Axtarış
The search found 105828 results in 0.152 seconds.
Search results
Qadın, oğlu və qardaşı oğlu göldə boğuldu - Dəhşətli faciə
Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.
Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Muxalifet3 - 10-07-2018
SON DƏQİQƏ: İran islam ordusu yaradır – İsrail aradan qaldırılacaq
Qolan təpələrində islam ordusu qura bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri iranlı general Hüseyn Səlami deyib.
O bildirib ki, bu ordu İsraili məhv etmək qabiliyyətinə malik olacaq:
“Bu gün beynəxalq islam ordusu Suriyada qurulub və müsəlmanların səsi Qolan yaxınlığında eşidilir. Əmr gözləyirlər... Bu ordu ilə İsrail rejimi aradan qaldırılacaq və rejim tamamilə yox olacaq. Sionist rejimin həyatı heç bir zaman olmadığı qədər təhlükədədir”.
Muxalifet3 - 10-07-2018
DGK sədrindən müjdə: İslahatlar davam etdiriləcək...
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Caspian European Club"un Baş İcraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Komitə sədri Səfər Mehdiyev "Caspian European Club"la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.Muxalifet3 - 10-07-2018
Azərbaycanlılara işgəncə verilir, Ruhani isə... – Bəyanat
Güney Azərbaycanda Babək qalasına yürüş zamanı saxlanılan və ağır işgəncələrə məruz qalan fəallara görə Güneyin tələbə dərnək və qurumları bəyanat yayıblar.
Muxalifet.az xəbər verir ki, bəyanatın əvvəlində ölkə konstitusiyasının 27-ci maddəsinə istinad edilərək “İslam dəyərlərinə zidd olmamaq şərti ilə, əhalinin silah daşımadan sərbəst toplaşmaq və nümayiş keçirmək hüququ var” sözləri qeyd olunub.
Bəyanatda bildirilib ki, Azərbaycan hər zaman hərəkatlar və ictimai dəyişikliklərin mərkəzi olub:Muxalifet3 - 10-07-2018
Bakıdan yola düşən Ərdoğan Kiprdə - Foto
Bakıdan yola düşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi artıq Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşanın Ercan beynəxalq hava limanına eniş edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı rəsmi mərasimlə qarşılanıb.
Maraqlı məqamlardan biri də təxminən minə yaxın insanın Ərdoğanı qarşılamaq üçün Türkiyə bayraqları ilə hava limanına gəlməsidir.
Muxalifet3 - 10-07-2018
Aeroportda təyyarə qəzası: Yaralılar var...
Cənubi Afrika Respublikasında (CAR) yerləşən “Uonderbum” hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində 20 nəfərin xəsarət aldığı deyilir.
Hadisə ilə bağlı təfərrüatlı məlumat yoxdur.
Muxalifet3 - 10-07-2018
Gəncədə qanunsuz aksiya dağıdıldı: 30 nəfər saxlanıldı
Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.
Muxalifet.az xəbər verir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb.
30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb. İki polis əməkdaşının xəsarət aldığı bildirilir.
Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
Muxalifet3 - 10-07-2018
Afina Türkiyəyə qarşı hərəkətə keçdi: NATO-ya şikayət
2 yunan əsgərinin Türkiyədə saxlanılmasından dolayı Yunanıstan Baş naziri Aleksis Çipras Brüsseldə təşkil ediləcək NATO sammitində Ankaradan ittifaq ölkələrinə şikayət ünvanlayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan hökumətinin sözçüsü Dimitris Tzanakopoulos deyib.
“Bu məsələ baş nazirimizin bütün açıqlamalarında və görüşlərində gündəmə gələcək. Əsgərlərin sərbəst buraxılması üçün maksimum təzyiq göstəriləcək”, - deyə sözçü bildirib.Muxalifet3 - 10-07-2018
Tramp sirr saxladı: Putinə hədiyyəm var
Putinə kiçik bir hədiyyəm var.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Hədiyyənin nə olduğunu deməyəcəm, Putinə təqdim edəndə öyrənəcəksiniz", - Tramp bildirib.
Qeyd edək ki, Putin və Tramp iyulun 16-da Helsinkidə görüşəcəklər.
Muxalifet3 - 10-07-2018
Paşinyan bununla səriştəsiz olduğunu ortaya qoydu
Berlində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclası keçirilir.
Muxalifet.az xəbər verir ki, iclasda ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. O, görünür, hələlik yetərincə təcrübəsi olmayan Ermənistanın yeni rəhbərliyinin bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin formatı barəsində populist bəyanatlarına toxunub.Muxalifet3 - 10-07-2018
SON DƏQİQƏ: Gəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - Rəsmi
2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.
DİN-dən verilən məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərmişlər.Muxalifet3 - 10-07-2018
Səudiyyə koalisiyası bu ölkəyə hərbi qüvvə göndərdi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husilərə qarşı əməliyyatlarda iştirak etmək üçün Yəmənə hərbi qüvvə göndərib.
