Axtarış

The search found 105828 results in 0.069 seconds.

Search results

  1. Avtomobil sürüyə girdi - 57 qoyun tələf oldu

    İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində avtomobil yoldan keçən çoban və qoyun sürüsünü vurub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Qazax rayonunun Daşsalahlı kəndi ərazisində baş verib.

    Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

    Nəticədə, A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

    Muxalifet2 - 10-07-2018

  2. İRANIN SURİYADAKI TƏSİRİNİ AZALTMAQ:güzəştlər qarşılığında Rusiyadan tələb olunanın icrası elə də asan deyil - TƏHLİL

    Rusiyanın “Kommersant” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, iyulun 16-da Helsinkidə keçiriləcək zirvədə Suriya münaqişəsi Vladimir Putin və Donald Tramp arasında müzakirə mövzusu ola bilər. Moskva Vaşinqtona ikisəhifəlik bir sənəd çatdırıb və o, prezidentlərin gələcək görüşünün sonunda açıqlanacaq rəsmi bəyanatın əsası ola bilər.

    Muxalifet2 - 10-07-2018

  3. Gəncədə intihar –41 yaşlı kişi özünü beşmərtəbəli binadan atdı

    Gəncə şəhərində 41 yaşlı kişi intihar edib.

    Məlumata görə, Yeni Gəncə qəsəbəsində 1977-ci il təvəllüdlü Məmmədov Adil Ələddin oğlu özünü beşmərtəbəli binadan ataraq intihar edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır/Report.

    Muxalifet2 - 10-07-2018

  4. NATO-dan Türkiyənin S-400 raketləri almasına İNANILMAZ REAKSİYA

    NATO-nun baş katibi Yens Stoltenberq 11-12 iyul tarixində baş tutacaq NATO-nun Brüssel zirvəsi və Türkiyənin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemləri ilə bağlı önəmli açıqlamalar verib.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, baş katib NATO üzvlərinin hansı hərbi təchizatı alacağının onların şəxsi qərarları olduğunu bildirib.

    Stoltenberq qeyd edib ki, NATO üçün əhəmiyyətli olan müttəfiqlər tərəfindən istifadə edilən hərbi təchizatların birlikdə çalışmaq qabiliyyətinə sahib olmasıdır.

    Muxalifet2 - 10-07-2018

  5. Silah və narkotik alverçisi həbs edildi – Cəlilabadda əməliyyat

    Cəlilabad rayonunda silahlı şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.

    Muxalifet2 - 10-07-2018

  6. Binəqədidə beşmərtəbəli yaşayış binasında yanğın –17 nəfər təxliyyə olunub

    Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.

    Muxalifət.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub: “Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb”.

    Muxalifet2 - 10-07-2018

  7. Rusiya Ermənistana MiQ-29-lar göndərdi

    Rusiya Ermənistandakı Erebuni aviabazasına MiQ-29 təyyarələri yerləşdirib.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

    Aviabazaya göndərilən təyyarələrin modernləşdirildiyi bildirilib.

    Bazaya nə qədər təyyarənin göndərildiyi açıqlanmayıb.

    Muxalifet2 - 10-07-2018

  8. “Fahişə şəbəkəsi”nə qarşı əməliyyatdan sonra ortaya çıxdı

    Türkiyədə Adana vilayətinin Barama rayonunda təşkil olunan fahişəlik şəbəkəsinə yönəlik əməliyyatda həbs olunan Gürcüstan əsilli M.S-də (49) QİÇS-in xəstəliyinə yol açan virus aşkar edilib.
     

    Muxalifet3 - 10-07-2018

  9. "Gəncədə törədilən cinayət terror aktıdır" - Mübariz Qurbanlı

    "Gəncə şəhərində törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə etməkdir".
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Muxalifet - 10-07-2018

  10. Köçəryan günahı müdafiə nazirinin üstünə atdı:"O, ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi əmri verib"

    Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib.

    Bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Yerevan Tudey” qəzetinə verdiyi yazılı müsahibədə yer alıb. Onun sözlərinə görə, məhz Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi N0038 əmrini verib:

    Muxalifet2 - 10-07-2018

  11. Ekspert: “Atılan addımlar ölkədə mobil telefonun bahalaşmasına səbəb olacaq”

    Son zamanlar Azərbaycanda internet saytlarında, sosial şəbəkələrdə mağazalardan daha ucuz qiymətə mobil telefonlar satılır. Bu mobil telefonlar mağazada satılandan təxminən 100 manat ucuz olur.

