Axtarış
The search found 105828 results in 0.064 seconds.
Search results
Lavrovla görüşən senator: Putin mafiozdur
Rusiya Prezidenti Vladimir Putinin qarşısını almaq lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu amerikalı senator Con Nili Kennedi deyib. Onun sözlərinə görə, Qərb heç bir halda Putinə güvənməməlidir:
“Rusiyada siyasi fəlsəfə yoxdur. Bu, mafiyanın siyasi fəlsəfəsi kimidir. Mafiyanın fəlsəfəsi isə pul və hakimiyyətdir. Bu, Putinin fəlsəfəsidir”.
Qeyd edək ki, Kennedi bir müddət əvvəl Rusiyaya gəlib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Muxalifet2 - 10-07-2018
Ərdoğan Bakıda belə qarşılandı – FOTOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
Muxalifət.az xəbər verir ki, Türkiyə prezidentini Heydər Əliyev hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.
Muxalifet2 - 10-07-2018
SENSASİON İDDİA: "İSRAİLDƏN 1 MİLYARD DOLLAR RÜŞVƏT İSTƏDİ"
Muxalifət.az xəbər verir ki, ABŞ-də dərc edilən “Vol Strit Cornəl” (Wall Street Journal – WSJ) qəzetində dərc edilən bir hesabatda, 1999-cu ildə Şimali Koreya İrana və İsrailə rəqib olan digər ölkələrə nüvə texnologiyası satmamaq üçün İsraildən rüşvət istədiyi iddia olunub. Qəzet bu məlumatı şimali koreyalı yüksək vəzifəli diplomatdan aldığını yazıb. Xəbərdə deyilir ki, 1999-cu ildə Pxenyandan olan diplomatlar israilli həmkarları ilə gizlik görüş keçiriblər.
Muxalifet2 - 10-07-2018
İncə kritik açıqlamaya hazırlaşır: Kılıçdaroğluna hücum
CHP-nin seçkilərdə məğlub olan və qarşıdakı seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini açıqlayan namizədi Məhərrəm İncə çərşənbə günü mətbuat konfransı təşkil edəcək və partiya daxilindəki müxaliflərə hərəkətə keçmələri barədə göstəriş verəcək.
Muxalifət.az xəbər verir ki, İncə mətbuat konfransında seçki prosesində yaşananları dilə gətirəcək.
İncə niyə televiziyaya çıxaraq açıqlama vermədiyini, seçki kampaniyasını necə apardığını, CHP mərkəzi aparatının ona lazımi dəstək vermədiyini və buna görə də tək qalması barədə danışacaq.
Muxalifet2 - 10-07-2018
Elmar Vəliyevlə bağlı cinayətin pərdəarxası: Bakı ilə Tehranın münasibətlərini yaralamağa çalışırlar
Məlum olduğu kimi, rəsmi ittihamda Elmar Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərovun dindar olması və bir neçə ay İranda (Qum şəhərində) yaşadığı və buradan Suriyaya getdiyi qeyd olunur.
Doğrudur, rəsmi orqanların bəyanatında Gəncə hadisəsində İran dövlətinin əli olması haqda iddia mövcud deyil. Lakin bu açıqlamadan sonra media və sosial şəbəkələrdə İranın adı hallanmağa başlayıb.Muxalifet - 10-07-2018
ABŞ razılaşmanı pozaraq Türkiyəni hiddətləndirdi
Amerika Birləşmiş Ştatları YPG terror təşkilatının ən böyük qolu olan Suriya Demokratik Qüvvələrinə yenidən silah-sursat yardımı etməyə başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Suriyada fəaliyyət göstərən və Bəşər Əsəd rejiminə yaxın mənbə kimi tanınan “Almasdarnews” saytı məlumat yayıb.
Xəbərə görə, hərbi yardım konvoyları Suriyanın şimal-şərqindəki Haseki bölgəsinə göndərilib. Yardımın Amerikaya məxsus 200-dən çox yük maşını dolu silah, canlı qüvvə və hərbi təchizat olduğu bildirilib.Muxalifet - 10-07-2018
İsrail Səudiyyə Ərəbistanının nüvə layihəsini nəzarətə almaq istəyir
İsrailin, Səudiyyə Ərəbistanının nüvə layihəsini həyata keçirməsindən əvvəl ABŞ-a bəzi şərtlər təqdim etdiyi ortaya çıxıb.
Adının açıqlanmasını istəməyən İsrailli bir hökümət rəsmisi, İsrail Enerji Naziri və eyni zamanda İsrail Atom Enerjisi Təşkilatının rəhbəri Yuval Steinitzın iki həftə əvvəl ABŞ Enerji Naziri və Səudiyyə Ərəbistanı ilə Müzakirə Heyətinin başqanı Rick Perri ilə görüşdüyünü deyib.
İSRAİLİN "QIRMIZI CİZGİLƏRİ
Muxalifet3 - 10-07-2018
DUQİNDƏN İRƏVANDA SENSASİON BƏYANAT: "Bütün Qarabağ Azərbaycan ərazisidir"
Ermənistandakı hökümətyönlü KİV-lərdən biri, 1in.am saytı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb.
