Axtarış
The search found 105828 results in 0.117 seconds.
Search results
Rusiya XİN-in Azərbaycandan gözləntiləri - “Tapşırıqlar arasında…”
Azərbaycanın iyul-dekabr aylarında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində tapşırıqlar arasında təşkilatın müsbət, gündəliyin siyasiləşdirilməsindən uzaq işinin qorunub saxlanması yer alır.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı deyib:Muxalifet - 5-07-2018
"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb.
Muxalifet.az "A Spor"a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı razılaşmaya əsasən 2 il Türkiyə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. “Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək.Muxalifet - 5-07-2018
Müdafiə naziri ön cəbhədə - Foto
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.Muxalifet - 5-07-2018
Elmar Vəliyevi güllələyən şəxsi polis belə yaxaladı - HEÇ YERDƏ GÖRMƏDİYİNİZ FOTOLAR
Gəncənin icra başçısı Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu güllələyən Yunis Səfərovun yeni görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, bakupost-a göndərilən fotolarda Rusiya vətəndaşı olan Y.Səfərovun hadisəni törətdikdən sonra polis tərəfindən yaxalanması əks olunub.
Muxalifet3 - 5-07-2018
Ərdoğanın sərvəti açıqlandı: 2 milyon borc
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bank hesablarında saxlanılan pul və sahib olduğu əmlak barədə məlumatlar açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rəsmi Qəzet”də Yüksək Seçki Qurumunun açıqlaması yer alıb.
Ərdoğanın sahib olduğu əmlak bunlardır: Rizənin Güneysu bölgəsinin Dumankaya kəndində 2 min kvadrat metr torpaq sahəsi (10 min tl), Üsküdar bölgəsində 2017-ci ildə alınmış mənzil (4 milyon tl), Audi A8 avtomobili (234 min 80 tl).Muxalifet3 - 5-07-2018
Komitə açıqladı: ciddi qanun pozuntuları...
Dövlət Gömrük Komitəsi tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib.
Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.Muxalifet3 - 5-07-2018
Turist dolu iki qayıq aşdı - Dəhşətli faciə
Tailandda, Puket adasının sahilində turistlərlə dolu iki qayıq fırtınaya düşərək aşıb.
Muxalifet.az xəbər verir ki, qayıqlarda ümumilikdə 130 turist olub.
Məlumat görə, hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Muxalifet3 - 5-07-2018
Bu, Ermənistanın tənəzzülünü daha da dərinləşdirəcək - XİN
Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir.
Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Brüsseldə çıxan və Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan “Euractive” dərgisində dərc edilən “Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində bildirib.Muxalifet3 - 5-07-2018
Metropoliten hərəkətə keçdi: Əlavə enerji mənbələri...
Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.
Muxalifet3 - 5-07-2018
Trampın bu qərarı dünyanı SİLKƏLƏYƏCƏK: "Bu ölkəni işğal edəcəyik"
ABŞ prezidenti Donald Trampın sanksiyalar tətbiq etdiyi Venesuelanı işğal etməyi nəzərdən keçirdiyini, bunu müşavirlərinə qəbul etdirmək üçün irəli təkid etdiyi deyilir.
Muxalifet.az xəbər verir ki, bu barədə AP agentliyinə adının açıqlanmasını istəməyən ABŞ hökumətindəki vəzifəli şəxs danışıb. Məlumata görə, 2017-ci ilin avqustunda Venesuelaya qarşı sanksiyaların tətbiqi müzakirə olunduğu vaxt Tramp müşavirlərinə bu sualı verib:Muxalifet3 - 5-07-2018
Gürcüstanda təbii fəlakət: Kəndin ətraf aləmlə əlaqəsi kəsildi
İyulun 5-də Gürcüstanın Svaneti bölgəsində təbii fəlakət baş verib.
Muxalifet.az xəbər verir ki, dağlara yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsi və güclü sel yaranıb. Nəticədə Çuberi kəndini əhatə edən Nenskara çayı daşıb. Güclü sel kəndi əhatə edən 4 körpünün hamısını dağıdıb.
