Axtarış
The search found 105828 results in 0.07 seconds.
Search results
İşçilərinə atan reket baş redaktorla bağlı – Qərar
Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun barəsində olan hökümdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Gündüz Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.
Muxalifet2 - 11-07-2018
İngilislər evə, Xorvatiya finala...
Bukmeyker kontorları bugünkü yarımfinalda İngiltərə millisini favorit görür, əslində isə...
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında bu gün daha bir finalçının adı məlum olacaq. Saat 22:00-da İngiltərə millisi Xorvatiya ilə qarşılaşacaq.
Statistika nə deyir?
Xorvatiya müstəqillik qazanandan sonra ilk dəfə 1996-cı ildə İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirib. İlk görüşdə hesab açılmayıb.
Muxalifet2 - 11-07-2018
ABŞ-dan çağırış: İran səfirlikləri terakt planlaşdırır
İran öz səfirliklərindən teraktların planlaşdırılması üçün istifadə edir.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Bəyanatda Vaşinqtonun bütün ölkələri İran diplomatlarını gizli şəkildə yoxlamağa çağırılıb.
Dövlət Departamenti İran diplomatlarının terakt hazırlığında iştirak etməsinə əsas sübutun onların bir müddət öncə Belçikadakı fəaliyyəti olduğu vurğulayıb.
Qeyd edək ki, Belçika bir müddət əvvəl iki iranlı diplomatı deport edib.
Muxalifet2 - 11-07-2018
Çimərliklərdə qadın xilasedicilər çalışacaq - DUBAYDA
Dubayın ictimai çimərliklərində tamamilə qadınlardan ibarət xilasedicilər qrupu fəaliyyət göstərəcək.
Muxalifət.az Azərtac-a istinadla xəbər verir ki, hazırda bu sahədə 12 qadın təlim keçir, lakin Dubay polisi bu ilin sonunadək onların sayının 16-ya çatdırılmasını planlaşdırır.
Qeyd olunur ki, əmirliyin yeddi ictimai çimərliyində 100 peşəkar xilasedici çalışır və ilkin yardım edilməsi üçün 30 stansiya fəaliyyət göstərir.
Muxalifet2 - 11-07-2018
Gəncədə polislərdən birinin ÖLDÜRÜLMƏ ANI - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib.
Hadisə zamanı iki polis polkovniki qətlə yetirilib. Sosial şəbəkələrdə onlardan birinin öldürülməsi anının videosu paylaşılıb.
Muxalifet.az unikal.org-a istinadən həmin videonu təqdim edir:Muxalifet4 - 11-07-2018
"Polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə qarşı xəyanətdir" - XİN gəncləri ayıq-sayıq olmağa çağırdı
"Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir”.
Muxalifət.az-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Muxalifet2 - 11-07-2018
Türk aviasiyası İraqı vurdu: 28 hədəf məhv edildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən terror obyektlərinə hava hücumu təşkil edib.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, İraqın şimalındakı Metina, Zap, Avaşin-Basyan, Hakurk, Qara və Qəndil bölgələrinə təşkil olunan hava əməliyyatlarında PKK terror qruplaşmalarına aid 28 hədəf məhv edilib.
Muxalifet2 - 11-07-2018
Çempionlar Liqasına bilet satışı başladı - QİTMƏTLƏR VƏ SATIŞ NÖQTƏLƏRİ
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” -“Olimpiya” matçının biletləri satışa çıxarılıb.
Muxalifət.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən əldə edə bilərlər.
İyulun 18-də keçiriləcək matçın biletlərini həm bilet satış məntəqələrində, həm də "iticket.az" saytından onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Muxalifet2 - 11-07-2018
XİN rəsmisi Dilqəm və Şahbazdan DANIŞDI
"11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib".
Muxalifet2 - 11-07-2018
Yunanıstan Rusiyanın iki diplomatını ölkədən çıxarır- Cavab tədbiri
Yunanıstan Rusiyanın iki diplomatını ölkədən çıxarır, daha iki diplomata isə “milli təhlükəsizlik əleyhinə hüquqazidd əməllərə görə” ölkəyə girişi qadağan edir.
“Report”un məlumatına görə, bu barədə “Katimerini” qəzeti yazıb.
