Axtarış

The search found 105823 results in 0.077 seconds.

Search results

  1. "Parlament spikeri olmağa etiraz etmərəm" - BAŞ NAZİR

    Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə parlamentinin spikeri ola biləcəyini istisna etməyib.

    Muxalifət.az xəbər verir ki, Baş nazir bəyan edib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onun namizədliyini parlament spikeri vəzifəsinə irəli sürərsə, etiraz etməz.

    Qeyd edək ki, Türkiyə Parlametinin 27-ci çağırış deputatları iyulun 8-də vəzifələrinin icrasına başlayacaqlar.

    Artıq dünən Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

    Muxalifet2 - 5-07-2018

  2. Prezident ƏMRİ VERDİ: ABŞ-la müharibəyə “Hazır olun!”

    Venesuela prezidenti Nikolas Maduro hərbçiləri ABŞ-ın mümkün təcavüzünü dəf etməyə hazır olmağa çağırıb.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bun haqda “Televisa” telekanalı bildirib.

    “Mümkün təcavüzə hazırlığı bir saniyə zəiflətmək olmaz”, - Maduro çərşənbə günü hərbçilər qarşısında çıxışı zamanı bildirib.

    Muxalifet2 - 5-07-2018

  3. Erməni səfirliyini ələ keçirmək istəyən şəxs...

    Gürcüstanda aprel müharibəsi zamanı sosial şəbəkələr vasitəsilə əhalini Ermənistanın Gürcüstandakı səfirliyinə hücum edərək, səfiri əsir götürməyi tələb edən şəxsə qarşı cinayət işi açılıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “İnterpressnyus” saytı yayıb. Sayt bu şəxsin terrorizmə çağırışda ittiham edildiyini bildirib. Maraqlı məqam isə ona qarşı cinayət işinin çağırışı etməsindən iki il sonra qaldırılması olub.

    Muxalifet2 - 5-07-2018

  4. ABŞ İRANLA İRİMİQYASLI HƏRBİ TOQQUŞMAYA HAZIR DEYİL –Əsas hədəf daxili narazılıqları artırmaqla hakimiyyəti dəyişməkdir - TƏHLİL

    ABŞ dövlət katibi Mayk Pompeonu hələ MKI direktoru olarkən dediyi kimi, İran amerikalılar üçün “yürüşdəki” düşmən olaraq qalır. Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin direktoru Brayan Huk bu günlərdə bildirib ki, Vaşinqton “4 noyabrda təzələnəcək” energetik sanksiyalar vasitəsilə İranın neft gəlirlərini “sıfıradək” аzaltmağa hazırlaşır. Bu məlumatı ABŞ maliyyə naziri Stiven Mnuçin də təsdiqləyib.

    Muxalifet2 - 5-07-2018

  5. DGK: Bütün növ spirtli içkilər nəzarətdən keçirilir - AÇIQLAMA

    Mövsümi günlərdə zəhərlənmə riskinin artması əhalini narahat edən əsas problemlərdəndir. O cümlədən, ölkəyə saxta və ya mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məsələlər ictimai maraq kəsb edir.

    Muxalifet2 - 5-07-2018

  6. Əsəd TSQ-nin nəzarətindəki BÖLGƏYƏ HÜCUM EDİB

    Hələbin Əl Babdaki Anadolu Agentliyi əməkdaşlarının verdikləri məlumata görə, Əsəd rejimi rayondakı bazarın yaxınlarını artilleriyadan atəşə tutub.
     
    Əsəd rejiminin təşkil etdiyi hücumda ilkin mlumatlara görə, 5 mülki əhali yaralanıb. Yaralılar, Əl Babdaki xəstəxanaya qaldırılaraq müalicə altına alınıb.
    Əl Babın cənubunda müxaliflər ilə Əsəd rejimi arasındakı cəbhə xəttində, səhər saatlarında Tadif mahalı ətrafında başlayan qarşıdurmalar davam edir.

    Muxalifet3 - 5-07-2018

  7. Sorosun Azərbaycanla bağlı ŞOK HƏDƏFİ - SENSASİYALI MƏXFİ PLAN

    Cənubi Qafqazda Ermənistandakı inqilabla başlanan siyasi proseslər qaynayır. İrəvanda Nikol Paşinyan əhalini küçələrə çıxararaq, Serj Sarkisyanı devirdi. Həmin vaxt Gürcüstanda bir gəncin qətli insanların hakimiyyətə etirazına səbəb oldu. Daha sonra bu ölkənin baş naziri istefaya getdi. Muxalifət.az xəbər verir ki, beynəlxalq media orqanı olan “Oriental Review” nəşrində Andrey Korubko imzası ilə yayımlanan məqalədə Ermənistan və Gürcüstanda baş verənlərin Corc Soros tərəfindən həyata keçirilən “rəngli inqilab” olduğu deyilir.

    Muxalifet2 - 5-07-2018

  8. Zibil boğaza qalxıb, icra günahı əhalidə görür… - FOTO

    Hökməli qəsəbəsi, yeni salınmış “Atyalı” adlanan yaşayış massivinin sakinləri nəzarətsiz qalan məişət tullantıları səbəbindən acınacaqlı vəziyyətə düşüb.

    Bu barədə qəsəbə sakinləri axar.az-a ünvanladıqları şikayət məktubunda bildiriblər ki, zibil qutusu olmayan əraziyə öz hesablarına böyük qutular alıb qoysalar da, onların içinin təmizlənib, atılmasına nəzarət edən yoxdur.

    Muxalifet2 - 5-07-2018

  9. Almaniya etiraf etdi: YPG və PKK EYNİDİR

    Alman kəşfiyyatı, hesabatda YPG-nin terror təşkilatı PKK-nın Suriyadakı davamı olduğunu təsbit edib.
     
