Axtarış
The search found 105828 results in 0.064 seconds.
Search results
RUSİYA HƏRBÇİLƏRİ SƏRHƏD QAPISINA ÇATDI
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Suriyanın cənub-qərbində Suriya hökuməti və tərəfdarları ilə müxalifətçilər arasında dünən əldə edilən atəşkəsdən sonra Rusiya hərbçiləri İordaniya ilə Suriya arasındakı Nassib sərhəd qapısına çatıblar.
Müxalifətçilərlə Rusiya arasında əldə edilən atəşkəs razılaşmasından sonra Rusiya hərbi karvanı İordaniya ilə Suriya arasındakı Nassib sərhəd qapısına çatıblar.Muxalifet - 7-07-2018
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti təşkil edəcək.Muxalifet - 7-07-2018
Bakıda ev yandı: ölən var
Bakı sakini evində baş verən yanğın zamanı tütüdən zəhərlənərək ölüb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.
Bildirilib ki, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb. S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.Muxalifet - 7-07-2018
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayıb
Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.
Muxalifet.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.Muxalifet - 7-07-2018
Ayağından vurulan PKK-lı TERRORÇUNUN SONU
Terror təşkilatı PKK-ya qarşı əməliyyatlara ara verməyən Türk əsgəri, çətin ərazi şərtlərinə baxmayaraq, terrorçuların nəfəs almasına imkan vermir.
Terrorla mübarizədə hücum dövrünə keçən Türk Silahlı Qüvvələri, ölkə içində və xaricində terror təşkilatlarına ağır zərbələr vurur.
Türk əsgəri ilə qarşı-qarşıya gəlməmək üçün mağaralara gizlənərək qəddar aksiyalar törətmək istəyən PKK-lı terrorçular, ölüm qorxusu hiss edən kimi çarəni təslim olmaqda tapırlar.
BUDUNDAN VURULDU
Muxalifet3 - 7-07-2018
"Bir gün mən də Türk olacağam” deyirdi: BİR KATOLİKİN HƏYAT HEKAYƏSİ
Belçikada İslamı seçən və "Bir gün mən də Türk olacağam inşallah" şeiri ilə Belçika Türk Dərnəklər Birliyinin ədəbiyyat və şeir müsabiqəsində həvəsləndirici mükafata layiq görülən Pamela Pirney, Türk vətəndaşı olub.
Belçikanın Fransızca danışan Valon bölgəsində qatı dindar bir Katolik ailədə dünyaya gələn və hazırda Genk şəhərində yaşayan 37 yaşındakı Pirney, Türkiyə sevgisinə dair hekayəsini anladıb. Çox inanclı bir Katolik olaraq 13 yaşına qədər kilsəyə getdiyini deyən Pirney, 13-18 yaşları arasında dini ritualları tərk etdiyini bildirib.Muxalifet3 - 7-07-2018
Keçmiş arvadını qətlə yetirən kişi tutuldu
İyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.Muxalifet - 7-07-2018
HDP İLK SİQNALI VERDİ - CHP-yə AÇIQ TƏKLİF
Çağırış: “Bizimlə görünməkdən qorxmayın”
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən HDP-nin mətbuat nümayəndəsi Ayhan Bilgen, yerli seçimlər üçün CHP-yə ittifaq işarəsi verərək, cumhuriyyətçilərin HDP ilə yanaşı görünməkdən qorxmamalı olduqlarını söyləyib.Muxalifet - 7-07-2018
Elmar Vəliyevin səhhəti ilə bağlı SON XƏBƏR
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
Muxalifet - 7-07-2018
MOSSAD xüsusi əməliyyatla İSRAİL CASUSUNUN SAATINI GERİ QAYTARDI
İsrailli məşhur bir casusa məxsus olan qol saatı illər sonra MOSSAD Kəşfiyyat Xidmətinin əməliyyatı ilə geri qaytarılıb.
İsrailin ən məşhur casuslarından biri olan Əli Koenin saatı tapılıb. Koen xidmət etdiyi dövrdə Suriya tərəfindən yaxalanmış və edam edilmişdi. Misirdə anadan olan Koen, 1960-cı illərdə MOSSAD Kəşfiyyat Xidməti tərəfindən casusluğa cəlb edilmiş və Suriya rejiminin yüksək vəzifələrinə sızdırıla bilmişdi.Muxalifet3 - 7-07-2018
Poçtla göndərilən bağlamalarda narkotik aşkarlandı
Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poşt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçərilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.
Muxalifet - 7-07-2018
"Azərenerji" korrupsiya və israfçılıqla Azərbaycan dövləti üçün yük olaraq qalır” – Qubad İbadoğlu
Mingəçevir İstilik Elektrik Stansiyasında iyulun 2-də və 3-də baş vermiş qəza nəticəsində enerji sektorunda böhran yaranıb, elektrik enerjisinin verilməsində saatlarla fasilələr olub, çoxsaylı insanlar metro tunellərində qatarlarda qalıb, sənaye müəssisələri dayanıb. Qəza nəticəsində iqtisadiyyata və insanlara böyük miqdarda ziyan dəyib. Qəzadan sonra məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılıb. İyulun 4-də ölkə prezidenti enerji sahəsində yaranmış problemlə bağlı müşavirə keçirib.
