Axtarış

The search found 105828 results in 0.124 seconds.

Search results

  1. “Azərişıq” Mingəçevirdəki yanğınla bağlı MƏLUMAT YAYDI

    "Bu gün səhər saatlarında Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib”.
    Muxalifət.az xəbər verir ki, bunu Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    Muxalifet2 - 5-07-2018

  2. 11 ildən sonra cinayətin üstü açıldı – Sərkisyan cinayətkarı belə gizlətdi

    Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Hayk Sərkisyanın 11 il əvvəl törətdiyi cinayətin üstü açılıb. Ermənistan Baş Prokurorluğunun araşdırmasından sonra məlum olub ki, Hayk Sərkisyan 2007-ci ildə D.Simonyan adlı vətəndaşı odlu silahla yaralayaraq aradan çıxıb. Həmin dönəmdə açılmış cinayət işi də naməlum səbəbdən bağlanılıb.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, 11 il əvvəl işlənmiş cinayət Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Artur Gevondyana məlum olub.

    Muxalifet2 - 5-07-2018

  3. Çempionlar və Avropa Liqası ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK

    UEFA 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə etməyə icazə verib.

    Muxalifət.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

    Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq əlavə vaxt olacağı təqdirdə, 4-cü əvəzetməyə də icazə veriləcək.

    Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetmə ilk dəfə olaraq bu Dünya Çempionatında tətbiq olunmağa başlanılıb.

    Muxalifet2 - 5-07-2018

  4. DUQİN: Kremlin nə edəcəyinə ermənilər QƏRAR VERMƏLİDİR?

    Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini icra etməyə məcburdur. Ona nə Baqdasarov, nə də Solovyevdən birbaşa öhdəliklər verilir.

    Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib.

    Muxalifet2 - 5-07-2018

  5. Böyük müharibə bu tarixə kimi başlayacaq – ŞOK RAZILAŞMA

    Ukrayna prezidenti Pyotr Poroşenko Donbas separatçıları ilə böyük müharibənin başlanması haqqında razılaşır.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib.

    Onun sözlərinə görə, Poroşenko Donbasda eskalasiya vasitəsilə Ukraynada prezident seçkilərini keçirməməyə çalışır.

    Muxalifet2 - 5-07-2018

  6. ERMƏNİSTAN ABŞ-dan DƏSTƏK ALMAĞA ÇALIŞIR –Paşinyanın səfir Riçard Millzlə görüşü yeni müzakirələrə yol açıb - TƏHLİL

    Baş nazir Nikol Paşinyan ABŞ-ın Müstəqillik günü münasibətilə bu ölkənin səfirliyini ziyarət edib və səfir Riçard Millzlə söhbətləşib.Təbriklərdən əlavə, Paşinyan həmçinin hökumətin Ermənistan-ABŞ əməkdaşlığını, o cümlədən investisiya sahəsində genişləndirməyə hazır olması haqqında danışıb.

    Səfir Millz də Ermənistana dəstək verməyə, texniki və maliyyə yardımı göstərməyə hazırlığı ifadə edib.

    Muxalifet2 - 5-07-2018

  7. Nazir Oqtay Şirəliyevdən beynəlxalq tədbirdə ƏCAİB TƏKLİF:"Azərbaycanın icbari tibbi sığorta modeli digər ölkələr üçün nümunə olsun"

    Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun iştirakı ilə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları” mövzusunda yüksək səviyyəli iclas keçirilib.

    Muxalifet2 - 5-07-2018

  8. Bu gecədən başlayaraq GÜCLÜ KÜLƏK ƏSƏCƏK – Nazirlik

    Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək.
    Bunu Report-a açıqlamasında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

    Muxalifet2 - 5-07-2018

  9. Türkiyə polisi 81 vilayətdə reyd keçirdi - 1314 NƏFƏR SAXLANILDI

    Türkiyə polisi genişmiqyaslı reydlərə başlayıb. Trend-in məlumatına görə, reydlər ümumilikdə ölkənin 81 vilayətində aparılır.

    Polisin yaydığı son məlumata görə, əməliyyatlar nəticəsində 1 314 nəfər saxlanılıb. Saxlanılanlar arasında narkotacirlər, eləcə də FETO üzvlərinin olduğu bildirilir.

    Reydlər nətcəsində eləcə də 10 ədəd odlu silah müsadirə olunduğu qeyd olunur.

    Əməliyyatla bağlı başqa detallar hələ açıqlanmayıb.

    Muxalifet2 - 5-07-2018

  10. “Elmar Vəliyevin özbaşınalığı Yevlaxdan da bəlli idi” - PARTİYA SƏDRİ

    Sırağagün axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin Qasım Aşbazovun güllələnməsi Mingəçevir İES-də baş vermiş partlayışla eyni vaxta təsadüf etdiyi üçün, bu hadisələri bir-bir ilə əlaqələndirənlər də var. Maraqlıdır ki, bu hadisələrin bir-biri ilə həqiqətən də əlaqəsi varmı?
     
