Axtarış

The search found 105828 results in 0.063 seconds.

Search results

  1. ​Türklərin dəhşətli qətliamından 11 il ötür

    2009-cu ilin iyulun 5-də Şərqi Türküstanda çinli hərbçilər tərəfindən yüzlərlə uyğur türkü qətlə yetirilmişdi. Urumçi şəhərində baş verən qətliam vaxtı itkin düşən çoxlu sayda uyğurdan hələ də xəbər yoxdur.
    Muxalifet.az xəbər verir ki, qanlı hadisələrə Çinin Şaqun şəhərində fəaliyyət göstərən oyuncaq fabrikində bir fəhlə uyğurun öldürülməsi səbəb olmuşdu.
    Uyğurun çinlilər tərəfindən döyülərək qətlə yetirilməsindən sonra Şərqi Türküstanda etiraz aksiyaları başladı. Sakit məcrada keçən aksiyaya çinlilərin müdaxilə etməsi etirazı daha da alovlandırdı.

    Muxalifet3 - 5-07-2018

  2. ​Pirverdiyevin üzr istəməklə yaxasını qurtarması... - Millət vəkili

    Muxalifet.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin apa -ya müsahibəsini təqdim edir:
    - Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən hadisəni necə qiymətləndirirsiniz? Bu hadisədə məsuliyyət kimin üzərinə düşür?

    Muxalifet3 - 5-07-2018

  3. ​Prezident ona “Şöhrət” ordeni verdi

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə, bu gün Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.
    Muxalifet.az xəbər verir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilən Rüstəm Xəlilov 1958-ci ildə anadan olub, Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür.
    YAP üzvü olan R.Xəlilov 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilib.
     

    Muxalifet3 - 5-07-2018

  4. ​Azərbaycan ən təhlükəsiz ölkələr siyahısında - 25-ci yer

    Azərbaycan Amerikanın ictimai rəy institutu olan "Qallup"un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb.
    Muxalifet.az xəbər verir ki, sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib.
    Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub.

    Muxalifet3 - 5-07-2018

  5. ​Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü

    Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb.
    Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb.

    Muxalifet3 - 5-07-2018

  6. ​Ruslar danışıq apardı, suriyalılar yiyələndi

    Suriya ordusu Dera bölgəsində İordaniya ilə sərhəd bölgəsinin 6 km-lik hissəsinə nəzarəti ələ keçirib.
    Muxalifet.az xəbər verir ki, Rusiyanın bu ərazilərə nəzarət edən silahlıq qruplaşmalarla danışığından sonra suriyalılar bu ərazilərə qədər irəliləyib.
    Sərhəd ərazidə xeyli sayda hərbi texnika cəmləşdirilib.
     

    Muxalifet3 - 5-07-2018

  7. ​Türkiyədən İsrailə qarşı sərt bəyanat

    Türkiyə Xarici İşlər Nazirliyi İsrail Əbu Nəvvar bədəvi toplumuna aid evləri uçurmasını şiddətlə qınayıb.
    Muxalifet.az xəbər verir ki, yayımlanan bəyanatda İsrailin bu kimi addımlarının birləşmiş Fələstin dövlətinin yaradılması perspektivini təhlükə altında qoyduğu bildirilib.
    “İsrail beynəlxalq gərginliyə yol açan bu əməllərə son qoymalıdır”, - deyə bildirilib.
    Qeyd edək ki, İsrail əsgərləri Əbu Nəvvarda bədəvilərə aid 40 evi və müxtəlif tikililəri uçurub.
     

    Muxalifet3 - 5-07-2018

  8. ​Almaniya qorxuda: ABŞ hər an bunu edə bilər...

    Vaşinqton Almaniyada hərbi kontingentini azaltmağı planlaşdırmır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsi deyib.
    “Almaniyada yerləşdirilən 32 min civarında ABŞ hərbi kontingentinin azaldılması ilə bağlı hər hansı danışıq olmayıb”, - deyə bildirilib.
    Qeyd edək ki, diplomatik mənbələr D.Trampın Almaniyanın hərbi büdcəni artırmaqdan imtina etməsi qarşılığında amerikalı hərbçilərin bu ölkədən çıxarılması ilə bağlı qərar verəcəyini bildirmişdi.
     

    Muxalifet3 - 5-07-2018

  9. DÇ-2018: Bu gün 1/4 final mərhələsinə start veriləcək

    Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.
    Qeyd edək ki, əvvəlcə Uruqvay və Fransa yığmaları üz-üzə gələcəklər.
    Uruqvay 1/8 finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.
    Uruqvay və Fransa bu vaxta qədər 9 dəfə üz-üzə gəliblər. 9 oyunun 3-də Uruqvay millisi qələbə qazanıbsa, fransızlar yalnız 1 dəfə rəqibini məğlub edə bilib. 4 qarşılaşma isə heç-heçə başa çatıb.

    Muxalifet4 - 6-07-2018

  10. 50 min nəfər davamçısı olan dini lider edam edildi

    Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.
     
    “RİA Novosti”nin verdiyi xəbərə görə, sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib.
     
    Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.  
     
