Axtarış
The search found 105828 results in 0.105 seconds.
Search results
Yaponiyada leysan yağışları: 15 ölü, 50 itkin - YENİLƏNİB
Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.
Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.Muxalifet - 7-07-2018
Makedoniyanın ad davası bitir: ABŞ-dan təklif
ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yunanıstan Baş naziri Aleksis Çipras Makedoniyanın ad dəyişdirməsi ilə bağlı əldə edilən razılığı müzakirə edib.
Muxalifet - 7-07-2018
YPG terrorçularının MÜNBİÇDƏN ÇƏKİLMƏSİNDƏKİ LƏNGLİYİN SƏBƏBİ BƏLLİ OLDU
Türkiyə ilə ABŞ arasında varılan anlaşma əsasında 4 iyulda başlayan YPG-nin Münbiçdən çəkilməsinin son dərəcə yavaşlaması, çəkilmədən sonra bölgədə 2012-dən əvvəlki əhalinin demoqrafik quruluşu nəzərə alınaraq yaradılacaq yeni bələdiyyə rəhbərliyi məsələsində olan anlaşmazlıqla əlaqəlidir.
Türkiyə və ABŞ rəsmilərinin yeni bələdiyyə rəhbərliyi yaradacaq şəxslər məsələsində münaqişə yaşadıqları, ABŞ tərəfinin verdiyi siyahıda YPG terrorçularının olduğu, Türk tərəfinin verdiyi siyahını isə ABŞ-ın qəbul etmədiyi irəli sürülüb.Muxalifet3 - 7-07-2018
Qaliblər ali məktəblərə imtahansız girəcək...
“Təhsil haqqında” Qanunun yeni variantına görə, respublika fənn olimpiadalarının qalibləri qalib gəldikləri fənn üzrə universitetə birbaşa qəbul olmaq hüququ qazanacaqlar. Beynəlxalq yarışların qalibləri isə birbaşa istədikləri ixtisaslara qəbul olmaq hüququna malikdirlər. Hesab edirəm ki, bu dəyişiklikdə qüsurlar var.
Bu sözləri “Təhsil haqqında” Qanunun yeni variantını Muxalifet.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, respublika olimpiadasında bir çox problem mövcuddur:Muxalifet - 7-07-2018
Bakıda günvurma nəticəsində ölüm hadisəsi
Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.
Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.
Fakt araşdırılır. (Report)Muxalifet - 7-07-2018
Ukraynanın gizli Krım planı...
Donbas konflikinin həlli ilə bağlı qeyri-rəsmi plan mövcuddur. Bu ssenari güc metodlarını özündə əks etdirmir.
Muxalifet.az xəbər verir ki, bunu Ukraynanın sabiq müdafiə naziri və Vətəndaş Təşəbbüsü Partiyasının sədri Anatoli Qriçenko deyib.
“Mən sizə deyirəm: Əgər Ukraynanın Donbas və Krımda müharibəni başladacaq prezidenti seçilsə, o zaman Rusiyaya qarşı sanksiyaları götürəcəklər və onları bizə qarşı tətbiq edəcəklər. Bununla da Ukraynanın sonu olacaq”, - deyə sabiq nazir bildirib.Muxalifet - 7-07-2018
Şəmkir rayon sakini döyülərək qətlə yetirilib
Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib. Ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.
Faktla bağlı Gədəbəy rayon Prokuorluğunda cinayət işi açılıb, raşdırma gedirMuxalifet - 7-07-2018
Bakıda tramvay xətləri bərpa oluna bilər
Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir.
Muxalifet.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.
B.Pell bildirib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər: “Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq”.Muxalifet - 7-07-2018
Kənd təsərrüfatı yarmarkalarında monitorinqlər başladı
Bu gündən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.
Muxalifet - 7-07-2018
İtaliya F-35-ləri almaqdan imtina etdi
İtaliya bundan sonra F-35-lərin alışını dayandıracaq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliya Müdafiə naziri Elizabetta Trenta deyib. Onun sözlərinə görə, hazırda İtaliya ordusunda 10 ədəd F-35 təyyarəsi var.
