Axtarış
The search found 105828 results in 0.193 seconds.
Search results
Vəkillər Kollegiyasının sədri: “Gəncəlilər dövlətə qarşı olanları heç vaxt bağışlamayacaq”
“Bu gün Gəncədə Azərbaycanın milli dövlətçiliyinin, demokratik dünyavi dəyərlərin, Cümhuriyyət ənənələrinin keşiyində duran və qəhrəmancasına şəhid olan polis zabitlərinə Allah rəhmət eləsin. Onların belinə bıçaq zərbəsi vuranlar isə əslində milli dövlətçiliyimizin beşiyi və Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncənin belinə zərbə vuran, millətimizə və bütün türk dünyasına düşmən mövqedə dayanan, məqsədləri ölkəmizdə xaos yaratmaq olan xarici qüvvələrin sifarişini yerinə yetirən antimilli ünsürlərdir”.
Muxalifet2 - 11-07-2018
“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu bu gün ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu Belçikadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Lavrence Visserdir.
Baş hakimin köməkçiləri Karel De Roker və Jo de Veirdt olacaqlar. Dördüncü hakim funksiyasını Bram Van Driesşe yerinə yetirəcək.
Muxalifet2 - 11-07-2018
Şəmkirdə meşə yanır
Şəmkir rayonunda meşədə yanğın başlayıb.
Muxalifət.az FHN-ə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Muxalifet2 - 11-07-2018
Zirvədən əvvəl qalmaqal: Trampdan Almaniyaya sərt sözlər
ABŞ Prezidenti Donald Tramp Brüsseldə Almaniyanı tənqid atəşinə tutub.
Muxalifət.az xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberqlə birlikdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidentinin rəsmi Berlin haqqında dediyi sözlər qalmaqal yaradıb.
Berlin hökumətinin təcili şəkildə müdafiə xərclərini artırmasını istəyən Tramp, Almaniyanın hazırda Rusiyanın əsiri olduğunu söyləyib.
Muxalifet2 - 11-07-2018
İranda qırıcı təyyarə qəzaya uğrayıb
İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb.
Bu barədə "Report" TASS-a istinadən məlumat verir.
Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.
Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.
Muxalifet2 - 11-07-2018
ABŞ iki ölkəyə 740 milyonluq raketlər satır
ABŞ Dövlət Departamenti Britaniya və Danimarkaya aviasiya raketlərinin satışına izn verib.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Təhlükəsizlik və Müdafiə Sahəsində Əməkdaşlıq Agentliyi yayıb.
İki ölkə ilə bu istiqamətdə imzalanacaq müqavilənin dəyərinin 740 milyon dollar olacağı vurğulanıb. Britaniyaya veriləcək “hava-hava” raketlərinin 650 milyon dollar, Danimarkaya veriləcək raketlərin isə 90 milyon dollar olacağı bildirilib.
Qeyd edək ki, hər iki ölkəyə satılan raketlərin F-16 və F-35 təyyarələrində istifadəsi nəzərdə tutulub.
Muxalifet2 - 11-07-2018
Kartof sahələrində xəstəlik yayılıb
Gədəbəy rayonunda 4100 hektar sahədə karantin zərərvericisi olan Kolorado kartof böcəyi, 4200 hektar sahədə isə fitaftora xəstəliyi ilə sirayətlənib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən məlumat verilib.
Muxalifet2 - 11-07-2018
Adnan Oktarın axırına çıxacaq ETİRAF: “QOŞA SİLAHLA GƏZİRLƏR”
Muxalifət.az xəbər verir ki, Adnan Oktarın təşkilatından qaçmış Ceylan Özgil (Özbudak) əməliyyatdan sonra diqqəti cəlb edən açıqlamalar verib. “Tvitter”dəki hesabından Adnan Oktar ilə ardıcılları barəsində deyib: “Adnan Oktarın təşkilatından çıxmış biri olaraq deyirəm. Məsələni “kedicik” sözü ilə kiçilməyi tövsiyə eləmirəm. Vitrində məsum görünən bu qadınların əksəriyyəti qoşa silahla gəzirlər. Müxtəlif cinayətlərin iştirakçısı olduqlarına şahidəm. Əlbəttə, biz də şikayətçiyik”./Hurriyyet/
Muxalifet2 - 11-07-2018
Dünyada heç bir güc ABŞ qədər... - Stoltenberq
Çətin problemlərin həlli üçün Rusiya ilə dialoqa cəhd etmək lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, çətin problemlər Moskvanın təcridi üçün arqument ola bilməz.
