Axtarış

The search found 105828 results in 0.072 seconds.

Search results

  1. ​Dağıstanda həbslər yenidən başladı: eks-nazir tutuldu

    Dağıstanın keçmiş Səhiyyə naziri Tanka İbrahimov Maxaçqalada saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik İbrahimovun evində axtarış aparıldıqdan sonra həbs edildiyini bildirib. Eks-nazir büdcə vəsaitlərinin mənimsənilməsində ittiham edilib.
    Qeyd edək ki, İbrahimov 2013-2018-ci illərdə Dağıstan Səhiyyə Nazirliyinə rəhbərlik edib.
    Bir neçə gün öncə Dağıstanda Baş nazirin müavini Ramazan Əliyev də həbs edilmişdi.

    Muxalifet - 7-07-2018

  2. ​İranın XİN başçısı çinli həmkarı ilə görüşdü: "Tehran nüvə sazişindən çıxmayacaq"

    İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Çinin XİN başçısı Van İ ilə Vyanada keçirilən görüşdə bəyan edib ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra rəsmi Tehran məsuliyyət göstərməyə və nüvə sazişindən çıxmamaq qərarına gəlib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir, bu barədə Çinin xarici siyasət idarəsinin saytında dərc edilmiş bəyanatda deyilir.
    Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

    Muxalifet - 7-07-2018

  3. ​Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

    Türkiyə hüquq mühafizə orqanları mərkəz Kahramanmaraş olmaqla 14 rayonda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

    Muxalifet - 7-07-2018

  4. Novruz Məmmədov Fazil Məmmədovun komissiya üzvülüyündən çıxarılması haqqında qərar imzalayıb

    ​Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.
    Muxalifet.az "report" istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
    Sənədə əsasən, keçmiş vergilər naziri Fazil Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib. 

    Muxalifet - 7-07-2018

  5. PKK/YPG yıxılmağa YER VƏ AĞA AXTARIR

    Suriya sahəsindən gələn məlumatlar rejim ilə PKK/YPG arasında danışıqların məhdud bir çərçivədə davam etdiyi yönündədir. Danışıqlardan hansı nəticənin çıxacağı aydın olmasa da, Rusiyanın da prosesə hakim olduğu görünür.
     

    Muxalifet3 - 7-07-2018

  6. ​Məxfi: Sərkisyanın partiyasından Paşinyan həmləsi

    Ermənistanın Respublika Partiyası məxfi iclas keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.
    Qəzet partiyanın deputatlarının Avşar bölgəsində toplandığını bildirib. İclasa Vaqram Baqdasaryan rəhbərlik edib. Görüşdə əsas müzakirə mövzusu Ermənistandakı son hadisələr olub. Deputatlar Paşinyan hökumətinin onlardan nə qədərini həbs edəcəyini müəyyən etməyə çalışıblar. Maraqlı məqam isə görüşdə keçmiş Baş nazir Karan Karapetyanın iştirak etməməsi olub.

    Muxalifet - 7-07-2018

  7. Hüquq müdafiəçiləri siyasi məhbsulara təzyiqlər olduğunu bildirir

    Hüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri bir çox məhbuslara təzyiqlər olduğunu bildirir. Bunlar Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Abbas Hüseyn, Taleh Bağırzadə, Məmməd İbrahim, Fikrət Fərəməzoğlu və digərləridir.
     
    Ailəsi Rəşad Ramazanovun həyatından narahatdır
    Hüquq müdafiəçisi Samirə Ağayeva bildirir ki, bu günlərdə 9 il müddətinə azadlıqdan məhrum edilən bloğer Rəşad Ramazanov ciddi təhlükə ilə üz-üzədir.

    Muxalifet3 - 7-07-2018

  8. ŞOK CAVAB: “Yunis Səfərovun anasına erməni demək ən böyük şərəfsizlikdir…”

    Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev gununsesi.info-ya eksklüziv açıqlamasında qardaşını güllələyən Yunis Səfərovun erməni olduğunu iddia edib. O, eyni zamanda Y.Səfərovu müdafiə edən sosial şəbəkə istifadəçiləri və jurnalistlərin ünvanın da kəskin ittihamlar irəlis ürüb: “Bəzi "ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

    Muxalifet4 - 7-07-2018

  9. ​Merkeldən etiraf: NATO-ya XXI əsrdə də ehtiyacımız var

    NATO ölkələri Rusiya ilə münasibətin qaydasında olmasını istəyir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, məhz yaxşı münasibətlər üçün Rusiya-NATO Şurasının danışıqlarına hər zaman ehtiyac yaranacaq.
    O həmçinin Almaniyanın və Avropanın XXI əsrdə də NATO-ya ehtiyacı olduğunu bildirib. Merkel NATO-nu “Almaniyanın təhlükəsizliyinin qarantı” adlandırıb.