Muxalifet.az xəbər verir ki, sözügedən briqadanın Hudeydə şəhərində keçirilən əməliyyatlara qatılacağı bildirilib.
Yəmən hökuməti hələ ki, məsələ ilə bağlı açıqlama yaymayıb.Muxalifet3 - 10-07-2018
Ali Məclisin sessiyası çağırıldı: üç mühüm məsələ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə müvafiq qərarı iyulun 10-da Ali Məclisin sədri Vasif Talıbovimzalayıb.
Qərara görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2018-ci il iyul ayının 14-də saat 11:00-da Naxçıvan şəhərində çağırılacaq.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:Muxalifet3 - 10-07-2018
Deputat Gəncə olayı haqda: Məqsəd bu idi...
Gəncəlilər bu məqamda dövlətin yanında olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncə şəhərində baş vermiş fövqəladə vəziyyəti şərh edərkən bildirib.
Müsahibimiz hesab edir ki, bu məsələdə gözlənilən prosesin davamından söhbət gedir:Muxalifet3 - 10-07-2018
Polis baş naziri saatlarla dindirdi – O, GÜNAHSIZ OLDUĞUNU İDDİA EDİR
İsrail polisi bir neçə saat ərzində Baş nazir Benyamin Netanyahunu sorğu-sual etdiyini təsdiqləyib.
Muxalifet.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Netanyahu “4000 işi” üzrə dindirilib.
Söhbət hökumət başçısının yaxınlarının İsrailin nəhəng telekommunikasiya şirkətləri ilə əlaqələrindən gedir.İş üzrə fiqurant qismində Netanyahunun sabiq mətbuat katibi Nir Hefes, Rabitə nazirliyinin baş direktoru Şlomo Fuilber və digər tanınmış şəxslər keçir.Muxalifet4 - 11-07-2018
Fransa millisi FİNALDA – Rəqib komanda sabah müəyyənləşəcək
Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.
Muxalifet.az xəbər verir ki, Fransa Belçika milliləri arasında baş tutan ilk yarımfinal matçının taleyini 1 qol həll edib.
Matçın 51-ci dəqiqəsində Fransa millisinin futbolçusu Umtitinin vurduğu fransızları finala çıxarıb. Beləliklə də, Belçikanın tarixində ilk dəfə dünya çümpionatının finalına yüksəlmək arzuları puç oldu.
Fransanın həlledici oyunda rəqibi isə sabah İngiltərə - Xorvatiya oyununda müəyyənləşəcək.
Muxalifet4 - 11-07-2018
Ronaldudan “Real”a və Madridə vida sözləri – “Həyatımda yeni dövrə qədəm qoymağın vaxtı çatıb”
““Real” və Mardiddəki illərim ömrümün ən xoşbəxt illəri olub”.
Bu sözləri bu gün “Yuventus”a keçidi rəsmiləşən Kriştianu Ronaldu “Real Madrid”lə bağlı son fikirlərini ifadə edərkən söyləyib.
O, Madridlə və klubla bağlı yalnız minnətdarlıq duyğusunun olduğunu dilə gətirib:
“Mən hamıya sevgisinə görə təşəkkür edirəm. Düşünürəm ki, həyatımda yeni dövrə qədəm qoymağın vaxtı çatıb. Məhz bu səbəbdən klubdan məni buraxmasını istədim. Bütün azarkeşlərdən məni anlayışla qarşılamasını xahiş edirəm.
Azarkeşlər bu 9 ildə möhtəşəm idilər. 9 unikal il...Muxalifet4 - 11-07-2018
“Aydın görünür ki, xarici güclərin Azərbaycana qarşı təxribatıdır” – PƏNAH HÜSEYN
Bu gün saat 20 radələrində Gəncədə baş verən və iki yüksək rütbəli polisin ölümü ilə nəticələnən iğtişaşlar ölkə ictimaiyyəti tərəfindən pislənir. Məsələyə müxalif düşərgənin təmsilçiləri də münasibət bildiriblər.
AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.Muxalifet4 - 11-07-2018
Gəncədə öldürülən polis 9 gün əvvəl PREZİDENT TƏRƏFİNDƏN TƏLTİF EDİLMİŞDİ
Xəbər verdiyimiz kimi, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.Muxalifet4 - 11-07-2018
Israil Iranın “İslam ordusu” hədəsinə, hədə ilə cavab Verdi
İsrail, Golan Təpələrindəki tampon bölgədə tək bir Suriya əsgərinə belə göz yummayacağını açıqlayıb.
İsrail Suriyaya yönəlik aqressiv açıqlamalarına davam edir. İsrailin baş naziri Benyamin Netanyahunun sabah Rusiya prezidenti Vladimir Putinlə görüşü öncəsi müdafiə naziri Aviqdor Liberman İsrailin işğalı altındakı Golan Təpələrinə əlavə güc yerləşdirib.
Liberman, İsrailin sərhədindəki Suriya əsgərinə göz yummayacağını və hücum edəcəyini bildirib.Muxalifet3 - 11-07-2018