Axtarış

The search found 105828 results in 0.115 seconds.

Search results

  1. Türkiyə lazer silahını sınaqdan keçirdi - VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin IŞIN lazer silahı uğurla sınaqdan keçirilib.

    Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir danışıb.

    500 metrdən bir test təşkil olunduğunu bildirən Dəmir 22 millimetrlik polad zirehin silah vasitəsilə deşildiyini qeyd edib.

    Silah 500 metr məsafədə mini və mikro PUA-lara, terrorçuların istifadə etdiyi kamuflyajlara və 200 metr məsafədə kustar üsulla düzəldilmiş partladıcılara qarşı mübarizə aparmaq məqsədilə inkişaf etdirilib.

    Muxalifet2 - 6-07-2018

  2. Özünü güllələyən polis zabiti xəstəxanada dünyasını dəyişdi – BAKIDA

    İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

    Trend-in məlumatına görə, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib. Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

    Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

    R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

    Muxalifet2 - 6-07-2018

  3. F-16 pilotundan şok etiraf: FETÖ-çular hələ də uçurlar…

    Hərbi Hava Qüvvələrində bizim tərzimizdəki etirafçıları qovmağa davam etsələr, FETÖ-nun sirlərini çətin ki, aşkara çıxara bilsinlər.

    Muxalifət.az xəbər verir ki, bu sözləri FETÖ ilə əlaqələrinə görə ordudan kənarlaşdırılan və etirafçı olan F-16 pilotu baş leytenant S.D deyib.

    Muxalifet2 - 6-07-2018

  4. Avropa İrana görə ABŞ-la SAVAŞA HAZIRLAŞIR

    ABŞ-ın İran və onunla ticarət edən müəssisələrə münasibətdə çoxtərəfli sanksiyalarına cavab noyabra qədər hazırlanacaq.

    Muxalifət.az xəbər verir ki, bunu RTL radiosuna müsahibəsində Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.

    “Bu məsələ gündəmimizdədir. Sanksiyalar avqustda fəaliyyətə düşəcək. Bu vaxta qədər qalan zamanımız azdır. Noyabrda gözlənilən ikinci sanksiya dalğasına qədər biz cavab hazırlamalıyıq”, – deyə o bildirib.

    Muxalifet2 - 6-07-2018

  5. Trampın daha bir yaxın adamı istefa verdi: Korrupsiya iddialarına görə

    ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Skott Pruitt istefa verib.

    “Report” bildirir ki, o bu vəzifəyə Donald Tramp prezidentliyi dövründə təyin olunmuşdu.

    ABŞ prezidenti onun istefasını qəbul edib.

    Məlumata görə, son zamanlar ciddi tənqid olunan S.Pruitt barəsində korrupsiya iddiaları irəli sürülüb.

    Muxalifet2 - 6-07-2018

  6. İNQİLABİ QƏRAR: Xərçəngin müalicəsi artıq pulsuzdur

    Türkiyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xərçəngin müalicəsi, cərrahiyyəsi və dərmanı üçün hər cür qiymət və fərqli ödənişləri ləğv edib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Jülidə Sarıəroğlu məlumat yayıb. O, vətəndaşların xərçəngdən müalicəyə görə heç bir ödəniş etməyəcəklərini bildirib:

    Muxalifet2 - 6-07-2018

  7. ​Çavuşoğludan ABŞ-a ŞOK xəbərdarlıq: Qarşılığını görəcəklər!

    ABŞ-ın İran barədə atdığı addımları düzgün hesab etmirik. Yeni administrasiya “anlaşmadan çəkilirəm” dedi, ancaq AB ölkələri və İran bunu davam etdirmək istəyir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

    Muxalifet - 6-07-2018

  8. ​Bakıda mənzildən qızıl oğurlayan şəxs tutuldu

    Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılıb.
    DİN-dən Muxalifet.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan N.Əliyev iyulun 4-də rayon ərazisindəki evlərin birindən 5 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

    Muxalifet - 6-07-2018

  9. ​Gürcüstanda ən az pul xərcləyən turistlər bizik

    Azərbaycanlılar Gürcüstanda hər kəsdən daha az pul xərcləyirlər.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Turizm üzrə Milli Administrasiyası yayıb. Administrasiya azərbaycanlı turistlərin Gürcüstanda 401 lari (278 manat) pul xərclədiyini bildirib.
    Ölkəyə gələn turistlər arasında ən çox pulu ruslar (928 manat) xərcləyiblər. Ruslardan sonrakı yerlərdə türk (826 manat) və erməni (389 manat) turistlər qərarlaşıb.

    Muxalifet - 6-07-2018

  10. ​"Məmur təbəqəsində həbslər başlamasa, narazılıq daha da artacaq" - HAFİZ HACIYEV

    “Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza birbaşa məmur səhlənkarlığının nəticəsidir. Bu məmurların dövləti saymamazlığıdır”.
    Muxalifet.az
    bildirir ki, son hadisələri modern.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə deyib. O, məmurların işə məsuliyyətsiz yanaşmalarını ciddi nöqsan adlandırıb:

    Muxalifet - 6-07-2018

  11. Ərdoğandan YENİ HÖKÜMƏT KABİNETİ İLƏ BAĞLI AÇIQLAMA

    Yeni Kabinetə münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan, "Artıq hökümət Kabinetimiz əvvəlki kimi olmayacaq. İndi artıq partiyalı olmayan nazirlərimizlə bir hökumət yaradırıq" deyib.
     