    Muxalifet - 7-07-2018

  10. ​Şəmkirdə ev yanıb

    Şəmkir rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün və 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
    APA Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 7-07-2018

  11. ​Ruslardan çox üstünük - Dario Srna

    Rusları individual göstəricilərdə çox qabaqlayırıq.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə Xorvatiya yığmasının keçmiş müdafiəçisi, məşhur futbolçu Dario Srna çıxış edib.
    “Rusiya güclü komandadır. Əgər biz hər iki komandada oyunçuların individual peşəkarlıqlarına baxsaq, o zaman Xorvatiyanın Rusiyanı 90% üstələdiyini görərik. Lakin bu oyun bizə Danimarkayla matçdan daha çətin olacaq”, - Srna bildirib.
    Qeyd edək ki, Rusiya və Xorvatiya arasında dünya çempionatının dörddəbir final oyunu bu gün keçiriləcək.

    Muxalifet - 7-07-2018

  12. ​Ruslar getdikdən sonra baş verən hadisələr... - “Bütün bunlar mənə təxribat kimi görünür”

    Tanınmış hüquqşünas, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, Respublikaçı Alternativ Hərəkatının (ReAl) İdarə Heyətinin keçmiş üzvü Erkin Qədirli özünün Facebook səhifəsində ölkədə baş verən enerji böhranı və Gəncənin icra başçısı Elmar Vəliyevə hücumla bağlı status paylaşıb:
    “Mən "qəza"ya inanmıram. Qəzalar əvvəllər də olub, amma belə nəticələr olmayıb. Texniki baxımdan (görüntü olaraq) qəza ola bilər, amma qəza öncədən planlaşdırılmış da ola bilər.

    Muxalifet4 - 7-07-2018

  13. ​Moskvadan Bakıya yaşıl işıq: Qarabağ bu yolla...

    Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planından başqa yolla həlli qeyri-mümkündür.
    Bu sözləri Muxalifet.az-a Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Armen Qriqoryanla görüşünü şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Rusiya vaxtilə mərhələli həll planının müəllifi olub:

    Muxalifet - 7-07-2018

  14. ​"Azərenerji"dən qəza açıqlaması

    2018-ci il 3 iyul tarixində, saat 00:20 radələrində “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının tez bir zamanda aradan qaldırılması barədə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidmətinin son məlumatı yayılıb.
    Qurumun mətbuat xidmətindən Muxalifet.az-a daxil olan açıqlamada bildirilir:

    Muxalifet - 7-07-2018

  15. “Pirverdiyev Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır” – Partiya sədrindən şok iddia

    “Ölkədəki fəlakətli enerji böhranını arxa plana keçirmək üçün Elmar Vəliyevin vurulmasını qabardırlar”.
     
    Bu fikirləri Yenicag.az-a açıqlamasında “Mingəçevir” İES-də baş vermiş qəzanın ölkədə doğurduğu vəziyyəti dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədriElşad Musayev deyib.
    BAP sədrinin fikrincə, ölkədə yaranmış enerji böhranı fəlakət həddindədir və bu məsələni gündəmdən çıxarmaq üçün başqa mövzuları önə çəkirlər:

    Muxalifet3 - 7-07-2018

  16. ​Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda

    Millimizin futbolçusu Araz Abdullayev Yunanıstanın "Panionios" klubuna keçidini təsdiqləyib.
    Bu barədə 26 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabından məlumat yayıb. "Panionios"un bazasında çəkdirdiyi şəkli paylaşan A.Abdullayev yeni macəraya başladığını yazıb.
    Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər "Panionios"un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.

    Muxalifet - 7-07-2018

  17. ​Trampdan 44 yaşlı qadın haqqında ŞOK SÖZLƏR: "O təlxəyin..."

    ABŞ prezidenti Donald Tramp onun qaçqın siyasətinə etiraz əlaməti olaraq Nyu-York ştatında yerləşən 93 metr uzunluğunda Azadlıq heykəlinə dırmaşan qadınla bağlı şok açıqlama verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezident “mən olsaydım, o təlxəyin özünü atmasına icazə verərdim. Xilasedici döşəkçəni sərib oturub gözləyərdim” ifadələrini işlədib.

    Muxalifet - 7-07-2018

  18. “Azərenerji”: Gürcüstandan elektrik enerjisinin idxalı dayandırılıb

    İyulun 3-də, saat 00:20 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kV-luq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının aradan qaldırılması barədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Dispetçer Xidmətinin son məlumatı açıqlanıb.

    Muxalifet - 7-07-2018

  19. Gmail poçtunuzu başqaları oxuya bilər

    Google şirkəti təsdiq edib ki, bəzən üçüncü tərəf şəxsi Gmail ünvanındakı məktubları oxuya bilər.
     
    Öz hesablarına müxtəlif tətbiqlər yükləyən insanlar, özləri də bilmədən elektron məktublarının oxunmasına yol aça bilərlər.
    Belə şirkətlərdən biri Wall Street Journal-a bildirib ki, bu adi təcrübədir və bu sahənin "çirkli sirridir".
    Google şirkəti bildirib ki, bu təcrübə şirkətin qaydalarına zidd deyil.
    Gmail dünyanın ən böyük elektron poçt xidmətidir. Onun 1.4 milyard istifadəçisi var.

    Muxalifet3 - 7-07-2018

  20. ​Azərbaycan fövqəladə hallar nazirinə yeni müavin təyin edilib

    Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
    APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirin müavini təyin edilib.
    Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

    Muxalifet - 7-07-2018

Pages