Axtarış
The search found 105828 results in 0.083 seconds.
Search results
RUSİYALI MUZDLULAR RƏSMİ TANINMA TƏLƏB EDİR –Millətçilər Kremlin satqın və qorxaq olduğunu düşünürlər - TƏHLİL
Kreml hərbi müdaxilələrdə muzdlu əsgərlərin istifadəsini gizlədə bilmir, çünki həmin əsgərlərin əksəriyyəti əyalətlərdən toplanır, paytaxtdan uzaqlarda isə milliyyətçi dəstələrin rolu açıq şəkildə müzakirə edilir. Bu və digər mülahizələr Rusiyanın, nəhayət, xüsusi birləşmələrdən istifadəni etiraf edəcəyi ehtimalını doğurur.
Muxalifet2 - 9-07-2018
В Испании бык снял часть скальпа с матадора
Знаменитый испанский матадор Хосе Падилья получил травмы после столкновения с быком во время корриды в Аревало (автономное сообщество Кастилья и Леон). На видео заметно, как бык цепляет 45-летнего матадора, после чего тот падает на землю. Мужчина получил еще несколько ударов, но смог самостоятельно подняться на ноги и убежать. В сражении с животным Падилья потерял часть кожи на голове. Его немедленно отвезли в больницу и успешно прооперировали. «Со мной все в порядке, и хочу заверить всех, что после инцидента нахожусь в очень хорошем состоянии», — приводит RT слова мужчины.
Muxalifet4 - 9-07-2018
FHN Qubada hoteldə baş vermiş qəza ilə bağlı məlumat yaydı: 1 ölü, 2 yaralı
Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.
Muxalifet2 - 9-07-2018
Ermənistanda tanınmış "kölgə milyonçusu" intihar edib
Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, “Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.
Onun özünü güllə ilə başından vurduğu iddia edilir.
Bildirilib ki, Nikolay Qabrielyan Ermənistanda kölgə milyonçularından bir olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qaynatası imiş. Vardanya isə 2017-ci ilin yayında ölüb.
Muxalifet2 - 9-07-2018
Xalq ayağa qalxdı: Türk ordusu gəlsin!
Suriyada YPG-PKK terror qruplaşmasının torpaqlarını işğal etdiyi Menbiç sakinləri vətənlərinin terrorçulardan azad edilməsi üçün Türkiyənin müdaxiləsini tələb ediblər.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Muxalifet2 - 9-07-2018
PKK-ya bir zərbə də Almaniyadan
Terror təşkilatı PKK ilə əlaqəsi olan dərnəyin Alman polisi tərəfindən basılması təşkilat rəhbərliyini çılğına döndərib.
Türk Silahlı Qüvvələrinin Suriyada və İraqda terror təşkilatlarına qarşı hərəkat başlaması ilə Türkiyəyə silah satmağı qadağn edən Almaniya, ölkədə keçirilən terror aksiyalarına də davamlı icazə verirdi.
24 iyun seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən sonra Almaniyanın terror təşkilatı PKK-ya qarşı münasibəti dəyişib..Muxalifet3 - 9-07-2018
Fransa prezidentinin SSRİ rəhbərinə sirli zəngi... - ŞARL DE QOLUN AXTARDIĞI ƏHMƏDİYYƏ CƏBRAYILOV KİM OLUB? – VİDEO
Muxalifet.az dünya şöhrətli azərbaycanlı, ikinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov haqqında maraqlı filmi oxucularına təqdim edir.
Xatırladaq ki, Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.Muxalifet4 - 11-11-2018
Rezidenturaya qəbulun nəticələri açıqlandı –Cavabları necə öyrənmək olar?
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının II mərhələsinin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Muxalifet2 - 9-07-2018
“Ərdoğan Akşənərlə ittifaq qura bilər” - Politoloq
Türkiyədə seçkilər başa çatdı.Artıq hazırkı dövlət başçıs Rəcəb Tayyib Ərdoğan geniş səlahiyyətli prezidentə çevirildi və hökuməti qurmaq ixtiyarına sahib oldu. Buna baxmayaraq, Ərdoğanın rəhbərlik etdiyi AKP parlament üstünlüyünü təkbaşına qazana bilmədi və parlamentdə mühüm qərarların qəbul olunması üçün MHP-nin səslərinə möhtac qaldı. Lakin dövlət çevrilişi cəhdindən sonra AKP-ni siyasi olaraq dəstəkləyən MHP-nin bəzilərinin düşündüyü kimi, heç də “qoltuq partiya” olmayacağı qənaətindəyəm.
