Axtarış

The search found 105828 results in 0.063 seconds.

Search results

  1. “Azərenerji” büdcəyə ağır yükə çevrilib –Ekspert dövlət şirkətlərinin qəsdən mənfəət göstərmədiklərinin səbəblərini açdı

    Dövlət büdcəsini təhlil edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi hesablayıb ki, keçən il büdcənin 30 faizi borcların ödənilməsinə xərclənib, bunun 20 faizə qədəri elə iri dövlət şirkətlərinin aldqları borcları qaytarmağa gedib.

    Mərkəzə görə dövlət büdcəsindən, böyük maliyə yardımı alan yalnız “Azərenerji” deyil, SOCAR, AzAL, Azərişıq, Azərkosmos, Beynəlxalq Bank kimi qurumlar da bu qəbildəndir. Mərkəzin rəhbəri Azər Mehdiyev “Azadlıq” radiosuna bunları bildirib:

    Muxalifet2 - 10-07-2018

  2. NATO liderləri Brüsselə toplaşır: SAMMİTDƏ GƏRGİNLİK..

    NATO-nun 29 lideri, iyulun 11-12-də Brüsseldə alyansın gələcəyinə dair mühüm qərarlar almaq üçün sammitdə bir araya gələcək.
     
    NATO-nun baş katibi Stoltenberq, vəzifə müddəti çərçivəsində üçüncü dəfə NATO Sammitinə sədrlik edəcək.

    Muxalifet3 - 10-07-2018

  3. Ərdoğan Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət etdi

    Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

    Muxalifət.az xəbər verir ki, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

    Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən "Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik", deyə bildirib.

    Muxalifet2 - 10-07-2018

  4. Xaçmazda 67 yaşlı qadın kanalda batdı

    Xaçmazda 67 yaşlı qadın kanalda batıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy məlumat yayıb.

    Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub.

    Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Muxalifet2 - 10-07-2018

  5. Nazirlikdən insanlara HAVA XƏBƏRDARLIĞI: 13 iyuladək...

    Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bununla bağlı xəbərdarlıq edilir.

    Xəbərdarlıqda bildirilir ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir:

    Muxalifet2 - 10-07-2018

  6. Ərdoğandan Bakıdakı Şəhidlər Xiyabanında diqqətçəkən mesaj

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qəbiri və Türk və Azərbaycanlıların uyuduğu şəhidlər xiyabanlarını ziyarət edib.
     
     Bakıdakı Şəhidlər Xiyabanındakı abidələri ziyarət edən Ərdoğan, çələng, şəhid məzarlarına isə qərənfil qoyub.
    Ərdoğan, abidə şərəf dəftərinə bunları yazıb:

    Muxalifet3 - 10-07-2018

  7. Sürücülərin NƏZƏRİNƏ - Bu yollarda təmir var

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

    Muxalifet2 - 10-07-2018

  8. İlham Əliyev və Ərdoğan təkbətək görüşdü

    İyulun 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

    Muxalifət.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

    Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Muxalifet2 - 10-07-2018

  9. İraq-Suriya sərhədində çirkli oyun! O BÖLGƏNİ PKK-ya BURAXDILAR

    İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Duhok şəhərində yaşayan Sincar  üzrə səlahiyyətlisi Mehmab Xəlil, Anadolu Agentliyinə verdiyi açıqlamada, İraq ordu qüvvələrinin rayonun cənubu ilə birlikdə İraq-Suriya sərhədindən çəkildiyini, yerinə İranın dəstəklədiyi Haşdi Şabi və PKK-lı ünsürlərin yerləşdiyini bildirib.
     
    İraq ordu qüvvələrinin bölgədən çəkilməsinin yeni böhranlara üçün şərait yaradacağını deyən Xəlil, “Haşdi Şabi və PKK regionu qeyri-sabitliyə sürükləyəcəkdir” xəbərdarlığını edib.

    Muxalifet3 - 10-07-2018

  10. Bakıda yanacaq məntəqəsinə maskalı basqın – Cinayət

    Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirli bilinən Sərxan Mayilli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı iyulun 10-na təyin edilib.

    Muxalifet2 - 10-07-2018

  11. Paşinyanın oğlu Qarabağın harasında yerləşdi? - FOTO

    Dünən Ermənistan KİV-i işğalçı ölkənin baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın hərbi xidmətə yola düşməsi barədə məlumat tirajladı.

    Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, düşmən mətbuatı Aşot Paşinyanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında könüllü xidmətə yollanmasını şişirdilmiş və daxili auditoriyaya hesablanmış emosional rənglərlə çatdırdı. Emosional effekti gücləndirmək üçün isə baş nazirin oğlunun təmas xəttinin ən çətin mövqelərindən birində xidmətə yollandığı bəyan edildi.

