Axtarış
The search found 105828 results in 0.062 seconds.
Search results
İranda azərbaycanlılara qarşı KÜTLƏVİ HƏBSLƏR BAŞLADI - 50 fəaldan xəbər yoxdur
İranda Cənubi azərbaycanlı fəallara qarşı yeni həbs dalğası başlanılıb.
Muxalifet.az bildirir ki, Cənubi azərbaycanlı fəal soydaşlarımızın publika.az-a verdiyi məlumata görə, 2 iyul tarixindən etibarən başlanılan həbs əməliyyatları çərçivəsində 50 Güney azərbaycanlı fəal İran Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb.Muxalifet - 6-07-2018
Novruz Məmmədov Neft Fondunun Müşahidə Şurasının sədri seçildi
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
Muxalifet2 - 6-07-2018
Toydan qayıdan “NİVA” gölə düşdü - Sürücü boğulub öldü, sərnişin isə qaçdı - VİDEO
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifət.az ARB TV-yə istnadən xəbər verir ki, qəza rayonun Hacıqədirli kəndində qeydə alınıb.
Muxalifet2 - 6-07-2018
Elmar Vəliyevi güllələyən şəxsin yaxınları: “Yunis Səfərov hüquqşünasdır, tarix müəllimi işləyib”
Gəncənin icra başçısı Elmar Vəliyev və daha bir polis əməkdaşına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov radikal düşüncəli şəxsdir.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Yunis Səfərovun yaxınları məlumat verib.Muxalifet - 6-07-2018
Ərdoğan CHP-çilərə çağırış etdi: TƏLƏB EDİN!
CHP sayəsində separatçı qruplaşmanın müəyyən etdiyi şəxslər millət vəkili kimi parlamentdə yer alacaqlar.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəsini, millətini, cümhuriyyətini, dövlətini sevən hər CHP-çi vətəndaşımızı bu utanc partiyasının rəhbərliyindən hesabat tələb etməyə dəvət edirik”, - Ərdoğan bildirib.
Xatırladaq ki, CHP-nin 24 iyun seçkilərində seçicilərinin bir hissəsini PKK-nın siyasi qanadı hesab olunan HDP-yə səs verməyə yönləndirməsi nəticəsində bu partiya baryeri keçməyi bacarmışdı.
Muxalifet2 - 6-07-2018
Yaponiyada qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib
Yaponiyanın Baş Meteorologiya Bürosu ölkə ərazisində intensiv yağışlar daşqın və torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq edib.
Muxalfet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, leysan yağışları ölkənin Honsyu adasının cənub-qərbindəki Hirosima, Okayama və Tottori prefekturlarına, həmçinin Kyusyu adasındakı Fukuoka, Naqasaki və Saga prefekturlarında müşahidə olunacaq.
Hazırda 47 prefekturadan 17-də 570 000-dən çox insan təxliyyə barədə göstəriş alıb.Muxalifet - 6-07-2018
Rusiya və BƏƏ razılaşdı - VİZA REJİMİ LƏĞV EDİLİR
Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib.
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında müvafiq sənəd imzalanıb.
Qeyd olunur ki, ötən il Rusiyadan BƏƏ-yə turist axını 50 faizdən çox artıb.
Bildirilir ki, BƏƏ-yə 750 mindən çox rusiyalı turist səfər edib ki, onlar ölkə iqtisadiyyatına 2,3 milyard vəsait gətirib.
Muxalifet2 - 6-07-2018
Tbilisidə Azərbaycan vətəndaşlarının ölümünə səbəb olmuş sürücü saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyi bu gün səhər saatlarında Tbilisidə Azərbaycanın üç vətəndaşının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəzanın törədilməsində günahkar olan marşrut taksisinin sürücüsü saxlanılıb.
Sürücünün alkoqollu içkinin təsiri altında olduğu müəyyən edilib. Qəza zamanı o da xəsarət alıb. Hazırda sürücü polis mühafizəsinin altında xəstəxanada müalicə olunur. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.Muxalifet - 6-07-2018
Qiyamət günü nələr yaşanacaq? - İnanılmaz dəhşətlər, Əzrayılın ölümü və... - Tükləriniz BİZ-BİZ OLACAQ
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, “Qurani-Kərim”də Qiyamət günü yaşanacaq hadisələr, mələklərin ölümü və baş verəcək digər olayları təqdim edir:
1. Qiyamət gününün gəldiyi vaxt yaxınlaşarkən Allah ipəkdən daha yumşaq bir külək göndərəcək. Bu külək qəlbində zərrə qədər imanı olan hər kəs daxil olmaqla, Yer üzündəki insanların ruhunu bədənindən ayıracaq.