    24 iyun seçki nəticələrinin məlum olmasından sonra gözlər yeni hökumət və yeni nazirlərə çevrilib. Günlərdir ardıcıl bir çox iddia ortaya atılsa da, mübahisələrə prezidenti Ərdoğan nöqtə qoyub.
    AK Partiyanın Vilayət Başqanları Toplantısında çıxış edən prezident Ərdoğan yeni kabinetə dair bunları deyib;

    Muxalifet3 - 6-07-2018

  12. ​Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək, yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

    Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
    İyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
    Muxalifet.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

    Muxalifet - 6-07-2018

  13. Безнаказанность порождает и поощряет беззаконие

    Блэкаут энергетической системы Азербайджана из-за аварии на ТЭЦ в Мингячевире в очередной раз обнажил пороки в управлении службами  жизнеобеспечения, и в частности энергетике. Ошибки бездарных, безответственных, безалаберных чиновников приносят страдания миллионам людей, причиняют ущерб экономике страны, порождают угрозы ее безопасности.
    Катастрофические аварии  в  энергетическом секторе уже стали притчей во языцех.

    Muxalifet4 - 6-07-2018

  14. ​“Azərsu” Bakıda su verilməyən əraziləri açıqladı: “Hələ də şəbəkədəki təzyiqdə problem var”

    “Azərsu” Bakıda su verilməyən ərazilərin adlarını açıqlayıb.
    Muxalifet.az bildirir ki, bu barədə ”Qafqazinfo”ya “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
    O qeyd edib ki, hazırda Xocahəsən və Sulutəpənin bir hissəsi, Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsi, Zabratda Ruhulla Axundov, Tramvay küçələri, Sabunçu qəsəbəsi, Balaxanı, Şüvəlan və Mərdəkanın bir hissəsində hələ də şəbəkədə təzyiqdə problem var:

    Muxalifet - 6-07-2018

  15. ABŞ-ın “HİYLƏ” STRATEGİYASI

    Suriya sərhədini terror elementlərindən təmizləmək üçün hərbi gücünü sərhəd əməliyyatlarI ilə sahəyə sürən Türkiyə, kritik və uğurlu addımlarla terrorçularla ittifaq quran ABŞ-ın Münbiç hesablarını alt-üst etdi.
     
    ABŞ-ın "HİYLƏ" STRATEGİYASI
     

    Muxalifet3 - 6-07-2018

  16. ​Ərdoğan CHP-çilərə çağırış etdi: Tələb edin!

    CHP sayəsində separatçı qruplaşmanın müəyyən etdiyi şəxslər millət vəkili kimi parlamentdə yer alacaqlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Ölkəsini, millətini, cümhuriyyətini, dövlətini sevən hər CHP-çi vətəndaşımızı bu utanc partiyasının rəhbərliyindən hesabat tələb etməyə dəvət edirik”, - Ərdoğan bildirib.

    Muxalifet - 6-07-2018

  17. Sarkisyan narkoman imiş - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

    Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın mənzillərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan axtarışlar nəticəsində silah, narkotiklər və oğurlanmış şəkillər tapılıb.

    Muxalifət.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.

    Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, keçmiş prezidentin qardaş oğlu şəkilləri rəssam Martiros Saryanın varisindən almışdı. O, 14 şəkil üçün 28 min dollar ödəməyə söz vermişdi, amma pulu verməyib və şəkilləri qaytarmayıb.

    Muxalifet2 - 6-07-2018

  18. Texnikum və kolleci bitirənlər ali məktəbə müsabiqəsiz daxil ola bilər – Qaydalar hazırlanır

    “Təhsil haqqında” qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədən kənar qəbuluna imkan yaradır”.

    Bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

    Muxalifet2 - 6-07-2018

  19. II Qareginin ofisi etirazçıların ƏLİNƏ KEÇDİ

    Ermənistanda “Yeni Ermənistan, yeni patriarx” hərəkatının aktivistləri erməni katolikosu II Qareginin dəftərxanasına girməyi bacarıblar.

    Muxalifət.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində katolikosun mətbuat katibi Vaqram Məlikyan paylaşıb. Onun sözlərinə görə, zorla katolikosun ofisinə girməyi bacaran etirazçılar provokativ addımlar atıb, eləcə də öz ultimatumlarını səsləndiriblər.

    O, dəftərxanaya daxil olanların güc tətbiq etmək istədiklərini də bildirib.

    Muxalifet2 - 6-07-2018

  20. Bakıda əyləncə mərkəzində ÖLÜM HADİSƏSİ: "Xəsarət alanı həyata qaytara bilmədik"

    İyunun 5-də, Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində bədbəxt hadisəsi baş verib.

    Sosial şəbəkələrdə yayılan xəbərə görə, Zamiq Nağıyev adlı şəxs hovuzda çimərkən atraksiondan sürüşən bir nəfərlə (kimliyi məlum deyil) toqquşub. Zərbədən huşunu itirən Z.Nağıyevi hovuzdan çıxartsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı musavat.com-un müxbiri "Aqua Park” əyləncə mərkəzinin meneceri, Sevinc Əliyeva ilə əlaqə saxlayıb.

    Muxalifet2 - 6-07-2018

Pages