Axtarış

The search found 105828 results in 0.071 seconds.

Search results

  1. ​Dünya liderləri NATO zirvəsində belə görüntüləndi - VİDEO

    Finlandiyanın paytaxtı Brüsseldə NATO zirvəsi üçün bir araya gələn ölkə liderləri Dünya Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən Xorvatiya – İngiltərə matçını birgə seyr edib.
    Muxalifet.az xəbər verir ki, İngiltərənin baş naziri Tereza Mey, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Albaniyanın baş naziri Edi Rama matçı ayaq üstə mobil telefondan izləyiblər.

    Muxalifet - 12-07-2018

  2. İsrail mətbuatı Adnan Oktarın həbsi ilə bağlı nələr yazdı...

    İsrail mətbuatı, ictimaiyyətdə “Adnan Xoca” kimi tanınan Adnan Oktarı cinayət təşkilatına başçılıq etdiyi iddiasıyla nəzarətə alınmasına geniş yer ayırıb.
     
     İsrail mətbuatında çıxan xəbərlərdə, Adnan Oktarın İsrail ilə qurduğu yaxın münasibətə diqqət çəkilib.
    İsrailin aparıcı qəzetlərindən “Haaretz”, Adnan Oktarın nəzarətə alınması ilə bağlı xəbərində "Kediciklərdən hərəmxana quran Türk İslam camaatının lideri saxlanılıb" başlıqla yazı dərc edib.

    Muxalifet3 - 12-07-2018

  3. Türkiyəli müğənni aktrisa ilə evləndi - FOTO

    Müğənni Can Bonomo ilə aktrisa Öykü Karayel dünən rəsmi nikaha girib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 150 nəfərin qatıldığı mərasimdə Can Bonomonun nikah şahidləri meneceri Ece Çelebioğlu Yeşilbaş, prodüseri və yaxın dostu Can Saban, uşaqlıq dostu Cəm Cavez və dostu Fərhad Zamanpur olub. Öykü Karayelin nikah şahidliyini isə yaxın dostları Süveybe Arifoğlu və Milay Ezengin edib.

    Muxalifet - 12-07-2018

  4. İsrail ordusu Suriyada hərbi postları məhv etdi

    İsrailin ordusu ölkə ərazisinə Suriyanın pilotsuz uçuş aparatının keçməsinə cavab olaraq Suriyada üç hərbi posta zərbələr endirib.

    Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib.

    Daha əvvəl verilən xəbərə görə, İsrail ordusu “Patriot” raketinin köməyi ilə yəhudi dövlətinin içərilərinə 10 kilometr daxil olan Suriya ordusunun pilotsuz uçuş aparatını ələ keçiriblər.

    Muxalifet2 - 12-07-2018

  5. Makron Merkeli müdafiə etdi: Tramp isə...

    Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkeli müdafiə edib.

    Muxalifət.az “Röyter”ə istinadla xəbər verir ki, Makronun Trampla görüşü zamanı Almaniyanın Rusiyadan asılı olmadığını deyib.

    Brüssel sammitində Trampa qarşı digər açıqlama ilə Bolqarıstan Prezidenti Rumen Radev çıxış edib. Onun sözlərinə görə, Tramp NATO ölkələrindən müdafiə xərclərini daha çox artırmasını istəyir:

    Muxalifet2 - 12-07-2018

  6. Dolların kursu dəyişmədi, avro isə ucuzlaşdı –Mərkəzi Bank + CƏDVƏL

    Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb.

    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə  dəyişməyib. Belə ki, dollar bu gün 1.7000 manata dəyişdiriləcək.

    Bu gün avronun rəsmi məzənnəsi isə cüzi düşüb. Belə ki, avro 1.9859 manata dəyşdiriləcək.

    Qızıl da bu gün ucuzlaşıb.

    Muxalifet2 - 12-07-2018

  7. Adnan Oktarın "kedicikləri" HƏR ŞEYİ AÇDI: Maliyyələşmə, siyasi amillər və ŞOK Ərdoğan DETALI

    “Adnan hoca” və “Harun Yəhya” adları ilə tanınan Adnan Oktar və onun təşkilatı ilə bağlı istintaq işləri davam edir.

    Muxalifət.az xəbər verir ki, dünən səhər saatlarında həbsedilən din xadiminin böyük sərvətə sahib olduğu ortaya çıxdıqdan sonra hər kəsi bu qədər sərvətin haradan qaynaqlandığı maraqlandırır.

    Muxalifet2 - 12-07-2018

  8. Polkovniklə bağlı şikayət geri götürüldü – MTN işi

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində verilən kasasiya şikayətinə baxılıb.

    Muxalifət.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Vidadi Əzizin kasasiya şikayəti araşdırılıb.

    Zərərçəkmiş iş adamı kasasiya şikayətində mülki iddiasının təmin olunmasını, Mirəziz Əzgərovun cəzasının ağırlaşdırılmasını istəyib.

    Muxalifet2 - 12-07-2018

  9. Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

    Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.

    APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.

    Muxalifet2 - 12-07-2018

  10. Elmar Vəliyev İsraildə bu xəstəxanada yatır? - Abramov

    Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma mənə nə ailə üzvlərim, nə uşaqlarım, nə də dostlarım bu barədə nəsə deyiblər.

