Axtarış

The search found 105828 results in 0.117 seconds.

Search results

  1. ​Türk qırıcılarından möhtəşəm zərbə: 17 terrorçu məhv edildi

    Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin Osmaniyə, Şırnak və Diyarbəkir vilayətlərində endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib.
    Muxalifet.az xəbər verir ki, pilotsuz uçuş aparatları vasitəsilə yerləri əvvəlcədən təsbit olunan terrorçular dəqiq zərbələrlə məhv edilib.
    HHQ-nin qırıcı təyyarələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirilir.
     

    Muxalifet3 - 11-07-2018

  2. ​Onların kökünü kəsməliyik - Qüdrət Həsənquliyev

    Muxalifet.az teleqraf.com -a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.
    - Dünən axşam saatlarında Gəncədə bir qrup şəxsin ictimai asayişi pozmağa hesablanan aksiyaya cəhdi, bu zaman iki polis məmurunun qəddarlıqla öldürülməsi hadisəsini necə qiymətləndirirsiniz?

    Muxalifet3 - 11-07-2018

  3. ​Erməni futbolçu Qəbələyə niyə gətirilmədi?

    "Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.
    Muxalifet.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:
    - Özünüzü Qəbələdə necə hiss edirsiniz?
    - Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdur. Avrokuboklarda bütün oyunlar vacibdir. Mərhələ keçmək üçün çalışacağıq.
    - Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinlə əlaqələndirib. Mətin ona nə deyib?

    Muxalifet3 - 11-07-2018

  4. ​Çində 400 min nəfər təxliyə edildi - Səbəb

    “Mariya” qasırğasının Şərqi Çin sahillərinə çatması səbəbindən Futszyan və Çjetszyan əyalətlərinin hökumət orqanları təhlükəli ərazilərdən 400 mindən çox insanı təxliyə edib. Sinxua agentliyinin yaydığı məlumata görə, tropik qasırğanın episentrinə düşən yerlərdə məktəblər bağlanılıb və müəssisələrin işi dayandırılıb. Balıqçı gəmilərinə limana qayıtmaq göstərişi verilib.

    Muxalifet3 - 11-07-2018

  5. ​Rusiya provokasiyaya hazırlaşır? - Kosaçev açıqladı

    Rusiyanın NATO sərhədlərində provokasiyaya hazırlaşması ilə bağlı yayılan bəyanat absurddur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.
    “Düşünün, sammitdə nə deyildi? Bu absurdluğun bir sərhədi varmı?”, - deyə Kosaçev bildirib.
    Qeyd edək ki, Brüsseldə keçirilən sammit ərəfsində NATO Rusiyanın Kalininqradda hərbi provokasiyaya hazırlaşdığını bəyan etmişdi.
     

    Muxalifet3 - 11-07-2018

  6. ​Milli Parkda bir nəfər dənizə düşdü

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
     

    Muxalifet3 - 11-07-2018

  7. DÇ-2018: Xorvatiya FİNALDA - Tarixində ilk dəfə!

    Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub.
    Belə ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.
    Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.
     
    DÇ-2018
    Yarımfinal

    11 iyul
     
    Xorvatiya – İngiltərə - 2:1

    Muxalifet4 - 12-07-2018

  8. Türkiyədə təhlükəli terrorçu ələ keçirildi – YARALI HALDA…

    Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

    Muxalifet4 - 12-07-2018

  9. Gəncədə polisləri qətlə yetirən terrorçu ilə döyüşən qərargah rəisi - VİDEO

    Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramov terror hücumunu dəf edərkən yaralanıb.
     
    Baş leytenant Samir Bayramov hadisə barədə danışıb.
     
    Muxalifet.az realtv.az-a istinadən baş leytenantın açıqlamasını təqdim edir:
     

    Muxalifet4 - 12-07-2018

  10. Ərdoğan və Əliyev NATO-da yan-yana - FOTO

    İyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib.
     
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
     
    Qəbuldan əvvəl birgə foto çəkdirilib.
     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib.

    Muxalifet4 - 12-07-2018

  11. Ronaldonun boşluğunu onunla doldurmaq istəyirlər…

    “Real Madrid” “Yuventus”a transfer olan Kriştiano Ronaldonun yerini belçikalı ulduzla doldurmaq niyyətindədir.
    Belə ki, ispan klubu “Çelsi”də çıxış edən Eden Azarı gündəminə gətirib.
    “The Sun” nəşrinin məlumatına görə, “Kral klubu” bu transfer üçün hərəkətə keçib. Azar açıqlamalarında “Real Madrid" hər kəsin xəyalıdır” və “Zidan özəl biri” sözlərini işlətdiyinə görə 27 yaşlı futbolçunun da transfer olunmağa niyyətli olduğu bildirilib.
     

    Muxalifet4 - 12-07-2018

  12. SAVAŞ HAZIRLIĞI? - 30 batalyon və 30 hava eskadrilyası yaradılır

    NATO-nun 29 ölkəsinin dövlət və hökumət başçıları 30 gün ərzində genişlənməyə hazır 30 batalyon və 30 aviaeskadrilyasının 2020-ci ilə qədər yaradılması planını təsdiq ediblər.
    TASS agentliyi xəbər verir ki, bu haqda Brüsseldə keçirilən NATO sammitinin birinci gününün nəticəsinə görə mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq bildirib.
    Bundan başqa, sammit hibrid təhlükələrlə mübarizə üzrə kibermüdafiə bölmələrin yaradılmasını təsdiq ediblər. Sammitdə həmçinin, ABŞ və Almaniyada iki yeni komandanlığının yaradılması bəyənilib.

