Axtarış
The search found 105828 results in 0.093 seconds.
Search results
Müdafiə nazirinə raket hücumu: 8 yaralı
Əfqanıstanın Qəznə əyalətində Müdafiə naziri Tariq Şah Bəhraminin olduğu valilik binasına raket atılıb.
Muxalifet.az xəbər verir ki, valilik sözçüsü Arif Nuri nazirin qatıldığı təhlükəsizlik iclasının keçirildiyi binaya hücum zamanı 8 nəfərin yaralandığını açıqlayıb. Nazir hadisə zamanı xəsarət almayıb və dərhal toplantını ləğv edərək, binanı tərk edib.
Hücumun məsuliyyətini Taliban qruplaşması üzərinə götürüb.
Muxalifet3 - 8-07-2018
Gimnastlarımız Dünya kubokunda birinci oldu
Azərbaycan gimnastları İlya Qrişunin və Ruslan Ağamirov Dünya Kuboku mərhələsində batut üzərində sinxron tullanmaq yarışında birinci olublar.
Muxalifet.az-ın məlumata görə, yarış İsveçrənin Aroza şəhərində keçirilir.
Yarışda ikinci yeri Ukraynadan olan cütlük Dmitri Sobakar və Anton Davıdenko, üçüncü yeri isə bolqar gimnastlar Mariann Mixalyev və İvelin Yordanov tutublar.
Muxalifet3 - 8-07-2018
Ərdoğanın rəqibinə növbəti zərbə
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) baş tutan toplantısında qəbul edilən yekun qərara görə 26-cı dönəmdə də sədr müşavirləri olaraq Engin Altay, Özgür Özel və Engin Özkoç vəzifələrini davam etdirəcəklər.
Muxalifet.az xəbər verir ki, CHP-dən prezidentliyə namizəd olmuş Məhərrəm İncənin yaxın ətrafından sayılan Yaşar Tüzün Türkiyə Böyük Millət Məclisinin (TBMM) spiker müavini postundan uzaqlaşdırılıb.
Onun yerinə isə Ankaradan deputat seçilən Levent Gök təyin edilib.
Muxalifet3 - 8-07-2018
Sarılarda qorxulu olay: Vaqon relsdən çıxdı
Türkiyənin Kapıkule-İstanbul dəmir yolu xəttində sərnişin qatarının bir vaqonu aşıb.
Muxalifet.az xəbər verir ki, Sarılar səmtində baş verən hadisə nəticəsində ölən, yaxud yaralananların olub-olmaması barədə məlumat verilmir.
Vaqonun hansı səbəbdən relsdən çıxdığı bəlli deyil.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
Muxalifet3 - 8-07-2018
Gülən Pensilvaniyada 24 saat belə qorunur
FETÖ lideri Fətullah Gülənin Pensilvaniyada yaşadığı düşərgənin ətrafındakı təhlükəsizlik tədbirləri mətbuatın gündəminə çevrilib. Muxalifet.az xəbər verir ki, 24 saat video-müşahidə cihazları ilə izlənən düşərgəyə gələnlərə mühafizə əməkdaşlarının foto və ya video çəkməmələri barədə xəbərdarlıq etdiyi bildirilir. Girişində silahlı və dəmir zireh geyinmiş amerikalı özəl mühafizə əməkdaşlarının keşik çəkdiyi düşərgəyə nəqliyyat vasitələri ətraflı yoxlamadan keçdikdən sonra buraxılır.
Muxalifet3 - 8-07-2018
Əsəb Xəstəlikləri Dispanserində intihara cəhd — Xəstə özünü ikinci mərtəbədən atdı
Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində pəncərəni sındıraraq özünü yerə atıb.
Muxalifet.az-ın Şəki-Zaqatala bürosunun məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.Muxalifet3 - 8-07-2018
Yaponiyada leysan fəlakəti — Ölü sayı 80 oldu
Yaponiyada leysan yağışlar fəlakətə səbəb olub.
Muxalifet.az xəbər verir ki, təbii fəlakət nəticəsində 80 nəfər həlak olub.Yerli “Kyodo” agentliyinin yaydığı məlumata görə, 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Azı 58 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə axtarışlara və xilasedici əməliyyatlara 59 min FHN əməkdaşı, Özünümüdafiə Qüvvələrinin əsgəri və polis əməkdaşı cəlb olunub.
Muxalifet3 - 8-07-2018
“Dinamikanı qorumaq lazımdır. Yenidən danışıqlara başlayırıq. Əsas zamandır...” – Ermənistandan AÇIQLAMA
Rəsmi İrəvan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün "Madrid prinsipləri" hələ də öz gücünü qoruyur.
Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib.
Erməni diplomat Ermənistan- Azərbaycan münaqişəsi üzrə gedən proseslərin inkişaf mərhələsində olduğunu iddia edib:
Muxalifet3 - 8-07-2018
Öldürdüyü sevgilisinin meyitini görməyə getdi — Polisə yaxalandı
Türkiyənin Sakarya əyalətində qəribə hadisə baş verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə yaşadığı sevgilisini bıçaqlayaraq qətlə yetirən qadın daha sonra yoxa çıxıb. Olay gecə saatlarında olub. Belə ki, 32 yaşlı adı açıqlanmaya qadın bir müddətdir, birlikdə yaşadığı 42 yaşlı Muradla səbəbi bilinməyən mübahisəyə başlayıb. Mübahisə böyüyüb davaya çevrildikdən sonra əsəbi qadın bıçağa əl atıb. O, sevgilisini bir neçə dəfə bıçaqlayıb.