    Qeyd edək ki, 50 minədək davamçı toplamış “Aum Sinrike” radikal dini sekta 1987-ci ildə Syöko Asaxara (əsl adı Tidzuo Matsumoto) tərəfindən yaradılıb. 
     

    Muxalifet4 - 6-07-2018

  11. Süleyman şah türbəsi öz yerinə köçürülür – TƏMİR EDİLƏCƏK

    PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.
    Türkiyə mətbuatı xəbər verir ki, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.
    Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.

    Muxalifet4 - 6-07-2018

  12. Sarkisyanın qardaşı oğlundan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlandı

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyandan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlayıb.
    Əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.
    “Kokain, metamfetamin, biri səsboğucu ilə olmaqla 4 tapança, patronlar aşkarlanıb”, deyə məlumatda bildirilir.

    Muxalifet4 - 6-07-2018

  13. 17 ölkənin prezidenti ANKARAYA GƏLİR

    Bazar ertəsi günü Prezident Kompleksində keçiriləcək olan yeni sistemə keçid mərasimində iştirak etmək üçün 17 ölkə prezidenti Ankaraya gələcək.
     
    Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın vəzifəyə başlama mərasimində bir çox dövlət başçısı da iştirak edəcək. Bu ana qədər dəvətə müsbət cavab verən, 17 dövlət başçısı, 8 baş nazir və məclis sədri də var.

    Muxalifet3 - 6-07-2018

  14. Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışdı

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib.
    “Report” xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.

    Muxalifet4 - 6-07-2018

  15. ​Samrtfonlar sahibinin ölümünü təyin edə biləcək

    Smartfon sahibinin ölümünü müəyyənləşdirə biləcək barmaq skaneri hazırlanıb.
    Publika.az xəbər verir ki, layihə Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri tərəfindən irəli sürlüb. Məlumata görə, mütəxəssislər barmaq izi skanerinin funksiyaları təkmilləşdirirərək texnologiyanın köməyi ilə yalnız qurğu sahibinin deyil, eyni zamanda onun səhhətindəki dəyişikliyi (bədən temperaturunu) müəyyənləşdirə bilir.

    Muxalifet4 - 6-07-2018

  16. Türk hakerlər YUNANISTANI VURDU

    Türk hakerlər dövlət çevrilişində iştirak edənlərə qucaq açan Yunanıstanı hədəf alıb. Hakerlər Yunanıstan Prezident saytını iflic edərək, bütün girişlərə bağlayıb.
     
    15 iyul dövlət çevrilişi cəhdinin müvəffəqiyyətsiz olmasından sonra Türkiyədən hərbi vertolyotla qaçan 8 nəfər çevrilişçiyə Yunanıstan qucaq açdı. Son olaraq Yunanıstanda 8 çevrilişçiyə siyasi sığınma haqqı verməsi Türkiyədən böyük təpkiyə səbəb oldu.

    Muxalifet3 - 6-07-2018

  17. Gülən dünyadakı adamlarını topladı - 5 TAPŞIRIQ

    FETÖ lideri Fətullah Gülənin göstərişi əsasında terror qruplaşmasının 18 ölkədəki liderləri tərəfdarları ilə toplantılar keçirib.
     
    Türkiyə mediası xəbər verir ki, ötən ay keçirilən toplantılarda FETÖ üzvlərinə yaşadıqları ölkələrdə evlənmələri və Türkiyəyə investisiya qoyulmasına əngəl olmaları tapşırılıb. Məlumata görə, FETÖ-çular eyni zamanda Pensilvaniyada Fətullah Gülənlə də görüşüb. Həmin görüşdə 33 FETÖ lideri iştirak edib.
     

    Muxalifet4 - 6-07-2018

  18. “Qarabağ klanının üzvlərini bir-bir aradan götürəcəklər” – SABİQ NAZİR

    Muxalifet.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun teleqraf.com-a müsahibəsini təqdim edir:
     
    - Tofiq müəllim, artıq Ermənistanda hakimiyyət dəyişikliyindən iki ay ötür. Siz, bu ölkədə vəziyyəti, yeni hakimiyyətin addımlarını necə qiymətləndirirsiniz?
     

    Muxalifet4 - 6-07-2018

  19. “Ticarət müharibəsi” RƏSMƏN BAŞLADI

    ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı. Beynəlxalq mətbuat, bu hadisə ilə “ticarət müharibəsi”nin rəsmi olaraq qüvvəyə mindiyini yazdı.
     
    Qlobal bazarları narahat edən "ABŞ-Çin ticarət müharibəsi" qarşılıqlı addımlarla adətən qartopu kimi böyüməyə davam edir.

    Muxalifet3 - 6-07-2018

  20. ŞOK: Prezidentin kürəkəninə 3 güllə vuruldu – NÖVBƏTİ HÜCUM…

    Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “İmedi” televiziyası məlumat yayıb. Televiziya Qoqoçurinin ayağından 3 güllə yarası alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.
    Qeyd edək ki, Qoqoçuri Marqvelaşvilinin birinci evliliyindən olan qızının əridir. Bu ona qarşı ilk hücum deyil. Ona 2017-ci ilin yanvarında Tiflisdə hücum edilmişdi.
     

    Muxalifet4 - 6-07-2018

Pages