Axtarış
The search found 105828 results in 0.07 seconds.
Search results
Merkeldən Trampın sözlərinə güllə kimi cavab
Biz azad şəkildə birləşmiş Almaniya Federativ Respublikasıyıq. Bu cəhətdən də müstəqil siyasətimizi yürüdüb müstəqil qərarlarımızı veririk.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Almaniyanın Rusiyadan qaz tədarükünə görə tam asılı olduğunu bəyan edib.
Muxalifet3 - 11-07-2018
Adnan Oktar həbs olundu - 200 tərəfdarı ilə birgə - FOTO
Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. İttihamlar arasında ən diqqət çəkən məqamın isə siyasi və hərbi casusluq olduğu görülür.
Adnan Oktarın İstanbulun Çəngəlköy məhəlləsindəki evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.Muxalifet3 - 11-07-2018
SON DƏQİQƏ: Gəncədə bıçaqlanan polisin qətlə yetirilmə anı kameralara belə düşdü - VİDEO
10 iyul tarixində Gəncədə baş verən iğtişaşlarda həlak olan polis zabitlərindən birinin qətl anı video kameralara düşüb. Kadr ani olsa da, yerə yıxılan polisin qara köynəkli bir gənc tərəfindən bıçaqlandığını görmək mümkündür.
Muxalifet3 - 11-07-2018
AHİK: Bu hadisələr ölkədə xaos yaratmaq cəhdidir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd və daxili işlər orqanları əməkdaşlarının radikal dini təmayüllü terrorçular tərəfindən qətlə yetirilməsi Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə istiqamətlənib və ölkədə xaos yaratmaq cəhdidir.
Muxalifet.az xəbər verir ki, bu fikir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gəncə şəhərində törədilmiş terror aktları ilə bağlı bəyanatında yer alıb.Muxalifet3 - 11-07-2018
Azərbaycanla bu ölkə arasında siyasi məsləhətləşmələr aparıldı
Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən verilən xəbərə görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici İşlər nazirinin müavini Yuri Şterk rəhbərlik ediblər.Muxalifet3 - 11-07-2018
Brüsseldə Qarabağ danışıqları: Həll müzakirəsi...
Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi Tvitter səhifəsində yazıb.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.
Muxalifet3 - 11-07-2018
Sabitliyi pozmağa çalışanların hədəfi nədir? - Əhmədov açıqladı
Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır. Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyi üçün əsas amildir. Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.Muxalifet3 - 11-07-2018
Artıq terrorizmə qarşı mübarizə aparmırıq, çünki... - Abadi
Bir neçə ay öncə İraqda yerləşən xarici hərbi məsləhətçilərinin sayını azaltmağa yönəlik addım atmağa başladıq.
Muxalifet.az xəbər verir ki, bunu İraq Baş naziri Heydər Abadi İŞİD-ə qarşı mübarizə aparan xarici müşavirlərlə bağlı sualı cavablandırarkən deyib.
"İraq artıq terrorizmə qarşı açıq müharibə aparmır. Artıq bütün işlər Suriyada İŞİD-lə müharibəyə yönəldilib və xarici hərbi müşavirlərin böyük əksəriyyəti də bu məqsədlə buradadır", - Abadi qeyd edib.
Muxalifet3 - 11-07-2018
Şeyx: Bu, regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır
İyulun 10-11-də Ciddə və Məkkə şəhərlərində İslam Əməkdaşlıq Təşkilatı və Əfqanıstan hökumətinin birgə təşkilatçılığı ilə Əfqanıstana dair Beynəlxalq Üləma Konfransı keçirilib. Tədbirdə əksər müsəlman ölkələrindən, habelə Əfqanıstanda yaşayan etnik azlıqları, dini təriqətləri və siyası qrupları təmsil edən 150-dən çox din xadimi və nümayəndələr iştirak edib.
