Axtarış

The search found 105828 results in 0.074 seconds.

Search results

  1. Azərbaycanlı lider Ümid Yalçınla görüşdü – Müzakirə

    İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi Türkiyənin Xarici İşlər nazirinin müavini Ümid Yalçınla görüş keçirib.

    Bu haqda məlumatı Ərşad Salehi özü  Ankara səfəri haqda danışarkən verib.

    Türkman liderinin sözlərinə görə, tərəflərin əsas müzakirə mövzusu Kərkük türkmanlarının problemləri və İraqda keçirilən parlament seçkilərindəki seçki saxtakarlığı olub:

    Muxalifet2 - 11-07-2018

  2. 25 yaşlı oğlan göldə batdı - QAZAXDA

    Qazax sakini göldə batıb.
    Muxalifət.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində olan süni göldə baş verib. Rayonun Fərəhli kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılov Ozan Rəşid oğlu göldə cimən zaman boğulub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları dəvət olunub.
    Axtarış təddbirləri həyata keçirilir./apa/
     

    Muxalifet2 - 11-07-2018

  3. Cənubi Qafqazın 3 politoloqu Paşinyanın hakimiyyətə gəlişini təhlil ediblər

    Hikmət Hacızadə: “Bizim üçün vacib cəhət Qarabağ ermənilərinin mürtəce klanının hakimiyyətdən getməsi oldu”

    Azərbaycan, Gürcüstan və Ermənistan politoloqları “Qafqaz vətəndaş dinləmələri mərkəzi”nin Tiflisdə təşkil etdityi “Ermənistanda məxməri inqilab: Bakı, Tiflis və İrəvandan baxışlar” adlı konfransda Nikol Paşinyanın hakimiyyətdə olduğu ilk 3 ayı dəyərləndiriblər.

    Muxalifet2 - 11-07-2018

  4. Paşinyana həmlə: Çarukyan silahlı dəstələrə pul paylayır

    Erməni oliqarx Qagik Çarukyanın xeyriyyə fondu Sasna Çrer qruplaşmasının hesabına 5 milyon dram (10,4 min dollar) köçürüb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın Feysbuk səhifəsində yer alıb. Qruplaşma bu pulun siyasi məhbusların zaminə buraxılması və onlara tibbi xidmətin göstərilməsinə yardım edəcəyini bildirib.

    Qeyd edək ki, Sasna Çrer qruplaşması Ermənistanda polis bölməsini ələ keçirməsi ilə məşhurlaşıb. Qruplaşmanın üzvləri sonradan həbs edilsələr də, Paşinyanın hakimiyyətə gəlişindən sonra azad edilməyə başlayıblar.

    Muxalifet2 - 11-07-2018

  5. Qusarda narkotik bağbanı həbs edildi – Əməliyyat

    Qusar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

    Muxalifət.az xəbər verir ki, iyulun 10-da Qusar rayon polis şöbəsinin əməkdaşları daxi olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanov saxlanılıb.

    Ona məxsus evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

    Muxalifet2 - 11-07-2018

  6. ​“Gəncədə dini durumla bağlı heç bir problem yoxdur” - KOMİTƏ SƏDRİ

    Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədəki hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib.

    Muxalifet - 11-07-2018

  7. ​Niyə başçıya atəş üçün Yunis seçildi?

    Nardaranda məlum olaylar baş verir - İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür - yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil. Ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur.
    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi var:

    Muxalifet - 11-07-2018

  8. ​Azərbaycanda 41 saxta din xadimi aşkarlanıb - Mübariz Qurbanlı

    Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, 2017-2018-ci ilin may ayınadək komitənin Mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

    Muxalifet - 11-07-2018

  9. ​Dolların sabaha olan məzənnəsi

    Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 12-nə USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

    Muxalifet - 11-07-2018

  10. ​Prezident miqrasiya haqda qanuna edilən dəyişiklikləri təsdiqlədi

    Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
    Muxalifet.az xəbər verir ki, dəyişikliklə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağa aradan qaldırılıb.

