Axtarış
The search found 105828 results in 0.064 seconds.
Search results
"BakuBus" və bəzi yeraltı avtomobil qarajları Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilir
Preizdent İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, sənəd Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədi daşıyır.Muxalifet3 - 6-07-2018
“Rusiya Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır” — Patruşev
”Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və mərhələli həllinin tərəfdarıdır”.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşündə bildirib.
Görüşdə qeyd olunub ki, Rusiya regionda sabitliyin bərqərar olunmasının, habelə Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır.
Muxalifet3 - 6-07-2018
Ötən ay ƏƏSMN-ə 12111 müraciət daxil olub
Bu ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.
Nazirlikdən verilən məlumata görə, müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini sorğu xarakterli müraciətlər təşkil edib.Muxalifet3 - 6-07-2018
Azərbaycanda 35 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 2 dəfə çoxdur
Azərbaycanda 35 yaşdan sonra ailə quran kişilərin sayı bu yaşdan sonra ərə gedən qadınların sayından 2-2,5 dəfə çoxdur.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, Azərbaycanda kişilərin böyük hissəsi 25-34 yaş arasında ailə qurur.
Ötən il nikaha daxil olan 62923 kişinin 39402-si 25-34 yaşlı olub. 2003-cü ildə ailə quran 56091 kişinin 34189-u, 2008-ci ildə 79964 kişinin 42584-ü, 2013-cü ildə 86852 kişinin 47756-sı, 2016-cı ildə 66771 kişinin 40156-sı 25-34 yaşlı olub.Muxalifet3 - 6-07-2018
Naxçıvanda 3 hərbçimiz qəzada həlak oldu - Rəsmi
Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” həm mülki əhalidə, həm də ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaətləri ilə seçilən hərbi qulluqçularımızın bir qrupu iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.
Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 6-07-2018
Rusiyadan ABŞ-a cavab zərbəsi: Böhran dərinləşir
Rusiya ABŞ-ın polad və alüminiumla bağlı əlavə rüsumların tətbiq edilməsi qərarına adekvat cavab verib.
Muxalifet.az xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyinin açıqlamasında ABŞ-dan idxal edilən bəzi tikinti və texniki materiallara 25-30 faiz həcmində vergi tətbiq ediləcəyi bildirilib.
İqtisadiyyat naziri Maksik Oreşkin vurğulayıb ki, ABŞ-ın əlavə rüsum tətbiqindən sonra rusiyalı ixracatçılara dəyən zərərin miqdarı 537,6 milyon dollardır:
“Bizim tətbiq etdiyimiz rüsumlar 87,6 milyon dollar həcmində zərəri aradan qaldırmağa yardım edəcək”.
Muxalifet3 - 6-07-2018
İlham Əliyev yeni fond yaradılması ilə bağlı fərman imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmana əsasən, fond Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində hüquqi şəxs statusuna malikdir.
Prezident İlham Əliyev həmçinin fondun nizamnaməsini də təsdiq edib.Muxalifet3 - 6-07-2018
Türk ordusu daha 8 terrorçunun axırına çıxdı
Türkiyə qırıcıları Şırnak ərazisində təşkil etdiyi aviaəməliyyatlar nəticəsində 8 terrorçu öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məlumatında deyilib.
Muxalifet3 - 6-07-2018
Qonşu ölkədə işıq kəsildi
Gürcüstanda hava şəraitinin kəskin dəyişməsi ölkənin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb.
Muxalifet.az-ın məlumatına görə, güclü yağış və külək elektrik enerjisi gərginliyinin aşağı düşməsinə səbəb olub. Nəticədə Rustavi şəhərinin elektrik enerjisi ilə təminatı dayandırılıb.Muxalifet3 - 6-07-2018
Elmar Vəliyev həmişə kasıba əl tutub – Deputat
Mən Elmar Vəliyevə şəfa diləyirəm. O, ailəni çox gözəl tanıyıram. Vəliyevlər ailəsi, bütün qardaşlar vətəninə, xalqına bağlı olan şəxslərdir, ən çətin günlərdə, ən çətin anlarda Vətən uğrunda mübarizə aparıblar, ön cəbhədə olub, əsgərlərə yardım ediblər. Özü də onlar hamısı hərbi rütbə daşıyan insanlardır.
Muxalifet3 - 6-07-2018
Lavrov açıqladı: Putin və Tramp hər nə istəsə, onu da...
Vladimir Putin və Donald Tramp hər nə istəsələr müzakirə edəcəklər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Onlar həm Ukraynanı, həm Suriyanı müzakirə edəcəklər. Onlar nə haqda istəsələr, o haqda da danışacaqlar və danışırlar”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, 16 iyulda Helsinkidə liderlərin görüşü gözlənilir.