Murad hadisə yerində keçinib, qadın isə yoxa çıxıb.Muxalifet3 - 8-07-2018
“Atəşkəs yenidən pozulsa, erməni tərəfi çox ziyan çəkəcək” - Millət vəkili
Atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
O, qeyd edib ki, atəşkəsi isə işğalçı Ermənistan, onun rəhbərliyi təhdid edir.
Millət vəkilinin sözlərinə görə, atəşkəs yenidən pozulacağı təqdirdə də, ən çox ziyan çəkən və itirən tərəf Ermənistan olacaq.Muxalifet3 - 8-07-2018
Ruslar ayağa qalxdı: Bu görüntü FİFA-nı hərəkətə keçirdi
DÇ-2018 çərçivəsində Rusiya ilə keçirilən matçda vurduğu qolla diqqətləri üzərinə çəkən xorvat futbolçu Domoqoy Vida ağır cəza ilə üzləşə bilər.
Muxalifet.az xəbər ki, Vidanın keçmiş ukraynalı futbolçu Oqnjen Vukojeviç ilə çəkdiyi videoda "Yaşasın Ukrayna! Bu qələbə "Dinamo Kiyev" və Ukrayna üçündür" sözlərini deməsi FİFA-nı hərəkətə keçirib. Məlumata görə, futbol qurumu bu ifadələrdə siyasi çalarlar olması səbəbilə istintaq başladıb. İttiham sübuta yetirilsə, Vida 2 oyunluq cəza alacaq və təxminən 5 min İsveçrə frankı məbləğində cərimələnəcək.Muxalifet3 - 8-07-2018
Millət vəkili: Virtual aləm qanunvericiliklə tənzimlənməlidir
Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Düşünürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir. Bunu açıqlamasında millət vəkili Sona Əliyeva deyib. O, qeyd edib ki, virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu var. “Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq.
Muxalifet3 - 8-07-2018
Ərdoğanı 10 min polis qoruyacaq - Mühüm gün
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah baş tutacaq andiçmə mərasiminə 22 dövlət başçısı qatılacaq.
Muxalfet.az xəbər verir ki, mərasimlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görüləcək.
Məlumata görə, bunun üçün 10 mindən çox polis asayişin qorunmasına yönləndirilib.
Andiçmədə dövlət başçıları ilə yanaşı, bir sıra ölkələrin nazirləri, parlament rəhbərləri və deputatları da iştirak edəcək.
Qeyd edək ki, R.T.Ərdoğan iyunun 24-də keçirilən prezident seçkilərində 52,5 faiz səslə qalib gəlib.
Muxalifet3 - 8-07-2018
“Qəbələ”dən UEFA-ya ərizə: 18 futbolçu
“Qəbələ” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, “Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
Qapıçılar
22. Dmitri Bezotosnıy
30. Aqil Məmmədov
Müdafiəçilər
34. Ürfan Abbasov
18. İlqar Qurbanov
33. Təmkin Xəlilzadə
27. Bəhlul Mustafazadə
5. Rasim Ramaldanov
3. Voyislav Stankoviç
Yarımmüdafiəçilər
8. Qismət AlıyevMuxalifet3 - 8-07-2018
Xatəmidən etiraf: Bu, İran üçün böyük təhdiddir
Korrupsiyaya qarşı mübarizə və ədalətin təmin olunması məsələsində uğur əldə edə bilmədik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib.
"Korrupsiya İranın gələcəyi üçün böyük təhdiddir. Lakin mən gənclərə ümidsizliyə qapılmamağı tövsiyə edirəm. İndi islahatçılarının qarşısında duran əsas vəzifə İranı xilas etməkdir", - Xatəmi bildirib.
Muxalifet3 - 8-07-2018
Fransa “İpək yolu dəstək qrupu”na üzv qəbul edildi
ATƏT PA çərçivəsində “İpək yolu dəstək qrupu”nun tədbiri keçirilib.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Azərbaycanının ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili məlumat verib.
O, qeyd edib ki, tədbir zamanı daha bir ölkə-Fransa qrupa yeni üzv seçilib.
Bununla da, qrupa üzv olan ölkələrin sayı 23-ə çatıb.
“Həmçinin, qrup 1 illiyini qeyd etdi”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Qeyd edək ki, qrupun növbəti iclası 2019-cu ilin yazında Minsk şəhərində keçiriləcək.
Muxalifet3 - 8-07-2018
Deputatdan etiraz: Ermənistan Avropada daha çox hərbiləşdirilmiş ölkədir
Berlində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasın işində Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb.Muxalifet3 - 8-07-2018
Yerro İspaniya yığmasından getdi
Fernando Yerro İspaniya yığmasının baş məşqçisi postundan azad edilib. Muxalifet.az xəbər verir ki, Azərbaycan İspaniya Kral Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, 50 yaşlı mütəxəssis həmçinin qurumdakı vəzifəsindən də istefa verib. Qeyd edək ki, Yerro dünya çempionatı başlamamışdan bir gün əvvəl istefa verən Xulen Lopeteqin yerinə İspaniya yığmasına baş məşqçi gətirilib.
Muxalifet3 - 8-07-2018
PKK-nın "maliyyə rəisi" öldürüldü
Türkiyə Daxili İşlər Nazirliyi "Sərdar" kod adlı terrorçu Sərkan Tanın məhv edildiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, nazirlik Şırnakda keçirilən əməliyyat zamanı öldürülən PKK-çılardan birinin uzun müddətdir axtarışda olan Sərkan Tan olduğunu bildirib.
Məlumata görə, o, PKK-nın Van vilayəti üzrə "maliyyə rəisi" kimi fəaliyyət göstərirdi.
Muxalifet3 - 8-07-2018
ATƏT-in iclasında ermənilər özünü itirdi
Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Muxalifet3 - 8-07-2018