Muxalifet2 - 9-07-2018
Azərbaycanın 70 ölkədə səfirliyi var –Elmar Məmmədyarov açıqladı
Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.
Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub.
“Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir”, nazir qeyd edib.
Muxalifet2 - 9-07-2018
Lüks avtomobillərlə milyonluq soyğun
Ankarada bir çox villanı soyan "Kabus" ləqəbi ilə tanınan oğru dəstəsinin başçısı Sərxan Y. ilə iki şübhəli, Polisin Oğurluq Şöbəsi əməkdaşları tərəfindən əməliyyat nəticəsində yaxalanıb. Şübhəlilər, sövq edildikləri məhkəmədə həbs olunub.
Muxalifet3 - 9-07-2018
Qanunsuz ov edənlərdən 17 ov tüfəngi, 83 patron götürüldü
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.
Muxalifet2 - 9-07-2018
Köçəryan meydan oxudu: Faktları açıqlayacam...
Ermənistanın eks-prezidenti Robert Köçəryan qiyabi formada istənilən suala cavab verə bilər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Köçəryanın mətbuat katibi Viktor Soqomonyan deyib.
“Köçəryanın dediklərində nə dövlət, nə də xidməti sirlər olacaq. Buna görə də biz İstintaq Xidmətindən Köçəryanın sorğusunun videoya çəkilməsini istəyəcəyik. 1 mart 2008 və 27 oktyabr 1999-cu il (parlament teraktı) hadisələriylə bağlı faktlar gün işığına çıxanda cəmiyyət çox təəccüblənəcək”, – deyə o bildirib.
Muxalifet2 - 9-07-2018
“Qəza göstərdi ki, “Azərenerji”nin indyə qədər dedikləri quru söz imiş” –EKSPERT ŞƏRHİ
“Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin (İES) yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının ilkin rəyinə görə, “Azərbaycan İstilik Elektrik Stansiyası” texniki cəhətdən “qocalıb”. İES-ə əlavə vəsaitin, investisiya cəlb edilməsinin bir xeyri yoxdur”.
Muxalifet2 - 9-07-2018
88 yaşlı Fələstinli nənədən Ərdoğana mesaj
Fələstində 88 yaşlı yaşlı nənə Əminə Abdulla Darviş Kanan, prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, "Qüds sizə əmanətdir. Qüdsü azad edin" deyib.
Muxalifet3 - 9-07-2018
ATV-də efir zamanı əlbəyaxa dava - VİDEO
ATV-də yayımlanan “10-dan sonra” proqramının qonaqları aşıq Namiq Fərhadoğlu ilə Fəzail Miskinli olub.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, efir zamanı aşıqlar arasında mübahisə düşüb. Namiq canlı yayımda Fəzaili aşıq hesab etmədiyini deyib. Qarşı tərəf isə ona sərt cavab verib.
Aparıcı Yusif Ağayev tərəfləri sakitləşdirməyə çalışsa da, alınmayıb.
Dava reklam fasiləsində də davam edib. Sənətçilərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Aşıqlar bir-birini təhqir ediblər. Ətrafdakılar onları ayırmağa çalışıblar.
Muxalifet4 - 9-07-2018
PKK-da qadın böhranı
Türkiyənin Qəndili məhv etmək üçün başladığı əməliyyat əmin addımlarla terror bazasının mərkəzinə doğru irəliləyərkən, terror təşkilatında yenə qadın böhranı baş verib.
Muxalifet3 - 9-07-2018
Türkiyə Super Liqasının püşkü atıldı
Futbol üzrə Türkiyə Super Liqasında 2018-2019 mövsümünün püşkü atılıb.
Muxalifet.az məlumatına görə, avqustun 10-da start götürəcək çempionat 2019-cu il mayın 29-da başa çatacaq.
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yer aldığı "Trabzonspor" klubu ilk turda səfərdə "Başakşehir"lə üz-üzə gələcək.
Son çempion "Qalatasaray" səfərdə "Ankaragücü" ilə qarşılaşacaq. "Beşiktaş" və "Fənərbağça" isə ilk oyunlarını doğma meydanda keçirəcəklər. Onlar müvafiq olaraq "Akhisarspor" və "Bursaspor"u qəbul edəcəklər.Muxalifet - 9-07-2018
Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də...
Moskva-Ankara əməkdaşlığını Rusiya və Belarusun ittifaq dövləti formatına qədər genişləndirmək imkanları var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.Muxalifet - 9-07-2018
Nazirlik əməkdaşı yol qəzasında öldü...
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vetib.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb.
Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99 DK 409 dövlət nömrə nişanlı, "Hunday Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.Muxalifet - 9-07-2018