Axtarış

The search found 105828 results in 0.06 seconds.

Search results

  1. Александр Дугин: «На нас началась жесточайшая травля»

    Лидер Международного евразийского движения Александр Дугин и директор Института политических исследований Сергей Марков заступились за депутата Дмитрия Савельева, в отношении которого началась травля.

    Muxalifet4 - 6-07-2018

  2. Terrorçubaşı “Zaqros gedərsə, Qəndil düşər” demişdi: TÜRK ƏSGƏRİ ZAQROSU PKK-dan TƏMİZLƏDİ

    Qəndilə sarı irəliləyən Türk əsgəri PKK-nın Zaqros sahəsi deyə adlandırdığı "Yüksekova-Şemdinli-Çukurca" xəttində və İraqın içərilərinə doğru 40 km-lik ərazidə təhlükəsizliyi təmin edərək Türkiyəyə olacaq hücumları tamamilə kəsdi.
     

    Muxalifet3 - 6-07-2018

  3. Ermənistan atəşkəsi 102 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 6-07-2018

  4. ​Pentaqondan İrana ŞOK cavab: Hörmüz boğazına görə hazırıq

    Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.
    “ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq”, - o bildirib.

    Muxalifet - 6-07-2018

  5. ​Tbilisidə üç Azərbaycan vətəndaşı yol qəzasında öldü

    Bu gün səhər saatlarında Tbilisinin Diğomi rayonunda, Marşal Gelovani prospektində ağır yol qəzası baş verib.
    APA-nın yerli bürosunun məlumatına görə, yanacaq doldurma məntəqəsinin yaxınlığında iki minik maşını və bir marşrut taksisi toqquşub. 
    Hadisə nəticəsində minik maşınlarının birində olan üç nəfər ölüb. İlkin məlumatlara əsasən, onlar Azərbaycan vətəndaşlarıdır.  Minik maşını Azərbaycan nömrə nişanlıdır.
    Qəza zamanı daha iki nəfər xəsarət alıb.
    Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

    Muxalifet - 6-07-2018

  6. ​Trampa görə neft 100 dollara qalxacaq

    Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın fəaliyyətləri ucbatından 100 dollara qədər bahalaşa bilər.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın OPEK-dəki rəsmi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili deyib.
    “Neftin bahalaşmasının məsuliyyətini ABŞ daşıyacaq. Qiymət artımı Trampın İranı dünya bazarlarına buraxmamasıyla bağlı olacaq. Onun sayəsində dünyadakı bütün istehlakçılar neftə layiq olmadığı qiyməti ödəyəcəklər”, - o bildirib.

    Muxalifet - 6-07-2018

  7. ​VALYUTA MƏZƏNNƏLƏRİ

    Azərbaycan Mərkəzi Bankı 6 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, iyulun 6-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
    Manata nəzərən avronun məzənnəsi 1,9872 manat təşkil edir.
    1 türk lirəsi 0,3691 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6948 manatdır.

    Muxalifet - 6-07-2018

  8. ​Braziliyalı futbolçu dünya çempionatının sonunadək sıradan çıxıb

    27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb.
    Braziliya milli komandasının futbolçusu Danilo Rusiyada keçirilən dünya çempionatının sonunadək sıradan çıxıb. 
    Muxalifet.az-ın məlumatına görə, səbəb 27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb. Mundialın sonunadək onun zədəsini sağalda bilməyəcəyi müəyyənləşib. Lakin "sambaçı" çempionatın sonunadək komanda ilə birgə qalacaq. 

    Muxalifet - 6-07-2018

  9. Danimarka nəşri Ərdoğan haqqında:“Siyasi sirk sehrbazıdır, yoxsa dünya müsəlmanlarının lideri?” – Təhlil

    İslam üzrə türk ekspertləri və Quran biliciləri Ərdoğanın nə qədər yaxşı müsəlaman olduğu haqda həmfikir deyillər. Amma hamısı ona bu qədər çox adamın niyə pərəstiş etdiyini izah edə bilir.

    Ərdoğanın çoxsaylı tərəfdarları “NRK”-nın sualına cavabda qışqırırlar: “Biz onun uğrunda ölərik!”

    Hicablı qadın deyir: “Ərdoğan olmasaydı, həyatımız dəhşət olardı!”

    Hansısa kişi qışqırır: “Ərdoğana səs verməyən cəhənnəmə düşəcək”.

    Muxalifet2 - 6-07-2018

  10. İki nəhəngin dünya miqyaslı müharibəsi RƏSMƏN BAŞLADI - Tramp Çinə MEYDAN OXUDU

    ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25% gömrük vergisi tətbiq etməyə rəsmi şəkildə başlayıb.

    Muxalifət.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsulların gömrük vergisinin artırıldığını, növbəti iki həftə ərzində isə 16 milyard dollar dəyərində idxal edilən mallar üçün də yeni tariflərin tətbiq ediləcəyini bildirib.