Muxalifet3 - 7-07-2018
Jurnalist Əfqan Sadıqov saxlanılıb
İyulun 6-da Cəlilabad rayonunda Azel.tv saytının rəhbəri Əfqan Sadıqov saxlanılıb.
Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, polis əməkdaşları onu Bakıya aparıblar.
Ailəsi onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını ehtimal edir. Ancaq idarədən bildiriblər ki, Ə.Sadıqov orada yoxdur.
S.Sadıqova jurnalisin həbsinə səbəb kimi İnternetdə sosial şəbəkələrdə fəal olduğunu göstərir.Muxalifet3 - 7-07-2018
Rusiyanın baş naziri Ərdoğan üçün Türkiyəyə gedir - SON DƏQİQƏ
Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyəyə səfər edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoöanın 9 iyulda gerçəkləşdiriləcək andiçmə mərasiminə qatılacaq.
Türkiyənin Prezident Adminstrasiyasından əldə edilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan 9 iyul yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə saat 17:00 – red.) Türkiyə Böyük Millət Məclisində and içəcək.
Andiçmədən sonra Prezident Hökumət Sisteminə keçid mərasimi keçiriləcək.Muxalifet - 7-07-2018
Köçəryan Avropaya qaçıb
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 25 iyula qədər Xüsusi İstintaq Xidmətinə gəlməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.
Qəzet Köçəryanın bu tarixə qədər Avropada olacağını bildirib. Eks-prezidentin Avropaya getməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə mətbuat Köçəryanın 25 iyulda Xüsusi İstintaq Komitəsinə çağırılacağı və burada “1 mart qırğını” cinayət işi üzrə şahid kimi dindiriləcəyi haqqında məlumat yaymışdı.Muxalifet - 7-07-2018
Valideynlər bağlanmış litseydən izahat tələb etdilər: “40-50 min manat təhsil haqqı ödəmişik”
“İstək” litseylər şəbəkəsinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçinin Təhsil Nazirliyinə müraciətindən sonra bu gün “İstək” Beynəlxalq Məktəbində təhsil alan şagirdlərin valideynləri aksiya keçirərək rəhbərlikdən açıqlama tələb ediblər.
Muxalifet - 7-07-2018
İranda etirazların yeni dalğası başlanır: Əli Xamenei durumu xilas etmək üçün Ruhanini istefaya göndərəcəkmi? - TƏHLİL
İqor Pankratenko
Nezavisimaya gazeta, 06.07.2018
Müəllif haqda: siyasi elmlər doktoru, “İran-Şərq” Mərkəzi Asiya və Əfqanıstanı Araşdırma İnstitutu (İran) elmi şurasının üzvüMuxalifet - 7-07-2018
Xomeyninin qız nəvəsinin ÇANTASI İRANI QARIŞDIRDI
İranın 29 il əvvəl ölən dini lideri Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin həyat yoldaşı və iki qızı ilə çəkilən fotoşəkilində 3799 dollarlıq əl çantası ölkədə gündəm olub. İranın inqilab lideri Ayətullah Xomeyninin qız nəvəsi ailəsiylə çəkdirdiyi fotonu sosial mediada paylaşması İranda hadisə yaradıb. Səbəbi isə Əli İşrakinin qızı Jasminin qolundakı bəbir naxışlı çanta olub. İranlı jurnalistlər, İranın 29 il əvvəl ölən dini lideri Ayətullah Xomeyninin birinci və ikinci nəsil nəvələrinin lüks marağını araşdırmağa başlayıb.
Muxalifet3 - 7-07-2018
Elmar Vəliyev Bakıya mer gətirilə bilər? – İCRA BAŞÇISINA QARŞI HÜCUMUN PƏRDƏARXASI MƏQAMLARI
“Turan” İnformasiya Agentliyi “Elmar Vəliyevin yıxılması” sərlövhəli analitik yazısında Gəncə şəhər icra başçısının vurulması ilə bağlı bəzi məqamlara aydınlıq gətirir. Agentlik məlumatlı mənbələrə istinadən yazır ki, Yunis Səfərov Elmar Vəliyevə atəş açmayıb: “Onun E.Vəliyevə tapançadan atəş açması barədə informasiya öncə yayılıb, sonra inkar edilib.
Muxalifet4 - 7-07-2018
Braziliya yğımasının baş məşqçisi ilə bağlı qərar verildi
Braziliya yığmasının baş məşqçisi Titenin taleyinə aydınlıq gəlib.
Muxalifet.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis postunda qalacaq.
“Sambaçılar” dünya çempionatının 1/4 final mərhələsində Belçikaya (1:2) məğlub olaraq mübarizəni dayandırmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Titeyə yeni müqavilə təklif edib. 57 yaşlı çalışdırıcının yaxın günlərdə yeni 4 illik sazişə qol çəkməsi gözlənilir. Bir sözlə, DÇ-2022-də də “pentakampeonlar”a Tite rəhbərilk edəcək.Muxalifet - 7-07-2018