Axtarış

The search found 105828 results in 0.078 seconds.

Search results

  1. ​AKP parlament sədri vəzifəsinə Binəli Yıldırımın namizədliyini irəli sürüb

    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib.
    “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, AKP parlament sədri vəzifəsinə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb.

    Muxalifet - 7-07-2018

  2. ​NATO-nun sammitində bu şərtlə iştirak edəcəm - Paşinyan

    Əgər Brüssel sammitinin yekun mətnində qeyri-adi heç nə olmasa, Brüsselə gedəcəyəm.
    Muxalifet.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
    “Ümid edirəm ki, hər şey qaydasında olacaq”, - o bildirib.

    Muxalifet - 7-07-2018

  3. Naxçıvanda hərbçilərin həlak olduğu qəzanın təfərrüatları

    Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub.
     
    Trend xəbər verir ki, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib.
    Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.
    Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

    Muxalifet3 - 7-07-2018

  4. ​Bakıda 50 min manata maşın nömrəsi satılır - Foto

    Azərbaycanda bahalı maşın nömrələri dəbdən düşmür. Avtomobil həvəskarları nömrələrə fantastik məbləğlər xərcləyirlər. Axar.az avtomobil saytlarındakı elanlar əsasında ən bahalı maşın nömrələrinin siyahısını hazırlayıb. Hazırda 3-5 min manat dəyərində olan maşın nömrələri kifayət qədər çoxdur. Məsələn, 10 OH 999 nömrəsinin qiyməti 50 min manatdır. Bu qiymətə Bakıda yaxşı bir avtomobil almaq olar. 10 FR 700 nömrəsini öz maşınına bağlamaq istəyənlər isə 10 min manatlarından keçməlidir. Bu məbləğə də ortabab “Mersedes”, “KİA” və s. model maşınlar almaq mümkündür.

    Muxalifet - 7-07-2018

  5. ​Emənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər

    Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.  APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar günorta saatlarından başlayaraq Baş Qərvənd kəndi ərazisində müşahidə olunur.
    Erməni hərbiçilərinin Qərvənd kəndində törətdiyi yanğın  neytral ərazilərə yayılıb. Hazırda yanğın cəbhə xəttinə yaxın Mirəşelli, Çıraxlı , Əhmədağalı kəndindən aydın görunür.

    Muxalifet - 7-07-2018

  6. Tanınmış azərbaycanlı yazıçı damarlarını kəsdi

    “Ölüm çox şeyi dəyişir, dostlar....”
     
    Yazıçı Cəlil Cavanşir Facebook üzərindən həyata keçirdiyi canlı yayım zamanı intihara cəhd edib. Musavat.com xəbər verir ki, C.Cavanşir yaşamaqdan yorulduğunu və həyatdakı bir çox şeylərlə barışmadığını deyərək, qollarını kəsici alətlə cızmağa başlayıb. Qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam edən yazar “ölüm çox şeyi dəyişir, dostlar” deyərək, öz intihar aktını əsaslandırmağa çalışıb. 

    Muxalifet3 - 7-07-2018

  7. ​Sarkisyana növbəti ŞOK – Qardaşı qızını…

    Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qanunsuz zənginləşmə ittiham üzrə ittihamla axtarışa verilib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikanın Xüsusi İstintaq Xidmətindən bildiriblər.
    İdarənin məlumatına görə, axtarışa həmçinin prezidentin qardaş qızı verilib.

    Muxalifet - 7-07-2018

  8. Yaponiyada palçıq sürüşməsi: 38 nəfər həlak olub

    Yaponiyanın cənub-qərbində baş verən palçıq sürüşməsi nəticəsində ən azı 38 nəfər həlak olub, 47 nəfərdən çoxu itkin düşüb. Bu barədə Yaponiyanın NHK ictimai yayım şirkəti məlumat verib. Yayım şirkəti əlavə edib ki, palçıq sürüşməsi 1.6 milyon insanı evini tərk etməyə məcbur edib.
     
    Ölkənin Yanğın və Fəlakətin Qarşısının Alınması İdarəsi deyib ki, daha 3.1 milyon sakinə təxliyə olunmaları haqqında tövsiyə edilib.

    Muxalifet3 - 7-07-2018

  9. İcra başçısını güllələyən Yunisin həyat yoldaşı videosunu yaydı: "Səs yazımda..."

    “Youtube”da Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının ikinci videosu yayılıb.

    BiG.AZ xəbər verir ki, həmin videogörüntüdə xanım bildirib ki, icra başçısını güllələyən Yunisin həyat yoldaşıdır:

    Muxalifet3 - 7-07-2018

  10. ​Diqqət: uşaqları günvurmadan belə qoruyun

    Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir. Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.
    Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

    Muxalifet3 - 7-07-2018

  11. ​Vasif Talıbov təhsil nazirini işdən çıxardı

    Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib. Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb. Fərmana əsasən, Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən kənarlaşdırılıb.

