Axtarış
The search found 105828 results in 0.089 seconds.
Search results
Serj Sərkisyanın qardaşı oğlu belə tutuldu – VİDEO
Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşı oğlu Ayk Sərkisyanın həbs görüntüləri yayımlanıb.
Görüntüləri Ermənistan polisi yayıb.
Qeyd edək ki, Ayk Sərkisyan 11 il əvvəl adam öldürməkdə ittiham edilib. Onun bir müddət əvvəl ölkəni tərk etməsinin qarşısı alınıb/Axar.az.Muxalifet - 12-07-2018
Trampdan NATO ilə bağlı İNANILMAZ AÇIQLAMA - Hamı ŞOKA DÜŞDÜ
ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirilən NATO zirvəsində şok çıxış edib.
Muxalifət.az xəbər verir ki, prezident “lazım gələrsə, NATO-dan çıxarıq” sözlərini işlədib.
Donald Tramp zirvənin ikinci gününə bu çıxışı ilə damğa vurub.
Xəbər yenilənir...
Muxalifet2 - 12-07-2018
Ərdoğan ölkənin müdafiəsini tək quruma tapşıracaq
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyi birləşdirilə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
Sözügedən məsələ Türkiyədə hələ 2014-cü ildə gündəmə gətirilib. Türkiyə Prezidenti belə güclü ölkənin müdafiə sahəsinə cavabdehlik üçün iki strukturun fəaliyyətini düzgün hesab etmədiyini qeyd edib.
Xatırladaq ki, Baş Qərargahın rəisi Hulusi Akar müdafiə naziri təyin olunub. Akarın yerinə isə Quru Qoşunları komandanı Yaşar Gülər gətirilib.
Muxalifet2 - 12-07-2018
Keçmiş müdafiə naziri paytaxtdakı villasını sökdürür
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür.
Bunu “Jamanak” qəzeti yazıb.
Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: “Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı, nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil?Muxalifet4 - 12-07-2018
Temperatur aşağı enəcək, yağış yağacaq - Xəbərdarlıq
Sabahdan havanın temperaturu aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
Muxalifet2 - 12-07-2018
“İnanmıram ki, gəncəlilər Balakişiyevə və Abbasova əl qaldırar” –Gəncənin keçmiş icra başçısı nələri açıqladı? (müsahibə)
Gəncə şəhər icra hakimiyyətinin keçmiş başçısı Eldar Əzizov “Yeni Musavat” qəzetinin suallarını cavablandırıb. O, bu şəhərdə baş verən olaylar, onların səbəbləri barədə fikirlərini açıqlayıb.
Xatırladaq ki, Eldar Əzizov 2003-2011-ci illərdə Gəncə şəhərinə rəhbərlik edib. Hazırda Bakı şəhər Səbayel rayon icra hakimiyyətinin başçısıdır.
Strateq.az az saytı onunla geniş müsahibəni oxuclara təqdim edir:
Muxalifet2 - 12-07-2018
FİFA referilərimizdən böyük uğur - Avropa Liqasına təyinat aldılar
FİFA referilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
Muxalifət.az xəbər verir ki, Ömər Paşayev “OFK Titoqrad” – “B36 Torşavn” , Rəhim Həsənov “Zaria Balti” – “Qornik Zabrze” görüşünün baş hakimi olacaq.
19 iyul
“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Muxalifet2 - 12-07-2018
Ukrayna və Gürcüstan nümayəndələri NATO-nun iclasından çıxarıldı –Tramp sammitdə qalmaqal yatatdı
NATO-nun iyulun 12-də Brüsseldə keçirilən sammitində ABŞ prezidenti Donald Trump alyansı yenidən kəskin tənqid etməyə başlayıb.
Vəziyyəti belə görən NATO liderləri alyans üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərini zaldan çıxmağa çağırıb. Bundan sonra müttəfiqlərin öncədən planlaşdırılmayan görüşü başlanıb.
Muxalifet2 - 12-07-2018
Gəncə olayı: polis müsahibədə sirləri belə açdı - Video
İyulun 10-u Gəncədə polislərə hücum edən radikal şəxslərlə döyüşən Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramovun müsahibəsində olayla bağlı bəzi qaranlıq məqamlara aydınlıq gəlib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Samir Bayramovun hadisə zamanı şahidi olduğu və yaşadığı olaylar bu faciənin heç də kütləvi aksiya olmadığını göz önünə sərir.
Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramovun müsahibəsində səsləndirdiyi fikirlərə və ortaya çıxan detallara nəzər yetirək:
Muxalifet2 - 12-07-2018
Gəncədə öldürülən polislər niyə silahsız olublar? - RƏSMİ MÜNASİBƏT
10 iyul saat 20 radələrində bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Muxalifet - 12-07-2018
“Elmira Axundova mənə zəng edib, onun səs yazısı da var” - Deputat oğlu məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində deputat Elmira Axundovanın oğlu Həbib Axundov ifadə verib.
