Axtarış

The search found 105828 results in 0.069 seconds.

Search results

  1. Bərzanidən “Türkiyə” açıqlaması

     İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani Hollandiyada etdiyi bir açıqlamada IKBY ilə Türkiyə arasındakı münasibətlərin düzələcəyini söyləyib.
     
    Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə etdiyi səfəri başa vuran İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani, Hollandiyaya gəlib. Hollandiyanın baş naziri Mark Rutte ilə görüşməsindən sonra açıqlama verən Bərzani, Türkiyəyə etdiyi səfəri də dəyərləndirib.

    Muxalifet3 - 11-07-2018

  2. İngiltərə və ABŞ-ın hədəfindəki Türk nazir: DƏRHAL HÜCUMA KEÇDİLƏR

    Türkiyənin prezident Ərdoğanın hökuməti açıqlaması ilə birlikdə ABŞ və İngilis mediası hücuma keçib. Hücum zamanı bir detal da diqqət çəkib.
     
    Haber7.com-un müəllifi Taha Dağlı bugünkü köşəsində çox mühüm məlumatlar bölüşüb. Dağlı, yeni hökumət sisteminin açıqlanması ilə bərabər, İngiltərə və ABŞ-ın nazir Berat Albayraka hücuma keçdiyini qələmə alıb.
     
     Yeni sistemə başalayan kimi, dərhal düyməyə basdılar.

    Muxalifet3 - 11-07-2018

  3. Adnan Oktar və təşkilatına qarşı böyük əməliyyat: KEDİCİKLƏR SAXLANILDI

    İctimai rəydə Adnan Xoca kimi tanınan Adnan Oktar və təşkilatına qarşı sübh tezdən iri əməliyyat başlanılıb. Adnan Oktar və təxminən 200 təşkilat üzvlərinin nəzarətə alındığı bildirilir.
     
    “Sabah” qəzetində yer alan xəbərə görə, “kediciklər” kimi tanınan qadınlar ilə tez-tez gündəmdə yer alan Adnan Oktar və təxminən 200 təşkilat üzvlərinə qarşı sübh əməliyyatı keçirilib.
    İttihamlar arasında yaşı kiçik uşaqlara təcavüz, çirkli pulların yuylması, təhdid və şantaj yer alır.

    Muxalifet3 - 11-07-2018

  4. Dünya mətbuatı xəbər vermişdi! RUSİYA TƏKZİB ETDİ

    Rusiya Müdafiə Nazirliyi Suriyanın Dəraa şəhərində 35 Rus əsgərinin öldüyü xəbərləriNİ təkzib edib.
     
    Rusiya Müdafiə Nazirliyi, etdiyi yazılı açıqlamada, dünya mətbuatında əks olunan, Suriyanın Dəraa şəhərində 35 Rus əsgərinin öldüyü xəbərlərini təkzib edb. Açıqlamada, "Suriyanın Dəraa şəhərində Rus əsgərlərinin hər hansı bir itkisi olmamışdır. Bu xəbərləri Rusiya tərəfindən terror təşkilatı olaraq qəbul edilən İŞİD döyüşçüləri qəsdən yayılır" deyə, bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 11-07-2018

  5. Başqan Ərdoğan dünyada birinci oldu!

    “Burson Marsteller” şirkətinin hazırladığı "Twiplomacy 2018” hesabatı dərc olunub. Hesabat dövlət başçılarının Twitter hesablarını araşdırıb. Nəticədə prezident Ərdoğanın rəsmi və şəxsi tvitter hesabı dünyada birinci sırada yer alıb.
     
    951 tvitter hesabını araşdırdığı “Twiplomacy” adlı tədqiqatın nəticələrinə görə, Twitterdə təxminən 52 milyon tərəfdarla ABŞ prezidenti Donald Tramp, dünyanın ən çox izlənilən dünya lideri olub.

    Muxalifet3 - 11-07-2018

  6. ​Ruhani Paşinyanı İrana çağırdı: Tehranın İrəvan qorxusu

    Paşinyanın açıq-aşkar qərbyönümlü siyasət yürütməsi İranda da təşviş doğurub.
    Bu sözləri Muxalifet.az-a Ermənistan prezidentinin İrana gözlənilən səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Paşinyanın siyasəti getdikcə bütün qonşu ölkələr üçün ciddi suallar doğurur:

    Muxalifet - 11-07-2018

  7. ​Ağcabədidə yol qəzası olub, ölən var

    Ağcabədi rayonunda “Mercedes” markalı yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.
    FHN-dən Muxalifet.az - a daxil olan məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 11-07-2018

  8. Ermənilər atəşkəsi 97 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.

    Muxalifet - 11-07-2018

  9. ​Tramp NATO ölkələrini tənqid etdi

    “NATO ölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”. Muxalifet.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb.  

