Axtarış

The search found 105828 results in 0.079 seconds.

Search results

  1. “Putinlə GÖZƏL ŞEYLƏR EDƏCƏYİK” - TRAMP

    ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə 16 iyulda keçirəcəyi görüşlə bağlı, "Mənə güvənin, yalnız gözəl şeylər edəcəyik və bəlkə gözəl bir əlaqə də quraram" - deyib.
     
    Montanada çıxış edən Tramp, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə Putinlə keçirəcəyi görüş haqqında açıqlama verib.
    Rus liderlə edəcəyi görüşə dair iradlara rəğmən, Putinlə yaxşı bir görüş keçirməyi gözlədiyini deyən Tramp, bunun nəticəsində yaxşı bir əlaqə qurula biləcəyini bildirib.
     
    PUTİN YAXŞI BİR İNSANDIR
     

    Muxalifet3 - 6-07-2018

  2. Xaçmazda dəhşətli cinayət: MƏHKƏMƏDƏ ŞOK İFADƏ

    Xaçmazda söyüş üstündə dostunu öldürməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü tam təqsirli bilib və sərbəst ifadə verib.

    Muxalifet2 - 6-07-2018

  3. İstanbul və İzmir prokurorluğu 346 FETÖ-çünü saxlayıb

    İstanbul prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqəsi olan 271 hərbçinin həbsinə dair sanksiya verib.

    Muxalifet2 - 6-07-2018

  4. Bu lisey fəaliyyətini dayandırdı

    Ötən gün “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.

    Nazirlikdən verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

    Muxalifet2 - 6-07-2018

  5. Ukraynaya aparılan 260 kq heroin saxlanıldı - FOTO

    Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.

    DGK-dan verilən məlumata görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mersedes-Benz Axor" markalı, 99 DM 054 / 99 ZA 371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

    Muxalifet2 - 6-07-2018

  6. Ərdoğan açıqladı: MHP ilə ittifaq…

    MHP-nin bizimlə eyni anlayışda olmasından məmnunam. Bu birliyə sahib çıxacağıq. Cümhur İttifaqını Məclisdə də davam etdirəcəyik.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Biz sadəcə birinci olmaqla kifayətlənəcək və bunu uğur hesab edəcək bir siyasi partiya deyilik. Biz Türkiyəni 16 ildir fasiləsiz islahatlarla idarə etdik və qarşıdakı müddətdə də bunu etmək məcburiyyətindəyik. Yeni dönəmdə Məclisə çox böyük öhdəliklər düşür”, - Ərdoğan bildirib.

    Muxalifet2 - 6-07-2018

  7. Oğru-oliqarx Fransaya EKSTRADİSİYA OLUNDU

    Yunanıstan hökuməti kriminal aləmdə “Laşa Rustavski” kimi tanınan gürcü “oğru” Laşa Şuşanaşvilini Fransaya ekstradisiya olunması ilə bağlı qərar qəbul edib.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, gürcü mafiyasının başçısı 57 yaşlı “Laşa Rustavski” Fransada həbs edilən, hazırda istintaq altında olan digər kriminal avtoritetlərlə birgə mühakimə olunacaq.

    Mayın 30-da isə L.Şuşanaşvili Moskva universitetində təhsil alan tələbə qızına görə "öz adını təmizləmək" niyyətində olduğunu açıqlayıb.

    Muxalifet2 - 6-07-2018

  8. Tramp Kim Çen Ina görün nə HƏDİYYƏ ETDİ

    ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Ina Elton Conun “Raket adam” mahnısı olan diskini hədiyyə edib.

    Muxalifət.az xəbər verir ki, Tramp koreyalı həmkarına məktub daünvanlayıb.

    Qeyd olunur ki, ötən ay Sinqapurda baş tutmuş görüş zamanı tərəflər bu mahnını da müzakirə ediblər. Kim Çen In D.Trampa onu “raket adam” adlandırdığını xatırladıb, əvəzində D.Tramp Kim Çen Indan bu mahnını eşidib-eşitmədiyini soruşub və “yox” cavabını alıb.

    Muxalifet2 - 6-07-2018

  9. Qərb diplomatları niyə Azərbaycan mediasına inanmır? – ONLAR ÜÇÜN SOSİAL ŞƏBƏKƏLƏR “DAHA ETİBARLIDIR”

    Son günlər istər enerji böhranı, istər də Gəncənin icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi ilə bağlı yaranmış rəsmi informasiya qıtlığı ölkədə bir çox şayiələrə yol açdı. Xüsusən də Elmar Vəliyevə silahlı hücum məsələsi o qədər məxfi saxlanıldı ki, nəticədə istər sosial şəbəkələrdə, istər də əksər KİV-lərdə onun və mühafizəçisinin öldüyü haqda xəbərlər dolaşdı. Hansı ki, bu informasiyaların ilk mənbəsi də elə hakimiyyətə xidmət edən nüfuzlu media qurumları oldu.

    Muxalifet4 - 6-07-2018

  10. “Aldadıblar ki, Suriyada ev, yaxşı iş var” –İŞİD-ə qoşulan azərbaycanlının yaxınları məhkəmədə ifadə verdi

    Ali təhsilli Rufan Hüseynov İŞİD-ə qoşulmaqda suçlanaraq, hakim önünə çıxarılıb. Onu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. İndi bu olayı Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırır.

    Muxalifet2 - 6-07-2018

  11. Çin ABŞ-a meydan oxuyur: HƏRBİ GÜC...

    Çin dünyadakı milli strateji maraqlarının müdafiəsi üçün hərbi gücünü artırmağı planlaşdırır.

