Axtarış

The search found 105828 results in 0.15 seconds.

Search results

  1. Gəncədə polisi öldürən şəxsin DƏHŞƏTLİ ƏMƏLLƏRİ ORTAYA ÇIXDI: 19 yaşında...

    Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

    Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

    Muxalifet2 - 11-07-2018

  2. ADNAN OKTARIN MOSSADLA ƏLAQƏSİ ÜZƏ ÇIXDI - Casusluq ittihamı

    Muxalifet.az xəbər verir ki, Türkiyədə yaxalanan Adnan Oktarın MOSSAD-la əlaqəsinin üzə çıxdığı barəsində xəbərlər dərc edilib.

    Muxalifet4 - 11-07-2018

  3. VLADİMİR PUTİNİN 2024 SSENARİLƏRİ:65 yaşlı prezidentin varis seçimi niyə uzanır? - TƏHLİL

    Böyük Pyot, II Yekaterina, İosif Stalin və… tarixən Rusiyada hakimiyyət Moskvadakı güclü adamla təcəssüm olunub. Yəni Rusiyada iqtidar ictimai-siyasi quruluşa deyil, bu strukturun fövqündə duran fərdlərə əsaslanır.

    Rusiya Federasiyasının hazırkı rəhbəri Vladimir Putin harizmatik lider səciyyəsinə malikdir. Rus cəmiyyətində Putinin rəhbərlik formasına etimad onun şəxsi keyfiyyətləri və rusların böyük əksəriyyəti üçün cəlbedici olan fərdi qabiliyyətləri ilə ölçülür.

    Muxalifet2 - 11-07-2018

  4. “AZƏRİQAZ”IN NÖVBƏTİ KORRUPSİYA ƏMƏLİYYATI - Sakinlər evdə olmadan sayğac sökülür, artıq borc yazılır və...

    “Azəriqaz” rəsmisi: “Aktı qonşuya veriblərsə, bunu gizlin etməyiblər” Baba Rzayev: “Mənzil sahibi evdə olmadan sayğacın sökülməsi və əvəzlənməsi doğru deyil” Bakıda mənzillərdə qaz sayğaclarının istismar müddətinin başa vurmasını, sayğacların az pul yazmasını bəhanə edərək “Azəriqaz”ın əməkdaşları mənzil sahibləri evdə olmadan, heç bir xəbərdarlıq etmədən sayğacları söküb, yeni sayğaclar ilə əvəz edirlər. Halbuki, mənzil sahibi evdə olmadan köhnə sayğacın yenisi ilə əvəzlənməsi qanunsuzdur.

    Muxalifet4 - 11-07-2018

  5. Dünya birjalarında neftin qiyməti:"Brent" ucuzlaşıb

    Dünya birjalarında neftin qiyməti açıqlanıb.

    Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar azalaraq 78,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar ucuzlaşaraq 73,67 dollar olub.

    Muxalifet2 - 11-07-2018

  6. Hacı Şahindən ÇAĞIRIŞ: "Bu dəhşətli faciədir və onun dinlə heç bir əlaqəsi yoxdur"

    “Gəncədə baş verən iğtişaşlar həm Azərbaycan qanunlarının, həm də dini dəyərlərin tapdalanması kimi qəbul edilməlidir. Din şüarı ilə, “Allahu-Əkbər” deyərək hüquq-mühafizə orqanlarına hücum edib, onları qətlə yetirmək dəhşətli bir faciədir. Bunun dinlə heç bir əlaqəsi yoxdur”.

    Bu sözləri publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

    Onun sözlərinə görə, həmin insanlar yalnız öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edirlər.

    Muxalifet2 - 11-07-2018

  7. Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırıldı

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub.

    Komitədən verilən məlumata görə, müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilib.