Muxalifet3 - 11-07-2018
Tramp Merkellə görüşdü: İlk açıqlama
Çox yaxşı görüş keçirdik. Merkellə çox yaxşı əlaqələrimiz var.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə Brüsseldə görüşündən sonra bildirib.
Qeyd edək ki, bir müddət öncə Trampla Merkel bir-birini kəskin tənqid etmişdi.
Muxalifet3 - 11-07-2018
NATO-dan bu ölkəyə - Dəvət
NATO Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
"Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik", - Stoltenberq söyləyib.
Muxalifet3 - 11-07-2018
Azərbaycanda yeni təhsil naziri təyin olundu
Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Təhsil naziri təyin edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Muxalifet3 - 11-07-2018
Poroşenko cəzalandırılacaq - Keçmiş nazir
Ukrayna Prezidenti Pyotr Poroşenko dövlət rəhbərliyində törətdiyi cinayətlərdən dolayı cəzalandırılacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko çıxış edib.
"Yanukoviç, Yusçenko, Kuçma, Kravçukun prezident kreslosunda oturduğu vaxtlarda belə bu qədər yüksək səviyyəli sammit zamanı Korrupsiyaya Qarşı Mübarizə məhkəməsi qurulmadı. Dəyişikliklər etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə gücləndirilsin", - Qritsenko Poroşenkoya müraciətində bildirib.
Muxalifet3 - 11-07-2018
FHN Şəmkirdəki meşə yanğını ilə bağlı məlumat yaydı
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Yanğın nazirliyin DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.
Muxalifet3 - 11-07-2018
Bu nazirliyimiz müharibə meydanına dönüb - İran
ABŞ Maliyyə Nazirliyi İran iqtisadiyyatını çökdürmək məqsədilə bir müharibə otağına çevrilib.
Muxalifet.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cihangiri bildirib.
"ABŞ iqtisadi təzyiqlərlə daxili üsyana səbəb oldu və xalqı küçələrə tökməyi hədəf seçdi. Bütün mümkün ssenariləri qiymətləndirmişik və ən pis ssenarilər üçün hazırlıq görürük", - Cihangiri söyləyib.
Muxalifet3 - 11-07-2018
“Olimpiya”-“Qarabağ” komandalarının start heyətləri
İyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.
Muxalifet.az xəbər verir ki, “Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.
“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.Muxalifet3 - 11-07-2018
Qasırğa: 390 min adam evini tərk etdi
Çinin şərqini ağuşuna alan “Mariya” qasırğası 390 min nəfərin təxliyyə edilməsi ilə nəticələnib.
Muxalifet.az xəbər verir ki, Futzyan əyalətində hakimiyyət dairələri bütün balıqçı gəmilərinin limanlara qayıtmasını və hava şəraiti normallaşmayana qədər açıq dənizə çıxmamağı tələb ediblər.
Fuçjou əyalətində isə bütün məktəblər bağlanıb. İki yüzə yaxın qatar reysi təxirə salınıb.
Sinoptiklər günün sonuna qədər qasırğanın tədricən səngiyəcəyini bildiriblər.
Muxalifet3 - 11-07-2018
Səudiyyə Ərəbistanı İrandan şikatətçi oldu
Səudiyyə Ərəbistanı İran gəmilərinin ona məxsus Fars körfəzindəki neft yataqları akvatoriyasına daxil olmasını bəyan edib.
Muxalifet.az “RİA Novosti”yə istinadla xəbər verir ki, rəsmi Ər-Riyad müvafiq məzmunlu şikayətlə BMT-yə müraciət edib.
Məlumata əsasən, İrana məxsus gəmilər və katerlər dəfələrlə Səudiyyə Ərəbistanının ərazi sularında yerləşən bağlı zonalara müdaxilə ediblər. Lakin bu gəmilərin hərbi və ya mülki olub-olmaması açıqlanmır.Muxalifet3 - 11-07-2018
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir
Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.
Muxalifet3 - 11-07-2018
İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanların nəticələri 11 iyul saat 19:33-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:Muxalifet3 - 11-07-2018