    Muxalifet - 11-07-2018

  11. ​İRƏVAN İŞIQSIZ QALDI

    İrəvanın mərkəzi küçələri yarımstansiyada baş verən qəza səbəbindən tamamilə işıqsız qalıb.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Sputnik” "Ermənistan Elektrik Şəbəkələri" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər yayıb.
    Şirkətdən nəşrə bildiriblər ki, İrəvana elektrik enerjisinin bərpası iyulun 11-i axşama planlaşdırılır.

    Muxalifet - 11-07-2018

  12. ​AB heç vaxt NATO-nu əvəz edə bilməyəcək - Stoltenberq

    Avropa Birliyi heç vaxt NATO-nu əvəz edə bilməz.
    Muxalifet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüssel sammitindən öncə jurnalistlərə verdiyi açıqlamada söyləyib.
    O, AB-nin NATO-ya alternativ yarada bilməyəcəyini də deyib.
    Qeyd edək ki, son günlər Avropada vahid AB ordusunun yaradılması məsələsi gündəmə gəlib. Bu istiqamətdə aktivlik ABŞ-ın yeni ticarət rüsumlarından sonra yaranıb.

    Muxalifet - 11-07-2018

  13. Polisi qətlə yetirənlərdən biri anasını öldürübmüş - Axtarışa verilən şəxslərlə bağlı bəzi TƏFƏRRÜATLAR

    Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərlə bağlı bəzi təfərrüatlar bəlli olub.
    APA TV-nin xəbərinə görə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

    Muxalifet - 11-07-2018

  14. AzTU-nun fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı - FOTO

    “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində “Nar” universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin ilk tədris semestri üzrə ən yaxşı nəticələri göstərən tələbələrini mükafatlandırdı.

    Muxalifet4 - 11-07-2018

  15. ​İsrail “Patriot”ları işə saldı...

    Əsəd rejiminə məxsus PUA Qolan təpələri istiqamətində İsrailin hava məkanını pozub.
    Muxalifet.az xəbər verir ki, bu barədə İsrail ordusundan informasiya yayılıb.
    Məlumata görə, sərhəddə yaranan gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərini artıran İsrail “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə rejimə məxsus PUA-nı zərərsizləşdirib.

    Muxalifet - 11-07-2018

  16. ​Siyavuş Novruzov:"Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir"

    Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir.
    Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

    Muxalifet - 11-07-2018

  17. ​Səudiyyə ilə İran arasında növbəti gərginlik

    Səudiyyə Ərəbistanı İran gəmilərinin mütəmadi şəkildə onun Fars körfəzindəki neft yataqlarının yerləşdiyi akvatoriyasına keçməsilə bağlı BMT-yə şikayət edib.
    Bu barədə Krallığın “WAM” agentliyi məlumat yayıb.
    Məlumata əsasən, İrana məxsus gəmi və qayıqlar Səudiyyə Ərəbistanının ərazi sularındakı neft platforması və yataqlarının yaxınlığında yerləşən qapalı ərazilərə dəfələrlə “hücum edib”. Lakin həmin gəmilərin hərbi, yoxsa mülki olması bildirilmir.

    Muxalifet - 11-07-2018

  18. ​OPEC: "Azərbaycanın neft hasilatı azalacaq"

    Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.
    Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib.

    Muxalifet - 11-07-2018

  19. Ayaz Mütəllibov: “Qarabağ münaqişəsini ancaq Rusiya təkbaşına həll edə bilər” - MÜSAHİBƏ

    Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat”a geniş müsahibə verib. Mingəçevirdə baş vermiş qəzadan, Gəncədə baş verən qanlı hadisələrdən və ən vacib problemimiz olan Qarabağ məsələsindən danışıb.
    Strateq.az müsahibəni oxucularına təqdim edir:
    – Ayaz müəllim, Azərbaycanın ikinci böyük şəhərinin-Gəncənin icra başçısına qarşı sui-qəsd olayını və daha sonra iki polis zabitinin qətlə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

    Muxalifet - 11-07-2018

  20. Gəncədə polisi qətlə yetirməkdə şübhəli bilinənlərdən biri həbs olundu

    Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.
    Bu barədə Muxalifet.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

    Muxalifet - 11-07-2018

Pages