    “Bu məsələ kriminallığın baş alıb getməsinin göstəricisidir”
     

    Muxalifet4 - 5-07-2018

  11. İspaniyada ERMƏNİ CİNAYƏTKAR ŞƏBƏKƏ ÇÖKTÜRÜLDÜ

    İspaniya polisi və İnterpol Qafqazdan İspaniya və Fransaya qədər uzanan mütəşəkkil cinayətkar şəbəkənin çökdürüldüyünü bəyan edib.

    İnterpolun məlumatına görə, əksəriyyəti ermənilərdən olan 129 nəfər həbs olunub. Həbs olunanlar silah gəzdirmə, qaçaqmalçılıq və zərgərlik məmulatlarının oğurluğu ilə ittiham olunurlar.
    Həbslər keçən həftə İspaniya və Fransada həyata keçirilib. Tutulanların arasında beynəlxalq cinayətkar qrupların bir neçə yüksək vəzifəli üzvləri də var.
    Müxalifət.az

    Muxalifet3 - 5-07-2018

  12. Vəkillər Kollegiyası növbəti qurbanı Fuad Ağayev olacaq

    Vəkil Fuad Ağayev iyulun 9-da barəsində olan intizam icraatına görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət edilib.
     
    Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, Fuad Ağayevlə bağlı müvafiq intizam icraatı aparılır.
    “Artıq İnitzam Komissiyası işə baxıb, rəy verib. İyulun 9-da İntizam Komissiyasının rəyinə Rəyasət Heyətinin iclasında baxılacaq. Sonra Kollegiyanın qərarı ilə bağlı geniş məlumat veriləcək”, o qeyd edib.

    Muxalifet3 - 5-07-2018

  13. ​“Bordo bereli”lər darmadağın etdi: 17 düşərgə…

    Türkiyə Silahlı Qüvvələri Şimali İraqda davam edən əməliyyatlar çərçivəsində Qəndil istiqamətində irəliləyib. “Bordo bereli”lərin havadan dəstək verilən əməliyyatlarında Hakurk vadisinin də daxil olduğu Bradost və Barazir ərazilərində 17 ayrı sığınacaq və düşərgə terrorçulardan təmizlənib.
    Muxalifet.az xəbər verir ki, Sidekan, Soran və Revanduz istiqamətində aparılan uğurlu əməliyyatlar nəticəsində çox sayda ağır silahlar və 6 ədəd “Toçka” silahı ələ keçirilib.

    Muxalifet - 5-07-2018

  14. ABŞ-da təhsil alan Emin Aslanov HƏBSİNDƏN DANIŞDI

    30 sutkalıq həbs müddəti bitdiyindən iyulun 4-də azadlığa çıxmış hüquq müdafiəçisi Emin Aslanov deyir ki, rəsmi ittihamı polisə müqavimət olsa da, ona istintaqda fəaliyyəti ilə bağlı suallar verilib.
     
    BBC News Azərbaycanacaya müsahibəsində Emin Aslanov həbsinə güman etdiyi səbəblərdən danışıb:
    - Emin bəy, sizin həbsinizlə bağlı nə baş verdi?

    Muxalifet3 - 5-07-2018

  15. ​Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

    Goranboy rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 
    "Report"un Qərb bürosunun məlumatına görə, hadisədə 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vusal Çingiz oğlu Bayramov Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilblər. 
    Ölən şəxsin qadın olduğu və hazırda şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilir. 

    Muxalifet - 5-07-2018

  16. ​Nazirlik əməkdaşı iş başında öldü

    Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.
    Muxalifet.az-ın məlumatına görə, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.
    Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.
    Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-07-2018

  17. ​Köçəryan Ermənistandan qaçdı

    “1 mart işi” (1 mart 2008 qətliamı) demək olar ki, Robert Köçəryanın izlərinə çatıb. Ermənistanın ikinci prezidenti həbs olunmağın bir addımlığındadır. Buna baxmayaraq, o, ictimaiyyətdən gizlənməyə və ölkədən qaçmağa davam edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri erməni politoloq Sərkis Artsruni deyib.

    Muxalifet - 5-07-2018

  18. ​Tamara Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
    Muxalifet.az-ın məlumatına görə, sərəncamla  Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilib.

    Muxalifet - 5-07-2018

  19. ​Prezidentin adamı Qarabağ üçün hazırlanan həll planının DETALLARINI AÇDI: Putin yaxşı anlayır ki...

    Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Cocuq Mərcanlıda keçirilən və Ermənistan, həmçinin, Rusiyadakı erməni lobbisi tərəfindən hiddətlə qarşılanan “Azərbaycan – Cənubi Qafqazda tək müttəfiqi” adlı konfransdan danışıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Markov konfransda Azərbaycanın Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi olması haqda səslənən tezisi ağıllı mövqe adlandırıb.

    Muxalifet - 5-07-2018

  20. ​Daha bir sabiq bank rəhbəri azadlığa çıxdı

    Ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifet.az lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Muxalifet - 5-07-2018

Pages