    Muxalifet2 - 11-07-2018

  8. ​“Azərbaycanda xaos yaratmaq cəhdlərinin perspektivi yoxdur” - Ziyafət Əsgərov

    "Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb”.
    Muxalifet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

    Muxalifet - 11-07-2018

  9. ​Ukrayna və Rusiya arasında birbaşa toqquşma mümkünsüzdür - Sergey Şoyqu

    Ukrayna və Rusiya arasında birbaşa toqquşma mümkünsüzdür.
    Muxalifet.az xəbər verir ki, bunu İtaliyanın “İl Giornale” qəzetinə müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
    “Bizim ümumi köklərimiz var. Uzun əsrlər bir yerdə ağır sınaqlardan çıxmışıq və çiyin-çiyinə İkinci Dünya müharibəsində vuruşmuşuq”, – deyə o bildirib.
    O, ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas səbəbinin ABŞ elitası olduğunu deyib:

    Muxalifet - 11-07-2018

  10. Türkiyə ordusu PKK-nın 30-a yaxın dayaq məntəqəsini məhv etdi

    Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyatları davam etdirir.
    Trend-in məlumatına görə, əməliyyat çərçivəsində PKK terrorçularının 28 dayaq məntəqəsi məhv edilib.
    Türkiyə Silahlıq Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata əsasən, dayaq məntəqələri İraqın Avaşin, Baysan və Zap rayonlarında məhv edilib.

    Muxalifet - 11-07-2018

  11. Şəhid polislərə vida mərasimi

    Gəncə Şəhər Baş Polis İdarəsinin binasının qarşısında şəhid polislərlə vida mərasimi keçirilir.
    “Report”un Qərb bürosunun məlumatına görə, mərasimdə Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, polis əməkdaşları, İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.

    Muxalifet - 11-07-2018

  12. ​Bəzi avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib- Bakı Nəqliyyat Agentliyi

    İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri ilə əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Muxalifet - 11-07-2018

  13. ​Sabah hava necə olacaq?

    Azərbaycanda sabaha, iyulun 12-nə olan hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 11-07-2018

  14. ABŞ 1 AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİ: Rusiya Qərbin “Gəncə Keçidi”ndən istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər

    Son günlər Gəncədə baş verən hadisələr ictimai diqqəti bütünlüklə Azərbaycanın ikinci böyük şəhərinə yönəldib. 1993-cü ilin hərbi qiyamından bəri Gəncə oxşar hadisələrin episentrinə çevrilməmişdi. Buna görə də, milli yaddaşda 100 illiyini bu il qeyd etdiyimiz Cümhuriyyətin ilk paytaxtı kimi qalmış şəhərin bir daha dövlətçiliyə zidd hərəkətlərlə gündəmə gəlməsi üzücüdür.

    Muxalifet4 - 11-07-2018

  15. Nardaran hadisələri ilə bağlı hökm oxundu: 29 il

    2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Elxan İsgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Əbülfəz Bünyatov barəsində olan polis nəzarətində qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalında həbs edilib.

    Muxalifet2 - 11-07-2018

  16. ​Gəncədə qətlə yetirilən polisin axund qardaşından ŞOK AÇIQLAMALAR - VİDEO

    Gəncədə polislə qarşıdurmada öldürülən Nizami rayon Polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı - İmamzadə türbəsinin axundu Hacı Tahir Abbasov qardaşının qətli haqqında danışıb.
    Muxalifet.az xəbər verir ki, o, müsahibəsində qardaşının ölümünün Elmar Vəliyevə qarşı narazılıqla əlaqəsinin olmadığını deyib.
    O, bildirib ki, bu olay Azərbaycan dövlətinə qarşı təxribatdır.Həmin açıqlamanı tam versiyada təqdim edirik:

    Muxalifet4 - 11-07-2018

  17. Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

    Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazir müavini Yəhya Musayev Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

    Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

    Muxalifet2 - 11-07-2018

  18. Nazir idarə rəisini işdən azad etdi

    Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib.
    APA-nın məlumatıa görə, Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.
    Kənd Təsərrüfatı Nazirliyindən " faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: "Hələlik onun yerinə təyinat yoxdur".

    Muxalifet2 - 11-07-2018

  19. Gəncədə qətlə yetirilən polis əməkdaşları dəfn olundu - YENİLƏNİB

    Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başa çatıb.

    Muxalifet.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Muxalifet4 - 11-07-2018

  20. Əflatun Amaşov:"Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır"

    İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir.

    Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

    Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır:

    Muxalifet2 - 11-07-2018

Pages