Virtualaz.org bildirir ki, haqqin.az portalı erməni dilində yayımlanan həmin müsahibənin ən aktual hissələrini rus dilində dərc edib.Muxalifet4 - 10-07-2018
Polis axtarışda olan silah və narkotik alverçisini yaxaladı
Axtarışda olan silah və narkotik alverçisi ələ keçdi.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Fizuli İbişov saxlanılıb.Muxalifet - 10-07-2018
Əfqanıstanda terror aktı nəticəsində 11 nəfər həlak olub
Əfqanıstanın şərqində Nanqarxar əyalətinin inzibati mərkəzində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər həlak olub və 4 nəfər yaralanıb.
Bu barədə "Report" Tolo News yerli telekanalına istinadən xəbər verir.
Kamikadze Cəlalabad şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həlak olanlar arasında Milli Təhlükəsizlik İdarəsinin iki əməkdaşı da var. Terror aktının digər qurbanları dinc sakinlər olublar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.Muxalifet - 10-07-2018
Doğu Perinçekdən Ərdoğana təbrik mesajı
Prezident Rəcəb Tayyib Ərdoğan, andiçmə mərasiminə Vətən Partiyasının sədri Doğu Perinçeki də dəvət edib. Dəvətə zaman baxımından yetişə bilməyən Perinçek, Ərdoğana təbrik məktubu göndərib. Perinçek mesajında terrorla mübarizə vurğusu edib.
Perinçekin mesajında bu sözlər qeyd olunub:
Cənab Prezidentimiz,
Prezident Vəzifəsinə Başlama Mərasimində iştirak dəvətiniz üçün təşəkkür edirəm. Dəvətiniz prezident vəzifəliləri tərəfindən bu gün səhər mənə çatdırılıb. Ankara xaricində olduğum üçün dəvətdə iştirak edə bilməyəcəyəm.Muxalifet3 - 10-07-2018
Sabaha olan hava proqnozu
İyulun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 10-07-2018
Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.
Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Muxalifet - 10-07-2018
Müsavat başqanının qardaşı sərbəst buraxıldı
Müsavat Partiyasının mətbuat xidmətinin və bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunda 7 saat şahid qismində dindirildikdən sonra saat 23:00-da azad buraxılıb.
Bu barədə Turan-a Müsavat Partiyasından bildiriblər.Muxalifet3 - 10-07-2018
Vəkil Fuad Ağayevə töhmət verilib.
İctimai-siyasi fəalları müdafiə edən daha bir vəkil cəzalandırılıb. İyulun 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarıyla Fuad Ağayevə töhmət verilib.
ReAl partiyasının sədri İlqar Məmmədov, bloqqer Mehman Hüseynov və başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Fuad Ağayev Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında cəzalandırılıb.
Şikayətdə iddia olunub ki, Ağayev İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəisini təhqir edib.Muxalifet3 - 10-07-2018
Münaqişə başlayandan Suriyaya 1000-dən çox azərbaycanlı gedib
“Son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxs Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb”.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov deyib.Muxalifet - 10-07-2018
Məmurlar haqda ən çox yazan saytlar... – HƏFTƏNİN STATİSTİKASI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 10-07-2018
Azərbaycanın futbol azarkeşlərinə BOS-dan MÖHTƏŞƏM İMKAN: bu gündən...
Dünya Çempionatının yarımfinal mərhələsi bu gündən etibarən start götürəcək.
Muxalifət.az xəbər verir ki, Bakı Olimpiya Stadionu bu səbəbdən mundial azarkeşləri üçün böyük jest edib.
Belə ki, dünyanın ali futbol turnirinin yarımfinal, 3-cü yer və final oyunu BOS-un İstirahət Zonasında quraşdırılmış böyük ekranda canlı nümayiş etdiriləcək.
Şərtlər:
Giriş sərbəstdir;
Qida və içki gətirmək olmaz;
Kəsici və deşici alətlər gətirmək olmaz;
Ev heyvanları gətirmək olmaz;
Muxalifet2 - 10-07-2018
Vergi yoxlamaları ilə bağlı - Yenilik
Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib. Muxalifət.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb.
Muxalifet2 - 10-07-2018
Qərb Rusiyanı belə çökdürür: 21%, 400 şirkət, 30 trilyon...
Rusiyaya qarşı Qərb sanksiyaları ölkənin ümumdaxili məhsulunun 20-21%-lik hissəsinə toxunub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Analitik Kredit Reytinq Agentliyi yayıb. Məhdudiyyətlərə daha çox böyük dövlət bankları, neft-qaz şirkətləri və hərbi sənaye kompleksi məruz qalıb.
Agentlik ümumilikdə ABŞ sanksiyalarına Rusiyanın 400 şirkət və bankının məruz qaldığını bildirib:
Muxalifet2 - 10-07-2018