    Muxalifet4 - 12-07-2018

  13. Adnan Oktar kimdir? - MOSSAD AGENTİ HAQQINDA BİLİNMƏYƏN FAKTLAR...

    1970-ci illərdə qurulan "Adnan Hoca Qrupundan" 32 müxtəlif ittihamla gələn həbs

    Maliyyə cinayətləri şöbəsinə aid olan polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən və əleyhinə 32 müxtəlif ittiham irəli sürülən Adnan Oktar son 25 ildə adı fərqli istintaqlarda, ittihamlarda və açıqlamalarda gündəmə gəlmiş bir insandır.

    Muxalifet4 - 12-07-2018

  14. Trampı kimsə qarşılamadı! SƏBƏB ORTAYA ÇIXDI

    Belçika mətbuatında yer alan xəbərlərdə, NATO Sammiti üçün Brüsselə gedən ABŞ prezidenti Donald Trampın Belçika Milli Komandasının Dünya Kubokundakı yarım final qarşılaşması səbəbilə rəhbərlik tərəfindən qarşılanmadığı iddia edilib.
     
    Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp, dünən axşam Brüsselə gəlib.

    Muxalifet3 - 12-07-2018

  15. Fransız ifrat sağçı Le Penden NATO-ya Rusiya çağırışı

    Fransada radikal sağçı Milli Cəbhə (FN) partiyasının lideri Marina Le Pen, Rusiyanın NATO-ya dəvət edilməsi və İttifaqın terrorla mübarizə ilə məşğul olmalı olduğunu bildirib.
     
    Milli Cəbhə lideri Le Pen, Twitter hesabından verdiyi bəyanatda "NATO, Sovet İttifaqının dağılmasından bəri nəyə xidmət edir? Bu gerçək buir sualdır. İttifaqa radikal İslam və terrorizmlə mübarizə kimi yeni bir vəzifə verə bilərikmi" deyə, qeyd edib.
    Le Pen, bu vəzifə çərçivəsində Rusiyanın da İttifaqa daxil edilməsini əlavə edib.

    Muxalifet3 - 12-07-2018

  16. “Juventus” Ronaldonu aldı, fəhlələr üsyan etdi!

    Kristiano Ronaldonun “Real” Madriddən “Juventus”a transferi İtalyan futbolsevərlər həyəcanlandırdı. Ancaq “Juventus”un sahibi Andrea Agnellinin müdiri olduğu “Fiat” avtomobil zavodunun işçiləri, illədir fəhlələrin əmək haqları artırılmazkən Ronaldo üçün ümumilikdə 400 milyon avro xərclənməsi işçilərin tətil etməsinə səbəb olub.
     
    Ronaldonun transferi, İtaliyanın Turin şəhərinin bir nömrəli klubu “Juventus”a bayram yaşadarkən, “Fiat” avtomobil zavudunun işçilərini isə hiddətləndirib.

    Muxalifet3 - 12-07-2018

  17. ​Gəncə təxribatının hədəfləri...

    Azərbaycan polisi bu günlərdə çox böyük rəşadət göstərdi, qəhrəmanlıq səhifəsi yazdı. Gəncədə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, bu dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, Azərbaycan polisi, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar.
    Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu günlərdə Azərbaycan xalqı bu sınaqdan daha bütöv, daha möhkəm, daha monolit çıxdı:

    Muxalifet - 12-07-2018

  18. Adnan Oktarın Mossadla əlaqəsi ortaya çıxdı! İŞİN İÇİNDƏ 2 AZƏRBAYCANLI DA VAR

    Dünən keçirilən əməliyyatla nəzarətə alınan Adnan Oktarın Mossadla əlaqəsi ortaya çıxıb.
     
    İctimaiyyətdə “kedicikləri” ilə tanınan Adnan Oktarın şok edici fotoları ortaya çıxıb. İsrailli vəkillə bir neçə dəfə gizli görüşən Adnan Oktarın gizli məlumatları Mossad Kəşfiyyatına verdiyi müəyyən olunub. Bu il ərzində İsrailli vəkillə bir neçə dəfə görüşən Adnan Oktarın məlumatları Mossada verdiyi ifşa olunub. Aparılan bu görüşlərdən sonra Adnan Oktarın keçmiş illərdəki səfərləri də araşdırılacaq.
     
    PUL MÜQABİLİNDƏ  MƏLUMAT ÖTÜRÜBLƏR

    Muxalifet3 - 12-07-2018

  19. ​Türk ordusu 17 terrorçunu zərərsizləşdirdi

    Türkiyə Hərbi Hava Qüvvələri Osmaniyyə, Şırnak və Diyarbəkirdə PKK terrorçularının mövqelərinə zərbələr endirib.
    Muxalifet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
    Məlumatda bildirilir ki, hava zərbələri zamanı 17 terrorçu zərərsizləşdirilib. 
    Qeyd edək ki, PKK 1984-cü ildə yaranıb. Təşkilatın terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq məqsədilə qanlı terror aktları törədir, sakinlərə qarşı silahlı hücumlar təşkil edirlər.

    Muxalifet - 12-07-2018

  20. ​Bakıda sərnişin avtobusu aşdı - ölən və xəsarət alanlar var

    Qaradağ rayonunda ağır yol qəzası baş verib.
    Muxalifet.az apa-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.
    Ölən və xəsarət alanların olduğu bildirilir.
    Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

    Muxalifet - 12-07-2018

Pages