Yüksək vəzifəli diplomatik mənbələrə istinad edən nəşrdə bildirilir ki, rəsmi Afina tərəfindən görülən tədbirlər Yunanıstanın daxili işlərinə müdaxilə hesab edilən ölkə ərazisindəki qanunsuz hərəkətlərə cavabdır.
Muxalifet2 - 11-07-2018
Gəncədə hazırda vəziyyət necədir? - RƏSMİ
Hazırda Gəncədə həyat öz axarı ilə davam edir. Şəhərdə asayiş tam bərpa olunub.
Muxalifət.az xəbər verir ki, bu sözləri axar.az-a Gəncə Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildiriblər.
İcra Hakimiyyətindən Gəncədə baş verən dünənki olayla bağlı iclas keçirilməsi barədə suala da aydınlıq gətirilib:
“İcra Hakimiyyətində iş gününün əvvəlində bütün şöbələr üzrə iclas keçirilir. Bu gün də ənənəvi iclas keçirilib. Gündəlik görüləcək işlərlə bağlı müzakirə aparılır”.
Muxalifet2 - 11-07-2018
“İnsanlar yerli icra hakimiyyətlərinin idarəetməsindən cana doyublar” – TALİYƏT ƏLİYEV
"Cəmiyyətdə həddindən artıq aqressiya hökm sürür, insanlar sanki psixoz vəziyyətindədir”
Muxalifet4 - 11-07-2018
3nəfərin öldüyü dəhşətli ailə qəzasının görüntüləri yayıldı - VİDEO
Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb.Muxalifet2 - 11-07-2018
Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonların satışının qarşısı alınacaq- Gömrük rəsmisi
Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz.
Trend-in məlumatına görə, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.
O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.
Muxalifet2 - 11-07-2018
Paşinyanın oğlunu əsgərliyə göndərməkdə məqsədi... - XİN
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib. APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır: “Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.
Muxalifet2 - 11-07-2018
ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəştə gedəcək
ABŞ bəzi ölkələrin İrandan neft idxalına qarşı tətbiq ediləcək sanksiyalardan güzəşt tələbini nəzərdən keçirəcək.
AZƏRTAC “Sky News Arabia”ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib.
O bildirib ki, İranın neft ixracını əngəlləmək üçün rəsmi Vaşinqtonun noyabrdan etibarən tətbiq edəcəyi sanksiyalarda güzəşt istənən bəzi ölkələrin tələbini qiymətləndirəcək: “ABŞ-ad güzəşt tələb edən bir neçə ölkə var. Bunu nəzərdən keçirəcəyik”.
ABŞ dövlət katibi həmin ölkələrin adlarını açıqlamayıb.
Muxalifet2 - 11-07-2018
“Beş rayonun verilməsi haqda Serj Sərkisyanla anlaşma var idi, Paşinyan isə bunu ləğv edib” – DUQİN
Rusiya politoloqu, sosioloq və filosof, “Beynəlxalq Avrasiya hərəkatı”nın lideri Aleksandr Duqinin Ermənistan nəşrinə müsahibəsini oxucularımıza təqdim edirik.
-Cənab Duqin, siz iyulun 1-də Bakıda “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı forum keçirmisiniz. Yəqin, bu forumla bağlı müzakirələrlə tanışsınız? Yeganə müttəfiq nə deməkdir, məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?
Muxalifet2 - 11-07-2018
“Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində köklü dönüş etmək fikrindədir” - POLİTOLOQ
Dünən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Azərbaycana səfərə gəldi. Qeyd edək ki, bu, Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərindəki qələbəsindən sonra ilk xarici səfəridir. Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib. Görüşlərdən sonra ölkə başçıları birgə mətbuat konfransı keçirib.
Muxalifet4 - 11-07-2018
Biləcəridə bir sutkadır işıq yoxdur – Səbəb
Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində elektrik enerjində fasilənin yaranmasına səbəb açarların zədələnməsi olub.
Bu sözləri axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Biləcəri qəsəbəsi Yeni Yaşayış dünən axşamdan işıqların olmaması ilə bağlı danışarkən bildirib.
T.Mustafayev bildirib ki, problem bu gün aradan qaldırılacaq:
“Açarların biri zədələnmişdi, işığın kəsilməsi də onunla əlaqədar idi. Bu gün problem birdəfəlik aradan qaldırılacaq”.
Muxalifet2 - 11-07-2018
Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib- Səhiyyə Nazirliyi
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Muxalifet2 - 11-07-2018