    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Yaponiyanın “Kyodo Nyus” agentliyi Çin Mərkəzi Hərbi Komissiyasının məxfi sənədlərinə istinadən yayıb.

    Muxalifet2 - 6-07-2018

  12. Belçika millisinin qapıçısı azarkeşin XAHİŞİNİ YERİNƏ YETİRDİ

    İngiltərənin "Liverpul" klubunun və Belçika yığmasının qapıçısı Simon Minyole dünya çempionatında onun formasını istəyən azarkeşi axtarıb. 

    "Report" xəbər verir ki, fanat oyun zamanı plakat açıb və oyunçunun formasını ona verməyini xahiş edib. 30 yaşlı qolkiper oyundan sonra şəxsi "Twitter" səhifəsində azarkeşin şəklini yerləşdirərək ona cavab vermək istəyib. 

    Azarkeşlər isə onun axtarışında qapıçıya kömək edib. 

    Muxalifet2 - 6-07-2018

  13. Tailandda qayıqların batması nəticəsində 18 TURİST HƏLAK OLUB

    Tailand sahilində iki qayığın batması nəticəsində 18 turist həlak olub.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olanların cəsədləri suyun üzərində aşkarlanıb. Təxminən 40-dan çox turist itkin hesab edilib. Qayıqlarda ümumilikdə 130 turist olub. Axtarış xilasetmə işləri davam edir.

    Muxalifet2 - 6-07-2018

  14. İTALİYANIN YENİ POPULİST HÖKUMƏTİ TAP ƏLEYHDARLARINA DƏSTƏK VERİR –"Blumberq"in Adriatik sahillərindən REPORTAJI

    İtaliyanın cənub sahilindəki zeytun bağının yaxınlığında yerləşən inşaat meydançasına baş çəkərkən, reportyor telefonuma ismarış gəldi: “Orada olduğunuzu bilirik”.

    İsmarış yaşı əsrlərlə ölçülən zeytun ağaclarının arasından keçən və indi tikanlı tellərlə əhatələnmiş sahədən keçəcək 4,5 milyon avro (5,2 milyard dollar) dəyərində təbii qaz boru kəmərinin son tikintisini dayandırmaq üçün mübarizə aparan bir adamdan gəldi.

    Muxalifet2 - 6-07-2018

  15. Lavrov və Zərifin Vyana görüşünün TƏFƏRRÜATLARI

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada görüşüb.

    Görüş zamanı müzakirə olunan əsas mövzular İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının icrasının davam etdirilməsi və Suriya məsələləri olub.

    Qeyd olunur ki, müzakirənin diqqət mərkəzində ABŞ-ın nüvə sazişini tərk etməsindən sonra bu sənədin icrasının davamı yer alıb.

    Bu gün həmçinin sazişə üzvü olan digər ölkələrin nazirlərinin görüşü planlaşdırılır. (trend)

    Muxalifet2 - 6-07-2018

  16. Elmar Vəliyevə sui-qəsdlə bağlı - SENSASİYALI FAKTLAR

    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Muxalifət.az məlumatın mətnini təqdim edir:

    "Xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Muxalifet2 - 6-07-2018

  17. Texnologiya nəhəngləri sizi necə izləyir? –Hər bir mobil telefon, sosial şəbəkə istifadəçisi nəzarətdədir

    Telefonunuzdakı hərəkətliliyi izləmək, mesajlarınızda tədqiqat aparmaq və sizin məlumatlarınızı üçüncü tərəf şirkətlərə ötürmək…

    Bu, sizin bəzi texnologiya şirkətlərinin tətbiqetmələri və səhifələrində qeydiyyatdan keçərkən razılaşdığınız məqamlardan sadəcə üçüdür. “BBC”-nin araşdırması göstərib ki, “gizlilik siyasəti və şərtlərdə” istifadə olunan bəzi “dilləri” anlamaq üçün bəzən universitet təhsilinə ehtiyac var. Bununla yanaşı, məlumatların necə istifadə olunduğu ilə bağlı bəzi təəccüblü reallıqlar da var.

    Muxalifet2 - 6-07-2018

  18. Xəzər dənizində balıqların KÜTLƏVİ ÖLÜMÜ

    İyulun 4-5-də Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 km2 olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifət.az-a verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün nazirliyin və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

    Muxalifet2 - 6-07-2018

  19. 50 azərbaycanlı fəal SAXLANILDI

    Güney Azərbaycan şəhərlərində Babək qalası yürüşü ərəfəsində bu günə kimi 50 azərbaycanlı milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

    Muxalifət.az xəbər verir ki, saxlanılan fəallardan 14-nün kimliyi müəyyənləşib, digərlərinin isə harada saxlandığı məlum deyil.

    ETTELAAT və digər təhlükəsizlik orqanları tərəfindən yürüşə qatılmaması üçün 22 fəala ciddi xəbərdarlıq edilib, onların da yaxın günlərdə saxlanılacağı güman edilir.

    Muxalifet2 - 6-07-2018

  20. Amerika konqresmenləri Paşinyana KÖMƏYƏ GƏLİR...

    Amerika senatorları və konqresmenləri ölkənin yeni hakimiyyətinə siyasi və iqtisadi dəstək vermək üçün Ermənistana gələcəklər.

    Virtualaz.org bildirir ki, bu barədə "Jamanak" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

    Bildirilir ki, İrəvana gələcək Amerika nümayəndə heyətinin tərkibində senatorlar və konqresmenlərlə yanaşı, ABŞ-ın böyük korporasiyalarının təmsilçiləri də olacaq.

    Amerikalıların İrəvana səfəri sentyabrda gözlənilir.

    Muxalifet2 - 6-07-2018

Pages