Axtarış

The search found 105828 results in 0.073 seconds.

Search results

  1. ​Ərdoğanın andiçməsində kimlər iştirak edəcək? – Siyahı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün qonaqlar artıq qardaş ölkəyə gəlməyə başlayıb.
    Muxalifet.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın bu gün Beştəpədə keçiriləcək andiçmə mərasimində 22 ölkənin prezidenti, 28 baş nazir və parlament sədri, həmçinin 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.
    Siyahını təqdim edirik:

    Ölkə başçıları:

    Muxalifet - 9-07-2018

  2. SON DƏQİQƏ: Rusiya Ukraynanın 7 gəmisini ələ keçirdi

    Rusiya FTX-nin Sərhəd Xidməti Ukraynanın Berdyansk və Mariupol limanlarına gedən 7 gəmini Azov dənizində ələ keçirib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı öz Feysbuk səhifəsində ukraynalı aktivist Andrey Klimenko paylaşıb. O, 6 gəminin 8 iyulda, 1-nin isə ayın 9-da gecə saatlarında ələ keçirildiyini bildirib.
    Klimenko Ukrayna hökumətini Rusiyanın addımlarına qarşı heç bir cavab verməməkdə ittiham edib.

    Muxalifet - 9-07-2018

  3. Qubada hoteldə ŞOK OLAY: kanat qırıldı, ölən və yaralananlar var - YENİLƏNDİ

    Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, qəza zamanı xəsarət alan rayon sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlunun vəziyyəti stabildir:

    "Həsənov Rafiq Əziz oğlu sağ baldırın cırılmış yarası, Əliməmmədov Ruhid Mehman oğlu isə döş qəfəsinin əziyi diaqnozu ilə müalicəyə alınıb. Hazırda xəstələr mərkəzdə həkimlərin nəzarəti altındadır. Vəziyyətləri stabildir".

    ***

    Quba rayonunda bədbəxt hadisə baş verib.

    Muxalifet2 - 9-07-2018

  4. Sabah 41 dərəcə isti olacaq - Hava proqnozu

    Azərbaycanda sabaha, iyulun 10-na olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

    Muxalifet2 - 9-07-2018

  5. QARABAĞA BÖYÜK DÖNÜŞ PLANI - İşğaldakı torpaqlarımız qaytarılır...

    Azərbaycan addım-addım itirilmiş torpaqlarına sahib çıxır

    Muxalifet4 - 9-07-2018

  6. İran Amerikanı Hörmüz boğazını bağlayacağı ilə hədələyir:ekspertlər Tehranın bu cürətdə olacağına şübhə edirlər – Təhlil

    İran hərbi-siyasi rəhbərliyi Hörmüz boğazından keçən neft ixracatını birtərəfli qaydada bağlamağı vəd edir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərindən İsmayıl Qusari bu cür bəyanatla çıxş edib. O, əlavə edib ki, bu, Birləşmiş Ştatların başqa ölkələrə Tehrandan qara qızıl almağı yasaqlamaq qərarına cavab olacaq.

    Muxalifet2 - 9-07-2018

  7. Bu müsabiqədə Azərbaycanı 3 startap təmsil edəcək

    “Social Innovation Lab” (“Sil.”) innovasiya mərkəzinin əsas təşkilatçılığı və Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib. Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.

    Muxalifet2 - 9-07-2018

  8. Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı –Bu gündən quvvəyə minir

    Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay müddətinə uzadıb.

    Bu barədə Avropa Birliyinin rəsmi jurnalı məlumat yayıb.

    Sənəddə qeyd olunur ki, iyulun 5-də Avropa Şurası Rusiya iqtisadiyyatının spesifik sektorunun yönəlmiş sanksiyaların müddətini 2019-cu il yanvarın 31-dək uzadıb. Avropa Birliyi Ukraynadakı vəziyyətə görə martda 150 şəxsə və 38 təşkilata qarşı sanksiyaların müddətini sentyabrın 15-dək artırıb.

    Qərar iyulun 9-dan qüvvəyə minib.( Virtualaz.org)

    Muxalifet2 - 9-07-2018

  9. Dünyanın ƏN VARLILARI seçildi- SİYAHI

    “Bloomberg” agentliyi dünyanın ən varlı adamlarının növbəti reytinq cədvəlini yayımlayıb.

    Muxalifət.az xəbər verir ki, “Bloomberg Billionaires Index” (BBI) indeksində dünyanın ən varlı insanlar reytinqi sırasında ilk pillərləri "Amazon” şirkətinin rəhbəri Ceff Bezos, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və “Facebook” şirkətinin yaradıcısı Mark Sukerberq tutub. Hər üç lider şəxsin İT biznesinin nümayəndələri olması reytinq cədvəli tarixində bir ilk olub.