    Muxalifet - 11-07-2018

  10. ABŞ F-35-lərinin qatili Rusiyada ortalığa çıxdı

    ABŞ-ın hərbi jurnalı “The National Interest” (NI), Rusiyada inkişaf etdirilən radiofoton radarlarının "kabus" təyyarələrin "qatili" ola biləcəyini bildirib.
     

    Muxalifet3 - 11-07-2018

  11. ​Gəncənin deputatı: "Şəhərdə tam sakitlikdir"

    "İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd terror hadisəsi idi. Bu hadisəni törətməkdə bizi istəməyən qüvvələrin məqsədi Azərbaycanda stabilliyi pozmaq və xaos yaratmaqdan ibarətdir".
    Bu sözləri Teleqraf.com-a açıqlamasında Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyev deyib.

    Muxalifet - 11-07-2018

  12. ​Gəncədə polkovnikləri qətlə yetirən şəxslərin FOTOLARI

    Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
    Axar.az birgə məlumatın mətnini təqdim edir:
    “Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

    Muxalifet - 11-07-2018

  13. VALYUTA MƏZƏNNƏLƏRİ

    Azərbaycan Mərkəzi Bankı 11 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 11-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Manata nəzərən avronun məzənnəsi 1,9937 manat təşkil edir.

    1 türk lirəsi 0,3604 manat, 1 rus rublu 0,0274 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6955 manatdır.

    Muxalifet2 - 11-07-2018

  14. Adnan Oktar əməliyyatında ələ keçirilənlər

    İstanbul Polisi Adnan Oktara qarşı başladığı nəhəng əməliyyat çərçivəsində silah, polad jilet və zirehli maşın ələ keçirilib.
     
    İstanbul Polis İdarəsi səhər tezdən Adnan Oktar əməliyyatı üçün düyməyə basıb. Adnan Oktar və təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində 235 nəfər saxlanılıb. Nəzarətə alınanlar arasında Adnan Oktar da var. Adnan Oktarın evində və iş yerində polis dəstələri axtarış aparır.
     
    ƏLƏ KEÇİRİLƏNLƏR
     

    Muxalifet3 - 11-07-2018

  15. ​Ağcabədidə baş verən yol qəzasında bir nəfər ölüb

    Ağcabədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

    Muxalifet - 11-07-2018

  16. Tramp Belçikaya gəldi

    ABŞ Prezidenti Donald Tramp Belçikaya gəlib.

    Muxalifət.az xəbər verir ki, o, Brüsseldə NATO ölkələrinin sammitində iştirak edəcək. Tramp Brüsselə həyat yoldaşı Melaniya Trampla gəlib.

    Brüsseldəki sammitdən sonra Trampın Avropanın digər ölkələrinə də səfəri gözlənilir. O, Belçikadan birbaşa Britaniyaya yollanacaq və burada Baş nazir Tereza Mey, kraliça Yelizaveta ilə görüşəcək. Bundan sonra isə o, Finlandiyaya səfər edəcək və burada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.

    Muxalifet2 - 11-07-2018

  17. Enerji sisteminin çökməsinin daha bir səbəbi

    Ekspert ilginc fakt açıqladı: “Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib”
     

    3-4 iyulda Azərbaycanın enerji sistemində baş verən qəzanın səbəblərini prezident fərmanı ilə yaradılmış komissiya araşdırır. Artıq komissiyanın formalaşdırdığı araşdırıcı qrup Mingəçevir  İstilik Elektrik Stansiyasında çalışmalara başlayıb.

    Muxalifet2 - 11-07-2018

  18. Magistraturaya qəbul olanların qeydiyyatı başa çatır- Bu gün

    Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatı bu gün sona çatır.

    Dövlət İmtahan Mərkəzindən Trend-ə bildiriblər ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

    Muxalifet2 - 11-07-2018

  19. Tuskun Trampa Rusiya müraciəti: Əziz ABŞ...

    ABŞ Prezidenti Donald Tramp Rusiya və Çindən çox, Avropadakı müttəfiqlərinə dəyər verməlidir.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

    Muxalifet2 - 11-07-2018

  20. Partiya liderinə qarşı BOMBALI HÜCUM: 12 ölü, 35 yaralı

    Pakistanda Avami Milli Partiyasının mitinqi əsnasında kamikadze hücumu qeydə alınıb.

    Muxalifət.az xəbər verir ki, hücum zamanı millət vəkilliyinə namizədlər də daxil olmaqla, 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

    Hadisə Peşəvərin Yakatoot bölgəsində meydana gəlib. Əldə edilən məlumata görə, AMP-nin millət vəkilliyinə namziədi Harun Billurun mitinqi zamanı ona qarşı sui-qəsd təşkil edilib. Namizəd ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

    Muxalifet2 - 11-07-2018

Pages