Axtarış
The search found 105823 results in 0.066 seconds.
Search results
Ermənistan apteklərində AZƏRBAYCAN DƏRMANLARI SATILIR
"Ötən il Ermənistana gətirilən Azərbaycan almalarının tarixi artıq unudulmuşdur. Amma dünən "Jokovurd” qəzeti Ermənistanın əczaxanalarında sərbəst olaraq Azərbaycan istehsalı olan dərmanların satıldığını iddia edib.
Bununla bağlı sosial mediada Azərbaycan istehsalı olan “Avelox” dərmanlarının foto förüntüsü də yayınlanıb.Muxalifet3 - 5-07-2018
“Müşavirədə ciddi mesajlar vardı, inşallah, başını aşağı salan məmurlar nəticə çıxarar” – DEPUTATDAN ŞƏRH
“Prezident İlham Əliyevin ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından, inşallah, nəticə çıxaracaq”.
Muxalifət.az bildirir ki, bu sözləri deputat Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, dövlət başçısı xalqın məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdaqlıqla söyləyib:
Muxalifet2 - 5-07-2018
Bakıda generatorların satışı artdı - VİDEOREPORTAJ
İyulun 3-də, gecə və gündüz saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem səbəbindən Bakının və eləcə də ölkə ərazisinin enerji təchizatında problem yaranıb. Nəticədə fərdi vətəndaşlarla bərabər bir sıra şirkətlər, generator sistemi olmayan iri mağazalar problemlə üz-üzə qaldılar. Musavat.com-un əməkdaşı olaraq öyrəndik ki, hadisə generator satanların işinə müsbət təsir göstərib. Olduğumuz mağazalarda müştəri sıxlığı müşahidə etdik. Satıcılar da təsdiqlədilər ki, son iki gündə müştərilərinin sayı xeyli artıb.
Muxalifet2 - 5-07-2018
SON DƏQİQƏ - Mingəçevir İES-də yenidən yanğın başladı - FOTOLAR - VİDEO
Mingəçevirdə yerləşən "Azərbaycan İES”-də yenidən yanğın başlayıb.
Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: "Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.”
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.Muxalifet4 - 5-07-2018
Sarkisyanın qardaşı TƏHLÜKƏSİZLİK XİDMƏTİ TƏRƏFİNDƏN APARILIB
Dünən gecə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Serj Sarkisyanın qardaşı - Aleksandr (Sasik) Sarkisyanı özləri ilə aparıblar.
Aleksandr Sarkisyan, aparıldığı zaman Milli Təhlükəsizlik Xidmətinin mənzilində nə üçün axtarış etdiyini və orada nələri tapdığına dair jurnalistin sualına cavab verməyib.Muxalifet3 - 5-07-2018
Çin ABŞ-a qarşı AB ilə birləşir
Çin Dövlət Şurasının rəhbəri Li Ketsyan Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker arasında telefon danışığı olub.
Muxalifət.az xəbər verir ki, telefon danışığı zamanı Ketsyan Yunkerə AB və Çinin proteksionizmlə birgə mübarizə aparmasını, əməkdaşlığı genişləndirməsini təklif edib.
O, Çinin vahid və stabil Avropa Birliyi tərəfdarı olduğunu bildirib.
Ketsyan AB-nin Çinlə əməkdaşlığının onun daha balanslı inkişafına səbəb ola biləcəyini də vurğulayıb.
Muxalifet2 - 5-07-2018
50 azərbaycanlı fəal saxlanıldı – AİLƏLƏRİ XƏBƏRSİZDİR
İranda son 3 gündə Güney Azərbaycandan olan 50 milli fəal həbs edilib.
Muxalifət.az xəbər verir ki, milli fəallar Kəlheybər şəhəri yaxınlığında, “Babək qalası” adlanan ərazidə toplantı keçirməyə hazırlaşarkən, İranın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs olunublar.
Bundan əvvəl təhlükəsizlik xidməti Güney Azərbaycan Milli Hərəkatının 4 üzvünü – Murtaza Pərvin, Höccət Fəkri, Əli Ruhbeş və Məhəmməd Azadı saxlayıb. 12 nəfər isə “Babək qalası”na gedərkən, meşəlik ərazidə saxlanılaraq naməlum istiqamətə aparılıb.
Muxalifet2 - 5-07-2018
AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ SƏRT XƏBƏRDARLIQ –Avropa İttifaqı ilə yeni saziş imzalanması üçün şərtlər siyahısı açıqlandı
İyulun 4-də Avropa Parlamenti Avropa İttifaqı – Azərbaycan yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.
Strateq.az Amerikanın Səsinə istinadla xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.
Muxalifet2 - 5-07-2018
TEHRAN MOSKVANIN HƏRƏKƏTLƏRİNDƏN İNDİ DAHA ÇOX EHTİYATLANIR –Rusiyaya əvvəlki hədsiz inam niyə sarsılıb? - TƏHLİL
Suriyadakı vətəndaş müharibəsi sona yaxınlaşdıqca, İranın bu ölkədəki fəaliyyəti daha diqqətlə izlənilir. ABŞ, İsrail və Körfəz ölkələri İranın Suriyadakı hərbi varlığını dayandırmaq və qeyri-mümkün etməyə çalışır, əks halda, münaqişənin həllini görmürlər.
Tramp administrasiyası İranın regiondakı iddialarına, sələfi kimi, tolerant deyil. Pentaqon, Suriya ərazisi vasitəsilə İraqdan Livana bir quru dəhliz qurmağı dayandırmaq üçün İŞİD-in məğlubiyyətindən sonra da Suriyadakı ABŞ hərbi varlığını qoruyur.