    Muxalifet2 - 9-07-2018

  10. İşçilərini müqaviləsiz işlədən şirkətlər cəzalanacaq –Dövlət sifarişlərindən məhrum olunacaqlar (RƏSMİ)

    Azərbaycan hökuməti işçiləri müqaviləszi işlədən şirkətlərə qarşı ciddi tədbirlərə hazırlaşır.

    FED.az-a hökumətdən verilən məlumata görə, tədbirlər eyni zamanda bir nçə məsələni əhatə edəcək.  Söhbət həm böyük məbləğdə cərimələrdən, həm də belə şirkətlərin dövlət sifarişlərindən kənarda qalmasından gedir.

    Muxalifet2 - 9-07-2018

  11. Azay Quliyev ATƏT PA-da işğal olunmuş ərazilərimizdəki Ermənistan ordusunun sayını açıqladı

    Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

    Muxalifet2 - 9-07-2018

  12. Bilgəhdə “Mersedes” aşdı: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

    Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, iyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mersedes” markalı avtomobili idarə edərkən onu (təkərin cırılması nəticəsində) aşırıb. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölüb, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 9-07-2018

  13. Nə Putin, nə də Tramp güzəştə gedəcək – Şərh

    Vladimir Putinlə Donald Trampın görüşü heç nəyi dəyişməyəcək.

    Bu sözləri Putinlə Trampın gözlənilən görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib.

    Muxalifet2 - 9-07-2018

  14. "Binə" ticarət mərkəzində mağaza qarət edildi

    bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

    Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 974 manat və 7100 ABŞ dolları oğurlanıb.

    Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zabil Səmədov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.

    Muxalifet2 - 9-07-2018

  15. Paşinyan istəyinə çatdı: O da istefaya getdi

    İrəvan meri Taron Markaryan istefaya gedib.
    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb.
    Qeyd edək ki, Markaryan Respublikaçılar Partiyasının yaradıcılarından biri olan Andranik Markaryanın oğludur. O, 2011-ci ildən İrəvan meri vəzifəsini tutur. Markaryan son aylar ərzində Ermənistanın yeni hökumətinin əsas tənqid hədəflərindən biri olub.

    Muxalifet2 - 9-07-2018

  16. Türkiyədə baş verən dəmiryol qəzasına görə iki maşinist tutulub

    Türkiyəni Tekirdağ əyalətində baş verən dəmiryol qəzasına görə iki maşinist tutulub.

    “Report” xəbər verir ki, bu məlumatı CNNTurk yayıb.

    Türkiyə KİV-in yazdığına görə, bu dəmiryolu xətti ilə bağlı tenderin elan edilməsi 2018-ci il iyunun 21-də ləğv olunub. Amma məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

    Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vagondan ibarət qatar relsdən çıxıb. Qatarda 6 heyət və 362 sərniin olub. Qəza zamanı 5 vagon relsdən çıxaraq, aşıb. Qəza nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb.

    Muxalifet2 - 9-07-2018

  17. ABŞ-la İranın dəhşətli müharibəsi üçün İLK ADDIM ATILDI - Ordu əmr gözləyir

    ABŞ-ın İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq etmək təhdidinə qarşı bu öləkinin cavabı sərt oldu. Belə ki, İran qarşı tərəfi dünya miqyasında dəniz üzərindəki neft ticarətinin 30%-nin gerçəkləşdiyi Hörmüz boğazını bağlamaqla təhdid etdi. Bu durum ABŞ-ın bölgədə yerləşdirdiyi 5-ci donanması ilə qarşıdurma ehtimalını özü ilə birgə gətirib.

    Muxalifet2 - 9-07-2018

  18. ADA-da yeni ixtisas yaradıldı – Təhsil haqqı...

    Azərbaycan Diplomatiya Akademiyasında (ADA) hüquqşünas ixtisası yaradılıb.

    Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, ixtisas üçün illik təhsil haqqı 6500 manat təşkil edəcək.

    Ekspert onu da qeyd edib ki, hüquqşünaslıq ixtiası üzrə hələlik 40 plan yeri ayrılıb.

    Muxalifet2 - 9-07-2018

  19. ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ

    Kulis.az  “Atamın xatirəsi” layihəsində Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevdən müsahibə götürüb.

    Muxalifət.az müsahibəni oxucularına təqdim edir.

    – Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?

    – Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır.

    – Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?

    Muxalifet2 - 9-07-2018

  20. Pompeo Əfqanıstana getdi

    ABŞ Dövlət katibi Maykl Pompeo gözlənilmədən Əfqanıstana gedib.

    Muxalifət.az xəbər verir ki, “Ariana” Pompeonun Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə görüşdüyü barədə məlumat yayıb.

    Onun Əfqanıstanın digər rəsmi şəxsləri ilə də görüşlər keçirdiyi bildirilir.

    Muxalifet2 - 9-07-2018

Pages