2. Qiyamət sadəcə, şərli insanların üzərində qopacaq.
Muxalifet2 - 6-07-2018
Patruşevdən Qriqoryana: QARABAĞIN HƏLLİNDƏ...
Bütün tərəflərin maraqları nəzərə alınmaqla, Dağlıq Qarabağ konfliktinin sülh və mərhələli şəkildə həllinə sadiqliyimizi bir daha bildiririk.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşdə deyib.
Tərəflər həmçinin ikitərəfli əlaqələri də müzakirə ediblər.
Muxalifet2 - 6-07-2018
SON DƏQİQƏ: Erməni birlikləri Naxçıvana hücuma hazırlaşır? - NAZİR DÖYÜŞ BÖLGƏSİNDƏ
Ermənistan Müdafiə naziri David Tonoyan Naxçıvan sərhədində yerləşən erməni hərbi mövqelərinə gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Ovanisyan məlumat yayıb.
O, ordu birliklərinin komandanlığı ilə sərhəddəki durumu müzakirə edib.
Muxalifet3 - 6-07-2018
“Neftçi”–“Uypeşt” matçının biletləri satışa çıxarılıb
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Uypeşt” futbol oyununun biletləri satışa çıxarılıb.
Muxalifet.az xəbər verir ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) manat təşkil edən biletləri “Dalğa Arena” və “Bakcell Arena” stadionlarının kassalarından əldə etmək mümkündür. Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq.
Qeyd edək ki, iyulun 12-da “Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Muxalifet3 - 6-07-2018
Xəzərdə üç nəfər batdı
Xəzərdə üç nəfər batıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə üç nəfərin batması barədə məlumat daxil olub.
Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Muxalifet3 - 6-07-2018
Gərgin matç: Fransa Uruqvayı məğlub edir - Canlı
62-ci dəqiqədə Qrizmanın dəqiq zərbəsi ilə Fransa fərqi 2 topa çatdırıb: 2 - 0
Muxalifet3 - 6-07-2018
Diqqət: Bakının bu yollarında hazırda tıxacdır - Siyahı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC hazırda şəhərin yollarında müşahidə olunan sıxlıq və tıxac haqqında məlumat açıqlayıb.
Qurumdan verilən məlumata görə, həmin yollar aşağıdakılardır:
1. Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı;
2. Üzeyir Hacıbəyov küçəsi - Cavanşir körpüsü;
3. A.Bakıxanov küçəsi - hər iki istiqamətdə;
4. Tiflis prospekti - hər iki istiqamətdə.
Muxalifet3 - 6-07-2018
Tiflisdə azərbaycanlıları öldürən sürücü saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyi bu gün səhər saatlarında Tiflisdə Azərbaycanın üç vətəndaşının ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Muxalifet.az-ın məlumatına görə, qəzanın törədilməsində günahkar olan marşrut taksisinin sürücüsü saxlanılıb.
Sürücünün alkoqollu içkinin təsiri altında olduğu müəyyən edilib. Qəza zamanı o da xəsarət alıb. Hazırda sürücü polis mühafizəsinin altında xəstəxanada müalicə olunur. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.Muxalifet3 - 6-07-2018
Deputat telefonda oyun oynayarkən yaxalandı - Video
Ukrayna Radasında baş tutan iclas zamanı deputatlardan biri smartfonda oyun oynayan zaman kameranın obyektivinə yaxalanıb.
Muxalifet.az xəbər verir ki, görüntülərdən Yevgeni Baliçki adlı deputatın “Simsiti” adlı simulyator oyunu ilə məşğul olduğu aydın olur.
Qeyd edək ki, sözügedən oyunda məqsəd müəyyən bir şəhərin yaradılması və onun infrasturkturunun inkişaf etdirilməsidir.
Muxalifet3 - 6-07-2018
“Elmara güllə atanı Milli Qəhrəman edən hər kəs ermənidir" - AÇIQLAMA
"Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.Muxalifet3 - 6-07-2018
ADNSU-ya yeni prorektor təyin olundu - Əmr
Adilxan Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnzibati-təsərrüfat işləri üzrə prorektoru təyin olunub.
Ali təhsil müəssisəsindən report -a verilən məlumata görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı onu universitetin əməkdaşlarına təqdim edib.Muxalifet3 - 6-07-2018
Ərdoğandan Nazarbayevə doğum günü təbriki
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, Türkiyə lideri qazaxıstanlı həmkarını doğum günü münasibətilə təbrik edib.
Prezidentlər iki ölkə arasında münasibətləri daha da genişləndirməyin vacibliyini ifadə ediblər.
Muxalifet3 - 6-07-2018