    Muxalifət.az xəbər verir ki, bu sözləri deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov musavat.com-a geniş müsahibəsində Gəncə şəhər İH başçısı E.Vəliyevin İsrailə aparılması haqda yayılan məlumatı şərh edərkən deyib.

    Muxalifet2 - 12-07-2018

  11. Bu il məktəblərdə şagird sıxlığı olacaqmı - rəsmi mövqe

    Bakı Şəhər üzrə Təhsil İdarəsi yeni məktəblərin tikildiyini deyir; bəs məktəblərdə növbəli tədris?

    Bir həftə əvvəl ümumilikdə “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edildi. Belə ki, bu ildən etibarən hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək.

    Muxalifet2 - 12-07-2018

  12. Avropanın beşinci nəsil təyyarəsi belə olacaq – Video

    Fransanın “Dassault Aviation” şirkəti Avropanın ilk beşinci nəsil təyyarəsinin görüntüsünü yayıb.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, şirkət gələcəkdə hazırlanacaq təyyarənin görüntüsünü Yutub sosial şəbəkəsində yerləşdirilib. Yeni təyyarələrin hazırda Avropa ölkələrinin ordularında olan 4++ nəslinə aid olan “Rafale” və “Tayfun” təyyarələrini əvəz edəcəyi vurğulanıb.

    Qeyd edək ki, bu təyyarələr xarici görünüş baxımından ABŞ-ın hazırlayacağı altıncı nəsil F/A-XX təyyarələrinə bənzəyib.

    Muxalifet2 - 12-07-2018

  13. Adnan Oktar işində İNANILMAZ AZƏRBAYCANLI DETALI: sən demə onlar MOSSAD-a...- FOTOFAKT

    Din xadimi və cinayətkar təşkilatın başçısı Adnan Oktarın həbsindən sonra onun fəaliyyəti və təşkilatı ilə bağlı şok detallar ortaya çıxıb.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Adnan Oktara qarşı 20-dən çox ittiham qaldırılıb. Bu ittihamlardan biri - Adnan Oktarın təşkilatının MOSSAD-a gizli bilgilər sızdırması iddiası təsdiqini tapıb.

    Adnan Oktarın israilli vəkillə bir neçə dəfə görüşməsinə aid fotolar ortaya çıxıb. Beləcə onun MOSSAD-a gizli bilgiləri verdiyi ifşa olunub.

    Muxalifet2 - 12-07-2018

  14. Brüssel Bəyannaməsi:"Rusiya Ukraynanı qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir"

    “NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır”. Bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir. “Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur”, – sənəddə deyilir. Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya ilə əvvəlki kimi konstruktiv dialoqa hazırdırlar.

    Muxalifet2 - 12-07-2018

  15. Gündəmi sarsıdan İDDİA - Putin Netanyahu ilə GİZLİ RAZILAŞDI

    Rusiya ilə İsrail arasında Suriyaya dair gizli razılaşma əldə edilib.

    Muxalifət.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

    Razılaşmaya görə, Rusiya Suriyada İranın təsirini azaldacaq, İsrail isə buna qarşılıq olaraq Bəşər Əsəd rejimini hədəf almaqdan vaz keçəcək.

    Muxalifet2 - 12-07-2018

  16. ABŞ-a yatırılan investisiya 32% azaldı

    2017-ci ildə ABŞ iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 32% azalıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Ticarət Nazirliyi yayıb. Nazirlik keçən il ölkəyə yatırılan birbaşa investisiyaların 259,6 milyard dollar olduğunu bildirib. Bu isə 2016-cı ildə qeydə alınan göstəricidən 120 milyard dollar azdır.

    Muxalifet2 - 12-07-2018

  17. Şəmkir rayonunda intihar –19 yaşlı gənc özünü asdı

    Şəmkir rayonunda 19 yaşlı gənc intihar edib.

    “Report”un xəbərinə görə, rayonun Keçili kəndində 1999-cu il təvəllüdlü Paşa Əliyev yaşadığı evin həyətində özünü asıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 12-07-2018

  18. Muxtar Babayev yeni departament yaratdı, SOCAR-ın keçmiş işçisinə yüksək vəzifə verdi –Nazirlikdə dəyişiklik

    Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qurumda yeni departament yaradıb.

    Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki,  Muxtar Babayev nazirlikdə yeni yaradılan nəqliyyat departamentinin direktoru vəzifəsinə Füzuli Babayevi təyin edib.

    Qeyd edək ki, yeni departament direktoru vəzifəsinə təyinat alan Füzuli Babayev əvvəl “SOCAR”da nəqliyyat idarəsinin rəisi olub.

    Muxalifet2 - 12-07-2018

  19. ““Reyncers”lə “Qəbələ” arasında fərq görmürük”

    ““Reyncers” imic olaraq daha tanınımış olsa da, “Qəbələ” son 3 ildə 2 dəfə Avropa Liqasının qrupunda oynayıb”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Proqres”in futbolçusu Mətin Karayer deyib. Lüksemburq təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində sabah “Qəbələ”nin qonağı olacaq.

    Muxalifet2 - 12-07-2018

  20. FETÖ-çu azadlığa buraxıldı – Bakı məhkəməsində

    FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ədliyyə Nazirliyinin təqdimatı üzrə qərar elan edilib.

    Qərara görə, nazirliyin təqdimatı təmin edilməyib və İsa Özdəmir azadlığa buraxılıb.

    Muxalifet2 - 12-07-2018

Pages