Muxalifet2 - 5-07-2018
Ronaldo transfer olunur: ANLAŞMANI İMZALADI
İtaliyanın “Juventus” komandası ilə Real Madrid arasında dünya futbolunu sarsıdacaq bir transfer görüşü keçirilir.
Real Madridin Portuqaliyalı ulduzu Kristiano Ronaldonun İtalyan nəhəngi “Juventus”a transfer olacağı həm İtaliya, həm də İspaniya mətbuatında geniş yer tapır. Dünənki xəbərlərdə “Juventus”un Ronaldoya illik 30 milyon avrodan 4 illik saziş, bonservis-i üçün də Real Madridə 100 milyon avro ödəməyi təklif etdiyi iddia edilib.
JORGE MENDES GÖRÜŞƏCƏK
Muxalifet3 - 5-07-2018
Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi
Mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar.
Bu sözlər Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevir İES-də baş verən qəzanı bir-birilə əlaqələndirilməsi ilə bağlı yayılan bəyanatda əksini tapıb.
Qurum açıqlamada insanları bu məsələlərlə bağlı rəsmi olmayan heç bir məlumata inanmamağa çağırıb:Muxalifet3 - 5-07-2018
“Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb” – Ehsan Zahidov
"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb". Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir.
Muxalifet3 - 5-07-2018
Elmar Vəliyevi gülləyən şəxsin xanımı danışdı – ŞOK SÖZLƏR
“Yutube” saytında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb.
Minval.info xəbər verir ki, həmin qadının sözlərinə görə, baş verən hadisə şəxsi qisas zəminində baş verməyib.
Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, eyni zamanda Azərbaycana gəlmir.
Həmin səs yazısında məsələdə dini amilin əsas olduğu deyilir:Muxalifet3 - 5-07-2018
AXCP-nin iki fəalı həbs edilib
İyulun 4-də AXCP-nin daha 2 nəfər fəalı həbs edilib.
AXCP-nin məlumatına görə, həbs edilən fəallarYaşar Ferazi və Rabil Qurbanovdur.
AXCP bildirir ki, onarlın hər ikisinə ünvansız söyüş söymə ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib.
Rəsmi qurumlar fəalların həbsi ilə bağlı hələ məlumat yaymayıb.
Muxalifet3 - 5-07-2018
Qar, çovğun və istilikdən asılı olan enerji sistemi
Analitika
Muxalifet3 - 5-07-2018
Seçki gecəsi Ərdoğanı ağladan SƏBƏB
Seçki gecəsi Ərdoğanın Huber iqamətgahında çıxışı zamanı 8 yaşında bir uşağın ayağı iqamətgahın həyətindəki qapana ilişib. Ərazidə toplanan kütlənin arasından bir uşağın ayağının ilişməsi ona o qədər təsir etmişdi ki, telefonda ağlayırdı.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.
Muxalifet2 - 5-07-2018
İran prezidenti Həsən Ruhani:“Amerikanı dizi üstə qoyacağıq” – Təhlil
ABŞ dövlət katibi Mayk Pompeo hələ MKI direktoru olarkən dediyi kimi, İran amerikalılar üçün “yürüşdəki” düşmən olaraq qalır. Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Huk bu günlərdə bildirib ki, Vaşinqton “4 noyabrda təzələnəcək” energetik sanksiyalar vasitəsilə İranın neft gəlirlərini “sıfıradək” аzaltmağa hazırlaşır. Bu məlumatı ABŞ maliyyə naziri Stiven Mnuçin də təsdiqləyib.
Muxalifet2 - 5-07-2018
Batma təhlükəsi ilə üzləşən 3 NƏFƏR XİLAS OLUNDU
Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.
FHN-dən musavat.com-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir və Corat sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.
Muxalifet2 - 5-07-2018
ABŞ dövlət katibi Pxenyana gedib - KXDR LİDERİ İLƏ BİRGƏ PLAN HAZIRLANACAQ
ABŞ dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla iyulun 6-7-də keçiriləcək danışıqlarda iştirak etmək üçün Pxenyana yola düşüb.
Bu barədə “İnterfaks”ın verdiyi xəbərə görə, Kim Çen Inla Mayk Pompeo arasında danışıqlar Sinqapurdakı sammitin yekununda Şimali Koreyanın lideri ilə Donald Trampın əldə etdiyi razılaşmalar çərçivəsində denuklearizasiyası üzrə müfəssəl planın hazırlanmasına həsr olunacaq.
Vaşinqtonda ümid edirlər ki, denuklearizasiya prosesi bir ildən az vaxt aparacaq.
Muxalifet2 - 5-07-2018
Professordan xalqa müraicət: DÖVLƏTƏ KÖMƏK EDƏK!
Bu çağırışı rəsmi qurumlar etməlidir, təəssüf ki, etmirlər. Ancaq biz özümüz hazırkı vəziyyətdən çıxmaq üçün dövlətə dəstək göstərməliyik.
Bu sözləri axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor bildirib ki, Mingəçevirdə təmir işləri davam edir və həmin bloklar hal-hazırda işləmir:
“Sistemi də dəyişdirmək üçün zaman tələb olunur. Odur ki, aşırı yükləmələr yeni qəzalara səbəb verə bilər”.
F.Mehdiyev bu ərəfədə yüksək Vt tələb edən cihazlardan maksimum az istifadə etməyə çağırıb:
Muxalifet2 - 5-07-2018