    Muxalifet2 - 10-07-2018

  12. ​Sumqayıtda 4 oğlandan DƏHŞƏTLİ ƏMƏL: insanlara gizlicə yaxınlaşıb... - ŞOK TƏFƏRRÜAT

    Sumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

    Muxalifet - 10-07-2018

  13. Çempionlar Liqası həyəcanı başlayır

    Bu gün Avropanın ali futbol turniri Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start veriləcək.

    Muxalifət.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ın mübarizəyə qatıldığı bu mərhələnin ilk oyun günündə 10 matç keçiriləcək.

    Çempionlar Liqası

    I təsnifat mərhələsi

    10 iyul

    19:30 "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail)

    19:30 "Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova)

    20:00 "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya)

    Muxalifet2 - 10-07-2018

  14. Nazir təyin olunduğunu aeroportda bildi -Sürpriz zəng

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib.

    AzVision.az-ın məlumatına görə, yeni hökumətdə ticarət naziri olan Ruhsar Pekcan təyinatı barədə xəbəri hava limanında öyrənib.

    Muxalifet2 - 10-07-2018

  15. İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı xidmət özü yayıb. Onun 1 mart hadisələriylə bağlı şahid kimi dindiriləcəyi bildirilib.

    Xaçaturovun iyulun sonuna qədər istintaqa ifadə verəcəyi vurğulanıb.

    Qeyd edək ki, Xaçaturov 1 mart hadisələri zamanı İrəvan qarnizonun rəisi vəzifəsini tutub. Serj Sərkisyanın prezident olmasından sonra o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

    Muxalifet2 - 10-07-2018

  16. Qida Təhlükəsizliyi Agentliyində YENİ TƏYİNATLAR - FOTO

    Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub.

    Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.

    Muxalifet2 - 10-07-2018

  17. Başqan Ərdoğanın ilk günü Vaşinqtonda necə izləndi: SƏRDAR TURQUTUN YAZISI

    Vaşinqtondakı ən təcrübəli əcnəbi müxbirlər arasındayam. İllərdir ki, dünən kimi Türkiyənin diqqət və həyəcanla izləndiyini görməmişdim.
    ABŞ hakimiyyətinin bütün strukturlarında insanlar başqan Ərdoğanın birinci gününün daşıdığı mesajlara konsentrasiya olmuşdu. Onun ilk gün etdiyi bütün çıxışların tərcümələri anında analiz edilirdi. Bütün strukturlar prezidentlik dövründə Türkiyənin istiqamətinin nə olacağına dair proqnozlar vernək və bunun Türk-Amerkan əlaqəsinə necə təsir edəcəyinə ortalığa qoymağa çalışırdılar.

     

    Muxalifet3 - 10-07-2018

  18. Yaponiyada 3 nəfər isti, 134 nəfər daşqınlar səbədindən öldü

    İyulun 2-dən 8-dək bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb, daha 2722 nəfər isə xəstəxanaya yerləşdirilib Trend-in məlumatına görə, bu barədə Yaponiyanın yanğınsöndürmə və təcili tibbi yardım xidməti bildirib.

    Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayının bir qədər azaldığı bildirilir.

    Qeyd edək ki, bu arada Yaponiyanın başqa rayonlarında hökm sürən leysan yağışları daşqınlara səbəb olub. Məlumata görə, daşqınlarda 134 nəfər həyatını itirib, daha 88 nəfəru=in taleyi isə məlum deyil.

    Muxalifet2 - 10-07-2018

  19. Xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb - RƏSMİ

    Daxili İşlər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində son bir ildə xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb, 12 əcnəbi ekstremist Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkə hüdudlarından çıxarılıb.

    Trend-in məlumatına görə, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

    Muxalifet2 - 10-07-2018

  20. Çiprasdan Ərdoğanın andiçmə mərasiminə qatılan nazirə təpki!

    Yunanıstanın baş naziri Alexis Çipras, prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılan keçmiş xarici işlər naziri, deputat Dora Bakoyannisə təpki göstərib. Yunanıstanın baş naziri Alexis Çipras, prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılan keçmiş xarici işlər naziri, deputat Dora Bakoyannisə, "Yunan hökuməti ilə məsləhətləşmədən mərasimə qatılması qəbul edilmezdir" deyə, təpki göstərib.

    Muxalifet3 - 10-07-2018

Pages