    Muxalifet3 - 7-07-2018

  12. ​Ərini qaytarmaq üçün ana körpəsinə 10 iynə sancdı

    Ərini Rusiyadan geri qaytarmaq üçün qadın körpəsinə iynə sancırmış.
    Muxalifet.az xəbər verir ki, hadisə Tacikistanda qeydə alınıb.
    Paytaxt Düşənbə yaxınlığında yerləşən Sarikişti kəndinin 26 yaşlı sakini olan qadın Rusiyada əmək mühacirətindəki 30 yaşlı həyat yoldaşını geri qaytarmaq üçün oğlunun bədəninə 10 dəmir iynə sancıb. 
    Bir yaşlı Müdəssir Kərimov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Milli Tibb Mərkəzinin həkimləri körpənin bədənində 10 iynə aşkarlayıblar və bildiriblər ki, uşaq müstəqil olaraq onları uda bilməzdi. 

    Muxalifet3 - 7-07-2018

  13. ​AKP Yıldırımla bağlı qərarını verdi: Namizəd oldu

    Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, AKP sözügedən vəzifəyə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb.

    Muxalifet3 - 7-07-2018

  14. ​Şimali Koreyadan ABŞ-a: Gözləntilərimiz axmaqca idi...

    ABŞ-ın nüvəsizləşdirmə tələbləri birtərəfli mənfəətə söykənib.
    Muxalifet.az xəbər verir ki, bu barədə rəsmi Pxenyan açıqlama yayıb. Şimali Koreya ABŞ Dövlət katibi Mayk Pompeonun qatıldığı nüvə müzakirələrini narahatverici olduğunu bildirilib və Vaşinqtonu nüvə sınaqları məsələsində təzyiq göstərməkdə ittiham edib:
    “Gözləntilərimiz çox saf imiş, axmaqca da demək olar”.

    Muxalifet3 - 7-07-2018

  15. ​Bahar Muradova Berlində çağırış etdi: Qəti addımlar at...

    Bu dəqiqələrdə Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın prezidenti Georgi Seretelinin məruzəsi ətrafında müzakirələr aparılır. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova müzakirələrdə çıxış edib.

    Muxalifet3 - 7-07-2018

  16. ​Naqdalyan “timsah gözyaşı” tökdü: Azərbaycanın gücü...

    ATƏT Parlament Assambleyası Daimi Komitəsinin təşkilatın illik 27-ci sessiyası çərçivəsində Berlində keçirilən iclasında Ermənistan parlamentinin bu qurumda nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan Azərbaycanın öz müdafiə qabiliyyətini daha da gücləndirməsi və yeni silah növləri alması ilə bağlı “timsah gözyaşı” töküb.

    Muxalifet3 - 7-07-2018

  17. ​İspaniyada öküzlərlə qaçışdan beş nəfər yaralanıb

    İspaniyada ənənəvi olaraq keçirilən San-Fermin bayramında ən azı beş nəfər öküzlərlə qaçış zamanı xəsarət alıb.
    Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə EFE agentliyi məlumat yayıb.
    Agentliyin məlumatına görə, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfəri ilə öküz ciddi yaralayıb.

    Muxalifet3 - 7-07-2018

  18. ​Yaponiyada fəlakət: 4,7 milyon insan təxliyə edilir

    Yaponiyada şiddətli yağışlardan sonra meydana gələn sel və torpaq sürüşməsi zamanı 50 nəfər həlak olub.
    Muxalifet.az xəbər verir ki, ölkənin qərbindəki təbii fəlakətlərdən dolayı 50 nəfər itkin düşüb. Ərazidə 4,7 milyon insanın təxliyə edilməsi üçün 48 min mülki müdafiə qoşunları cəlb edilib və itkin düşənlərin axtarışı üçün polis və yanğınsöndürənlər səfərbər olub.
    Şiddətli yağışların hələ bir neçə gün davam edəcəyi gözlənilir.
     

    Muxalifet3 - 7-07-2018

  19. ​Sərkisyanın ailəsi axtarışa verildi

    Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Levon Sərkisyan və qızı Ani axtarışa verilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb. Məlumata görə, məhkəmənin qərarı ilə Levon Sərkisyan barəsində həbs qətimkan tədbiri seçilib. Ani Sərkisyan və onun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb.

    Muxalifet3 - 7-07-2018

  20. ​Media 7 il ərzində yox olacaq- Tramp

    Media 7 il ərzində yox olacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter hesabında yazıb. O, ABŞ-da fəaliyyət göstərən bəzi qəzetləri sərt şəkildə tənqid edib:
    “Tvitter rekord sürətlə saxta profillərdən azad olur. “Nyu York Tayms”, təbliğat maşını “Amazon” və davamlı olaraq anonim mənbələrə istinad edən “Vaşinqton Post”. Fikrimcə, belə mənbə heç vaxt olmayıb. 7 il ərzində iş həyatından kənarda qalacaq”.
     

    Muxalifet3 - 7-07-2018

Pages