    Almaniyanın daxili kəşfiyyatı Konstitusiyanı Qoruma Təşkilatı, PYD və YPG-nin ölkənin xarici mənafelərini təhlükəyə atan terror təşkilatı PKK-nın Suriyadakı çıxıntıları olduğuni təsbit edib.
    Schleswig-Holstein əyalətində Konstitusiyanı Qoruma Təşkilatının internet saytında dərc etdiyi 138 səhifəlik hesabatda, ölkədə fəaliyyət göstərən qeyri-qanuni qrup və terror təşkilatlarının 2017-ci ildəki vəziyyətini müşahidə altına alıb.
     

    Muxalifet3 - 5-07-2018

  10. “Gəlirlərdən elə istifadə etməliyik ki…”Ekspertlər tele-debatda yeni təkliflərlə çıxış ediblər

    “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində ilk tele-debatını keçirib.

    Muxalifet2 - 5-07-2018

  11. Sumqayıtda 51 yaşlı kişi İTKİN DÜŞÜB

    Sumqayıtda 51 yaşlı kişi itkin düşüb.

    "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mk. ərazində baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü İsgəndərov İsmayıl Məhəmməd oğlu iyulun 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Muxalifet2 - 5-07-2018

  12. Bu qurumlar işçi axtarır - VAKANSİYA

    Dövlət İmtahan Mərkəzi tərəfindən bu gündən 9 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

    Muxalifet2 - 5-07-2018

  13. İRANDAN ŞOK: Neftin başqa malla barterinə başlayır

    İran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin deputatı Əsədulla Karexani deyib. Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:

    Muxalifet2 - 5-07-2018

  14. Bolqarıstan millisinin futbolçusu “QARABAĞ”A TRANSFER OLUB

    “Qarabağ” klubu Bolqarıstan yığmasının və Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Simeon Slavçev ilə müqavilə bağlayıb.

    25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytında elan olunsa da, müqavilənin detalları hələlik açıqlanmayıb.

    Qeyd edək ki, 2014-cu ildən “Sportinq”də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon” və Polşanın “Lexiya” klublarının formasını geyib.

    Muxalifet2 - 5-07-2018

  15. Norveç 27 ildir Türkiyəyə qarşı döyüşən PKK-çı qadını təhvil verdi – FOTO

    Norveç PKK terror təşkilatının rəhbərlərindən olan Duran Qalxana yaxınlığı ilə tanınan Gülzar Daşdəmiri Türkiyəyə təhvil verib.

    Muxalifət.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Qəndil dağlarındakı mağalarda xəstəliyə yoluxan Gülzar Daşdəmir Norveçə müalicə üçün gedib.

    27 ildir terror təşkilatında türk əsgərlərə qarşı vuruşan PKK-lı Norveçdə də fəaliyyətini davam etdirib. Norveç dövlətinin rəsmi güc strukturları Gülzar Daşdəmirin Türkiyəyə təhvil verilməsi ilə bağlı qərar qəbul edib.

    Muxalifet2 - 5-07-2018

  16. Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

    32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaratmış və vətəndaşların haqlı narazılıqlarına səbəb olub.

    Muxalifet2 - 5-07-2018

  17. İES-dəki yeni yanğın elektrikə təsir edə bilər? - AÇIQLAMA

    Bir neçə gün əvvəl Azərbaycan İES-də baş vermiş partlayışa görə ölkədə işıq probleminin yaranması bu gün səhər saatlarında baş verən yanğından sonra da eyni vəziyyətin yaşanması barədə şübhəni gündəmə gətirib. Bəzi sosial şəbəkə istifadəçiləri yanğın səbəbindən işıqların yenidən sönəcəyini iddia ediblər.

    Məsələ ilə bağlı axar.az-a danışan Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib:

    Muxalifet2 - 5-07-2018

  18. "Dəmirbank"ın filial müdirinə HÖKM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirbank" ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifət.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Tamamgül Xanlarova 1000 manat cərimə olunub, Fariz Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması qərara alınıb.

    Muxalifet2 - 5-07-2018

  19. Qəbələdə "Opel" ata və oğlunu vurdu, AZYAŞLI UŞAQ ÖLDÜ

    Qəbələ rayonunda ağır yol qəzası baş verib.

    Trend-in məlumatına görə, hadisə iyulun 4-də gecə saatlarında baş verib.

    1982-ci il təvəllüdlü Mustafayev Ziyanur Ətraf oğlu idarə etdiyi "Opel" markalı 10 SZ 127 dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Qəbələ avtomobil yolu ilə Qəbələ istiqamətində hərəkət edərkən yolun kənarında hərəkətdə olan piyada, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlu və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Haqverdiyev Rövşən Rəvan oğlunu vurub.

    Muxalifet2 - 5-07-2018

  20. "Yuventus" və "PSJ" Ronaldoya görə MAAŞ SAVAŞINA ÇIXDI

    "Real"ın hücumçusu Kriştiano Ronaldonun "Yuventus"a keçməsi iddiaları gün keçdikcə güclənir.

    Muxalifət.az xəbər verir ki, portuqaliyalı hücumçunun İtaliyanın Turin şəhərində ev axtardığı bildirilir. Onun ailəsi də İtaliyada yaşamağa hazırdır.

    İtaliyalı jurnalist Cianluci Di Marsionun məlumatına görə “Qoca sinyora” Ronaldo üçün “Real”a 400 milyon avro ödəməyə hazırdır. Lakin “Kral klubu” rəhbərliklə arası yaxşı olamayan Ronaldonu 120-150 milyon avroya da sata bilər.

    Muxalifet2 - 5-07-2018

Pages