Muxalifet3 - 6-07-2018
İsrail Suriyada hərbi obyekti məhv etdi
Suriya hökumət qüvvələri Qolan təpələrində mövqe tutan müxalifləri bombalayıb. İsrail tərəfi isə buna cavab olaraq Suriyaya aid bir hərbi nöqtəni məhv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
Bildirilib ki, Suriya ordusunun atdığı raket İsraillə sərhəddə yaradılan bufer zonaya düşüb.
Muxalifet3 - 6-07-2018
Bakıdan bu şəhərə birbaşa aviareys açıla bilər
Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır.
Muxalifet.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Verner Volf deyib.
V.Volf bildirib ki, aviaşirkət 2018-ci ilin sonunadak Bakı, Odessa və Tbilisiyə birbaşa aviareyslər açmağı nəzərdə tutur və bununla əlaqədar yeni təyyarələrin alınması planlaşdırılır.
Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Muxalifet3 - 6-07-2018
7 il sonra BMT-dən Pxenyanla bağlı gözlənilməz qərar
BMT-nin Humanitar məsələlər üzrə müşaviri köməkçisi Mark Loukok 9-12 iyul tarixlərində Şimali Koreyaya səfər edəcək.
Muxalifet.az xəbər verir ki, Loukok sonuncu dəfə 2011-ci ildə Ş.Koreyaya səfər etdiyini bildirib.
Diplomat səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşəcək və bu ölkədə sosial-humanitar durumu dəyərləndirmək üçün bu sahədə çalışan şəxslərə bir araya gələcək.
Muxalifet3 - 6-07-2018
Ərdoğan Jirinovskini şəxsən dəvət etdi - SƏBƏB
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski przident Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etmək üçün 8-9 iyul tarixlərində Türkiyədə səfərdə olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ərdoğan şəxsən Jirinovskiyə dəvət göndərib.
RLDP-dən olan digər deputatlar da səfər zamanı partiya liderinə bələdçilik edəcək.
Qeyd edək ki, 24 iyunda prezident seçkilərindən qalib çıxan R.T.Ərdoğanın inaqurasiya mərasimi iyulun 9-da Ankarada baş tutacaq.
Muxalifet3 - 6-07-2018
10 ildən çox stajı olan müəllimlər barədə yeni qayda - Video
10 ildən artıq pedaqoji stajı olan müəllimlərin işə qəbulu müsabiqəsində onların diaqnostik qiymətləndirməsinin balı nəzərə alınacaq. Müəllimlərin topladıqları bal iki il ərzində keçərli olacaq. Onlar əlavə bir imtahana cəlb edilməyəcəklər.Müəllimlərin işə qəbul imtahanlarında topladığı bal iki tədris ili ərzində nəzərə alınacaq.
Muxalifet3 - 6-07-2018
İrandan qadağa: Bu məhsulları ölkəyə gətirmək olmaz!
İranın Gömrük Nazirliyi 18 adda kənd təsərrüfatı məhsulunun ölkəyə idxalının qadağa edilməsi ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, başda un, buğda, qarğıdalı və arpa olmaqla bu məhsulların növbəti qərara kimi ölkəyə gətirilməsinə icazə yoxdur.
Hansı səbəbdən belə qərarın verildiyi məlum deyil.
Muxalifet3 - 6-07-2018
İrandan İraqa böyük şok! ELEKTRİK ENERJİSİNİ KƏSDİLƏR
İran, elektrik borcların ödəmədiyi üçün İraqa elektrik axınını dayandırdığını bildirib.
İraq Enerji Nazirliyinin sözçüsü Musab el-Muderris, verdiyi açıqlamada yığılan borclara görə, İranın dünən etibarilə İraqa min megavatlık elektrik axınını dayandırdığını və Meysan, Zikar və Fars vilayətlərində elektrik fasilələrinin müddətinin daha da uzatdığını bildirib.Muxalifet3 - 7-07-2018
Avropa İngiltərənin taleyi həll edir
Avropa Birliyi (AB) qarşıdakı həftə Londonun Breksitlə bağlı hazırladığı sənədin nə dərəcə reallığa uyğun olduğunu dəyərləndirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri ittifaqın səlahiyyətli nümayəndəsi Mişel Barne deyib.
“Biz səbirsizliklə Londonun sənədləri təqdim etməsini gözləyirik. Sənədləri qiymətləndirəcəyik. Onlarla işləyə bilərikmi? Göstərilən faktlar nə dərəcədə reallığa uyğundur?” - deyə diplomat bildirib.Muxalifet - 7-07-2018
Bakıda kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbərinə görə, Binə qəsəbəsinin "Südçülük sovxozu" adlı ərazisində yaşayan 1990-ci il təvəllüdlü Məmmədov Tarıyel Rəşid oğlu həyat yoldaşının qohumları ilə dava edib.
Dava zamanı o, döyülərək bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.Muxalifet - 7-07-2018