Kənd sakinlərinin telefonla verdikləri məlumata görə, günorta saatlarında dağlardan güclü səs, ardınca sel gəlib. Bir neçə dəqiqədən sonra sel suları kökündən qopardıqları ağacları kəndin ortasına qədər gətirib. Bir neçə ev su altında qalıb.Muxalifet3 - 5-07-2018
Piter qalmaqalında adı hallanan azərbaycanlı danışdı
Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan məşhur azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsində qondarma cinayət işi başlanması haqda məlumat verilmişdi.
E.Əhmədov baş verənlərlə bağlı Yeni Müsavat-a danışıb.Muxalifet3 - 5-07-2018
Deputat yol qəzasında öldü
Rusiyanın Saratov vilayətinin Bolokov şəhərinin deputatı Andrey Volodixin ağır yol qəzasında ölüb.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, qəzada deputatın qızı Tatyana da həlak olub.
Belə ki, Samarada yüksək sürətlə hərəkət edən avtomobil yük maşını ilə toqquşub.
Qeyd edək ki, A.Volodixin “Vahid Rusiya” partiyasının üzvü idi.
Muxalifet3 - 5-07-2018
Tramp Putinlə təkbətək görüşəcək
16 iyunda Helsinkidə geniş tərkibdə görüşdən və nahardan sonra ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman deyib.
O bildirib ki, D.Tramp iyunun 15-də artıq Helsinkidə olacaq.
Ağ Ev rəhbəri əvvəlcə ABŞ diplomatları, sonra isə Finlandiya prezidenti ilə görüş keçirəcək.
Muxalifet3 - 5-07-2018
İranın Hörmüz təhdidi: Dünya ayağa qalxdı
Hörmüz boğazının bağlanmasından söhbət belə gedə bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Beynəlxalq Əlaqələr və Milli Təhlükəsizlik komissiyasının rəhbəri Haşmətullah Fəlahətşipə deyib.
O bildirib ki, sözügedən məsələ beynəlxalq normalarla tənzimlənir.
Qeyd edək ki, ABŞ tərəfi İranın neft hasilatını dayandıracağı ilə bağlı hədələmişdi.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazını bütün gəmilərə bağlı olacağını bəyan etmişdi.
Ordunun bu bəyanatı beynəlxalq ictmaiyyət birmənalı qarşılamamışdı.
Muxalifet3 - 5-07-2018
Rusiya S-300-ləri Serbiyaya göndərir?
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Agentliyi Serbiyaya S-300 raket sistemlərinin göndəriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Muxalifet.az xəbər verir ki, təşkilat belə bir məsələnin gündəmdə olmadığını bildirib.
“2021-ci ildə S-300-lərin göndərilməsi məqsədilə Serbiyanın Rusiyaya müraciət ünvanlaması ilə bağlı mediada yayılan məlumatları gördük. Bu yöndə xəbərlər həqiqəti əks etdirmir”, - deyə qeyd edilib.
Muxalifet3 - 5-07-2018
İlham Əliyev neft sazişini təsdiqlədi
Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və SOCAR-ın Ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.
Muxalifet3 - 5-07-2018
"Ölkədə yoxsulluq deyə bir şey qalmayıb..." - Səhiyyə naziri
Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb. Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin dayanıqlı inkişaf məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.
Muxalifet3 - 5-07-2018
Tramp öz adamını Kim Çenin yanına göndərir
ABŞ Dövlət katibi Mayk Pompeo Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.
Muxalifet.az xəbər verir ki, tərəflər Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsini müzakirə edəcək.
Bundan əlavə, Pompeo Asiya səfəri çərçivəsində Vyetnamda yapon rəsmilərlə görüşlər keçirəcək.
Muxalifet3 - 5-07-2018
Evə basqın edib, 3 nəfəri öldürdülər - Dəhşətli olay
ABŞ-ın Los-Anceles şəhərinin Vestleyk ərazisində evlərdən birində silahlı basqın olub.
Muxalifet.az xəbər verir ki, baş verən silahlı atışma nəticəsində 3 nəfər ölüb, daha 3-ü isə yaralanıb.
Bildirilib ki, 2 nəfər evə daxil olaraq ABŞ-ın müstəqillik gününü qeyd edən şəxsləri güllələyib.
Olayın səbəbləri araşdırılır.
Muxalifet3 - 5-07-2018