bu cür tədbirlərin buna qarşı tədbirlərə təkan verəcəyi və nəticədə beynəlxalq çoxmillətli ticarət sisteminin dağılacağı xəbərdarlığı edilib.Muxalifet3 - 4-07-2018
İsrail əsgərləri Türk bayrağı yelləyən FƏLƏSTİNLİ GƏNCİ VURDU - VİDEO
İsrail əsgərləri Qəzza Zolağı sərhədində "Böyük Qayıdış Yürüşü" tədbirləri çərçivəsində keçirilən dinc aksiyalar zamanı Türk bayrağı qaldıran bir Fələstinli gənci gülləyəib.
Qəzzanın şərqində nümayiş keçirən Fələstinlilərə müdaxilə edən İsrail əsgərləri, sərhəd zonası yaxınlığında Türk bayrağı yelləyən Fələstinli bir gənci də ayağından vurub.
Yaralanmasına baxmayaraq əlindən Türk bayrağını salmayan Fələstinli gənc, tibbi xidmət qrupları tərəfindən edilən ilk yardımdan sonra təcili yardım üçün xəstəxanaya aparılıb.Muxalifet3 - 4-07-2018
Göyçayda kanaldan naməlum kişi MEYİTİ TAPILDI
Göyçay rayonunda su kanalından meyit tapılıb. APA-nın xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Şıxbəy kəndindən keçən su kanalından təxminən 25-30 yaşı olan, boyu 188 santimetr, arıq bədənli naməlum kişi meyiti tapılıb. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 4-07-2018