Qeyd edək ki, İtaliya F-35-in hazırlanmasına əsas maliyyə ayıran ölkələrdən biridir.Muxalifet - 7-07-2018
Ermənilər atəşkəsi 83 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 7-07-2018
Gürcüstan prezidentinin yaralı kürəkəni İSTİNTİQLA ƏMƏKDAŞLIQDAN İMTİNA EDİB
Tbilisidəki dünən gecə yaralanan Mindia Gogoçuri istintaqla əməkdaşlıq etməyi rədd edir. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilib.
28 yaşındakı Gogoçuri, naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb. Hadisə, Saburtali rayonundakı Lermontava küçəsində, prezidentin kürəkənini evinin yaxınlığında baş verib.Muxalifet3 - 7-07-2018
Abdulatipovun qardaşı oğlu həbs olundu
Mahaçqala məhkəməsi Dağıstanın keçmiş rəhbəri, hazırda Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Ramazan Abdulatipovun qardaşı oğlu Əshabəli Abdulatipov barəsində qətimkan tədbiri seçib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Qafqaz.Reallıqlar” nəşri xəbər yayıb.Muxalifet - 7-07-2018
3 hərbçi həlak oldu, 11-i yaralandı - Azərbaycan
Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobil qəzaya düşüb
Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.
Muxalifet.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 7-07-2018
Mingəçevirə xərclənməli olan pulları dəvə biznesinə yatırıb... - KTN də "baş elektrik"in biznesini çözə bilməyib
İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İES-də baş vermiş qəzadan sonra “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. “Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir.
Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları yaradıb...
Maraqlı iddiadır... Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.Muxalifet - 7-07-2018
Ramil Şeydayevin Avstriya klubuna transferi baş tutmadı
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Avstriya "Mattersburq"una transferi baş tutmayıb.
Muxalifet.az "Fanatik"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə Budesliqa klubu arasındakı danışıqlardan müsbət nəticə əldə olunmayıb.
Bu səbəbdən, o, müqavilə üzrə məxsus olduğu Türkiyə "Trabzonspor"unun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, R.Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.Muxalifet - 7-07-2018
PKK mülki kürd əhalisini NİYƏ EDAM EDİR” – SƏBƏB
Siyasi təhlilçi Sərdar Sement, terror təşkilatı PKK-nın son dövrdəki mülki edamlara münasibət bildiri. Regionda PKK-nın siyasi qolu olan HDP-nin siyasi uğursuzluğu terror təşkilatını ciddi şəkildə narahat etdiyini deyən Sərdar Sement, “PKK bu siyasi tənəzzülü dayandırıb, 2019 mart ayında keçiriləcək bələdiyyə seçkilərində qalib gəlməklə mövqelərini gücləndirmək istəyir. PKK məhz buna görə mülki edamlara təkrar başlayıb" deyə, bildirib.
Muxalifet3 - 7-07-2018
İRANA VAXT QOYDULAR - BÖYÜK BÖHRAN QAPIDA
Cənubi Koreya İrandan neft nəqlini dayandıracaq
Muxalifet.az xəbər verir ki, Cənubi Koreya ABŞ-ın təzyiqi nəticəsində bu ilin iyul ayında İrandan neft almağı tamamilə dayandıracaq.
İranın dövlətə yaxın informasiya agentliyi “Tansim”in “Röyters” agentliyinə istinad elədiyi xəbərinə görə, İrandan neft nəqli həyata keçirən şirkətlərlə əlaqədar mənbələr Cənubi Koreyanın iyul ayından etibarən İrandan neft idxalarını dayandırcağını bildiriblər.Muxalifet - 7-07-2018
Gömrük Komitəsinin sədr müavinləri dəyişdi - YENİ TƏYİNATLAR
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.Muxalifet - 7-07-2018
İran 8 İŞİD-çini edam etdi
İran hökuməti İŞİD terror təşkilatının 8 üzvünü edam edib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Tasnim” agentliyi yayıb. Agentlik edam edilən şəxslərin 2017-ci ildə Tehranda terakt törətməkdə ittiham olunduğunu bildirib.
Qeyd edək ki, 2017-ci ilin iyununda qadın paltarı geyinmiş 4 nəfər İran parlamentinin binasını atəşə tutub. Bundan sonra bir nəfər özünü partladıb. Bununla bərabər Xomeyninin mavzoleyi də atəşə tutulub və burada da bir nəfər özünü partladıb. Nəticədə 20 nəfər həlak olub.Muxalifet - 7-07-2018