Stoltenberq həmçinin ABŞ-ın Avropa ilə münasibətlərinə də toxunub. Baş katib ABŞ-ın Avropada qoşunlarının olmasının ona qlobal güc olmağa imkan verdiyini bildirib.
O, bunun Avropa və ABŞ üçün önəmli olduğunu deyib.
Stoltenberqin fikrincə, dünyada heç bir güc ABŞ qədər müttəfiqə sahib deyil.
Muxalifet2 - 11-07-2018
Bakıda silahlı şəxs həbs edildi – Xüsusi əməliyyat
Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsin həbs edilməsi istiqamətində xüsusi əməliyyat keçirib.
Muxalifət.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın N.Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğlu saxlanılıb.
Mübariz Lətifoğlundan küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 11-07-2018
VİLAYƏTİNİN QƏFİL MOSKVA SƏFƏRİ:Helsinki sammitindən əvvəl Tehrandan 2 mühüm mesaj - TƏHLİL
İyulun 11-də Ali Liderin beynəlxalq məsələlər müşaviri Əli Əkbər Vilayəti Xarici İşlər Nazirliyinin təmsilçiləri ilə birlikdə Rusiyanın paytaxtında olacaq. O, Ayətullah Xamnəidən və prezident Həsən Ruhanidən iki ismarışı Rusiya prezidenti Vladimir Putinə çatdıracaq.
Muxalifet2 - 11-07-2018
Nazirlər Kabinetində yeni təyinat
Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.
APA-nın məlumatına görə, baş nazirin Katibliyinin rəisi təyin edilib.
Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.
Muxalifet2 - 11-07-2018
“İstək” liseyinin şagirdlərinin digər məktəblərdə yerləşdirilməsinə başlanılıb- Təhsil Nazirliyi
Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən start verilib.
Muxalifet2 - 11-07-2018
"Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır" - NAZİR
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəlikdə yer alan mövzudur.
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur:
"Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir".
Muxalifet2 - 11-07-2018
Komandoslar əməliyyata başladı: terrorçuların yalvarışı…
Türkiyənin Qara dəniz bölgəsində türk ordusunun çavuşu Əli Cevizcini şəhid edən terrorçu dəstəsinin rəhbəri və yanındakı digər 2 terrorçunun axtarışları davam edir.
Muxalifət.az xəbər verir ki, axtarışların davam etdiyi bir vaxtda türk ordusu terrorçuların PKK liderləri ilə rabitə danışığını aşkar edib.
“Zap" kod adlı Barış Önər PKK rəhbərliyindən ərazini tərk etmələri üçün dəstəyə dərhal kömək edilməsini tələb edib. Terrorçu türk əsgərlərinin hər yerdə onları axtardığını və çarəsiz halda küncə sıxışdırıldıqlarını qeyd edib.
Muxalifet2 - 11-07-2018
Mikroavtobus minik maşını ilə toqquşdu: 11 yaralı var - YENİLƏNİB
Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Muxalifet2 - 11-07-2018
Gəncə təxribatının arxasında dayanan güc – Keçmiş nazirdən ilginc iddialar
Gəncədə öz vəzifəsinin icrasını həyata keçirən polislər cinayətkarlar tərəfindən qətlə yetirildi. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd cəhdində olduğu kimi bu dəfə də cinayətkarları “qəhrəman” kimi təqdim etməyə çalışanlar var. Xüsusilə də radikal şiəliyin təbliğatında istifadə edilən ifadələrdən istifadə edərək, cinayətkarları “məzlumların hüquqlarının müdafiəçiləri” kimi təqdim edirlər. Bu, ideoloji model İranın inqilabçı ideologiyasına oxşayır.
Muxalifet2 - 11-07-2018
“The Guardian”:"“Facebook” 500 min funt-sterlinq cərimələnəcək"
“Facebook” şirkəti istifadəçilərin şəxsi məlumatlarını “Cambridge Analytica” şirkətinə ötürdüyünə və bu sahədə Britaniya qanunvericiliyini pozduğuna görə Böyük Britaniyada 500 min funt-sterlinq (663 min dollar) cərimələnəcək. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Muxalifet2 - 11-07-2018
Polşada helikopter qəzası - ÖLƏNLƏR VAR
Polşanın cənub-qərbindəki Opolsk əyalətində helikopter qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, qəza nəticəsində iki nəfər həlak olub.
Qeyd olunur ki, helikopter yol kənarında yerə düşüb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Muxalifet2 - 11-07-2018
Yaş artdıqca imtahanda uğur faizi azalır - DİM
Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 30-da dövlət qulluğuna qəbul imtahanı ilə bağlı bəzi statistik məlumatları açıqlayıb.
Muxalifet2 - 11-07-2018