    Muxalifet2 - 6-07-2018

  11. Dəhşətli yol qəzaları: 3 ölü, 14 yaralı

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də ölkədə 100 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet2 - 6-07-2018

  12. Gürcüstan prezidentinin kürəkəni Tbilisidə GÜLLƏLƏNDİ

    Cümə gününə keçən gecə Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçuriyə qarşı silahlı hücum olub. O, güllə yaraları alaraq xəstəxanaya yerləşdirilib.

    Bu barədə "Rustavi 2" teleşirkəti məlumat yayıb.

    "Qoqoçuri Respublika xəstəxanasına yerləşdirilib, orada əməliyyat olunacaq", - deyə məlumatda bildirilir.

    Gürcüstan mətbuatı Daxili İşlər Nazirliyinin artıq faktla bağlı araşdırmalara başladığını yazır. Hadisənin təfərrüatları məlum deyil.Report/

    Muxalifet2 - 6-07-2018

  13. Tramp və Kim Çen arasında növbəti görüş bu ölkədə keçiriləcək – MƏNBƏ

    Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

    Muxalifət.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.

    Görüş Koreya yarımadasının denuklearizasiyasının (nüvəsizləşdirilmə -red.) ətraflı müzakirəsinə həsr edilməlidir. Agentlik bildirir ki, ən yaxın altı ay ərzində ABŞ, həmçinin Çin və Cənubi Koreya ilə Şimali Koreyanın aktiv danışıqları gözlənilir.

    Muxalifet2 - 6-07-2018

  14. Borclu ölsə, pulu kim qaytarmalıdır?-KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

    Muxalifet2 - 6-07-2018

  15. Məşhur dini sektanın liderləri EDAM EDİLDİ

    Yaponiyada Aum Sinrikyo dini sektasının keçmiş lideri Syoko Asaxaru edam edilib.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı NHK televiziyası yayıb. Televiziya Asaxarunun asılaraq edam edildiyini bildirib.

    Asaxaru edamından öncə Tokiodakı həbsxanalardan birində saxlanılıb. Onunla bərabər 10 nəfər ölüm hökmünə məhkum edilib. Edam edilənlər arasında dini sektanın digər nüfuzlu şəxsləri Kiyoxide Xayakava, Tomomasa Nakaqava və Yosixiro İnouedə yer alıb.

    Muxalifet2 - 6-07-2018

  16. Enerji qəzası iqtisadiyyata MİLYONLARLA ZƏRƏR VURDU

    İyulun 3-4-də Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurub.  Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb.

    Muxalifet2 - 6-07-2018

  17. Atatürkün qərargahını AZAD SURİYA ORDUSU QORUYACAQ

     YPG-li terrorçuların yandırmaq istədiyi Atatürkün 1918-də İngilis Ordusuna qarşı lokal müqaviməti qurub, idarə etdiyi Afrindəki malikanəni, bundan sonra Azad Suriya Ordusuna ()ASO bağlı Həmzə Briqadası qoruyacaq.
     
    Atatürkün 1918-də Osmanlı Ordusu komandanı olaraq yerli müqaviməti təşkil etməyə və idarə etməyə getdiyi Afrində qərargah olaraq istifadə etdiyi malikanə qoruma altına alınıb. Türk xalqı üçün mənəvi dəyəri olan malikanə bir müddət əvvəl bölgədəki PKK/YPG-li terrorçular tərəfindən yandırılmaq istənmişdi.

    Muxalifet3 - 6-07-2018

  18. Benazir Bhuttonun oğlu siyasətə atılıb –“Pakistanın Kennedisi” baş nazir ola biləcəkmi? (FOTO)

    Anası kampaniya yolunda öldürülüb və babası hərbi diktator tərəfindən edam edilsə də, bu, Bilaval Bhutto Zərdariyə onların hər ikisinin tutduğu Pakistanın baş naziri vəzifəsinə doğru irəliləməsinə maneə olmayıb.

    Oksford təhsilli, subay 29 yaşlı Bhutto Zərdari sol -mərkəzçi Pakistan Xalq Partiyasının (PXP) 25 iyul seçkilərindən əvvəl ilk dəfə olaraq doğma Sindh əyalətinin uzanan düzənlikləri keçərək təşviqat kampaniyası aparıb.

    Muxalifet2 - 6-07-2018

  19. GÜCLÜ YANĞIN davam edir - Hava şəraiti yanğının söndürülməsində çətinlik yaradır

    İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.

    Muxalifet2 - 6-07-2018

  20. Braziliya yığmasının futbolçusu dünya çempionatının SONUNADƏK SIRADAN ÇIXIB

    Braziliya milli komandasının futbolçusu Danilo Rusiyada keçirilən dünya çempionatının sonunadək sıradan çıxıb.

    "Report"un məlumatına görə, səbəb 27 yaşlı müdafiəçi məşq vaxtı topuq nahiyəsindən xəsarət alıb. Mundialın sonunadək onun zədəsini sağalda bilməyəcəyi müəyyənləşib. Lakin "sambaçı" çempionatın sonunadək komanda ilə birgə qalacaq.

    Muxalifet2 - 6-07-2018

Pages