    Muxalifet2 - 10-07-2018

  12. "Sevilya"nın futbolçusu: "Yaxın hədəfimiz Avroliqanın qrup mərhələsidir"

    İspaniyanın "Sevilya" klubunun futbol üzrə Avropa Liqasındakı yaxın hədəfi qrup mərhələsinə yüksəlməkdən ibarətdir. "Report"un məlumatına görə, bunu komandanın futbolçusu Serxio Eskudero deyib. 29 yaşlı müdafiəçi bildirib ki, bu yolda ilk maneə II təsnifat mərhələsini adlamaqdan ibarət olacaq. Rəqib isə I təsnifat mərhələsinin "Neftçi" - "Uypeşt" (Macarıstan) cütünün qalibi olacaq.

    Muxalifet2 - 10-07-2018

  13. Hakim keçmiş MTN zabitinə hökm oxudu –Dələduzluq cinayəti ilə bağlı proses yekunlaşdı

    Bakı Ağır Cinayətlər Məhkəməsindən dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Muxalifət.az xəbər verir ki, cinyət işi hakim Rasim Sadıqovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

    Muxalifet2 - 10-07-2018

  14. Qubada hoteldə insan ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

    Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.

    Hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın "SCADA stroy" montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.

    Muxalifet2 - 10-07-2018

  15. ELMAR VƏLİYEV HƏFTƏSİ – Ötən həftə 85 sayt icra başçısının vurulmasından yazdı

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 10-07-2018

  16. Göygöldə dəhşətli qəza –Bir ailənin 3 üzvü ölüb, 4 nəfər yaralanıb

    Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb.

    Hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Ölənlər:

    Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Aydınzadə (7 aylıq).

    Yaralılar:

    Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011).

    Muxalifet2 - 10-07-2018

  17. Bir qadın mənə yazıb ki, "ay fətirsifət..."

    Biz arada Əli Mirəliyevlə zarafatlaşırıq. Bir qadın mənə yazıb ki, ay fətirsifət, o kişiyə niyə elə sözlər deyirsən?"

    Bu sözləri aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində deyib. Aparıcı sosial şəbəkədə onu tənqid edən bir qadına sərt cavab verib:

    "Girdim bu qadının səhifəsinə ki, cavabını verim. Qadın elə bil qəbirdən indi çıxıb. Cəhənnəm carçısına oxşayır. Sən mənə fətirsifət deyirsən? İnsanın bir yaraşığı olsa, dərd yarıdır. Yazdım ki, sən qəbirdən çıxan xortdana bənzəyirsən, axşam vaxtı qabağıma çıxsan, qorxaram"./Teleqraf/

    Muxalifet2 - 10-07-2018

  18. NATO Sammiti öncəsində Aİ və Tramp bir-birinə girdi

    Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk, ABŞ prezidenti Donald Trampa xitabən, "Dostlarınızın qədrini bilin, nəticədə çoxlu dostunuz yoxdur" deyib.
     
    TUSİ: BİZDƏN DAHA YAXŞI DOSTUNUZ YOXDUR
     
    Trampı hədəf alan açıqlamasında Tusk, "Xahiş Edirəm, müttəfiqlərinizə hörmət göstərin. Dostlarınızın qədrini bilin, nəticədə çoxlu dostunuz yoxdur" deyə, bildirib.

    Muxalifet3 - 10-07-2018

  19. Dünya Çempionatında BİABIRÇILIQ: Ermənilər BBC-nin şərhçisini soydu

    Dünya Çempionatına görə Rusiyaya gedən İngiltərə vətəndaşı, eyni zamanda, BBC telekanalının şərhçisi qarət olunub.

    Muxalifət.az xəbər verir ki, hadisənin iki erməni taksi sürücüsü tərədindən qarət edildiyi məlum olub.

    Britaniya vətəndaşı ifadəsində bildirib ki, taksiyə əyləşərkən sürücü ona qəhvə təklif edib. O isə qəhvəni içdikdən sonra huşunu itirib. Özünə gəldikdən sonra bank kartının, mobil telefonunun oğurlandığını görüb. Araşdırma zamanı məlum olub ki, onun bank kartından müəyyən məbləğdə pul çıxarılıb.

    Muxalifet2 - 10-07-2018

  20. Rusiya XİN:"Almaniya, Britaniya və Fransa İranla dollarsız ticarət etməyi qəbul edib”

    “Almaniya, Britaniya və Fransa İranla dollarsız ticarət etməyi qəbul edib”.

    “Farsnews” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    O qeyd edib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalar qanunsuz və qəbuledilməzdir/Report

    Muxalifet2 - 10-07-2018

Pages