Muxalifet2 - 12-07-2018
İsrail əsgərləri mobil telefonlar vasitəsilə tələyə salınıblar
İsrail əsgərləri açıq-saçıq geyinən qızların görüntülərinə aldanaraq, öz telefonlarına şübhəli proqramlar yükləyiblər. Həmin proqramın isə casus məqsədilə istifadə olunduğu ortaya çıxıb.
Almaniyanın “Suddeutsche Zeitung” qəzetinin məlumatına əsasən, indi ordu rəhbərliyi hadisənin konkret günahkarlarını axtarmaqla məşğuldur.
Muxalifet2 - 12-07-2018
Bizə həkim lazımdır, yoxsa idman müəllimi? - Ekspert AÇIQLADI
"2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Demək olar ki, bürün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisas üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub".
Muxalifət.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb.
Onun sözlərinə görə, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılıb:
Muxalifet2 - 12-07-2018
Fazil Məmmədovun səhhəti ilə bağlı - Yeni xəbər
Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyənin “American Hastanesi”ndə üalicəsini davam etdirir.
Muxalifət.az Modern.az-a istinadən xəbər verir ki, F.Məmmədovun səhhəti tam normallaşıb. Sadəcə, bir müddət həkim nəzarətində olmasına qərar verildiyi üçün xəstəxanadan buraxılmayıb və sabiq nazir hazırda “American Hastanesi”nin professorları Orxan Bilgə və Mustafa Kərəmin nəzarəti altındadır.
Onun Azərbaycana dönməsilə bağlı dəqiq vaxtın bilinmədiyi qeyd edilib.
Muxalifet2 - 12-07-2018
Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ: "Onu sevirəm"
Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO zirvəsi ABŞ –Avropa İttifaqı böhranının kölgəsində davam edərkən Amerika mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti söhbəti işıqlandırıb.
Muxalifət.az xəbər verir ki, “Nyu york Post” qəzeti liderlərin zirvədəki qızğın söhbətinə “Tramp qərb müttəfiqlərini Türkiyənin güclü lideri ilə danışmaq üçün başından etdi” başlıqlı məqalədə yer verib.
Muxalifet2 - 12-07-2018
“Hörmüz”ün bağlanma ehtimalına rus və türk ekspertlərindən baxış:dünya enereji böhranına və İranla savaşa yuvarlanır – Təhlil
ABŞ Tehranı əsas gəlir qaynağından, dünyanı isə xeyli həcmdə karbohidrogendən məhrum edərək İran neftini tam təcrid etmək hədəsi gəlir. Vaşinqton Hindistan və Çini İrana qarşı öz tərəfinə meylləndirməyə çalışaraq onlarla sövdələşir. Tramp məqsədinə nail olsa, dünyanı nə gözləyir?
Muxalifet2 - 12-07-2018
"Müsəlman lider" Adnan Oktara xarici ölkələrdən DƏSTƏK gəldi: Dünən İsrail, bu gün...
Türkiyədə din xadimi kimi tanınan Adnan Oktar və onun təşkilatına qarşı aparılan istintaq əməliyyatları bir çox ölkələrin diqqətini çəkib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, İsrail, Yunanıstan və Misir mətbuatı hadisəni manşetlərinə daşıyıb və təşkilata təriflər yağdırb.
Muxalifet2 - 12-07-2018
İran: ABŞ səfirlikləri ölkələri dağıdır
Tehran ABŞ-ı casusluq və dağıdıcı fəaliyyətləri üçün səfirliklərindən istifadə etməkdə günahlandırıb.
Muxalifət.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, müasir tarixdə ABŞ səfirliklərinin ev sahibi ölkələrin daxili işlərinə müdaxilə edən və bu ölkələrin digər dövlətlərlə əlaqələrini pozan fəaliyyətləri barədə nümunələr qeydə alınıb.
Xatırladaq ki, ABŞ Dövlət katibi Mayk Pompeo İranı səfirliklərindən xarici ölkələrdə terakt hazırlamaq məqsədilə istifadə etməkdə günahlandırmışdı.
Muxalifet2 - 12-07-2018
“Fransa Bakı və İrəvana silah satmayacaq” - SƏFİR
"Fransada Bakıya silah satmaqla bağlı qoyulan embarqonun aradan qaldırılmasına dair mediada yayılan xəbərlər həqiqətə uyğun deyil"
Muxalifət.az azvision.az-a istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Fransa Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir və problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. Silah satışı isə bu prinsipə ziddir.
Muxalifet2 - 12-07-2018
Prokuror "Çudo Peçka”nın sahibinə 13 il iş istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az xəbər verir ki, prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.
Dövlət ittihamçısı çıxışında Ç.Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Bank Standard” QSC-nın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.
Ç.Cəlilovun vəkili isə müddafiə çıxışına hazır olmadığını və məhkəmədən vaxt istədiyini deyib.
Muxalifet2 - 12-07-2018